Məhkəmə qərarları › İş №e-2-2(113)-453/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-453/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-453/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1. İcraçı bu müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolunda əks olunmuş Nəqliyyat Vasitələrini, Texnikaları və / və ya Avadanlıqları sifarişçiyə icarəyə verir, “sifarişçi isə onları təyinatı üzrə istifadə edib, icraçiya icarə haqqı ödəyir. 3.1. İcraçı Nəqliyyat Vasitələri, Texnikalar və / və ya Avadanlıqlar üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında “X5-Təslim Aktı” tərtib olunur, imzalanır, möhürlənir. 3.3. Müqavilə üzrə icarə haqqı növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. 5.1. Hazırki müqavilə imzalandığı andan qüvvəyə minir və 3 (üç) ay müddətində qüvvədə qalır. 5.2. Müqavilənin müddətinin bitməsinə ən azı on (10) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti daha bir ay müddətə uzadılmış hesab olunur. 6.1. Görülmüş işlər barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil təslim aktı tərtib edilir. Hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın - Dövlət nömrə nişanı, markası, modeli göstərilməklə, iş günlərinin (saatların) sayı, aylıq icarə məbləği və yekun icarə məbləği göstərilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 01 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə texnikanın (Volvo EC350E markalı, Az ** AC *** dövlət qeydiyyat nişanlı 1 ədəd Tırtıllı Ekskavator) aylıq icarə haqqısının (2520 manat ƏDV daxil) 16.520 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 02 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə texnikanın (CAT 329D (Qırıcılı) markalı, Az 10 P 923 dövlət qeydiyyat nişanlı 1 ədəd Tırtıllı Ekskavator) aylıq icarə haqqısının (3240 manat ƏDV daxil) 21.240 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 04 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə texnikanın (CAT 329 markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı Tırtıllı Ekskavator) aylıq icarə haqqısının (1800 manat ƏDV daxil) 11800 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. 15.04.2022-ci il tarixli SM-BS-03/22 nömrəli X5-təslim aktına əsasən tərəflər 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli müqaviləyə əsasən 2022-ci ilin mart ayı üçün İddiaçı (icraçı) tərəfindən Cavabdeh MMC-yə (sifarişçi) icarə haqqısı 14.000 manat olan Volvo EC350 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı texnikanı (Tırtıllı Ekskavatoru) ƏDV daxil 17.854,31 manata (toplam iş (gün) 28.1 olmaqla) icarəyə verilməsini təsdiq etmişlər.

6. xx.xx.2022-ci il tarixli SM-BS-04/22 nömrəli X5-təslim aktına əsasən tərəflər 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli müqaviləyə əsasən 2022-ci ilin aprel ayı üçün İddiaçı (icraçı) tərəfindən Cavabdeh MMC-yə (sifarişçi) icarə haqqısı 14000 manat olan Volvo EC350 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı texnikanı (Tırtıllı Ekskavatoru) ƏDV xaric 9.961,54 manata (toplam iş (gün) 18.5 olmaqla) və icarə haqqısı 18000 manat olan CAT329D markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı texnikanı (Tırtıllı Ekskavatoru) ƏDV xaric 7.269,23 manata (toplam iş (gün) 10.5 olmaqla) (hər 2 texnika cəmi (3.101,54 manat ƏDV daxil) 20.332,31 manata) icarəyə verilməsini təsdiq etmişlər.

7. 13.05.2022-ci il tarixli SM-BS-04/22 nömrəli X5-təslim akta əsasən tərəflər 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli müqaviləyə əsasən 2022-ci ilin aprel ayı üçün İddiaçı (icraçı) tərəfindən Cavabdeh MMC-yə (sifarişçi) icarə haqqısı 14000 manat olan Volvo EC350 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı texnikanı (Tırtıllı Ekskavatoru) ƏDV xaric 9.961,54 manata (toplam iş (gün) 18.5 olmaqla) və icarə haqqısı 18000 manat olan CAT329D markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı texnikanı (Tırtıllı Ekskavatoru) ƏDV xaric 7.269,23 manata (toplam iş (gün) 10.5 olmaqla) və icarə haqqısı 15000 manat olan CAT330 markalı, KEL33078 dövlət qeydiyyat nişanlı texnikanı ƏDV xaric 9.230,77 manata (toplam iş (gün) 16 olmaqla) (hər 3 texnika cəmi (4.763,08 manat ƏDV daxil) 31.224,62 manata) icarəyə verilməsini təsdiq etmişlər.

8. 03.06.2022-ci il tarixli SM-BS-05/22 nömrəli X5-təslim akta əsasən tərəflər 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli müqaviləyə əsasən 2022-ci ilin may ayı üçün İddiaçı (icraçı) tərəfindən Cavabdeh MMC-yə (sifarişçi) icarə haqqısı 14000 manat olan Volvo EC350 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı texnikanı (Tırtıllı Ekskavatoru) ƏDV xaric 8.723,08 manata (toplam iş (gün) 16.2 olmaqla) və icarə haqqısı 18000 manat olan CAT329D markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı texnikanı (Tırtıllı Ekskavatoru) ƏDV xaric 7.615,38 manata (toplam iş (gün) 11 olmaqla) və icarə haqqısı 15000 manat olan CAT330 markalı, KEL33078 dövlət qeydiyyat nişanlı texnikanı ƏDV xaric 15.576,92 manata (toplam iş (gün) 27 olmaqla) (hər 3 texnika cəmi (5.744,77 manat ƏDV daxil) 37.660,15 manata) icarəyə verilməsini təsdiq etmişlər.

9. 06.07.2022-ci il tarixli SM-BS-06/22 nömrəli X5-təslim aktına əsasən tərəflər 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli müqaviləyə əsasən 2022-ci ilin iyun ayı üçün İddiaçı (icraçı) tərəfindən Cavabdeh MMC-yə (sifarişçi) icarə haqqısı icarə haqqısı 18000 manat olan CAT329D markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı texnikanı (Tırtıllı Ekskavatoru) ƏDV xaric 8.563,85 manata (toplam iş (gün) 12.37 olmaqla) və icarə haqqısı 15000 manat olan CAT330 markalı, KEL33078 dövlət qeydiyyat nişanlı texnikanı ƏDV xaric 17.105,77 manata (toplam iş (gün) 29.65 olmaqla) (hər 2 texnika cəmi (4.620,53 manat ƏDV daxil) 30.290,15 manata) icarəyə verilməsini təsdiq etmişlər. xx.xx.2022-ci il tarixli SM-BS-07/22 nömrəli X5-təslim aktına əsasən tərəflər 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli müqaviləyə əsasən 2022-ci ilin iyul ayı üçün İddiaçı (icraçı) tərəfindən Cavabdeh MMC-yə (sifarişçi) icarə haqqısı icarə haqqısı 10000 manat olan CAT329D markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı texnikanı (Tırtıllı Ekskavatoru) ƏDV xaric 15.576,92 manata (toplam iş (gün) 25.7 olmaqla) və icarə haqqısı 15000 manat olan CAT330 markalı, KEL33078 dövlət qeydiyyat nişanlı texnikanı ƏDV xaric 9.884,62 manata (toplam iş (gün) 27 olmaqla) (hər 2 texnika cəmi (4.583,08 manat ƏDV daxil) 30.044,62 manata) icarəyə verilməsini təsdiq etmişlər.

10. İddiaçı MMC tərəfindən 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi üzrə mart ayı üçün Volvo EC350 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı texnikanın (Tırtıllı Ekskavatorun) (toplam iş (gün) 28.1 olmaqla) icarə haqqısına dair (2.723,54 manat ƏDV daxil) 17.854,31 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 315329 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

11. İddiaçı MMC tərəfindən 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi üzrə aprel ayı üçün Volvo EC350 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı texnikanın (Tırtıllı Ekskavatoru) 1.793,08 manat ƏDV xaric 9.961,54 manat (toplam iş (gün) 18.5 olmaqla), CAT329D markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı texnikanın (Tırtıllı Ekskavatoru) 1.308,46 manat ƏDV xaric 7.269,23 manat (toplam iş (gün) 10.5 olmaqla) və CAT330 markalı, KEL33078 dövlət qeydiyyat nişanlı texnikanın 1.661,54 manat ƏDV xaric 9.230,77 manat (toplam iş (gün) 16 olmaqla) (hər 3 texnikanın) icarə haqqısına dair cəmi (4.763,08 manat ƏDV daxil) 31.224,62 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 951241 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

12. İddiaçı MMC tərəfindən 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi üzrə may ayı üçün Volvo EC350 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı texnikanın (Tırtıllı Ekskavatoru) 1.570,15 manat ƏDV xaric 8.723,08 manat (toplam iş (gün) 16.2 olmaqla), CAT329D markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı texnikanın (Tırtıllı Ekskavatoru) 1.370,77 manat ƏDV xaric 7.615,38 manat (toplam iş (gün) 11 olmaqla) və CAT330 markalı, KEL33078 dövlət qeydiyyat nişanlı texnikanın 2.803,85 manat ƏDV xaric 15.276,92 manat (toplam iş (gün) 27 olmaqla) (hər 3 texnikanın) icarə haqqısına dair cəmi (5.744,77 manat ƏDV daxil) 37.660,15 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 837221 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

13. İddiaçı MMC tərəfindən 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi üzrə iyun ayı üçün CAT329D markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı texnikanın (Tırtıllı Ekskavatoru) 1.541,49 manat ƏDV xaric 8.563,85 manat (toplam iş (gün) 12.37 olmaqla) və CAT330 markalı, KEL33078 dövlət qeydiyyat nişanlı texnikanın 3.079,04 manat ƏDV xaric 17.105,77 manat (toplam iş (gün) 29.65 olmaqla) (hər 2 texnikanın) icarə haqqısına dair cəmi (4.620,53 manat ƏDV daxil) 30.290,15 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 989368 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

14. İddiaçı MMC tərəfindən 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi üzrə iyul ayı üçün CAT329D markalı, 10 P 923 dövlət qeydiyyat nişanlı texnikanın (Tırtıllı Ekskavatoru) 2.803,85 manat ƏDV xaric 15.576,92 manat (toplam iş (gün) 25.7 olmaqla) və CAT330 markalı, KEL33078 dövlət qeydiyyat nişanlı texnikanın 1.779,23 manat ƏDV xaric 9.884,62 manat (toplam iş (gün) 27 olmaqla) (hər 2 texnikanın) icarə haqqısına dair cəmi (4.583,08 manat ƏDV daxil) 30.044,62 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 411837 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

15. İddiaçı MMC-yə aid bank hesabının çıxarışına əsasən müəyyən edilir ki, Cavabdeh MMС tərəfindən 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 7000 manat (avans), EBBU seriyalı, 315329 saylı elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində 5.130,77 manat, EBBU seriyalı, 315329 saylı elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində 3000 manat, EBBV seriyalı, 951241 saylı elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində 26.461,54 manat, EBBV seriyalı, 951241 saylı və EBBX seriyalı, 837221 saylı elektron qaimələr üzrə xx.xx.2022-ci il tarixində 11900 manat, EBBV seriyalı, 951241 saylı, EBBX seriyalı, 837221 saylı və EBBZ seriyalı, 989368 saylı elektron qaimələr üzrə xx.xx.2022-ci il tarixində 26000 manat, EBBX seriyalı, 837221 saylı və EBBZ seriyalı, 989368 saylı elektron qaimələr üzrə xx.xx.2022-ci il tarixində 15.146,54 manat, EBBZ seriyalı, 989368 saylı elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində 6000 manat və EBCB seriyalı, 411837 saylı elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində 4000 ödənişi edilmişdir.

16. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi üzrə (xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 315329 saylı, xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 951241 saylı, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 837221 saylı, xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 989368 saylı və xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 411837 saylı elektron qaimələr) Cavabdeh MMС-yə göstərilmiş xidmətlərin (texnikaların icarə dəyəri) cəmi 147.073,85 manat (ƏDV daxil) olmuş, cəmi 123.473,90 manat (ƏDV daxil) ödəniş edilmiş, hazırda Cavabdeh MMС-nin 23.559,90 manat (ƏDV daxil) ödənilməmiş icarə haqqı borcu vardır.

17. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun 5 iş günü ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

18. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı icarə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 23.559,90 manat əsas borcun, 379,5 manat faiz məbləğinin, ümumilikdə 23.939,4 manat məbləğin, 200 manat mediasiya xərcinin, 161,82 manat dövlət rüsumunun, vəkil xidmətlərinə görə ödənilmiş 500 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında yaranmış qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində tərəflər arasında 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə İddiaçı MMC (icarəyə verən) Razılaşdırma Protokolunda göstərilmiş nəqliyyat vasitələrini, texnika və avadanlıqları Cavabdeh MMC (icarəçi) icarəyə vermişdir. İcarəçi isə müqavilə üzrə razılaşdırılmış avadanlıqları təyinatı üzrə istifadə edib İcarəyə verənə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 147.073,85 manat məbləğində texnika icarəyə verilmiş, cavabdeh tərəfindən qarşılığında 123.473,90 manat pul vəsaiti ödənilmişdir. Yekun olaraq cavabdehin iddiaçıya 23.559,90 manat ödənilməmiş borcu qalmışdır. Bildirirlər ki, həmin müqaviləyə uyğun olaraq müxtəlif vaxtlarda tərtib edilmiş razılaşdırma protokolları tərəflərin səlahiyyətli şəxsləri tərəfindən təsdiqlənmişdir. Bundan əlavə X5-təslim aktları tərtib edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1-ci bəndinə əsasən “İcarəyə verən” Nəqliyyat vasitələri, Texnika və yaAvadanlıqlar üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında“Çalışma saatları aktı” Forma 2 tərtib olunur, imzalanır, möhürlənir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə icarə haqqı növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. Dəfələrlə cavabdehlə şifahi danışıqlar aparılmasına baxmayaraq cavabdeh tərəf həmin borcu ödəməmişdir. Hesab edirlər ki, cavabdehdən əsas borcla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borcun gecikdirilməsinə görə faizlər tutulmalıdır. Belə ki, illik gecikmə üzrə 379,5 manat faiz borcu (AR MM-nin 445.7-ci maddəsi) tutulmalıdır: 23.559,90 (ümumi borc)*5%=1.177,99 manat (illik faiz məbləği) 1.177,99 manat (illik faiz məbləği)/365(1 il ərzində günlərin sayı)=3,3 manat (1 gün üzrə faiz məbləği) 3,3 manat (1 gün üzrə faiz məbləği)*115(gecikdirilən günlərin sayı)=379,5 manat (pretenziyanın təqdim edildiyi gündən hesablanmağa başlamışdır-xx.xx.2023-cü il)

20. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443, 445 və 448-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

21. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

23. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

24. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

25. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

26. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

27. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

28. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

29. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə qiymət razılaşdırma protokollarında göstərilmiş nəqliyyat vasitələrini (ekskavator və s.) cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi üzrə İddiaçı MMC-yə olan cəmi borcu 23.559,90 manat təşkil edir.

32. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitələrinə (ekskavator və s.) görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən ümumilikdə 23.559,90 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

33. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 23.559,90 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 379,5 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür..

34. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin icarə müqaviləsinə əsasən icarə haqlarının ödənilməsini 4 aydan artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 4 aylıq müddət üçün illik 5 faiz hesabı ilə 379,50 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.

35. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 161,82 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

36. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 161,82 manat təşkil edir.

37. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

38. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 161,82 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

39. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

40. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 24 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsinə ƏDV daxil 23.559,90 manat məbləğində icarə haqqı borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 379,50 manat məbləğində faiz olmaqla cəmi 23.939,40 manat, eləcə də vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti və çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən artıq ödənilmiş 161,82 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar