Məhkəmə qərarları › İş №e-2-2(113)-4526/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4526/2025

18.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4526/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındaki Filialına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındaki Filialına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-nin Azərbaycan Respublikasındaki Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 15.465,33 (on beş min dörd yüz altmış beş manat otuz üç qəpik) manat əsas borc və 140 manat dövlət rüsmumu alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-ilə xx.xx.2022-ci il tarixdə aramızda müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən CavabdehMMC- ilə icraçı İddiaçıxidmət müqaviləsi YXM049/2022-4 Azərbaycan Respublikasının qanunvericiliyi və öz əsasnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh Məhdud Məsuliyyətli cəmiyyətinin Azərbaycan Respublikasının filialı, drektoruEmrah Ucar şəxsində (bundan sonra ismin müvafiq halında “sifarişçi” adlandırılacaq) və digər tərəf vergi ödəyicisi kimi rəsmi qeydiyyata alınmış fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxs İddiaçı şəxsində (bundan sonra ismin müvafiq halında “İcraçı” adlandırılacaq və icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. Xidmət haqqı müqavilənin əlavəsi olan “X3” ilə müəyyən edilir. Tərəflərin Hüquq və öhdəlikləri ondan ibarətdir ki, 3.1.1 Xidmətlərin göstərilməsi üçün lazım olan təlimatları, məlumatları icraçıya vaxtı vaxtında təqdim etmək və icraçıdan işlərin icrası və gedişatı barədə ətrafli məlumat və hesabat tələb edir. İcraçının gördüyü işin keyfiyyəti sifarişçinin tapşırığına uyğun gəlmədikdə uyğunsuzluqları və nöqsanları icraçıdan öz hesabına dərhal aradan qaldırmağı tələb edir... Göründüyü kimi cavabdeh müqavilə öhdəliklərini şərtlərini pozaraq yerinə yetirməmişdir. Belə ki, cavabdeh bu günə kimi xx.xx.2023-cü il tarixdə 5000 manat xx.xx.2023-cü il tarixdə isə "xxxx" yol su enerji MMC ilə müqaviləmiz olduğu üçün 25000 manat ödəniş edilmişdir. Ümumi olaraq 45.465.33 manat ödəniş əvəzinə mənim hesabıma 30000 (otuz min) manat ödəniş edilmiş və 15.465,33 manat ödəniş az olunmuşdur. Dəfələrlə cavabdehə yazılı ərizə ilə müraciət edilsə də, cavabdeh hər gün eyni vədlər verərək qalıq pul vəsaitini bu günə kimi ödəməmişdir. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldım.

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək,iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsinii xahiş etdi.

4. Etiraz onunla əsaslandırılmışdır ki, aktlar İddiaçı tərəfindən Cavabdehə göstərilmiş olmasını sübutedici fakt olaraq çıxış edə bilməz. Digər tərəfdən, həmin aktda ümumiyyətlə, müqaviləyə istinad edilməmişdir. Sahibkarlıq sahəsində formalaşmış işgüzar qaydalara və təhvil-təslim aktının nümunəvi formasına əsasən, təhvil-təslim aktında işlərin görülməsinin əsaslandığı müqavilə nömrəsi və tarixi göstərilməlidir. Digər tərəfdən qeyd edək ki, Cavabdehin işinin qurulması prinsipinə əsasən, inşaat sahəsində imzalanmış bütün təhvil-təslim aktları təsdiqlənərək şirkətin möhürünün vurulması üçün Cavabdehin Baş Ofisinə göndərilir. Lakin İddiaçının təqdim etdiyi aktdan göründüyü kimi həmin akt hər iki tərəfdən imza və möhürlə təsdiqlənməmişdir, bu da həmin aktla İddiaçının görüldüyünü iddia etdiyi işlərin görülməsinin Cavabdeh tərəfindən təsdiq edilmədiyini göstərir. Məhkəmənin elektron sisteminə “pdf.” formada əlavə edilmiş təhvil-təslim aktlarını həmin sənədlərin əslini yox, çıxarılmış surətlərini əks etdirir. Sahibkarlıq sahəsində formalaşmış işgüzar adətlərə görə, mal təhvil verilərkən təhvil-təslim aktı bir sənəd üzərində tərtib olunur, digər sənədə onun üzü/surəti çıxarılır, sənədin əsli satıcıda qalır, surəti alıcıya verilir. İddia edilən malların təqdim edilib-edilməməsi Alıcı tərəfindən yalnız təhvil-təslim aktlarının əslləri əsasında sübut oluna bilər.

5. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli elektron qaydada təqdim edilmiş digər ərizədə qeyd edilmişdir ki, məhkəməyə təqdim edilən YXM-049/2022-4 nömrəli, xx.xx.2022-ci il tarixli Xidmət Müqaviləsi üzrə yaranmış borcun ötürülməsi barədə xx.xx.2023-cü il tarixli Üçtərəfli Razılaşmaya əsasən qeyd olunur ki, "xxxx" MMC-nin İlkin Müqavilə (yəni Xidmət Müqaviləsi) üzrə İddiaçı tərəfindən göstərilmiş xidmətlər qarşılığında 25.000,00 (iyirmi beş min) AZN məbləğində borcu yaranmışdır. İddiaçı həmin borcun "xxxx" MMC-yə ötürülməsinə etiraz etmədiyini təsdiq edir. Məhkəməyə təqdim edilən sənədlərə əsasən, göstərilən 25.000,00 AZN məbləğindəki qalıq borc tam şəkildə İddiaçıya ödənilmişdir. Müqavilənin 1.2-ci maddəsinə uyğun olaraq, İddiaçı göstərilən borc məbləğinə münasibətdə "xxxx" MMC-yə qarşı hər hansı əlavə tələb irəli sürməyəcəyini təsdiq etmişdir. Qeyd edilməlidir ki, İddiaçı tərəfindən təqdim edilən e-qaimələr xx.xx.2023-cü il tarixlidir, halbuki üçtərəfli Müqavilə xx.xx.2023-cü il tarixində təsdiq edilmişdir. Razılaşmada açıq şəkildə göstərilir ki, Müqavilə üzrə qalıq borcun məbləği toplam 25.000,00 AZN təşkil edir. Beləliklə, İddiaçı özü də təsdiq etmiş olur ki, göstərilən 25.000,00 AZN məbləğindən başqa hər hansı qalıq borc mövcud deyil. Xahiş edirik ki, məhkəmənin diqqətinə çatdırdığımız hallar məhkəmə tərəfindən nəzərə alınsın. II. Tərəflərin mövqeləri:

6. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı (“icraçı”) ilə "xxxx" MMC (“sifarişçi”) arasında xx.xx.2022-c il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi. Sılarişçı isa həmın xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, bu Müqaviləyə uygun oluraq Xidmət İcraçı tərəfindən həyata keçirildikdən sonra "(X2" ilə müəvvən edilmiş qivmətə uyğun xidmət haqqının Omumı məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər av üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Xidmətlərin göstərilməsinə dair Ak İ" tərtib edilərək müəyyən edilir. - 3.1.4-cü bəndinə əsasən sifarişçi xidmət haqqını bu müqavilədə göstərilən müddətdə və miqdarda icraçıya ödənilməsini təmin edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı ilə cavabdeh arasında imzalnmış xx.xx.2022-c il tarixli xidmət müqaviləsinə 01 saylı Əlavə olan X1 iddiaçı tərəfindən cavabdehə 23430 manat məbləğində xidmətin göstərilməsi razılaşdırılmışdır.

12. İddiaçı ilə cavabdeh arasında imzalnmış xx.xx.2022-c il tarixli xidmət müqaviləsinə 02 saylı Əlavə olan X1 iddiaçı tərəfindən cavabdehə 12780 manat məbləğində xidmətin göstərilməsi razılaşdırılmışdır.

13. İddiaçı ilə cavabdeh arasında imzalnmış xx.xx.2022-c il tarixli xidmət müqaviləsinə 03 saylı Əlavədə müqavilə müddətinin uzadılması razılaşdırılmışdır.

14. İddiaçı tərəfindən cavabdehə EBDJ 923794 saylı xx.xx.2023-cü il tarixli 24847.86 mana,EBDJ 922721 nömrəli xx.xx.2023-cü il tarixli 20617.47 manat məbləğində məbləğində elektron qaimə göndərilmişdir.

15. xx.xx.2022-ci il tarixli Xidmət Müqaviləsi üzrə yaranmış borcun ötürülməsi barədə üçtərəfli razılaşmaya əsasən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındaki Filialı İddiaçı razılığı ilə 25000 manat borcun ödənilməsini "xxxx" MMC-yə ötürür.Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən İddiaçı qeyd ediklən borc məbləğinin bu Razılaşmada müəyyənləşdirilmiş şərtlərlə "xxxx" MMC-yə ötürülməsinə etiraz etmir və həmin borc məbləğinə münasibətdə cavabdehə heç bir tələb irəli sürməyəcəyini qəbul edir. Hmin müqavilənin 1.5-ci bəndinə əsasən tərəflər qəbul edirlər ki, bu razılaşma ilkin müqavilədən döğan və bu razılaşmanın 1.1-ci bəndində göstərilən məbləğə münasibətdə bağlanır və Cavabdeh MMC ilə İddiaçı arasında mövcud olan ilkin xidmət (xx.xx.2022-ci il tarixli) müqaviləsindən yaranmış və yaranacaq başqa borc məbləğlərinə aid edilmir.

16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ciil tarixli ödəniş tapşırığı ilə təsdiq edirli ki, "xxxx" MMC tərəfindən İddiaçı hesabına 25 000 manat köçürülmüşdür. V. Tətbiq edilən hüquq:

17. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Belə ki, işin halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə, təhvil təslim aktları həmçinin borcun ptürülməsi barədə müqavilə ilə müəyyən olunur ki, İddiaçı (“icraçı”) ilə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındaki Filialı (“sifarişçi”) arasında xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı (“icraçı”) müqavilə şərtərinə uyğun olaraq reklam xidmətlərini cavabdehə göstərmiş,bununla da öz öhdəlikərini yetirmiş, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

23. Məhkəmə cavabdehin etiraz ərizəsində cavabdeh tərəfindən göstərilən dəlillərə münasibətdə qeyd edir ki tərəflər arasında imzalanmış təhvil-təslim aktlarında istinad edilən müqavilənin tarixinin və nömrəsinin qeyd olunmaması həmin aktların etibarsız akt olmasına dəlalət etmir.Tərəflər çox vaxt işgüzar adətlərdən çıxış edərək öz aralarında təhvil-təslim aktrlarını imzalamaqla,xidmətin göstərilməsini və qarşı tərəfdən göstərilən xidmətin qəbul edilməsini rəsmiləşdirirlər və həmin sənədlərdə istinad edilən müqavilənin tarixi və nömrəsi göstrilməyə bilər. Təcrübədən bəlli olduğu kimi, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s.

24. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli elektron qaydada təqdim edilmiş digər ərizədə həmçinin, YXM-049/2022-4 nömrəli, xx.xx.2022-ci il tarixli Xidmət Müqaviləsi üzrə yaranmış borcun ötürülməsi barədə xx.xx.2023-cü il tarixli Üçtərəfli Razılaşmada iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsinin olması və iddiaçı tərəfindən cavabdehə xidmətlərin təhvil verilməsi və müqavilə üzrə 25000 manat məbləğin iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. İş materiallarından, e-qaimələrdən və təhvil-təslim aktlarından göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə xidmətlər, iki dəfə təhvil verilməklə dəyəri cəmi 45.465.33 manat təşkil etmiş, və iddiaçıya müqavilə üzrə cəmi 30000 (otuz min) manat ödəniş edilmişdir. Həmçinin tərəflər arasında bağlanan xx.xx.2023cü il tarixli “xx.xx.2022-ci il tarixli Xidmət Müqaviləsi üzrə yaranmış borcun ötürülməsi barədə üçtərəfli razılaşma”nın 1.5-ci bəndinə əsasən tərəflər həmin razılaşmanın müqavilə üzrə digər borclara aid edilmədiyini,yalnız 25000 manat hissəsinə aid edildiyini qəbul etmişlər.

25. Qeyd edilənlərə əsasən , məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutlara və işin hallarını araşdıraraq hesab edir ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındaki Filialının iddiaçıya 15465.33 manat (45.465.33 -30000)məbləğində əsas borcunun qalması iş materiallarında olan sübutlar (xidmət müqaviləsi,təhviltəslim aktları, elektron qaimələr həmçinin tarixli “xx.xx.2022-ci il tarixli Xidmət Müqaviləsi üzrə yaranmış borcun ötürülməsi barədə üçtərəfli razılaşma”nın 1.5-ci bəndinə əsasən) öz təsdiqini tapır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməldidir.

26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 140 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

27. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 15465.33 (on beş min dörd yüz altmış beş manat otuz üç qəpik) manat məbləğində əsas borc və 140 (yüz qırx) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar