Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-453/2022 04.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “Turan+T.T” Mənzil Tikinti-Kooperativinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BANK VTB” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “Turan+T.T” Mənzil Tikinti-Kooperativinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 110181-1-5293/3 №-li “Kommersiya krediti müqaviləsi”nə, 25 sentyabr 2014-cü il tarixli 110181-1-5293/4 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə, həmin müqavilələrə və onların ayrılmaz tərkib hissəsi olan 1 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 25.12.2018ci il tarixli 02 saylı Razılaşmaya əsasən 24.08.2021-ci il tarixə Banka borclu olduğu 1.469.401,83 (bir milyon dörd yüz altmış doqquz min dörd yüz bir manat 83 qəpik) AZN məbləğində əsas borc, 368.017,21 (üç yüz altmış səkkiz min on yeddi manat 21 qəpik) AZN məbləğində faiz borcu, 255.157,53 (iki yüz əlli beş min bir yüz əlli yeddi manat 53 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 2.092.576,57 (iki milyon doxsan iki min beş yüz yetmiş altı manat 57 qəpik) AZN məbləğində pulun, 400 (dörd yüz) AZN məbləğində mediasiya xərcinin, həmçinin, 1.436,69 (bir min dörd yüz otuz altı manat 69 qəpik) AZN məbləğində məhkəmə üçün və 130 (bir yüz otuz) AZN ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 1.566,69 (bir min beş yüz altmış altı manat 69 qəpik) AZN məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3ndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; İpoteka predmetinin ilkin satış qiymətinin 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində müəyyən edilməklə tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.35859 ha torpaq sahəsi və ümumi sahəsi 1475.6 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və həmin daşınmaz əmlakın açıq hərracdan satılması; Daşınmaz əmlakın satışından əldə edilən vəsait hesabına cavabdehlərdən müştərək qaydada tutulmalı olan borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə barışıq sazişi təqdim edilmiş və barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili barışıq sazişinin bütün şərtləri ilə bağlı razılığa gəlindiyini bildirərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiqlənmiş 10 yanvar 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
2. “Bank” ilə “Kredit alan” arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 110181-1- 5293/3 №-li “Kommersiya krediti müqaviləsi”, 25 sentyabr 2014-cü il tarixli 110181-1- 5293/4 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”, həmin müqavilələrə və onların ayrılmaz tərkib hissəsi olan 1 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 25.12.2018-ci il tarixli 02 saylı Razılaşma üzrə “Borcluların” Banka 30.08.2021-ci il tarixə müştərək qaydada 1.469.401,83 manat məbləğində əsas borc, 368.017,21 manat məbləğində faiz borcu, 255.157,53 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.092.576,57 (iki milyon doxsan iki min beş yüz yetmiş altı, 57) manat məbləğində borcu müəyyən olunur.
3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış kommersiya mübahisəsinin həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş “Borclular”ın müştərək qaydada Banka 2.092.576,57 (iki milyon doxsan iki min beş yüz yetmiş altı, 57) manat məbləğində olan ümumi borc məbləğinə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular”ın Banka olan ümumi borc məbləğinin 1.623.771 (bir milyon altı yüz iyirmi üç min yeddi yüz yetmiş bir) manat olan hissəsindən saziş imzalandıqdan dərhal sonra ödənilmiş 75.000 (yetmiş beş min) manat çıxılır, qalan məbləğ isə 3.1-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 40 ay müddətində hər ayın 30-dan gec olmayaraq 38.719,27 (otuz səkkiz min yeddi yüz on doqquz, 27) manat bölünmüş hissələrlə “Borclular” tərəfindən müştərək qaydada ödənilir. Ümumilikdə, Saziş imzalandıqdan sonra 1.623.771 (bir milyon altı yüz iyirmi üç min yeddi yüz yetmiş bir) manat ödənildikdə “Borclular”ın “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və onların “Bank” qarşısında bütün öhdəliklərinə xitam veriləcək. “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim ediləcək və ipoteka predmetləri yüklülükdən azad olunacaq.
3.1. Ödəniş cədvəli
1 38,719.27 11 38,719.27 21 38,719.27 31 38,719.27 2 38,719.27 12 38,719.27 22 38,719.27 32 38,719.27 3 38,719.27 13 38,719.27 23 38,719.27 33 38,719.27 4 38,719.27 14 38,719.27 24 38,719.27 34 38,719.27 5 38,719.27 15 38,719.27 25 38,719.27 35 38,719.27 6 38,719.27 16 38,719.27 26 38,719.27 36 38,719.27 7 38,719.27 17 38,719.27 27 38,719.27 37 38,719.27 8 38,719.27 18 38,719.27 28 38,719.27 38 38,719.27 9 38,719.27 19 38,719.27 29 38,719.27 39 38,719.27 10 38,719.27 20 38,719.27 30 38,719.27 40 38,719.47
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 60 gündən artıq olmamalıdır. “Borclular” və “İpoteka qoyan” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, hər hansı bir irad və ya etiraz bildirmədən aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada 2.092.576,57 manat məbləğində borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh5 məxsus ünvan 2 ünvanında yerləşən 0.35859 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1475.6 kv.m. olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.500.000 (iki milyon beş yüz min) manat müəyyən olunur. 4.3. “Borclular” 3-cü bəndində nəzərdə tutulmuş şərtləri icra etmədiyi və ya tam icra etmədiyi təqdirdə, bu Sazişin 4.2-ci bəndində qeyd edilən əmlakın ilkin satış qiyməti müvafiq olaraq müəyyən olmaqla açıq hərracdan satılır, satışdan əldə olunmuş vəsait “Borclular”ın borcu üzrə “Bank”a ödənilir. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndə qeyd olunan borcun ödənilməsi üçün yetərli olmasa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan borcun ödənilməsinə yönəldilir.
5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri və razılaşma üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2 və 4.3-cü bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və ipoteka müqaviləsinə xitam veriləcəkdir.
6. “Borclular” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər “Turan+T.T” Mənzil Tikinti-Kooperativi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
2. “Bank” ilə “Kredit alan” arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 110181-1- 5293/3 №-li “Kommersiya krediti müqaviləsi”, 25 sentyabr 2014-cü il tarixli 110181-1- 5293/4 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”, həmin müqavilələrə və onların ayrılmaz tərkib hissəsi olan 1 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 25.12.2018-ci il tarixli 02 saylı Razılaşma üzrə “Borcluların” Banka 30.08.2021-ci il tarixə müştərək qaydada 1.469.401,83 manat məbləğində əsas borc, 368.017,21 manat məbləğində faiz borcu, 255.157,53 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.092.576,57 (iki milyon doxsan iki min beş yüz yetmiş altı, 57) manat məbləğində borcu müəyyən olunur.
3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış kommersiya mübahisəsinin həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş “Borclular”ın müştərək qaydada Banka 2.092.576,57 (iki milyon doxsan iki min beş yüz yetmiş altı, 57) manat məbləğində olan ümumi borc məbləğinə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular”ın Banka olan ümumi borc məbləğinin 1.623.771 (bir milyon altı yüz iyirmi üç min yeddi yüz yetmiş bir) manat olan hissəsindən saziş imzalandıqdan dərhal sonra ödənilmiş 75.000 (yetmiş beş min) manat çıxılır, qalan məbləğ isə 3.1-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 40 ay müddətində hər ayın 30-dan gec olmayaraq 38.719,27 (otuz səkkiz min yeddi yüz on doqquz, 27) manat bölünmüş hissələrlə “Borclular” tərəfindən müştərək qaydada ödənilir. Ümumilikdə, Saziş imzalandıqdan sonra 1.623.771 (bir milyon altı yüz iyirmi üç min yeddi yüz yetmiş bir) manat ödənildikdə “Borclular”ın “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və onların “Bank” qarşısında bütün öhdəliklərinə xitam veriləcək. “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim ediləcək və ipoteka predmetləri yüklülükdən azad olunacaq.
3.1. Ödəniş cədvəli
1 38,719.27 11 38,719.27 21 38,719.27 31 38,719.27 2 38,719.27 12 38,719.27 22 38,719.27 32 38,719.27 3 38,719.27 13 38,719.27 23 38,719.27 33 38,719.27 4 38,719.27 14 38,719.27 24 38,719.27 34 38,719.27 5 38,719.27 15 38,719.27 25 38,719.27 35 38,719.27 6 38,719.27 16 38,719.27 26 38,719.27 36 38,719.27 7 38,719.27 17 38,719.27 27 38,719.27 37 38,719.27 8 38,719.27 18 38,719.27 28 38,719.27 38 38,719.27 9 38,719.27 19 38,719.27 29 38,719.27 39 38,719.27 10 38,719.27 20 38,719.27 30 38,719.27 40 38,719.47
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 60 gündən artıq olmamalıdır. “Borclular” və “İpoteka qoyan” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, hər hansı bir irad və ya etiraz bildirmədən aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada 2.092.576,57 manat məbləğində borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh5 məxsus ünvan 2 ünvanında yerləşən 0.35859 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1475.6 kv.m. olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.500.000 (iki milyon beş yüz min) manat müəyyən olunur. 4.3. “Borclular” 3-cü bəndində nəzərdə tutulmuş şərtləri icra etmədiyi və ya tam icra etmədiyi təqdirdə, bu Sazişin 4.2-ci bəndində qeyd edilən əmlakın ilkin satış qiyməti müvafiq olaraq müəyyən olmaqla açıq hərracdan satılır, satışdan əldə olunmuş vəsait “Borclular”ın borcu üzrə “Bank”a ödənilir. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndə qeyd olunan borcun ödənilməsi üçün yetərli olmasa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan borcun ödənilməsinə yönəldilir.
5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri və razılaşma üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2 və 4.3-cü bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və ipoteka müqaviləsinə xitam veriləcəkdir.
6. “Borclular” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin “Turan+T.T” Mənzil Tikinti- Kooperativinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 qarşı “borcun tutulması və s.” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov