Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4462/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə dəymiş zərərin əvəzi olaraq 31600 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə hazırkı işin eyni tərəflər arasında olan e-2-2(113)-3936/2025 nömrəli işə birləşdirilməsinə etiraz etmədi. Məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hazırkı iş həmin məhkəmənin icraatında olan e-2-2(113)-3936/2025 nömrəli işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə müəyyən edir ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair e-2-2(113)-3936/2025 nömrəli kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır. e-2-2(113)- 3936/2025 nömrəli iş məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı tələbi icarə müqaviləsi üzrə pulun tutulması, Cavabdeh İddiaçınə qarşı tələbi isə həmin müqavilənin ləğvi ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün, həmçinin prossesual qənaət prinsipi baxımından onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə e-2-2(113)-4462/2025 nömrəli iş daha sonra (xx.xx.2025-ci il) icraata qəbul olunduğundan e-2-2(113)-3936/2025 nömrəli işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair e-2- 2(113)-4462/2025 nömrəli iş İddiaçı Cavabdeh İddiaçınə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair e-2-2(113)-3936/2025 nömrəli işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızına verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4462/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4462/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver