Məhkəmə qərarları › İş №e-2-2(113)-4499/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4499/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4499/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 20779,48 manat məbləğində əsas borcun, 2730,42 manat məbləğində faiz borcunun, 1373,24 manat məbləğində cərimə borcunun cəmi 24883,14 manat borcun və 169 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Məmmədov Cavabdeh3 Səmayə Yusif (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 428.4, 442, 445.2.1, 448, 449.4, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məkhəməyə müraciət edərək məhkəmə proseslərinin çox olması ilə əlaqədar xx.xx.2025-ci il tarixli prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və təqdim edilən sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, əsas və faiz borcunu qəbul edir, cərimə hissəsində azaldılmasını istəyir. Həmçinin borc məbləğinin aylıq hissə-hissə ödənişlərin edilməsində güzəşt edilməsini məhkəmədən xahiş etmişdir. Sonda iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, əsas və faiz borcunu qəbul edir, cərimənin azaldılmasını istəyir. Sonda iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək əsas və faiz borcunu qəbul etdiyini, cərimə hissəsində azaldılma istədiyini bildirmişdir. Sonda iddianın qismən təmin olunmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh2 (Müştəri), Cavabdeh3 (Zamin) və Cavabdeh1 (Zamin) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № MK/70270/91/3 saylı kredit sazişinə əsasən Bank Müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə Banka faizlər (komisyon haqlar) ödəməyi və Girov qoyan və/və ya Zamin isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. Müqavilə çərçivəsində təqdim edilən hər bir Kredit məhsulu üzrə münasibətlərin predmeti bu Xidmət şərtlərinin xüsusi hissəsində və müvafiq Kredit sazişində qeyd edilir. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə, Müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0,50 manatdan /ABŞdolları/Avroda az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 (doxsan) gün müddətində tətbiq edilir. Müqavilənin 7.4.1-ci bəndinə əsasən Cavabdeh3 və Cavabdeh1 zamin kimi xx.xx.2023-cü il tarixli, № MK/70270/91/3 saylı kredit sazişinin müqavilə üzrə müştəri üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımincə icra etmədikdə bankın ilk tələbi ilə zaminlikdə təmin edilmiş öhdəliyi dərhal etməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 (Müştəri), Cavabdeh3 (Zamin) və Cavabdeh1 (Zamin) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, № MK/70270/91/3 saylı kredit sazişindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti X1 ümumi məbləği 30000 manat olan illik faiz dərəcəsi 24% (faktiki illik faiz dərəcəsi: 24.8%) olmaqla 36 ay müddətinə kredit verməyi öhdəsinə götürmüşdür. Cərimə xidmət şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndi üzrə 1% müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 hesabına 11600 kredit ödənişi köçürmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 29999 manat nağd kredit vermişdir. xx.xx.2025-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC- yə 20779,48 manat əsas, 2730,42 manat faiz və 1373,24 manat məbləğində cərimə borcu vardır. xx.xx.2023-cü il tarixli, № MK/70270/91/3 saylı kredit sazişi üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 30000 manat olan illik faiz dərəcəsi 24% (faktiki illik faiz dərəcəsi: 24.8%) olmaqla 36 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 18 may 2023-cü il tarixdən 18 may 2026-ci il tarixinə qədər hər ayın 18-i (və ya 19, 20-i olmaqla) 1176,99 manat, sonuncu ay 1194,2 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 169 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh2 xx.xx.2023-cü il tarixli, № MK/70270/91/3 saylı kredit sazişi üzrə illik faiz dərəcəsi 24% olmaqla 36 ay müddətinə 30000 manat kredit vermişdir. Həmçinin Cavabdeh3 və Cavabdeh1 zamin kimi xx.xx.2023-cü il tarixli, № MK/70270/91/3 saylı İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 7.1.9-cu bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 30000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməyərək kredit borcunun aylıq ödənişlərini ödəməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaya qarşı etiraz etməmişlər. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Çünki iddiaçı 20779,48 manat məbləğində əsas borcun, 2730,42 manat faiz borcunun ödənilməsini tələb etmiş, cavabdehlər isə həmin məbləğdə əsas və faiz borcunu qəbul etmişlər. Buna görə də əsas və faiz borcun olması və məbləği işin mübahisələndirilməyən halı kimi qiymətləndirilmişdir. Bununla yanaşı iddiaçı 1373,24 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 700 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 20779,48 manat məbləğində əsas borc, 2730,42 manat məbləğində faiz manat məbləğində faiz borcu, 700 manat məbləğində cərimə borcu, ümumilikdə 24209,9 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 169 manat dövlət rüsumunun 162,63 manatının əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 20779,48 manat əsas borc, 2730,42 manat məbləğində faiz borcu, 700 manat cərimə ümumilikdə 24209 (iyirmi dörd min iki yüz doqquz) manat, 90 (doxsan) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun 162 (yüz altmış iki) manat 63 (altmış üç) qəpiyinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar