Məhkəmə qərarları › İş №e-2-2(113)-4420/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4420/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4420/2023 25.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC-nin qanuni təmsiliçisi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC, “AS TEXNİKA" MMC, Cavabdeh5 və Cavabdeh6 birgə qaydada: - K2531/08 saylı kredit müqaviləsinə əsasən cəmi 71,683.77 (yetmiş bir min altı yüz səksən üç manat yetmiş yeddi qəpik) manat cərimə borcunun; - K2531/16 saylı kredit müqaviləsinə əsasən 2,072,584.47 (iki milyon yetmiş iki min beş yüz səksən dörd manat qırx yeddi qəpik) manat əsas borc, 439,865.96 (dörd yüz otuz doqquz min səkkiz yüz altmış beş manat doxsan altı qəpik) manat faiz borcu, 598,859.97 (beş yüz doxsan səkkiz min səkkiz yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,111,310.4 (üç milyon bir yüz on bir min üç yüz on manat qırx qəpik) manat borcun; - K2531/19 saylı kredit müqaviləsinə əsasən 1,306,012.09 (bir milyon üç yüz altı min on iki dollar doqquz sent) ABŞ dolları əsas borc, 69,650.68 (altmış doqquz min altı yüz əlli dollar altmış səkkiz sent) ABŞ dollar faiz borcu, 256,670.94 (iki yüz əlli altı min altı yüz yetmiş dollar doxsan dörd sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1,632,333.71 (bir milyon altı yüz otuz iki min üç yüz otuz üç dollar yetmiş bir sent) ABŞ dolları borcun; - 2019- 043LG saylı Bank qarantiyası üzrə maliyyələşdirmə üçün ərizə formasına əsasən cəmi 18,870.19 (on səkkiz min səkkiz yüz yetmiş dollar on doqquz sent) ABŞ dolları faiz borcun; - K2531/20 saylı kredit müqaviləsinə əsasən 1,136,186.34 (bir milyon bir yüz otuz altı min bir yüz səksən altı manat otuz dörd qəpik) manat əsas borc, 389.33 (üç yüz səksən doqquz manat otuz üç qəpik) manat faiz borcu, 12,478.95 (on iki min dörd yüz yetmiş səkkiz manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1,149,054.62 (bir milyon bir yüz qırx doqquz min əlli dörd manat altmış iki qəpik) manat borcun; - K2531/22/01 saylı kredit müqaviləsinə əsasən 70,000 (yetmiş min) manat əsas borc, 3,712.23 (üç min yeddi yüz on iki manat iyirmi üç qəpik) manat faiz borcu, 1,429.16 (bir min dörd yüz iyirmi doqquz manat on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 75,141.39 (yetmiş beş min bir yüz qırx bir manat otuz doqquz qəpik) manat borcun; - K2531/22/02 saylı kredit müqaviləsinə əsasən 860,000 (səkkiz yüz altmış min) manat əsas borc, 24,223.34 (iyirmi dörd min iki yüz iyirmi üç manat otuz dörd qəpik) manat faiz borcu, olmaqla, cəmi 884,223.34 (səkkiz yüz səksən dörd min iki yüz iyirmi üç manat otuz dörd qəpik) manat borcun; - K2531/22/03 saylı kredit müqaviləsinə əsasən 100,000 (bir yüz min) manat əsas borc, 3,033.33 (üç min otuz üç manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 103,033.33 (bir yüz üç min otuz üç manat otuz üç qəpik) manat borcun; - K2531/22/04 saylı kredit müqaviləsinə əsasən 470,000 (dörd yüz yetmiş min) manat əsas borc, 12,898.90 (on iki min səkkiz yüz doxsan səkkiz manat doxsan qəpik) manat faiz borcu olmaqla, cəmi 482,898.90 (dörd yüz səksən iki min səkkiz yüz doxsan səkkiz manat doxsan qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması; 2. Tutmanın aşağıdakı əmlaklara yönəldilməsi: - Cavabdeh7 MMC-nin mülkiyyətində olan Daşkəsən rayonunun ərazisində Şəmkir rayon Könüllü Bələdiyyəsinə məxsus olan “Ağdaş” adlanan sahədə yerləşən 1.0 ha sahədən ibarət sahibkarlıq məqsədli ehtiyyat fondu torpaq sahəsinə yönəldilməsi və əmlakın açıq hərracda satılması; - Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu X3 küçəsi 29 C saylı 0.24 ha torpaq sahəsinə yönəldilməsi və əmlakın hərracdan ilkin satış qiymətinin 856,800 (səkkiz yüz əlli altı min səkkiz yüz) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması; - Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 124.80 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 790-cı məhəllə, ev 8, mənzil 16-ya yönəldilməsi(Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 103, M10, m2) və əmlakın hərracdan ilkin satış qiymətinin 193,600 (bir yüz doxsan üç min altı yüz) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması; - Cavabdeh6mülkiyyətində olan ümumi sahəsi 253 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi,əmlakın hərracdan ilkin satış qiymətinin 417,750 (dörd yüz on yeddi min yeddi yüz əlli) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması; - Cavabdeh6mülkiyyətində olan ümumi sahəsi 106.22 kv.m olan ünvan 2 ünvanında yerləşən 57/58 saylı mənzilə yönəldilməsi və əmlakın hərracdan ilkin satış qiymətinin 178,400 (bir yüz yetmiş səkkiz min dörd yüz) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması; - Cavabdeh4mülkiyyətində olan ümumi sahəsi 121.2 kv.m olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın hərracdan ilkin satış qiymətinin 193,200 (bir yüz doxsan üç min iki yüz) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması; 3. Qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; 4. Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; 5. İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC-dən, “AS TEXNİKA" MMC-dən, Cavabdeh5, və Cavabdeh6 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: 6. İpoteka predmetilərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş ümumilikdə 105 (bir yüz beş) manat dövlət rüsumu və 708.74 (yeddi yüz səkkiz manat yetmiş dörd qəpik) manat xidmət haqqının, mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 4,733 (dörd min yeddi yüz otuz üç) manat məbləğində dövlət rüsumunun və 7.10 (yeddi manat on qəpik) xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə (vəsatət) ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC-nin qanuni təmsiliçisi X2 vəsatətə etiraz edib təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələb edilən borclar tam şəkildə ödənilmiş, bu səbəbdən işə mahiyyət üzrə baxılıb iddia rədd edilməlidir. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının vəsatətini materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi geri qaytarılmalı, iddia ərizəsi verilərkən ödənilmiş 4733 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə işə mahiyyəti üzrə baxılmalı olması barədə cavabdehlərin nümayəndəsi E.Əhmədovun dəlili ilə razılaşmır. Belə ki, iddia ərizəsinin məhkəmə baxış iclasında qaytarılması barədə ərizə daxil olduqda, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb edə bilər. Hazırkı ərizə isə məhkəmə baxışına hazırlığın icraatı mərhələsində verilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı ASC-yə qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 4733 (dörd min yeddi yüz otuz üç) manat dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar