Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4429/2023 13.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC və Qanuni nümayəndə (bundan sonra – cavabdehlər) qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DCS00039345-06 saylı kredit müqaviləsi üzrə 98,434.05 manat əsas borc, 9,120.35 manat faiz, 2,443.38 manat cərimə borcu olmaqla, cəmi 109,997.78 manat borcun; DC00039345-08 saylı kredit müqaviləsi üzrə 30,389.03 manat əsas borc, 382,22 manat faiz borcu, 1682,29 manat cərimə borcu olmaqla, cəmi 32,453.54 manat, DC00039345-09 saylı kredit müqaviləsi üzrə 11586.98 manat əsas borc, 1202.31 manat faiz borcu, 498,09 manat cərimə borcu olmaqla, cəmi 13,287.38 manat borcun; DC00039345-10 saylı kredit müqaviləsi üzrə ərizəyə əsasən 57803.20 manat əsas borc, 3628.78 manat faiz borcu, 1082.23 manat cərimə borcu olmaqla, cəmi 62,514.21 manat borcun iddiaçının xeyrinə tutulması; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərdən birgə qaydada DCS00039345-06 saylı kredit müqaviləsi üzrə 98,434.05 manat əsas borc, 10605,05 manat faiz, 2,745,84 manat cərimə borcu olmaqla, cəmi 111784,94 manat borcun; DC00039345-08 saylı kredit müqaviləsi üzrə 30,389.03 manat əsas borc, 382,22 manat faiz borcu, 3819,24 manat cərimə borcu olmaqla, cəmi 34,590.49 manat, DC00039345-09 saylı kredit müqaviləsi üzrə 11586.98 manat əsas borc, 1202.31 manat faiz borcu, 1312,89 manat cərimə borcu olmaqla, cəmi 14,102.18 manat borcun; DC00039345-10 saylı kredit müqaviləsi üzrə ərizəyə əsasən 57803.20 manat əsas borc, 4798,51 manat faiz borcu, 3829,48 manat cərimə borcu olmaqla, cəmi 66431,19 manat borcun iddiaçının xeyrinə tutulması; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 117 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı vəsatətlə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4429/2023 nömrəli kommersiya işinin e-2-2(113)-4241/2023 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hər iki mübahisə eyni tərəflər arasında olan eyni növlü müqavilələrdən irəli gəlir, hər iki işə birlikdə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi baxımından önəmlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Əliyev vəsatəti müdafiə edib onun məzmununa uyğun izahat verərək vəsatətin təmin olunmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə vəsatəti materiallarla əlaqəli şəkildə nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli, hazırkı iş onunla əlaqəli olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə e-2-2(113)-4241/2023 saylı işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Belə ki, işə baxılarkən məlum olmuşdur ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə e-2- 2(113)-4241/2023 saylı iş Bakı Kommersiya Məhkəməsinin digər hakiminin (Zaur Pirverdiyev) icraatındadır, həmin iş üzrə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “kredit borcunun tutulması” tələbinə dair e-2-2(113)-4429/2023 saylı iş, onunla əlaqəli olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə e-2-2(113)-4241/2023 saylı işlə bir icraatda baxılması üçün birləşdirilsin və birləşdirilmiş işə e-2-2(113)-4241/2023 nömrə verilsin. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4429/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4429/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver