Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4482/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Gursel Bolatın iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli AZ-010-2022 nömrəli icarə müqaviləsi üzrə yaranmış 201172,40 manat (ƏDV daxil) məbləğində borc məbləğinin, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat mediasiya haqqının, 91,20 manat dövlət rüsumunun və hüquqi xidmələrin göstərilməsinə görə ödənilmiş 1000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixli AZ-010-2022 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən, tərəflər müqavilədə qeyd edilən əşyaların iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsi, cavabdeh tərəfindən isə həmin əşyaların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı razılığa gəliblər. İcarəyə verilən əşyalar razılaşdırılmış vaxtda təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-fakturalar tam şəkildə iddiaçı tərəfindən göndərilmişdir. Lakin müqavilə üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş cari tarixədək həyata keçirilməmişdir. Mövcud borcun ödənilməsi üçün tərəflərindən dəfələrlə xəbərdarlıq edilmiş, 01 iyun 2023-cü il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq elektron formada pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 5 (beş) gün müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə də mübahisənin həlli üçün tərəfimizdən 12 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və mediasiya təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməmisinə dair arayış təqdim edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, iddiaçı ona məxsus olan texnikanı cavabdehə vermiş, cavabdeh həmin müqavilə üzrə ödənişləri tam şəkildə etməmiş, hazırda iddiaçıya olan ümumi borcunun məbləği 201172,40 manat təşkil edir. Bundan əlavə, icarə müqaviləsindən savayı tərəflər arasındakı şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə verilmiş nəqliyyat vasitələrinə texniki xidmət göstərməyi öhdəsinə götürmüş, həmin xidmətlərin dəyəri də ödənilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərinin təyinat hissəsində göstərilmiş elektron qaimələr üzrə borc hazırda cavabdehdən tələb edilmir. Həmin ödənişlər iddia ərizəsi verilən zaman nəzərə alınmışdır.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi G.Bolat iddia ərizəsinə etiraz edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xidmət aktlarını imzalamış Əşrəf Bağırov hazırda onların qanuni təmsilçisi olsa da, müqavilə münasibətləri dövründə o, sıravi işçi olmuş, həmin aktları imzalamaq səlahiyyəti olmamışdır. İcarə müqaviləsi bağlanıb, texnikalar onlara verilsə də, tələb edilən borcun bir qismi ödənilmiş, digərinin isə əsası yoxdur. Bundan əlavə, tərəflər arasında cavabdehə verilmiş nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi ilə bağlı hər hansı razılaşma da olmamışdır. Təqdim edilmiş elektron qaimələr borcun əsaslı hesab edilməsinə əsas ola bilməz.
Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 01 iyun 2022-ci il tarixli AZ-010-2022 saylı icarə müqaviləsinə əsasən icarəyə verənin razılaşma protokolunda təsvir olunan nəqliyyat vasitələrini, texnikaları və / və ya avadanlıqları üzərində mülkiyyət hüququ və səlahiyyəti mövcuddur və icarəyə verən həmin avadanlıqları icarəçiyə icarəyə verir, icarəçi də bunun müqabilində icarəyə verənə icarə haqqı ödəyir.
7. Müqavilənin 2.2-ci bəndinə əsasən avadanlıqların verilməsi hər iki tərəfin imzası ilə və qarşılıqlı razılaşdırılmış formada təhvil-təslim aktınn rəsmiləşdirilməsi ilə həyata keçirilir.Təhvil-təslim aktında avadanlıqların təhvil verilməsi zamanı onun texniki vəziyyətinin, həmçinin digər müvafiq xüsusiyyətlərinin təsviri əks olunmalıdır. Hər iki tərəfin imzalanmasından sonra təhvil-təslim aktı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən nəzərdə tutulmuş məqsədlər üçün avadanlıqların istifadəsi müqabilində icarəçi icarəyə verənə razılaşma protokolunda göstərilən məbləğdə sabit aylıq icarə haqqı ödəməlidir.
9. İddiaçi tərəfindən cavabdehə EBCB 098086 nömrəli xx.xx.2022-ci il tarixli, EBCM 473431 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 461388 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 460043 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 431519 nömrəli xx.xx.2023-cü il tarixli,EBCM 431436 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 428218 nömrəli xx.xx.2023-cü il tarixli, EBCK 013157 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 307347 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 307193 nömrəli xx.xx.2022-ci il tarixli, EBCE 424045 nömrəli xx.xx.2022-ci il tarixli, EBCE 420431 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 893003 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 461449 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 460789 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 439168 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmişdir.
10. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 01 avqust 2022-ci il tarixli 04 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 23010 manat, 05 yanvar 2023-cü il tarixli 24 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 21558,60 manat, 05 yanvar 2023-cü il tarixli 23 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 21240 manat, 05 yanvar 2023-cü il tarixli 22 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 14425,80 manat, 05 yanvar 2023-cü il tarixli 21 nömrəli hesab-faktura üzrə avadanlıqların icarəsi üçün 15930 manat ödənilməlidir.
11. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 05 yanvar 2023-cü il tarixli 20 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 5310 manat, 05 yanvar 2023-cü il tarixli 19 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 23010 manat, 28 noyabr 2022-cü il tarixli 18 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 12980 manat, 16 noyabr 2022-cü il tarixli 17 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 23010 manat, 16 noyabr 2022-cü il tarixli 17 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 23010 manat, 16 noyabr 2022-cü il tarixli 16 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 20414 manat, 23 sentyabr 2022-cü il tarixli 12 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 7670 manat, 23 sentyabr 2022-cü il tarixli 11 nömrəli hesabfaktura ilə avadanlıqların icarəsi üçün 1652 manat, 31 avqust 2022-cü il tarixli 10 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 5310 manat, 24 avqust 2022-cü il tarixli 08 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 1652 manat, 24 avqust 2022-ci il tarixli 07 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 7670 manat, 24 avqust 2022-ci il tarixli 06 nömrəli hesab-faktura ilə avadanlıqların icarəsi üçün 7670 manat vəsait ödənilməlidir.
12. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12112 nömrəli texniki xidmət blankından görünür ki, 90YP978 nömrəli yəhərli dartıcı üzrə texnika işini davam etdirilir.
13. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12466 nömrəli texniki xidmət blankından görünür ki, 90JR691 nömrəli yəhərli dartıcı Howo nəqliyyat vasitəsi işini davam etdirilir.
14. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12104 nömrəli texniki xidmət blankından görünür ki, 50AE324 nömrəli minik Pikap Navara texnika işini davam etdirilir.
15. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12111 nömrəli texniki xidmət blankından görünür ki, 50AB090 nömrəli LR-1100 tırtıllı kran tiebtler üzrə texnika işini davam etdirilir.
16. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11212 nömrəli texniki xidmət blankından görünür ki, 50AB059 və 10HO403 dövlət nömrəli nişanlı 2340 modelli avtoyükləyici MRT texnika təslim alındı.
17. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11208 nömrəli texniki xidmət blankından görünür ki, 50AB090 dövlət nömrəli nişanlı LR 1100 Tnbell kran texnika təslim alındı.
18. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11216 nömrəli texniki xidmət blankından görünür ki, 90JU587 dövlət nömrəli nişanlı A7 yük yəhərli dartıcı Howo nəqliyyat vasitəsi təslim alındı.
19. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11204 nömrəli texniki xidmət blankından görünür ki, 90JU691 dövlət nömrəli nişanlı 271 yəhərli dartıcı Howo nəqliyyat vasitəsi təslim alındı.
20. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11214 nömrəli texniki xidmət blankından görünür ki, 10AO378 və 50AB087 dövlət nömrəli nişanlı LR1100 Tnbell kran təslim alındı.
21. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12476 nömrəli texniki xidmət blankından görünür ki, 90JR691 dövlət nömrəli nişanlı 271 yəhərli dartıcı Howo nəqliyyat vasitəsi işini davam etdirir.
22. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12475 nömrəli texniki xidmət blankından görünür ki, 90JU587 dövlət nömrəli nişanlı Az yük markalı yəhərli dartıcı Howo nəqliyyat vasitəsi işini davam etdirir.
23. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12474 nömrəli texniki xidmət blankından görünür ki, 50AB070 dövlət nömrəli nişanlı LRU00 markalı tırtıllı kran tiebherr nəqliyyat vasitəsi işini davam etdirir.
24. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12478 nömrəli texniki xidmət blankından görünür ki, 90JC285 dövlət nömrəli nişanlı M2642 markalı yəhərli dartıcı Amico nəqliyyat vasitəsi işini davam etdirir.
25. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12477 nömrəli texniki xidmət blankından görünür ki, 50AB059 dövlət nömrəli nişanlı 2540 markalı Avto yükləyici MRT texnika işini davam etdirir.
26. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12472 nömrəli texniki xidmət blankından görünür ki, 90JU587 dövlət nömrəli nişanlı Az yük markalı yəhərli dartıcı Howo nəqliyyat vasitəsi işini davam etdirir.
27. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12473 nömrəli texniki xidmət blankından görünür ki, 50AB090 dövlət nömrəli nişanlı LR1100 markalı tırtıllı kran tiebler texnika işini davam etdirir.
28. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12109 nömrəli texniki xidmət blankından görünür ki, 50AB059 və 10AP403 dövlət nömrəli nişanlı 2540 markalı avtoyükləyici MRT texnika işini davam etdirir.
29. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11228 nömrəli texniki xidmət blankından görünür ki, 50AE314 dövlət nömrəli nişanlı narıncı rəngli nəqliyyat vasitəsi texnika işini davam etdirir.
30. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12106 nömrəli texniki xidmət blankından görünür ki, 50AE314 dövlət nömrəli nişanlı narıncı rəngli minik Nissan markalı texnika işini davam etdirir.
31. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12108 nömrəli texniki xidmət blankından görünür ki, 90YC285 dövlət nömrəli nişanlı yəhərli dartıcı texnika işini davam etdirir.
32. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12107 nömrəli texniki xidmət blankından görünür ki, 90JR691 dövlət nömrəli nişanlı yəhərli dartıcı Howo markalı texnika işini davam etdirir.
33. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12471 nömrəli texniki xidmət blankından görünür ki, 50AB059 dövlət nömrəli nişanlı 2540 markalı Avto yükləyici MRT markalı texnika işini davam etdirir.
34. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12470 nömrəli texniki xidmət blankından görünür ki, 50AE314 dövlət nömrəli nişanlı Navara madel Nissan minik markalı nəqliyyat vasitəsi işini davam etdirir.
35. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 12103 nömrəli texniki xidmət blankından görünür ki, 50AB059, 10AD403 nömrəli 2540 avtoyükləyici MRT texnika işini davam etdirilir.
36. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 5711.56 manat, xx.xx.2022-ci il tarixində 10000 manat, xx.xx.2022-ci il tarixində 10000 manat, xx.xx.2022-ci il tarixində 24000 manat, xx.xx.2022-ci il tarixində 20000 manat, xx.xx.2022-ci il tarixində 720 manat, xx.xx.2022-ci il tarixində 1028,08 manat, xx.xx.2022-ci il tarixində 4320 manat, xx.xx.2022ci il tarixində 1800 manat, xx.xx.2022-ci il tarixində 1800 manat, xx.xx.2022-ciil tarixində 3600 manat məbləğində vəsait ödənilmişdir.
37. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
38. Belə ki, iddia tələbi şərti olaraq iki hissədən ibarətdir. Birincisi, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 158373,80 manat icarə haqqı borcunun ödənilməsi, ikincisi, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə 42798,60 manat vəsaitin ödənilməsi.
39. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
41. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
44. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
45. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
46. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
47. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
48. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
49. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
50. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçıya məxsus nəqliyyat vasitələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, lakin icarəçi (cavabdeh) tərəfindən üzərinə düşən öhdəliklər tam şəkildə icra edilməmişdir.
51. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədləri ilə bağlı bildirir ki, iddia ərizəsində tələb edilən borcun əks olunduğu elektron qaimələrə istinad edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərində həmin qaimələrin yalnız üçü üzrə (EBCA 441249 saylı, EBCJ 307347 saylı və EBCB 089086 saylı) qismən ödəniş edilmiş, iddia ərizəsində həmin ödənişlər çıxılmaqla qalıq borc iddiaçı tərəfindən tələb edilmişdir.
52. Cavabdehin nümayəndəsi G.Bolat məhkəmə iclasında verdiyi izahatında elektron qaimələrin borcun tələb edilməsi üçün yetərli sübut olmadığını bildirsə də, təqdim etdiyi ödəniş sənədlərinin təyinat hissəsində elektron qaimələrə istinad edilməsinin, elektron qaimələrə etiraz edilməməsinin səbəbini izah edə bilməmiş, ödənişlərin bu vaxta qədər hansı sənədlər nəzərə alınmaqla edilməsinin, habelə ödəniş edildiyi hissədə başqa sənədlərin olmamasının səbəbini göstərə bilməmişdir.
53. Bundan əlavə, cavabdehin artıq ödəniş etdiyi elektron qaimələrin verilməsinə əsas olmuş təhvil aktları da Əşrəf Bağırov tərəfindən imzalanmış, hazırda həmin şəxsin cavabdehin qanuni nümayəndəsi olmasını cavabdehin nümayəndəsi G.Bolat da təsdiq etmişdir.
54. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslıdır və həmin hissədə təmin edilməlidir.
55. Məhkəmə iddia tələbini ikinci hissədə əsaslı hesab etmir.
56. Belə ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 2022-ci ilin dekabr ayı üzrə 12113 nömrəli texniki xidmət blankından görünür ki, texnikalara əlavə olaraq operator xidməti və mob-demob xidməti göstərilmişdir. Məbləğ 6 aylıq olaraq hesablanır.
57. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təmir aktından görünür ki, 90JC285 dövlət nömrə nişanlı Amico M2642 Yük avtomobilinin təmiri üçün ümumilikdə 12598 manat məbləğində xərc çəkilmişdir.
58. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təmir aktından görünür ki, 90JR691 dövlət nömrə nişanlı Howo yük Yəhərli dartıcı üçün ümumilikdə 5672 manat məbləğində xərc çəkilmişdir.
59. Həmin aktlarla bağlı iddiaçı tərəfindən cavabdehə EBCM 461388 saylı, xx.xx.2023-cü il tarixli (21240 manat) və EBCM 473431 saylı, xx.xx.2023-cü il tarixli (21558,60 manat) elektron qaimələr təqdim edilmişdir.
60. Belə ki, sözügedən icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən avadanlıqlar istismar olduğu müddətdə onlara icarəçi tərəfindən ziyan vurularsa, icarəçi həmin zərərə görə məsuliyyət daşıyır.
61. İddiaçı tərəfindən isə məhkəməyə təmir aktlarında adları çəkilmiş nəqliyyat vasitələrində yaranmış nasazlıqların cavabdehin təqsiri nəticəsində yaranmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
62. Cavabdeh iddiaya qarşı etirazında tərəflər arasında avadanlıqların təmir edilməsi, onlara xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərclərin cavabdeh tərəfindən ödənilməli olması barədə hər hansı razılıq olmadığını bildirmişdir.
63. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
64. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ümumilikdə 158373,80 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, 91,20 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
67. İddiaçı iddia ərizəsində hüquqi yardımla bağlı çəkilmiş 1000 manat xərcin də cavabdehə aid edilməsini xahiş etmişdir.
68. Materiallardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Mirzəyev və partnyorları” Vəkil Bürsonun hesabına 1000 manat məbləğində vəsait ödənilmişdir.
69. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
70. Məhkəmə hesab edir ki, 1000 manat məbləğində hüquqi yardımla bağlı xərc də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
IV. Nəticə:
71. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 158373,80 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, 1000 manat hüquqi yardıma görə xərc, ümumilikdə 159773,80 (bir yüz əlli doqquz min yeddi yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 91,20 (doxsan bir manat iyirmi qəpik) manat dövlət rüsumu iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova