Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4432/2023 30.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı Kara Savaş və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı Kara Savaşın Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kara Savaş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən ödənilməyən 323,441 ABŞ dolları, əldən çıxmış 150,000 ABŞ dolları, ümumilikdə 473,441 ABŞ dolları və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 1096 AZN pulun ondan turularaq iddiaçı Savaş Karaya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 30 avqust 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 noyabr 2022-ci il tarixdə iddiaçı Savaş Kara və cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Sözügedən müqaviləyə əsasən, Savaş Kara müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən Kənd təsərrüfatı avadanlıqlarının, damlama suvarma sistemlərinin və hissələrinin, ting yetişdirmək üçün plastik dibçəklərin və bağ-bostan alətlərini cavabdeh "xxxx" MMC-yə satmağı, "xxxx" MMC isə bunun qarşılığında onların dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Sözügedən Müqavilənin 10-cu bəndinə əsasən, Müqavilənin icrası zamanı tərəflər arasında hər hansı mübahisə olarsa, bu danışıqlar yolu ilə həll olunacaq. Tərəfimizdən qarşı tərəfə pretenziya məktubu ilə müraciət olunsa da, hər hansı qarşı tərəf mediasiyada iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təklifi ilə qarşı tərəfə mürcaiət olunmuş, lakin mediasiya prosesi də uğursuz olmuşdur. Bu barədə Bakı 16 saylı Mediasiya təkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilə bilməməsi barədə arayış təqdim edilmişdir. Belə ki, qarşı tərəf öz müqavilə üzrə öhdəliklərini pozmuş və lazımı məbləği iddiaçıya ödəməmişdir. Elektron qaimələrdən də görünür ki,cavabdeh "xxxx" MMC hələ də 323,441 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməmişdir. Bununla yanaşı həm də iddiaçıya 150,000 ABŞ dollar məbləğində maddi ziyan da dəymişdir. Buna görə də, qanunvericiliyə müvafiq olaraq iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixində iddia tələbinə dair etiraz ərizəsi təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iddia üzrə müqavilə (arbitraj qeyd-şərti) üzrə məhkəmə aidiyyət qaydaları pozulduğundan, iddiaya Bakı Kommersiya məhkəməsində baxılmasına etiraz edirik. Belə olan halda hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxılması yolverilməz olduğundan iş baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 10-cu bəndində mübahisənin həlli şərtlərində tərəflər öz aralarında məhkəmə aidiyyatı kimi imperativ qaydada arbitraj-qeyd şərti müəyyən etmişlər. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən: “Tərəflər mübahisəli məsələləri öz aralarında qarşılıqlı danışıqlar volu ilə həll edə bilmədikdə həmin mübahisəli məsələlər iki ölkənin Türkiyənin arbitraj məhkəməsinə və Azərbaycanın beynəlxalq ticarət və sənaye palatasının arbitraj məhkəməsinə həll edilmək üçün təqdim ediləcək. Həmin müqavilənin 10.2-bəndinə əsasən: “Arbitrajın qərarı yekun və tərəflər üçün məcburi olmalıdır.” Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə mübahisənin həlli ilə bağlı arbitraj qeyd-şərti (arbitraj sazişi) mövcud olduğu halda bu işə Bakı Kommersiya Məhkəməsində baxılması yolverilməzdir. Beynəlxalq arbitraj haqqında AR Qanunun 7.1-ci maddəsinə əsasən: “Arbitraj sazişi - müqavilə xarakteri və yaxud başqa xarakter dasıvıb-daşımamasından asılı olmayaraq, hər hansı bir konkret hüquq münasibəti ilə əlaqədar tərəflər arasında varana biləcək mübahisələrin hamısının və va müəyyən mübahisələrin arbitraja verilməsi barəsində tərəflərin sazişidir. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və yaxud ayrıca saziş kimi bağlanıla bilər Göründüyü kimi, Qanun Arbitraj sazişini 2 formaya ayırmış, həm müqavilədə olan arbitraj qeyd-şərtini, həm də ayrıca sazişi - arbitraj sazişi qüvvəsinə bərabər müəyyən etmişdir. AR MPM-in 28-ci maddəsinə əsasən, “Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlər ar ası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar”. Qanunvericiliyin bu tələbindən də göründüyü kimi, əcnəbilərin və ya xarici hüquqi şəxslərin iştirak etdikləri işlərdə əgər tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulub sa həmin işə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxılması istisna olunur. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən də göründüyü kimi tərəflər arasında yarana biləcək hər hansı bir mübahisənin həllini müqavilə rejimi müəyyən edir. Eyni zamanda MPM-in 450.2-ci maddəsinə əsasən, “Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.”Göründüyü kimi, qeyri-rezident şəxs olan iddiaçı Savaş Kara ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə tərəflər əvvəlcədən xarici dövlətin məhkəməsinin, yəni Türkiyə Cümhuriyyətinin arbitraj məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gəlmişlər. Bundan əlavə, eyni (oxşar) mübahisə üzrə arbitraj qeyd-şərti ilə bağlı aıtıq yuxarı instansiya məhkəmələrində, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə vahid məlikəmə təcrübəsi formalaşmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-641/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadının əsaslandırma hissəsində qeyd edilir ki, “Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış *6.06.2020-ci il tarixli 2020/ACG-74 saylı müqavilənin 5.2-ci bəndi MPM-in 259.0.5-ci maddəsi ilə qarşılıqlı təhlil edilərək müvafic/ qərar verilməli olduğu halda məhkəmə baxışı iclasında təqdim edilmiş müqaviləyə əlavəyə istinad edilərək iş üzrə icraata xitam vermişdir. MPM-nin 259.0.5-ci maddəsinə əsasən ‘‘qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə lıəll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa işi baxılmamış saxlayır. Eyni zamanda, Ali Məhkəmə Kommersiya Kollegiyasının 2-2(102)-744/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının (sədrlik edən K.Abiyeva) əsaslandırma hissəsində qeyd edilir ki, “Göründüyü kimi qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə başlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər. Baxılan işin materiallarından göründüyü kimi, işə mahiyyəti üzrə baxılanadək, cavabelı tərəfindən vəsatət verilərək, müqavilənin 5.2-ci bəndinə istinadla mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz olunmuşdur. Belə olan halda, məhkəmənin MPM-nin 261.0.1-ci maddəsinə əsaslanaraq, işin icraatına xitam verməsi, həmin Məcəllənin 259.0.5-ci maddəsinin tələblərinə uyğun olmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə və 30 avqust 2023-cü il tarixində elektron qaydada məhkəməyə təqdim edilmiş ərizəsinə uyğun izahat verərək, qarşı tərəfin bu etirazının düzgün olmadığını bildirmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən yanlış olduğu üçün nəzərə alınmamalı və iddiaya mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Savaş Kara və "xxxx" MMC arasında bağlanılmış alqısatqı müqaviləsinin 10-cu bəndində qeyd edilmişdir ki, tərəflər yaranan mübahisəni danışıqlar yolu ilə həll etməli, əks təqdirdə məsələ Azərbaycan və Türkiyənin Beynəlxalq ticarət və sənaye palatasının Arbitraj məhkəməsinə təqdim ediləcəkdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında arbirtaj məhkəmələri fəaliyyət göstərmir. Belə olan halda iş üzrə arbitrajın tətbiq edilməsi düzgün deyildir. Digər tərəfdən isə müqavilə üzrə konkret olaraq hansı ölkənin arbitraj məhkəməsinin tətbiqi ilə bağlı konkret qeyd yoxdur. Belə ki, "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikası Qanunun 1.3-cü maddəsinə əsasən, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. İşin hallarından da göründüyü kimi, tərəflərin razılaşmasına əsasən mübahisəyə ya Türkiyə, ya da Azərbaycan Respublikasında arbitraj məhkəmələrində baxılmalıdır. Lakin Azərbaycan Respublikasında arbitraj məhkəməsi olmadığından və şəxs məhkəmə müdafiəsi hüququnu tətbiq etmək istədiyi üçün arbitrajın tətbiqi qanuni deyildir. Bununla yanaşı maddənin davamında qeyd edilmişdir ki, arbitrajın tətbiqi müqavilə şərtləri və ya işin hallarından irəli gəlməlidir. Aşağıda qeyd ediləcək hüquq normalarından da göründüyü kimi isə, iş üzrə Azərbaycan Republikası hüququ tətbiq edilməklə Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılmalıdır, sonda iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Kara Savaş etiraz ərizəsinə münasibətində bildirir ki, cavabdeh şikrətin direktoru müqaviləyə həmin şərti əlavə edərkən bilmirdimi ki, Azərbaycanda arbirtaj məhkəməsi yoxdur. O, Bakı Kommersiya Məhkəməsinə müraciət etməmişdən qabaq Türkiyyədə ticarət məhkəməsinə müraciət etmişdir, hakim müqaviləyə baxdıqdan sonra bildirmişdir ki, qarşılıqlı olaraq iki məhkəmənin bir biri ilə yazışması lazımdır, əgər Azərbaycanda arbitraj məhkəməsi yoxdursa, işə baxılması mümkün deyil. Türkiyədə iddia qaldırmayıb, sadəcə hakimlə görüşüb müqaviləni göstərib, ona da deyilib ki, Türkiyədə baxılmamalıdır. Cavabdeh tərəf həmin məbləği ödəməmək üçün arbitraj qeydini müqaviləyə əlavə etmişdir. Onun yaxını ağır xəstə olmuşdur, cavabdehə müraciət edib ki, ödənişi etsin, cavabdeh isə heç bir məbləği ödəməyəcəyini bildirib. Cavabdehin nümayəndəsi etiraz ərizəsində qeyd edilənlərə uyğun olaraq izahat verdi, əlavə olaraq bildirdi ki, müqavilə şərtinə əsasən işə Bakı Kommersya Məhkəməsində baxıla bilməz. Azərbaycanda Arbitraj məhkəməsi olmasa da, iddiaçı üçün Türkiyə Respublikasının arbitraj məhkəməsinin qapıları açıqdır, həmin məhkəməyə müraciət etmək imkanı mövcüddür. Hətta iddiaçının dediyi kimi Türkiyədə məhkəməyə müraciət olunubsa və iddanın baxılmasından imtina olunubsa, yuxarı instansiyalarda həmin qərar mübahisələndirilə bilər. Və iddiaçı qeyd edir ki, Türkiyənin ticarət məhkəməsinə müraciət edib, əslində isə artitraj məhkəməsinə müraciət olunmalı idi. Digər tərəfdən iddiaçı tərəfin Türkiyə Məhkəməsinin qərarından şikayət vermək hüququ mövcud olaraq qalır, yuxarı instansiyaların mövqeyini öyrənmədən xarici ölkənin məhkəməsinə birbaşa müraciət əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Kara Savaşın Cavabdehnə qarşı iddia tələbinə məhkəmədə baxılmalı olmadığından ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Kara Savaş ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-06 saylı müqaviləyə əsasən:
1. Müqavilənin predmeti Bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən Kənd təsərrüfatı avadanlıqlarının, damlama suvarma sistemlərinin və hissələrinin, ting yetişdirmək üçün plastik dibçəklərin və bostan alətlərinin alqı-satqısı olmuşdur. .
2. Müqavilənin dəyəri. 2.1. Müqavilənin ümumi məbləği 500000 USD təşkil edir və bu müqavilənin ayrıayrılıqda ümumi məbləğindən ibarətdir.
10. Mübahisələrin həlli. 10.1 Tərəflər bu müqavilənin icrası zamanı aralarında meydana çıxan mübahisəli məsələləri qarşılıqlı danışıqlar yolu ilə həll etməlidir. Tərəflər mübahisəli məsələləri öz aralarında qarşılıqlı danışıqlar ilə həll edə bilmədikdə isə, həmin mübahisəli məsələlər iki ölkənin Türkiyənin və Azərbaycanın Beynəlxalq ticarət və sənaye palatasının Arbitraj Məhkəməsinə həll edilmək üçün təqdim ediləcəkdir. 10.2 Arbitrajın qərarı yekun və tərəflər üçün məcburi olması qeyd edilmişdir. Mübahisə xarici elementli olduğundan məhkəmə hesab edir ki, ilk öncə Azərbaycan Respublikası məhkəmələrinin mübahisəyə baxmağa səlahiyyətli olub olmadığı və hansı ölkənin hüququnun tətbiq edilməli olduğu ilə bağlı məsələlərə hüquqi qiymət verilməlidir. Müqavilənin 10.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər mübahisəli məsələləri öz aralarında qarşılıqlı danışıqlar ilə həll edə bilmədikdə isə, həmin mübahisəli məsələlər iki ölkənin Türkiyənin və Azərbaycanın Beynəlxalq ticarət və sənaye palatasının Arbitraj Məhkəməsinə həll edilmək üçün təqdim ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.1, 443.0.3, 443.0.7-ci maddələrinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Lakin tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-06 saylı müqavilənin 10-cu maddəsindən göründüyü kimi “Tərəflər mübahisəli məsələləri öz aralarında qarşılıqlı danışıqlar volu ilə həll edə bilmədikdə həmin mübahisəli məsələlər iki ölkənin Türkiyənin arbitraj məhkəməsinə və Azərbaycanın beynəlxalq ticarət və sənaye palatasının arbitraj məhkəməsinə həll edilmək üçün təqdim ediləcək. Həmin müqavilənin 10.2-bəndinə əsasən: “Arbitrajın qərarı yekun və tərəflər üçün məcburi olmalıdır” bəndləri əlavə edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə mübahisənin həlli ilə bağlı arbitraj qeyd-şərti (arbitraj sazişi) mövcud olduğu halda bu işə Bakı Kommersiya Məhkəməsində baxılması yolverilməzdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflərin müqavilədə mübahisənin həlli üçün arbitraj şərtini müəyyən etdikləri halda, məhkəmələrin səlahiyyətli olubolmamasına gəldikdə, qeyd edilməlidir ki, MPM-in 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda “arbitraj” sözü “münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Qanunda qeyd edilir ki, arbitraj – daimi arbitraj idarəsi tərəfindən keçirilib keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj deməkdir. Bununla yanaşı, bir sıra ikitərəfli beynəlxalq sazişlərdə də “arbitraj” və “münsif” sözləri sinonim kimi istifadə edilmişdir. Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. - 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. - 450.1 və 450.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. - 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləyə əsasən mübahisələrin həlli qaydasına arbitraj şərti müəyyən edildiyi üçün və iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə dair yazılı etiraz verdiyi üçün hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in 114.1 və 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Kara Savaşın Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizə baxılmamış saxlanılsın. İddia verilərkən iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən ödənilmiş 695 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Namazova