Məhkəmə qərarları › İş №e-2-2(113)-4443/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4443/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4443/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC- yə qarşı kredit borcunun tutulması, tələbin ipotеka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 28 noyabr 2017-ci il tariхli, 104876- 451282/1 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc – 194515,39 (bir yüz doxsan dörd min beş yüz on beş dollar, otuz doqquz sent) ABŞ dolları, əsas borca hеsablanmış faiz borcu 24133.71 (iyirmi dörd min bir yüz otuz üç dollar, yetmiş bir sent) ABŞ dolları olmaqla, cəmi 218649,10 (iki yüz on səkkiz min altı yüz qırx doqquz dollar, on sent) ABŞ dolları, xx.xx.2020-ci il tariхli, GA.451282.2 nömrəli Baş Sazişinə əsasən xx.xx.2020-ci il tarixli, 105875-451282/2 nömrəli krеdit müqaviləsi üzrə əsas borc – 150000 (bir yüz əlli min) ABŞ dolları, əsas borca hеsablanmış faiz borcu 30416.66 (otuz min dörd yüz on altı dollar, altmış altı sent) ABŞ dolları olmaqla, cəmi 180416.66 (bir yüz səksən min dörd yüz on altı dollar, altmış altı sent) ABŞ dolları olmaqla, ümumilikdə 399065,76 (üç yüz doxsan doqquz min altmış beş dollar, yetmiş altı sent) ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş cəmi 250 (iki yüz əlli) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 769 (yeddi yüz altmış doqquz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.2348 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1181.4 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisəyə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 11 ünvanında yerləşən 4 nömrəli mənzilə (ümumi sahə 142.21 kv.m) və ünvan 2 ünvanında yerləşən 5 nömrəli mənzilə (ümumi sahə 140.68 kv.m) yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.2348 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1181.4 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisənin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan- Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, ev 11 ünvanında yerləşən 4 nömrəli mənzilin (ümumi sahə 142.21 kv.m) və ünvan 2 ünvanında yerləşən 5 nömrəli mənzilin (ümumi sahə 140.68 kv.m) boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ərizənin geri qaytarılmasını, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Məhkəmə hesab edir ki, ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi geri qaytarılmalıdır. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022 tarixli e-2-2(113)-4443/2022 nömrəli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi təyin edilmiş, qiymətləndirilmənin həyata keçirilməsi "xxxx" LTD MMC-yə həvalə olunmuşdur. Qeyd olunan təşkilat tərəfindən qiymətləndirmə həyata keçirilmiş, 07 dekabr 2022 tarixli MB 15/1668 nömrəli qiymətləndirmə aktı məhkəməyə təqdim edilmişdir. Həmin aktdan məlum olur ki, 600 manat məbləğində qiymətləndiricinin xidmət haqqı hesablanmışdır. AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Məhkəmə qeyd edir ki, iş üzrə əmlakların qiymətləndirilməsinin keçirilməsi işə baxılması ilə əlaqədar məsrəf hesab edildiyindən eyni zamanda iddiaçı tərəfindən işin baxılmamış saxlanılması barədə ərizə verildiyindən 600 manat məbləğində qiymətləndirmə xərci iddiaçıya aid edilməlidir. "xxxx" LTD MMC-nin bank rekvizitləri aşağıdakılardır. VÖEN: **********, h/h: № AZ33İBAZ********************, "xxxx" ASC “Yasamal” Filialı Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə qarşı kredit borcunun tutulması, tələbin ipotеka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı "xxxx" LTD MMC-yə ödənilməli olan 600 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar