Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4478/2021 18.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin 11.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51635,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin 11.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51635,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 11.04.2019-cu il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 11.04.2019-cuil tarixə yaranan 51635.84 manat borcuna görə 52500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20.04.2021-ci il tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 26.04.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 11.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 51635.84 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, siyahıya alınmış əmlak Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 377-ci məhəllədə, yaşayış binasının 2-ci mərtəbəsində, sahəsi 35 kv.m. olan qeyri-yaşayış sahəsidir. Siyahıya alınmış əmlakın cavabdehə aid olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə cavabdehin heç bir daşınar və ya daşınmaz əmlakı yoxdur. Siyahıya alınmış əmlakın dəqiq ünvanı məlum deyildir. Z.Əhmədbəyov küçəsi, 377-ci məhəllədə, 3 yaşayış binası cavabdehin sifarişi ilə, amma "xxxx" Mənzil Tikinti Kooperativinin payçılarının vəsaiti və imkanları hesabına tikilərək payçıların istifadəsinə verilmişdir və həmin 3 binanın hansının 2-ci mərtəbəsində yerləşən 35 kv.m.lik qeyri-yaşayış sahəsinin nəzərdə tutulduğu naməlumdur. Protokolu tərtib etmiş vergi məmuru Eldar Əliyevin bildirdiyinə görə, cavabdehin direktorunun oturduğu otağın yerləşdiyi mərtəbəni və qeyri-yaşayış sahəsini siyahıya almışdır. Halbuki, həmin otağın yerləşdiyi qeyri-yaşayış sahəsi X3 və sərəncamındadır. Həmin qeyri-yaşayış sahəsi 15.03.2018-ci ildə həmin şəxsin adına rəsmiləşdirilmiş, 19.04.2018, 13.04.2019, 23.05.2020, 22.05.2021-ci il tarixlərdə sığorta olunmuşdur. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 11.04.2019-cu tarixli **********0 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. 20.04.2021-ci il tarixli **********0 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 377-ci məhəllədə yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr olan qeyr-yaşayış sahəsi 52500 manat dəyərləndirilməklə siyahıya alınmışdır. 15 mart 2018-ci il tarixli müqavilədən görünür ki, müqavilə "xxxx" Mənzil Tikinti Kooperativi ilə X6 arasında bağlanmış, müqaviləyə əsasən ünvan 1 ünvandakı yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 402,8 m2 təşkil edən qeyri-yaşayış sahəsini "xxxx" Mənzil Tikinti X2 (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcm və qayda ilə ödədikdən sonra) verilməsini, X6 isə həmin sahəni qəbul etməyi öhdələrinə götürmüşlər. Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu olmuş, iddiaçının 11.04.2019-cu tarixli **********0 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarı ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 377-ci məhəllədə yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr olan qeyr-yaşayış sahəsi 52500 manat dəyərləndirilməklə siyahıya alınaraq 20.04.2021-ci il tarixli **********0 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib edilmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən siyahıya alınmış qeyr-yaşayış sahəsi 15 mart 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən X1. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib olunmuş protokolla siyahıya alınmış qeyri-yaşayış sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçının siyahıya aldığı qeyri-yaşayış sahəsi "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən X1 ki, bu halda başqa şəxsə məxsus əmlakın cavabdehin borcuna görə satılması qanunsuzdur və buna görə də iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin 11.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51635,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4478/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4478/2021
18.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver