Məhkəmə qərarları › İş №e-2-2(113)-4509/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4509/2024

04.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4509/2024 04.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həşimova Günay Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçının, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçıun Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin mənfəətin bölüşdürülməsi üçün ümumi yığıncağının çağırılması, ASC-nin fəaliyyət göstərdiyi dövrdə səhmləri İddiaçı tərəfindən səhmləri aldığı vaxtdan dövrdən hesablanmaqla paylarına uyğun düşən 110000 manat dividentin tutularaq İddiaçı ödənilməsi və 400 manat mediasiya pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, hazırki iddia tələbi iki hissədən ibarətdir - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin mənfəətin bölüşdürülməsi üçün ümumi yığıncağının çağırılması və ASC-nin fəaliyyət göstərdiyi dövrdə səhmləri İddiaçı tərəfindən səhmləri aldığı vaxtdan dövrdən hesablanmaqla paylarına uyğun düşən 110000 manat dividentin tutularaq İddiaçı ödənilməsidir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatı dinləyib materialları araşdıraraq hesab edir ki, hazırkı mübahisəyə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından iş icraata xitam verilməlidir. Məhkəmə hazırki iddia tələbləri ilə bağlı aşağıdakılar qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 98.1-ci maddəsinə əsasən Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 99.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 106-3.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 107.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Sadalanmış normaların məzmunundan da, göründüyü kimi cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi məsələsi məhz ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəmə qaydasında baxılmalı deyildir. Bununla bağlı izah edilməlidir ki, cəmiyyətin üzvü mənfəətin bölüşdürülməsi və ümumi yığıncağının keçirilməsi üçün Cəmiyyətə müraciət etməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətininə mənfəətin bölüşdürülməsi üçün ümumi yığıncağının çağırılması tələbi ilə müraciət etməmiş, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, hazırki halda qeyd edilən tələblə bağlı ASC-yə müraciət edilmədiyindən, hazırki tələb məhkəmədə baxılmalı olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən Məhkəmə hesab edir ki, ASC-nin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 261.0.1ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçıun Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar