Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4442/2022 24.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan X1 məxsus Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinin 110.000 (yüz on min) manat məbləğində qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən tərtib edilən 13 saylı, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının etibarsız hesab edilməsi, əmlakın ilkin satış qiymətinin yenidən müəyyən edilməsi və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumunun və mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4442/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4442/2022
24.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver