Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-448/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X13 qarşı kompensasiya ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qapalı səhmdar cəmiyyəti, səhmin alınması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kompensasiya ödənilməklə səhmin alınması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdeh X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstəriləcək xidmətlərin qarşılığında Cavabdeh verimiş 4.17% səhmin mövcud bazar dəyərinə uyğun olaraq kompensasiya ödənilməsi qarşılığında İddiaçı QSC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisiçilərinin 19 aprel 2017-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə qoşulması qərara alınmışdır. Həmin qərara əsasən "xxxx" MMC-nin fəaliyyətinə xitam verilmiş, təhvil aktı ilə bütün hüquq və vəzifələr İddiaçı MMC-yə ötürülmüşdür. İddiaçı MMC-nin təsisçilərinin 24 aprel 2017-ci il tarixli qərarına əsasən cavabdehə İddiaçı MMC-nin səhmlərinin 4.17% miqdarında səhm verilmişdir. Belə ki, Cavabdeh iddiaçının dövlət şirkətlərinə göstərdiyi lisenziya və proqram təminatı layihələrini həyata keçirirdi. İddiaçı dövlət və qeyri-dövlət təşkilatları ilə proqram təminatı və lisenziya müqavilələri bağlamışdır. Bir müddət cavabdeh qeyd edilən layihələri idarə etdikdən sonra o, özü şirkət yaradaraq, iddiaçının müştərilərinə həmin şirkət üzərindən xidmət göstərməyə başlamış və nəticədə iddiaçı ilə həmin şirkətlərin iş birliyini pozmuşdur. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixində təsisçisi və qanuni təmsilçisi özü olan “X9 Cəmiyyət yaratmış və iddiaçının xidmət göstərdiyi şirkətləri sözün əsl mənasında oğurlayaraq, iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdeh İddiaçı MMC-nin (əvvəlki adı) 4.17% miqdarında səhmin onun iddiaçı üçün görəcəyi xidmətlərin qarşılığında verilməsinə baxmayaraq, o, özü üçün şirkət təsis edərək, həmin xidmətləri təsis etdiyi firmadan göstərmiş və buna görə də cavabdeh İddiaçı QSCnin işinə bugünkü gündə ciddi maneçilik törədir. Belə ki, o, cəmiyyətin heç bir yığıncağında, iclaslarında iştirak etmir, bununla da, QSC-nin işinə çox böyük maneçiliklər törədir. Belə ki, İddiaçı QSC ən primitiv əməliyyat etdikdə belə cavabdehin bu cür hərəkətləri ucbatından maneələrlə üzləşir. Dəfələrlə bununla bağlı cavabdehə şifahi və yazılı məlumat verilməsinə baxmayaraq, o, yenə də öz əməllərinə davam edir. Belə ki, istənilən məzmunlu məktubu cavabdehə çatdırmaq mümkünsüzdür. O, bilərəkdən poçt vasitəsi ilə ona göndərilən məktubları qəbul etməkdən imtina edir. Dəfələrlə QSC-nin fəaliyyətinə maneçilik törətdiyi üçün ona görəcəyi iş qarşılığında verilmiş səhmlərin kompensasiya ödənilərək geri verilməsi təklifi ilə məktub ünvanlanmasına baxmayaraq, o, bilərəkdən məktubların qəbulundan imtina edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində ona qanuni təmsilçisi olduğu "xxxx" MMC vasitəsi ilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, o, həmin məktuba da heç bir reaksiya verməmişdir. İddiaçı QSC-nin satış və distribütor şirkəti kimi fəaliyyətinin əsası 1995-ci ildə qoyulmuşdur. Şirkətlər Qrupunun fəaliyyət sahəsinə geniş məhsul çeşidləri daxil olmaqla pərakəndə satış, mağazalar şəbəkəsi, logistika, xidmət və iaşə, təhsil sektoru və s. kimi sahələr daxildir. 1995-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının ölkə üzrə distributorluğunu həyata keçirir. İddiaçı QSC beş əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar pərakəndə satış, korporativ, mağazalar şəbəkəsi, təhsil sektoru, xidmət, iaşə və istehsal sahələrini əhatə edir. Qrupa daxil olan şirkətlər də iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə iddiaçının müəssisələrinin bazarda iştirakı ilə əlavə iş yerinin yaranmasına təkan verirlər. 2007-ci ilin mart ayından İddiaçı QSC dəftərxana sahəsində pərakəndə sektorda “Ofisait” markası altında fəaliyyətini davam etdirməyə başlamışdır. “Ofisait” mağazalar şəbəkəsi ölkə üzrə 32-dən artıq mağaza ilə müştərilərinə xidmət edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2, 220.3, 220.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıdakı əsaslara gorə hesab edilir ki, iddia əsassızdır və rədd olunmalıdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2, 220.3, 220.4 maddələri iddiaçı tərəfiindən səhv tətbiq olunur. Qeyd olunan maddələr paylı mülkiyyətin bölünməsi və ya payın ayrılması ilə bağlı mübahisələri tənzimləyir. İddiaçı cavabdeh tərəfindən şirkətə ziyan vurulduğunu iddia edir, lakin bu iddia ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Belə ki, Cavabdeh Xanməmməd oğlunun 4.17% səhm payının olması şirkətin idarə olunmasına heç bir halda maneəçilik törədə bilməz və şirkətin tam fəalliyyətinə nəzarət digər səhmdarların üzərindədir. Eləcə də, səhmlərin geri satın alınmasının ayrıca proseduru mövcuddur.
5. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh adına olan 4.17% səhmin səhmdar X4 adına mövcud bazar dəyəri müəyyən edilməklə kompensasiya edilməklə, satın alınması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
6. Ərizə onunla əsaslandırılmışdır ki, səhmin satin alınması hüququndan istifadə etmək niyyətinin olmaması barədə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X16 Qeydiyyatı İdarəsinin Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı QSC-nin təsiçiləri, nizamnamə kapitalına malik olan səhmdarlar olaraq səhmdar X17-8,3 %, səhmdar X11 40.83% səhmdar Cavabdeh ona məxsus, qeydiyyata alınan 4,7% səhmin satin alınmasını digər səhmdar X4 (46,67 % pay) xeyrinə üstün olmasını bildirərək, Mülki Məcəllənin 101.1-ci maddəsinə əsasən səhmi almaq hüquqlarlarından istifadə etmək niyyətində olmadıqlarını bildirmişlər. Mülki Məcəllənin 101.1-ci maddəsinə əsasən qapalı səhmdar cəmiyyətinin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən otuz gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı otuz gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdarlara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əks halda səhmdar cəmiyyəti həmin əqdin etibarsız hesab edilməsini və səhmin həmin qiymətə cəmiyyətə satılmasını məhkəmə qaydasında tələb edə bilər. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsisçilərinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulsun. 2) Qoşulma dövlət qeydiyyatına alındığı tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri İddiaçı MMC-yə keçsin. 3) Qoşulma barədə mətbuatda elan dərc edilsin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə müvafiq orqana göndərilsin. 4) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tutduğu vəzifədən azad olunsun. 5) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquq və vəzifələrinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair təhvil aktı tərtib edilərək təsdiq edilsin.
10. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) ona qoşulması nəticəsində yenidən təşkil olunsun. 2) Qoşulma ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün hüquq və vəzifələri təhvil aktı üzrə “X24 Companies" MMC-yə keçsin. 3) Yenidən təşkil nəticəsində İddiaçı MMC-nin Nizamnamə kapitalı, təsisçiləri və onların Nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilsin: * Nizamnamə kapitalı 12000 manat həcmində hər biri 100 manat olmaqla 120 paydan ibarətdir; * Azərbaycan Respublikasının vətəndaşı X10 (şəxsiyyət vəsiqəsi AZE № 15482560, xx.xx.2015-ci il tarixdə ASAN 5 tərəfindən verilib) 5600 manat, 56 pay, 46.67%, pul şəklində; * Azərbaycan Respublikasının vətəndaşı X11 (şəxsiyyət vəsiqəsi AZE № 14899755, xx.xx.2017-ci il tarixdə Bakı-Nəsimi RP1 tərəfindən verilib) 4900 manat, 49 pay, 40.83%, pul şəklində; * Azərbaycan Respublikasının vətəndaşı X17 (şəxsiyyət vəsiqəsi AZE № 16582101, xx.xx.2017-ci il tarixdə ASAN 1 tərəfindən verilib) 1000 manat, 10 pay, 8.33%, pul şəklində; * Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh 500 manat, 5 pay, 4.17%, pul şəklində. 4) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkili ilə bağlı mətbuatda elan dərc edilsin və təhvil aktı tərtib edilsin. 5) İddiaçı MMC-nin yenidən təşkili ilə əlaqədar nizamnaməsi təsdiq edilsin. 6) İddiaçı MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru X7 təyin edilsin. 7) Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X16 Qeydiyyatı İdarəsinə müraciət etmək, sənədləri qeydiyyat orqanına təqdim etmək, dəyişiklikləri əks etdirən hazır sənədləri və o cümlədən, bütün reyestr məlumatlarını özündə əks etdirən cəmiyyətin X16 reyestrindən çıxarışını təhvil almaq səlahiyyəti ünvan 1 ünvanında yaşayan X5 həvalə edilsin. (şəxsiyyət vəsiqəsi AZE № 15529614, xx.xx.2015 tarixində ASAN 4 tərəfindən verilib)
11. xx.xx.2017-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, aşağıda imza edənlər, bir tərəfdən xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin təsisçiləri X10, X17 və Cavabdeh və digər tərəfdən 27 noyabr 1995-ci il tarixdə 26649 dövlət qeydiyyatına alınmış “X24f Companies MMC-nin təsisçiləri X10 və X11. Bu aktı tərtib etdik ondan ötrü ki, “BMS Global“ MMC öz mühasibat balansı üzrə bütün aktivləri və passivləri hüquqi şəxsin yenidən təşkili qaydasına uyğun olaraq qoşulduğu İddiaçı MMCyə verir. İddiaçı MMC-nin qeydiyyat məlumatında dəyişiklik edilməsi ilə dövlət qeydiyyatına alındığı vaxtdan "xxxx" MMC-nin üçüncü şəxslər, o cümlədən bütün kreditorlar və borclular qarşısında öhdəlikləri, bütün hüquq və vəzifələri “X24 Companies“ MMC-yə keçir.
12. xx.xx.2017-ci il tarixli aktda qedy edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinın X16 X3 şöbəsinin hüquqşünası Aynur Hacıyeva və hüquqşünası Nabat Hacıyevə bu aktı ona görə tərtib etdilər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulması ilə əlaqədar (bir) ədəd möhür tərəflərindən götürülmüşdür (ləğv edilmişdir).
13. İddiaçı tərəfdən "xxxx" QSC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, MR- 0086 nömrəli razılaşma, xx.xx.2023-cü il tarixli, MA-02/17 saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı, 01 iyul 2020-ci il tarixli XA-1304 saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı, 18 oktyabr 2019-cu il tarixli XA-1677 saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı, 15 dekabr 2021-ci il tarixli 1998 MA-2847 saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı iş materiallarına əlavə edilmişdir.
14. İddiaçı Qapalı Səhmdar Cəmiyyətin Səhmdarının səhminin geri alınması və satın alınmasına dair təsisçilərin ümumi yığıncağının 23 avqust 2024-cü il tarixli, 010Q/2024 saylı qərarında qeyd edilmişdir ki, (İştirak edirlər; 1) Təsisçi: X17; 2) Təsisçi: X11 və 3) Təsisçi: X4 iştirakları ilə) 1) Təsisçi Cavabdeh QSC-nin iclaslarında dəfələrlə iştirak etmədiyini və eləcə də QSC-nin mənfəət və zərərində şərik olmaqdan imtina etdiyini və ayrıca "xxxx" MMC (VÖEN: **********) şirkətini təsis edərək fəaliyyət göstərdiyini nəzərə alaraq Mülki Məcəllənin 101.1-ci maddəsinə əsasən X2 və X1 əldə etmək hüququndan digər səhmdar Cavabdeh məxsus səhmlərin geri alınmasını səhmdar X4 xeyrinə imtina edirlər. 2) X2 və X8 tələbi ilə Mülki Məcəllənin 105-1.1-ci maddəsinə əsasən QSC-nin digər səhmdarı Cavabdeh məxsus səhmləri səhmdar X4 xeyrinə geri alınmasının məhkəmə qaydasında tələb ediməsi qərara alınsın. 3) Qərarın icrası, səhmin geri alınması və satın alınmanın məhkəmə qaydasında tələb edilməsi və digər prosesual tədbirlərin görülməsi QSC-nin direktoruna həvalə edilsin.
15. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X13 göndərilmiş xx.xx.2024-cü il tarixli, H-75/2024 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı QSC-yə məxsus 4,17% miqdarında alqı-satqı yolu ilə cəmiyyətin digər səhmdarlarına satılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 98.2-ci maddəsinə əsasən səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyətəsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. 100.1-ci maddəsinə əsasən səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz. 101.1-cü maddəsinə əsasən qapalı səhmdar cəmiyyətinin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən otuz gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı otuz gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdarlara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əks halda səhmdar cəmiyyəti həmin əqdin etibarsız hesab edilməsini və səhmin həmin qiymətə cəmiyyətə satılmasını məhkəmə qaydasında tələb edə bilər. 106-1.1-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
18. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı qapalı səhmdar cəmiyyətidir. Cəmiyyətin Nizamnaməsindən görünür ki, cəmiyyət "X24 Companies" MMCnin hüquqi varisidir ("X24 Companies" QSC-nin əvvəlki hüquqi varisliyi "xxxx" MMC qeydiyyat tarixi xx.xx.2014-cu il, qeydiyyat nömrəsi **********, "xxxx" MMC qeydiyyat tarixi xx.xx.1993 cü il, qeydiyyat nömrəsi 507 və "İnci" kiçik müəssisəsi qeydiyyat tarixi xx.xx.1995-ci il, qeydiyyat nömrəsi 26649). Cavabdeh QSC-nin Nizamnamə kapitalındakı pul şəklində payı 500 manat, 5 pay, 4.17%dən ibarətdir, digər səmdarlar isə 46.67%, 40.83%, və 8.33% paya malikdirlər.
19. Müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətin Səhmdarının səhminin geri alınması və satın alınmasına dair təsisçilərin ümumi yığıncağının 23 avqust 2024-cü il tarixli, 010Q/2024 saylı qərarı ilə 1) Təsisçi Cavabdeh QSC-nin iclaslarında dəfələrlə iştirak etmədiyini və eləcə də QSC-nin mənfəət və zərərində şərik olmaqdan imtina etdiyini və ayrıca "xxxx" MMC şirkətini təsis edərək fəaliyyət göstərdiyini nəzərə alaraq, Mülki Məcəllənin 101.1-ci maddəsinə əsasən X2 və X1 əldə etmək hüququndan digər səhmdar Cavabdeh məxsus səhmlərin geri alınmasını səhmdar X4 xeyrinə imtina etdiyi; 2) X2 və X8 tələbi ilə Mülki Məcəllənin 105-1.1-ci maddəsinə əsasən QSC-nin digər səhmdarı Cavabdeh məxsus səhmlərin səhmdar X4 xeyrinə geri alınmasının məhkəmə qaydasında tələb ediməsi qərara alınmışdır.
20. İddiaçı da məhkəməyə müraciət edərək, Cavabdeh adına olan 4.17% səhmin səhmdar X4 adına mövcud bazar dəyəri müəyyən edilməklə kompensasiya edilməklə, satın alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmənin qənaətinə əsasən iddia tələbi əsassız, cavabdehin etirazı əsaslı olduğundan iddia rədd olunmalıdır.
22. Əvvəla, qeyd olunmalıdır ki, MM-nin 101.1-cü maddəsinin məzmunundan göründüyü kimi, qapalı səhmdar cəmiyyətinin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər...səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Beləliklə, həmin maddə səhmdarın ona məxsus səhmləri satdıqda həmin səhmlərin kim tərəfindən əldə oluna biləcəyi ilə bağlı münasibəti tənzimləyir.
23. Hazırkı halda isə qapalı səhmdar cəmiyyətinin səhmdarı olan cavabdehin səhmləri satması, bununla bağlı təkliflər göndərməsi və s. barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi də cavabdehin belə bir niyyətinin olmadığını bildirmişdir.
24. Bundan başqa, iddiaçı tərəfindən istinad olunan MM-nin 105-1.1-ci maddəsindən göründüyü kimi, səhmdar cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması bu Məcəllə və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir və ümumiyyətlə 105-ci maddə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması ilə bağlı məsələləri tənzimləyir. Hazırkı işdə iddia ərizəsində məhz cəmiyyətin nizamnamə kapitalının azaldılması məqsədilə səhmlərin bir hissəsinin alınması yox, ərizədə qeyd olunan digər əsaslarla hazırkı tələb irəli sürülmüşdür.
25. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.
26. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova