Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-447/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Vəkil, cavabdehin nümayəndəsi, vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Nərimanov Rayon İcra Şöbəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin anbarına yığılmış yuyucu tozu avtomatik paketləmə maşını Gold 5000 T-1 ədəd, yuyucu tozu yarımavtomatik paketləmə maşını-1 ədəd, Maye vasitəni doldurmaq üçün avtomatik kompressor- 1 ədəd, yuyucu tozu hazırlamaq üçün kubik qarışdırıcı (istehsalçı AR)- metal 2 ədəd, mayeni hazırlamaq üçün mikser-1 ədəd, avtomatik ələk AR metal -1 ədəd, konsentrat hazırlamaq üçün qarışdırıcı AR metal-1ədəd, Suyun kotoinid təmizlənməsi üçün qurğu-1 ədəd, Konveyer- 1ədəd, Press formalar -4 ədəd, Paketləmə makinası STC- 62- 1ədəd, Plastik butulka istehsal edən aparat( istehsalçı X1 Ru co ltd) – 1 ədəd, Kompressor Dalgakran TS 1203S 16971-1 ədəd, X3 Machiner-1 ədəd texnika və avadanlıqların yaxud onun dəyəri olan 88,400 (səksən səkkiz min dörd yüz) ABŞ dolları (Azərbaycan Pulu ilə 150028 manat) pulun və ödənilmiş 442 manat dövlət rüsumunun cavabehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması zərurəti olduğunu bildirmiş, iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri vəsatəti müdafiə etdiklərini və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalı, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçının nümayəndəsi, Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Nərimanov Rayon İcra Şöbəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 442 (dörd yüz qırx iki) manat, 66 (altmış altı) qəpik məbləğində dövlət rüsumu (qəbz № **********) ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-447/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-447/2025
27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver