Məhkəmə qərarları › İş №e-2-2(113)-4426/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4426/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4426/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən DC00192233-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,561.05 manat əsas borc, 538.56 manat faiz borcu, 146.94 manat cərimə borcu olmaqla, cəmi 5,246.55 manat məbləğində borcun; - DC00192233-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12,314.41 manat əsas borc, 598.66 manat faiz borcu, 125.74 manat cərimə borcu olmaqla, cəmi 13,038.81 manat məbləğində borcun; - DC00192233-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,347.09 manat əsas borc, 195.99 manat faiz borcu, 16.46 manat cərimə borcu olmaqla, cəmi 3,559.54 məbləğində borcun; DC00192233-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,561.05 manat əsas borc, 538.56 manat faiz borcu, 146.94 manat cərimə borcu olmaqla, cəmi 5,246.55 manat məbləğində borcun; - DC00192233-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12,314.41 manat əsas borc, 598.66 manat faiz borcu, 125.74 manat cərimə borcu olmaqla, cəmi 13,038.81 manat məbləğində borcun; - DC00192233-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,347.09 manat əsas borc, 195.99 manat faiz borcu, 16.46 manat cərimə borcu olmaqla, cəmi 3,559.54 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən DC00192233-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,561.05 manat əsas borc, 661,33 manat faiz borcu, 234,14 manat cərimə borcu olmaqla, cəmi 5456,52 manat məbləğində borcun; - DC00192233-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12,314.41 manat əsas borc, 899,92 manat faiz borcu, 262,42 manat cərimə borcu olmaqla, cəmi 13476,75 manat məbləğində borcun; - DC00192233-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,347.09 manat əsas borc, 286,09 manat faiz borcu, 38,80 manat cərimə borcu olmaqla, cəmi 3,559.54 məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/00192233 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2021-ci il tarixli DC00192233-06 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 9,116 (doqquz min bir yüz on altı) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli DC00192233-09 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 16,818 (on altı min səkkiz yüz on səkkiz) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli DC00192233-11 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 5,041 (beş min qırx bir) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən DC00192233-06 saylı müqavilə üzrə öhdəliklərini 227 gün, DC00192233-09saylı müqavilə üzrə öhdəliklərini 261 gün və DC00192233-11 saylı müqavilə üzrə öhdəliklərini 94 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DC00192233-06 saylı maliyyələşdimrə üçün ərizəyə əsasən 4,561.05 (dörd min beş yüz altmış bir manat beş qəpik) manat əsas borc, 538.56 (beş yüz otuz səkkiz manat əlli altı qəpik) manat faiz borcu, 146.94 (yüz qırx altı manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,246.55 (beş min iki yüz qırx altı manat əlli beş qəpik) manat təşkil edir; - DC00192233-09 saylı maliyyələşdimrə üçün ərizəyə əsasən 12,314.41 (on iki min üç yüz on dörd manat qırx bir qəpik) manat əsas borc, 598.66 (beş yüz doxsan səkkiz manat altmış altı qəpik) manat faiz borcu, 125.74 (bir yüz iyirmi beş manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 13,038.81 (on üç min otuz səkkiz manat səksən bir qəpik) manat təşkil edir; - DC00192233-11 saylı maliyyələşdimrə üçün ərizəyə əsasən 3,347.09 (üç min üç yüz qırx yeddi manat doqquz qəpik) manat əsas borc, 195.99 (bir yüz doxsan beş manat doxsan doqquz qəpik) manat faiz borcu, 16.46 (on altı manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,559.54 (üç min beş yüz əlli doqquz manat əlli dörd qəpik) manat təşkil edir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC Mediasiya prosesi üzrə 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödəmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Həsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etdiyini, iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, göstərilən borcları ödəməyə maddi imkanı yoxdur, fərdi sahibkar kimi əldə etdiyi gəlirlər borcu birdəfəlik ödəməyə imkan vermir.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişdir.

7. Sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:

10. Bank xidmətlərinin göstərilməsinə dair X3 əsasən bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.

11. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli OnGTC/SE/00192233 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşmaya əsasən bank və müştəri link üzrə yerləşdirilən müqaviləni imzalanmış müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heç bir iddia qaldırmayacaqlarını bildirir.

12. xx.xx.2021-ci il tarixli DC00192233-06 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank 9116 manat məbləğində pulu illik 17 % dərəcəsi ilə Cavabdeh2 kredit verir.

13. xx.xx.2022-ci il tarixli DC00192233-09 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank 16818 manat məbləğində pulu illik 17 % dərəcəsi ilə Cavabdeh2 kredit verir.

14. xx.xx.2022-ci il tarixli DC00192233-11 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank 5041 manat məbləğində pulu illik 17 % dərəcəsi ilə Cavabdeh2 kredit verir.

15. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-01019-2023/1 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə DC00192233-06 saylı maliyyələşdimə üçün ərizəyə əsasən 4561,05 manat əsas borc, 661,33 manat faiz borcu, 234,14 manat cərimə borcu olmaqla, cəmi 5456,52 manat təşkil edir; DC00192233- 09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12314,41 manat əsas borc, 899,92 manat faiz borcu, 262,42 manat cərimə borcu olmaqla, cəmi 13476,75 manat təşkil edir, DC00192233-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3347,09 manat əsas borc, 286,09 manat faiz borcu, 38,80 manat cərimə borcu olmaqla, cəmi 3671,98 manat təşkil edir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır.

24. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən DC00192233-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,561.05 manat əsas borc, 661.33 manat faiz borcu, 234.14 manat cərimə borcu olmaqla, cəmi 5456,52 manat məbləğində borc; - DC00192233-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12,314.41 manat əsas borc, 899,92 manat faiz borcu, 262,42 manat cərimə borcu olmaqla, cəmi 3671,98 manat məbləğində borc; DC00192233-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,347.09 manat əsas borc, 286,09 manat faiz borcu, 38,80 manat cərimə borcu olmaqla, cəmi 3671,98 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 DC00192233-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,561.05 manat əsas borc, 661.33 manat faiz borcu, 234.14 manat cərimə borcu olmaqla, cəmi 5456,52 manat məbləğində borc; - DC00192233-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12,314.41 manat əsas borc, 899,92 manat faiz borcu, 262,42 manat cərimə borcu olmaqla, cəmi 13476,75 manat məbləğində borc; DC00192233-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,347.09 manat əsas borc, 286,09 manat faiz borcu, 38,80 manat cərimə borcu olmaqla, cəmi 3671,98 manat məbləğində borc, ödənilmiş 200 manat dövlət rüsumu, ümumilikdə 22805,25 (iyirmi iki min səkkiz yüz beş manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar