Məhkəmə qərarları › İş №e-2-2(113)-448/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-448/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-448/2023 09.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Smoke MMC”-dən, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7409 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7409 manat məbləğində borcun və 100 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC 10 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15 faizlə 36 ay müddətinə 200000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixi qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 192316,9 manat əsas borc, 51495,36 manat faiz borcu olmaqla ümumilikdə cəmi 243812,26 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 25 manat dövlət rüsumu, işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 380 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmkalara yönəldilməsi və satışdan əldə olunmuş vəsaitlərin Yelo Bank ASC-yə ödənilməsi qət edilmiş, lakin cavabdehlərin 10 yanvar 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixə kimi illik 5%-lə hesablanmaqla Cavabdeh2 MMC-nin, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-yə 7409 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixi qətnaməsi ilə iddianın qismən təmin edildiyini, Cavabdeh2 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 192316,9 manat əsas borc, 51495,36 manat faiz borcu olmaqla ümumilikdə cəmi 243812,26 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 25 manat dövlət rüsumu, işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 380 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmkalara yönəldilməsi və satışdan əldə olunmuş vəsaitlərin Yelo Bank ASC-yə ödənilməsi qət edildiyini, lakin cavabdehlərin 10 yanvar 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixə kimi Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmaqla Cavabdeh2 MMC-nin, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-yə 7409 manat məbləğində borcun qaldığını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-134/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 10 fevral 2020-ci il tarixli 23- BİZ-1-0-219-20 saylı kredit müqaviləsi ləğv edilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3, Cavabdeh1 192316,9 manat məbləğində əsas borc, 51495,36 manat məbləğində faiz borcu, ümumilikdə 243812,26 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, 10 yanvar 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixə kimi illik 5%-lə hesablanmaqla Cavabdeh2 MMC-nin, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-yə 7409 manat borcu vardır. Həmçinin maliyyə arayından görünür ki, 243812 manat ümumi borcdan 18.08.22-ci il tarixdə 195013,26 manat, qalan 48799 manat isə 22.08.22ci il tarixdə ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 5 saylı mediasiya xidmətinə 100 manat məbləğində pul ödəyib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcu tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-134/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən 192316,9 manat məbləğində əsas borc, 51495,36 manat məbləğində faiz borcu, ümumilikdə 243812,26 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək 243812,26 manat məbləğində borca münasibətdə Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən 7409 manat məbləğində pulu tələb etsə, məhkəmə hesab edir həmin tələb qismən təmin edilməlidir, belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əsas borcla yanaşı, həmçinin faiz borcu ilə bağlı gecikdirilmiş məbləğin ödənilməsini xahiş etmiş, halbuki sözügedən vəsait yalnız əsas borca münasibətdə təmin edilə bilər, bununla yanaşı əsas borcun 192316,90 manat məbləğində olması, cavabdehlər tərəfindən isə 18.08.22-ci il tarixdə 195013 manat məbləğində ödənişin həyata keçirildiyini, yəni həmin tarixə əsas borcun tam ödənildiyini nəzərə alan məhkəmə hesab edir ki, gecikdirilmiş məbləğ maliyyə arayışında göstərilən kimi xx.xx.2022-ci il tarixədək deyil, xx.xx.2022-ci il tarixədək aşağıdakı qaydada hesablanmalı və iddia tələbi gecikdirilmiş borcla bağlı 5822,90 manat məbləğində (əsas borc 192316,9x5% = illik faiz 9615,84:360 = 26,71 gündəlik faiz x 218 gecikdirilimiş günlər), həmçinin mediasiya xərci tələbi 100 manat məbləğində təmin edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 5822,90 manat məbləğində gecikdirilmiş borc və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 5822,90 manat məbləğində gecikdirilmiş borc və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar