Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-445/2023 10.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcu və kredit borcunun ipoteka predmetinə yönəlməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002K**********72 saylı krеdit razılaşması üzrə 23512,72 manat krеdit bоrcu, 2027,62 manat faiz bоrcu və 1697,62 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 27237 manat 96 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 200 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tutmanın Bakı şəhəri Xətai rayonu məhəllə 2942-A, İlqar Zülfüqarov küçəsi 7a saylı evin 18 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması, satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 27237 manat 96 qəpik bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 200 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcu və kredit borcunun ipoteka predmetinə yönəlməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 0,10 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-445/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-445/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver