Məhkəmə qərarları › İş №e-2-2(113)-455/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-455/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-455/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Vanhong Ceramics CO” MMC-nin Cavabdeh1 MMC-yə, X2 və Cavabdeh3na qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X5 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə, X2 və Cavabdeh3na qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-yə, X2 və Cavabdeh3na (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1.692.000 (bir milyon altı yüz doxsan iki min) manat əsas borc, 457.727,12 manat 171.943,45manat illik 8 faiz bank uçot dərəcəsi üzrə borc olmaqla, yekun olaraq 2.316.670,57 (iki milyon üç yüz on altı min altı yüz yetmiş manat, əlli yeddi qəpik) manat borcun, 1948,34 (min doqquz yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC keramik məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərir. Sumqayıt şəhəri, Kimyaçılar, Ev 1, Kimya Sənaye Parkı ünvanında yerləşir. xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2022-ci ildə təməlqoyma mərasimində, 23 oktyabr 2023-cü il-də Sumqayıt Kimya Sənaye Parkında keramik plitələr istehsalı müəssisəsinin açılış mərasimində iştirak etmişdir. İstehsal etdiyi keramik məmulatlarının keyfiyyəti və həcminə görə dünya bazarında xüsusi yer tutan, İddiaçı MMC-nin təsisçisi olan, Çinin “X3 Co.” şirkətinin Çin, Özbəkistan və Səudiyyə Ərəbistanı keramik plitələr istehsal edən zavodları fəaliyyət göstərir. İddiaçı MMC-yə məxsus keramika məhsullarının istehsalı zavodu vasitəsilə Azərbaycan Respublikası da keramik plitə istehsal edən nəhəng dövlətlərin sırasına qoşulacaqdır. Qeyd edilən zavodun tikintisi üçün İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında müqavilələr bağlanmışdır. Göstərilən xidmətlər üçün icraçı şirkətə bütün ödənişlər edilmişdir. Buna baxmayaraq, müqavilə onun tərəfindən tam icra edilməmişdir. İcraçı şirkət bildirilmişdir ki, zavodun tikintisi üçün ödənilmiş pul vəsaiti məqsədinə müvafiq xərclənməmişdir. Ona görə də icraçı maddi çətinliklə bağlı tikintini tamamlaya bilməmişdir. Cavabdehin müraciətinə əsasən zavodun tikintisinin tamamlanması məqsədi ilə və borcu qaytarmaq şərti ilə İddiaçı MMC-dən əlavə borc məbləği cavabdehlər "xxxx" MMC, Cavabdeh4 tərəfindən götürülmüş, digər cavabdeh olan və "xxxx" MMC-nin təsisçisi olan şəxs Cavabdeh2 da şəxsən borcun ödənilməsinə zamin durmuşdür. Belə ki, İddiaçı MMC (**********) və Cavabdeh1 MMC (**********) arasında 17.03.23-cü il tarixdə, 300.000 manata dair AVC/BM-003 saylı borc müqaviləsi bağlanmış, Cavabdeh2 (AA*******, fin: xxxxxxx) zamin dayanmış, bu müqavilənin məqsədi Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 01.08.22ci tarixli müqavilənin ödənişlərini etmək olmuşdur. İddiaçı MMC iləCavabdeh1 MMC arasıında 16.03.23-cü il tarixli müqaviləyə əsasən, 100.000 manata dair AVC/BM-001 saylı borc müqaviləsi bağlanmış, bu müqavilənin məqsədi Cavabdeh1 MMC ilə Odein Construction MMC arasında bağlanmış 26.09.22-ci il tarixli müqavilənin ödənişlərini etmək olmuşdur. Daha sonra İddiaçı MMC və "xxxx" MMC arasında 16.03.23-cü il tarixdə, 20.000 manata dair AVC/BM-002 saylı borc müqaviləsi bağlanmış, müqavilənin məqsədi Cavabdeh1 MMC ilə El Construction MMC arasında bağlanmış 24.08.22-ci il tarixli müqavilənin ödənişlərini etmək olmuşdur. Daha sonra İddiaçı MMC və "xxxx" MMC arasında 17.03.23-cü il tarixdə, 80.000 manata dair AVC/BM-004 saylı borc müqaviləsi bağlanmış, Cavabdeh2 (AA*******, fin: xxxxxxx) zamin dayanmış, bu müqavilənin məqsədi Cavabdeh1 MMC-nin Keramik piltə istehsal edəcək zavodun metal konstruksiya və boya işləri ilə bağlı ödənişlərini etmək olmuşdur. Daha sonra İddiaçı MMC və Cavabdeh1 MMC arasında 10.04.23-cü il tarixdə, 400.000 manata dair AVC/BM-007 saylı borc müqaviləsi bağlanmış, Cavabdeh2 (AA*******, fin: xxxxxxx) zamin dayanmış, bu müqavilənin məqsədi Cavabdeh1 MMC-nin Keramik piltə istehsal edəcək zavodun metal konstruksiya işləri ilə bağlı ödənişlərini etmək olmuşdur. Daha sonra İddiaçı MMC və "xxxx" MMC arasında 10.04.23-cü il tarixdə, 44.000 manata dair AVC/BM-006 saylı borc müqaviləsi bağlanmış, Cavabdeh2 (AA*******, fin: xxxxxxx) zamin dayanmış, bu müqavilənin məqsədi Cavabdeh1 MMC-nin Keramik piltə istehsal edəcək zavodun metal konstruksiya işləri ilə bağlı ödənişlərini etmək olmuşdur. İddiaçı MMC və Cavabdeh1 MMC arasında 06.04.23-cü il tarixdə, 326.000 manata dair AVC/BM-005 saylı borc müqaviləsi bağlanmış, Cavabdeh2 (AA*******, fin: xxxxxxx) zamin dayanmış, bu müqavilənin məqsədi Cavabdeh1 MMC-nin Keramik piltə istehsal edəcək zavodun metal konstruksiya və boya işləri ilə bağlı ödənişlərini etmək olmuşdur. İddiaçı MMCvə Cavabdeh1 MMC arasında 26.04.23-cü il tarixdə, 422.000 manata dair AVC/BM-008 saylıborc müqaviləsi bağlanmış, Cavabdeh2 (AA*******, fin: xxxxxxx) zamin dayanmış, bu müqavilənin məqsədi "xxxx" MMC-nin ilə "xxxx" MMC-yə malların alınması üçün ödənişlərini etmək olmuşdur. Borc müqavilələr üzrə cəmi 1 692 000 manat borc müqavilələri üzrə köçürmələr həyata keçirilmişdir. Borc müqaviləsi öhdəliklərin icra edilməsi üçün müəyyən olunmuş bütün müddətlər ötürülmüşdür. Bu günə kimi öhdəliklər icra edilməmiş qalmılşdır. Nəticədə İddiaçı MMC-yə zərər dəymiş, borc geri qaytarılmamışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 17.03.23-cü il tarixli, AVC/BM-003 saylı borc müqaviləsi üzrə Əsas borc 300.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 31.758,90 manat; cavabdehlər Cavabdeh1 MMC, Əmircanov X1 16.03.23-cü il tarixli, AVC/BM-001 saylı borc müqaviləsi üzrə Əsas borc 100.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 10.608,22 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 16.03.23cü il tarixli, AVC/BM-002 saylı borc müqaviləsi üzrə Əsas borc 20.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 2.121,64 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 17.03.23-cü il tarixli, AVC/BM-004 saylı borc müqaviləsi üzrə Əsas borc 80.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 8.469,04 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 10.04.23-cü il tarixli, AVC/BM-007 saylı borc müqaviləsi üzrə Əsas borc 400.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 40.328,77 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 10.04.23-cü il tarixli, AVC/BM-006 saylı borc müqaviləsi üzrə Əsas borc 44.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 4.436,16 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 06.04.23-cü il tarixli, AVC/BM-005 saylı borc müqaviləsi Əsas borc 326.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 33.153,75 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 26.04.23-cü il tarixli, AVC/BM-008 saylı borc müqaviləsi üzrə Əsas borc 422.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 41.066,96 manat, cəmi 1.692.000 (bir milyon altı yüz doxsan iki min) manat əsas borc, 171.943,45 manat illik 8 faiz bank uçot dərəcəsi üzrə borc olmaqla, yekun olaraq 1.863.943,45 manat borcun, 1948,34 (min doqquz yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat dövlət rüsumunun əvəzinin müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 MMC-nin nümayəndəsi etiraz ərizəsi verərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC, iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 17.03.23-cü il tarixli, AVC/BM-003 saylı borc müqaviləsi üzrə Əsas borc 300.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 31.758,90 manat; cavabdehlər Cavabdeh1 MMC, Əmircanov X1 16.03.23-cü il tarixli, AVC/BM-001 saylı borc müqaviləsi üzrə Əsas borc 100.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 10.608,22 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 16.03.23- cü il tarixli, AVC/BM-002 saylı borc müqaviləsi üzrə Əsas borc 20.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 2.121,64 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 17.03.23-cü il tarixli, AVC/BM-004 saylı borc müqaviləsi üzrə Əsas borc 80.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 8.469,04 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 10.04.23-cü il tarixli, AVC/BM-007 saylı borc müqaviləsi üzrə Əsas borc 400.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 40.328,77 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 10.04.23-cü il tarixli, AVC/BM-006 saylı borc müqaviləsi üzrə Əsas borc 44.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 4.436,16 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 06.04.23-cü il tarixli, AVC/BM-005 saylı borc müqaviləsi Əsas borc 326.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 33.153,75 manat; cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh2 26.04.23-cü il tarixli, AVC/BM-008 saylı borc müqaviləsi üzrə Əsas borc 422.000 manat, illik 8 faiz bank uçot dərəcəsi üzrə 41.066,96 manat, cəmi 1.692.000 (bir milyon altı yüz doxsan iki min) manat əsas borc, 171.943,45 manat illik 8 faiz bank uçot dərəcəsi üzrə borc olmaqla, yekun olaraq 1.863.943,45 manat borcun, 1948,34 (min doqquz yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı MMC və Cavabdeh1 MMC arasında 16.03.23-cü il tarixdə 100.000 manata dair AVC/BM-001 saylı, 16.03.23-cü il tarixdə, 20.000 manata dair AVC/BM-002 saylı, 17.03.23-cü il tarixdə, 300.000 manata dair AVC/BM-003 saylı, 17.03.23-cü il tarixdə, 80.000 manata dair AVC/BM-004 saylı, 06.04.23- cü il tarixdə, 326.000 manata dair AVC/BM-005 saylı, 10.04.23-cü il tarixdə, 44.000 manata dair AVC/BM-006 saylı, 10.04.23-cü il tarixdə, 400.000 manata dair AVC/BM-007 saylı, 26.04.23-cü il tarixdə, 422.000 manata dair AVC/BM-008 saylı borc müqavilələri bağlanmışdır və iddiaçının tələbi məhz həmin borc müqavilələrindən irəli gəlir. Lakin həmin borc müqavilələri əslində yalan əqdlərdir və Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC ilə bağlanmış podrat müqavilələri üzrə smetadan kənara çıxmaları pərdələmək məqsədilə bağlanmışdır. Müqavilələrin 3.2-ci bəndinə və iddia ərizəsinə nəzər saldıqda aydın olur ki, borc məhz iddiaçıya məxsus zavodun metal konstruksiya işlərinin icrası üçün verilmişdir. Bu halda, sifarişçinin özünə məxsus tikinti işlərinin icrasına görə podratçıya pul borcu verməsi hüquqi baxımdan ziddiyyətlidir. Əslində, burada bağlanmalı olan hüquqi sənəd mövcud olan podrat müqavilələrinə əlavə razılaşmalar olmalı idi. İşin halları ondan ibarətdir ki, zavodun tikintisində metal konstruksiya işlərinin icrası zamanı, podratçının, (cavabdehin) qabaqcadan nəzərdə tutmaq mümkün olmayan artıq xərci yaranmışdır. Belə ki, xx.xx.2022-cil tarixdə İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında Kafel-metlak zavodununun metal-konstruksiya işlərinin görülməsi üçün 07-VHG/HC saylı Müqavilə imzalanmışdı. Müqaviləyə əsasən xammalın qiyməti 1015 USD, xidmət haqqı (metalın kəsilməsi, qaynaqlanması, boyalanması) isə 816.72 AZN təşkil edirdi. Eyni zamanda Müqavilə üzrə xammalın alışı 2980 ton, istehsalat zamanı itki isə 3%, hazır məhsul istehsalı 2895 ton nəzərdə tutulurdu. Müqavilənin ümumi dəyəri 7,507,628AZN (8,859,000AZN ƏDV-ilə) təşkil edirdi. İstehsalat prosesini modelləşdirilən (Tekla modeli) zaman müəyyən edildi ki, zavodun metal-konstruksiyası 2895 ton hazır məhsul deyil, 2974 ton hazır məhsul tələb olunur. Eyni zamanda istehsalatda itki 3% yalnız xammalın (polad lövhələrin) kəsilməsi zamanı yaranan yonqar itkisidir. Yonqar itkisindən başqa, metal lövhələrdən formaların (detalların) müəyyən ölçülərdə kəsilməsi zamanı yaranan metalın artıq hissəsi də 7% itkiyə səbəb olmuşdur. Bu səbəbdən 2974 ton hazır məhsul istehsalı üçün 10% itkini nəzərə alaraq 3304 ton xammal alışı olmuşdur. Alınan 3304 ton xammalın 2850 tonu "xxxx" MMC, 454 tonu xammalı isə "xxxx" MMC almışdır. 2022-ci ildə Rusiyada devalvasiya ilə bağlı olaraq metalın alışında qiymət artımı baş verdi və tərəflər xammala görə 1015USD deyil, 1880 AZN ödənilməsinə razılaşdılar. Harmony Construction MMC alınan 2850 ton xammalı aşağıdakı şirkətlərdən göstərilən məbləğə almışdır: Sirius (Rusiya) 200 ton 510,000 AZN Steel Phoenix 2000 ton 3,220,000 AZN 5A Construction 530 ton 1,100,000 AZN Atlas Mühəndislik 120 ton 240,000 AZN CƏMİ 2850 ton 5,070,000 AZN Yəni 2850 ton xammalın alışına 5,070,000AZN (5,982,600AZN ƏDV ilə) xərclənmişdir, satışı isə 5,358,000 AZN (2850ton x 1880AZN) (6,322,440AZN ƏDV ilə) təşkil etmişdir. Vanhong şirkəti isə 454 ton xammal alaraq istehsalata göndərmişdir. Hazır məhsulun istehsalı zamanı Harmony Construction aşağıdakı şirkətlərlə, tonnajda və məbləğdə müqavilə bağlayaraq istehsalatı təşkil etmişdir: Atlas Mühəndislik 2000 ton 1,672,000 AZN Odeion 629 ton 440,000 AZN El Construction 300 ton 240,000 AZN Fənərlik (artırma) 45 ton 65,000 AZN CƏMİ 2974 ton 2,417,000 AZN İstehsal olunmuş detalların boyalanması, nəqli və montajı aşağıdakı şirkətlərlə olmuşdur: Ergiz Elektrik (montaj) 2650 ton 583,000 AZN Boyalama 2974 ton 446,100 AZN Nəqliyyat 2974 ton 148,700 AZN Bolt (qayka) 16 ton 143,000 AZN CƏMİ 1,320,800 AZN Beləliklə, Cavabdeh1 MMC xammalın alışına 5,070,00AZN, istehsalata 2,417,000AZN, boyalama, montaja, nəqliyyata isə 1,320,800AZN, cəmi 8,807,000AZN (10,393,204AZN ƏDV-li) xərcləmişdir. Lakin Vanhong şirkətinin Harmony Construction MMC-yə ödədiyi vəsait 7,767,746AZN (9,165,940AZN ƏDVilə) təşkil edir. Yəni Vanhongun metal-konstruksiya işlərinin maya dəyəri üzrə 1,039,254AZN (1,226,319AZN ƏDV-li) borcu yaranmışdır. Lakin əldə edilmiş sonrakı razılaşmaya və təqdim edilmiş Forma 2 lərə əsasən metal konstruksiya işlərinə 10,148,994 AZN (11,975,813AZN ƏDV-li) hesab kəsilməlidir. Nəticədə, Vanhong şirkətinin Harmony construction MMC-yə 1,524,649AZN (1,795,041AZN ƏDV daxil) borcu yaranmışdır. Bütün bu smetadan kənaraçıxmaların razılaşdırılması və yoxlanılması, həmçinin ödənişin həyata keçirilməsi üçün elektron qaimələrin təqdim edilməsi tələb olunurdu ki, bu da müəyyən vaxt aparırdı. Lakin iddiaçı tikinti işlərinin tez bir zamanda tamamlanmasını tələb edirdi. Bu səbəbdən tərəflər ödənişin sürətləndirilməsi və işlərin başa çatdırılması məqsədilə həmin məbləğə uyğun borc müqavilələri bağlamaq qərarına gəldilər. Göründüyü kimi, borc məbləği ilə artıq xərcin məbləği demək olar ki, eynilik təşkil edir. Nəticədə, tərəflər yaranmış artıq xərci borcla əvəzləşdirmək barədə razılığa gəldilər. Lakin iddiaçı bu razılaşmanın icrasına əməl etmək əvəzinə, borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, müqavilələr üzrə işlər tam olaraq cavabdeh tərəfindən qəbul edilmiş və hazırda zavod iddiaçı tərəfindən istismar edilməkdədir. Cvabdehin yaranmış əlavə xərcləri əvvəlcədən nəzərdə tutması mümkün olmamışdır. İddiaçı isə bütün bu işlərdən xəbərdar olduğu halda, podrat müqavilələrinə xitam verməmiş və bununla da həmin işlərin icrasına razılıq verdiyini təsdiqləmişdir.

6. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin Cavabdeh2 və qeyrilərinə qarşı pul tələbi baradə iddiasından, cavabdeh İsrəfıiov Afiq lofiq oğluna münasibətdə iddia müddətinin keçməsi səbəbindən imtina olunması və zaminliyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslanıdırılmışdır ki, iddiaçı tərəfindən verilmiş iddia üzrə zaminə münasibətdə 1 illik iddia müddəti ötürülmüşdür. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi bərədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia ərizəsindən göründüyü kimi “Azərbaycan Vanhong Ceramics Co.“ MMOə "Harmony Construction” MMC arasında 26.04.23-cü il tarixdə 422.000 manata dair AVC/BM- 008 saylı borc müqaviləsi bağlanmış, Cavabdeh2 zamin dayanmış, bu müqavilənin məqsədi “Harmony Construction" MMC ilə "xxxx" MMC-yə malların alınması üçün ödənişlərini etmək olmuşdur. Bu və əvvəlki digər 6 müqavilərdə də borc 30 gün müddətinə verilmiş və öhdəliyin icra müddəti 1 ıl müəyyən edilmişdir. Sonuncu müqavilə üzrə isə borcun qayratılmasmın son müddəti xx.xx.2023-cu il tarixi müəyyən edilmişdir.Hazırkı vəziyyətdə iddiaçı təxminən 1 il 4 ay keçdikdən sonra zaminə qarşı qanun ite müəyyən olunmuş iddia müddətini əldən vermişdir və bu səbəbdən də Mülki Məcəl’ənin 37:- ci maddəsinin tələbləri tətbiq edilməlidir.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

9. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili etiraz ərizəsinn məzmunun uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

14. İddiaçı "xxxx" MMC (“borc verən”) ilə Cavabdeh1 MMC (“borc alan”) arasında 16 mart 2023-cü il tarixli AVC/BM-001 saylı borc müqaviləsi imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən borc verən Borc alana 100,000.00 Azərbaycan manatı məbləğində pul vəsaitini (bundan sonra “Borc” adlandırılacaqdır) borc verməyi. Borc alan isə verilmiş Borcu qəbul edib, bu Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Borc məbləğini geri qaytarmağı, həmçinin Borc məbləğindən istifadəyə görə illik 20 % dərəcəsi ilə hesablanmış faizləri (bundan sonra “Faizlər” adlandırılacaq) Borc verənə ödəməyi ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən borc verən tərəfindən borc məbləği, borc alanın bu Müqavilədə qeyd olunan cari bank hesabına tam və ya hissə-hissə köçürmə yoluilə həyata keçiriləcəkdir. - 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə borc 30 təqvim günü müddətinə verilir və həmin müddət başa çatanadək, yəni ən gec 16 aprel 2023-cü il tarixinədək Borc məbləği Borc verənə tam şəkildə geri qaytarılmalıdır. - 3.2-ci bəndinə əsasən borcalan borc məbləğini ''Harmoıy Conslruction” MMC ilə "xxxx"* MMC (VÖEN: **********) arasında bağlanılmış 26/09/22 JVb-li, “26" sentyabr 2022-ci il tarixli Podrat Müqaviləsinə İ saylı Əlavə üzrə “Harmoııy Construction" MMC tərəfindən ödənişlərin həyata keçirilməsi məqsədilə istifadə etməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı "xxxx" MMC (“borc verən”) ilə Cavabdeh1 MMC (“borc alan”) arasında 16 mart 2023-cü il tarixli AVC/BM-001 saylı borc müqaviləsi imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən borc verən Borc alana 20 000 Azərbaycan manatı məbləğində pul vəsaitini (bundan sonra “Borc” adlandırılacaqdır) borc verməyi. Borc alan isə verilmiş Borcu qəbul edib, bu Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Borc məbləğini geri qaytarmağı, həmçinin Borc məbləğindən istifadəyə görə illik 20 % dərəcəsi ilə hesablanmış faizləri (bundan sonra “Faizlər” adlandırılacaq) Borc verənə ödəməyi ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən borc verən tərəfindən borc məbləği, borc alanın bu Müqavilədə qeyd olunan cari bank hesabına tam və ya hissə-hissə köçürmə yoluilə həyata keçiriləcəkdir. - 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə borc 30 təqvim günü müddətinə verilir və həmin müddət başa çatanadək, yəni ən gec 16 aprel 2023-cü il tarixinədək Borc məbləği Borc verənə tam şəkildə geri qaytarılmalıdır. - 3.2-ci bəndinə əsasən borcalan borc məbləğini "xxxx" MMC il» "xxxx" MMC (VÖEN: 5J0İ70267İ) arasında bağlanılmış ECX OOİ/OR22 Jfe-li. 24 avqust 2022-ci il tarixli Xidmət Müqaviləsi dərə "xxxx" MMC tərəfindən Ödənişlərin həyata keçirilməsi məqsədilə istifadə etməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. İddiaçı "xxxx" MMC (“borc verən”) ilə Cavabdeh1 MMC (“borc alan”) arasında 17 mart 2023-cü il tarixli AVC/BM-003 saylı borc müqaviləsi imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən borc verən Borc alana 300,000.00 Azərbaycan manatı məbləğində pul vəsaitini (bundan sonra “Borc” adlandırılacaqdır) borc verməyi. Borc alan isə verilmiş Borcu qəbul edib, bu Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Borc məbləğini geri qaytarmağı, həmçinin Borc məbləğindən istifadəyə görə illik 20 % dərəcəsi ilə hesablanmış faizləri (bundan sonra “Faizlər” adlandırılacaq) Borc verənə ödəməyi ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən borc verən tərəfindən borc məbləği, borc alanın bu Müqavilədə qeyd olunan cari bank hesabına tam və ya hissə-hissə köçürmə yoluilə həyata keçiriləcəkdir. - 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə borc 30 təqvim günü müddətinə verilir və həmin müddət başa çatanadək, yəni ən gec 17 aprel 2023-cü il tarixinədək Borc məbləği Borc verənə tam şəkildə geri qaytarılmalıdır. - 3.2-ci bəndinə əsasən Borc alan Borc məbləğini “Harmony Constnıction" MMC ilə “Atlas Mühəndislik" MMC (VÖEN: **********) arasında bağlanılmış ATL-HRM-001 N«-11, 01 avqust 2022-ci il tarixli Xidmət Müqaviləsi üzrə "xxxx" MMC tərəfindən ödənişlərin həyata keçirilməsi görülməsi məqsədilə istifadə etməlidir. - Bu müqavilənin 2.7-ci maddəsinə uyğun olaraq Borc məbləğinin qaytarılmasına zamin Cavabdeh2 zamin durmuşdur. Müqavilə tərəflərin və zaminin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. İddiaçı "xxxx" MMC (“borc verən”) ilə Cavabdeh1 MMC (“borc alan”) arasında 17 mart 2023-cü il tarixli AVC/BM-404 saylı borc müqaviləsi imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən borc verən Borc alana 80,000.00 Azərbaycan manatı məbləğində pul vəsaitini (bundan sonra “Borc” adlandırılacaqdır) borc verməyi. Borc alan isə verilmiş Borcu qəbul edib, bu Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Borc məbləğini geri qaytarmağı, həmçinin Borc məbləğindən istifadəyə görə illik 20 % dərəcəsi ilə hesablanmış faizləri (bundan sonra “Faizlər” adlandırılacaq) Borc verənə ödəməyi ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən borc verən tərəfindən borc məbləği, borc alanın bu Müqavilədə qeyd olunan cari bank hesabına tam və ya hissə-hissə köçürmə yoluilə həyata keçiriləcəkdir. - 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə borc 30 təqvim günü müddətinə verilir və həmin müddət başa çatanadək, yəni ən gec 17 aprel 2023-cü il tarixinədək Borc məbləği Borc verənə tam şəkildə geri qaytarılmalıdır. - 3.2-ci bəndinə əsasən Borc alan Borc məbləğini Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən "xxxx" MMC-yə məxsus “Keramik plitə” istehsal edəcək zavodun metal konstruksiya (quraşdırma) və boya işləri ilə bağlı ödənişlərin həyata keçirilməsi məqsədilə istifadə etməlidir. - Bu müqavilənin 2.7-ci maddəsinə uyğun olaraq Borc məbləğinin qaytarılmasına zamin Cavabdeh2 zamin durmuşdur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. İddiaçı "xxxx" MMC (“borc verən”) ilə Cavabdeh1 MMC (“borc alan”) arasında 06 aprel 2023-cü il tarixli AVC/BM-005 saylı borc müqaviləsi imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən borc verən Borc alana 326000 Azərbaycan manatı məbləğində pul vəsaitini (bundan sonra “Borc” adlandırılacaqdır) borc verməyi. Borc alan isə verilmiş Borcu qəbul edib, bu Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Borc məbləğini geri qaytarmağı, həmçinin Borc məbləğindən istifadəyə görə illik 20 % dərəcəsi ilə hesablanmış faizləri (bundan sonra “Faizlər” adlandırılacaq) Borc verənə ödəməyi ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən borc verən tərəfindən borc məbləği, borc alanın bu Müqavilədə qeyd olunan cari bank hesabına tam və ya hissə-hissə köçürmə yoluilə həyata keçiriləcəkdir. - 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə borc 30 təqvim günü müddətinə verilir və həmin müddət başa çatanadək, yəni ən gec 06 may 2023-cü il tarixinədək Borc məbləği Borc verənə tam şəkildə geri qaytarılmalıdır. - 3.2-ci bəndinə əsasən Borc alan Borc məbləğini Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən - Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən “Azərbaycan Vanbong Ceramic Co." MMC-yə məxsus “Keramik plitə" istehsal edəcək zavodun metal konstruksiya (quraşdırma) və boya işləri və bolt- qayka alınması ilə bağlı Ödənişlərin həyata keçirilməsi;fabrik üçün ödəmə - 200,000 manat; - 322. İİ fabrik üçün Ödəmə - 48000 (qırx səkkiz min) manat;fabrik üçün Ödəmə- 38000 (otuz səkkiz min) manat;Bolt-qayka alışı Oçfln - 25000 (iyirmi beş min) manat;Boya alışı OçOn - 15000 (on beş min) manat,Borc alan Borc verənin yazılı tələbi əsasında, Borc məbləğinin tam və ya hissə-hissə qaytarılmasını təsdiq edən təsdiqcdici sənəd(lər) təqdim etməlidir məqsədilə istifadə etməlidir. - Bu müqavilənin 2.7-ci maddəsinə uyğun olaraq Borc məbləğinin qaytarılmasına zamin Cavabdeh2 zamin durmuşdur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. İddiaçı "xxxx" MMC (“borc verən”) ilə Cavabdeh1 MMC (“borc alan”) arasında 10 aprel 2023-cü il tarixli AVC/BM-006 saylı borc müqaviləsi imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən borc verən Borc alana 44,000.00 Azərbaycan manatı məbləğində pul vəsaitini (bundan sonra “Borc” adlandırılacaqdır) borc verməyi. Borc alan isə verilmiş Borcu qəbul edib, bu Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Borc məbləğini geri qaytarmağı, həmçinin Borc məbləğindən istifadəyə görə illik 20 % dərəcəsi ilə hesablanmış faizləri (bundan sonra “Faizlər” adlandırılacaq) Borc verənə ödəməyi ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən borc verən tərəfindən borc məbləği, borc alanın bu Müqavilədə qeyd olunan cari bank hesabına tam və ya hissə-hissə köçürmə yoluilə həyata keçiriləcəkdir. - 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə borc 30 təqvim günü müddətinə verilir və həmin müddət başa çatanadək, yəni ən gec 10 may 2023-cü il tarixinədək Borc məbləği Borc verənə tam şəkildə geri qaytarılmalıdır. - 3.2-ci bəndinə əsasən Borc alan Borc məbləğini Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən "xxxx" MMC-yə məxsus “Keramik plitə" istehsal edəcək zavodun metal konstruksiya (quraşdırma) işləri ilə bağlı ödənişlərin həyata keçirilməsi məqsədilə istifadə etməlidir. - Bu müqavilənin 2.7-ci maddəsinə uyğun olaraq Borc məbləğinin qaytarılmasına zamin Cavabdeh2 zamin durmuşdur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. İddiaçı "xxxx" MMC (“borc verən”) ilə Cavabdeh1 MMC (“borc alan”) arasında 10 aprel 2023-cü il tarixli AVC/BM-006 saylı borc müqaviləsi imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən borc verən Borc alana 400 000 Azərbaycan manatı məbləğində pul vəsaitini (bundan sonra “Borc” adlandırılacaqdır) borc verməyi. Borc alan isə verilmiş Borcu qəbul edib, bu Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada Borc məbləğini geri qaytarmağı, həmçinin Borc məbləğindən istifadəyə görə illik 20 % dərəcəsi ilə hesablanmış faizləri (bundan sonra “Faizlər” adlandırılacaq) Borc verənə ödəməyi ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən borc verən tərəfindən borc məbləği, borc alanın bu Müqavilədə qeyd olunan cari bank hesabına tam və ya hissə-hissə köçürmə yoluilə həyata keçiriləcəkdir. - 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə borc 30 təqvim günü müddətinə verilir və həmin müddət başa çatanadək, yəni ən gec 10 may 2023-cü il tarixinədək Borc məbləği Borc verənə tam şəkildə geri qaytarılmalıdır. - 3.2-ci bəndinə əsasən Borc alan Borc məbləğini - Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən “Azərbaycan Vanhong Ceramic Co." MMC-yə məxsus “Keramik plitə" istehsal edəcək zavodun metal konstruksiya (quraşdırma) işləri ilə bağlı istehsal olunmuş malların alınması OçOn ödənişlərin həyata keçirilməsi məqsədilə istifadə etməlidir. - Bu müqavilənin 2.7-ci maddəsinə uyğun olaraq Borc məbləğinin qaytarılmasına zamin Cavabdeh2 zamin durmuşdur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. "xxxx" ASC tərəfindən sorğuya cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 5.000 manat, xx.xx.2023-cü il tarixdə 20.000 manat və 100.000 manat, xx.xx.2023-cü il tarixdə 300 000 manat, 80.000 manat, xx.xx.2023-cü il tarixdə 44.000 manat, xx.xx.2023-cü il tarixdə 400.000 manat, xx.xx.2023-cü il tarixdə 390.000 manat, xx.xx.2023-cü il tarixdə 32 000 manat məbləğində vəsait Cavabdeh1 MMC-nin hesabına köçürülmüşdür.

22. "xxxx" ASC tərəfindən verilmiş "xxxx" MMC-in hesabdan çıxarış məlumatlarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 20.000 manat və 100.000 manat, xx.xx.2023-cü il tarixdə 300 000 manat, 80.000 manat, xx.xx.2023-cü il tarixdə 44.000 manat, xx.xx.2023-cü il tarixdə 400.000 manat, xx.xx.2023-cü il tarixdə 390.000 manat, xx.xx.2023-cü il tarixdə 32 000 manat məbləğində vəsait Cavabdeh1 MMC-nin hesabına köçürülmüşdür. V. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

VI. Məhkəmənin mövqeyi:

25. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həm tərəflərin izahatları, həm iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, iddiaçı və Cavabdeh1 MMC arasında borc müqaviləsi imzalanması, iddia ərizəsində qeyd edilən məbləğlərdə, cəmi, ******* manat məbləğində pulun iddiaçının bank hesabından Cavabdeh1 MMCnin hesabına köçürülməsi işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən olunujr ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında arasında 17.03.23-cü il tarixli, AVC/BM- 003 saylı, 16.03.23-cü il tarixli, AVC/BM-001 saylı, 16.03.23-cü il tarixli, AVC/BM-002 saylı, 17.03.23-cü il tarixli, AVC/BM-004 saylı, 10.04.23-cü il tarixli, AVC/BM-007 saylı, 10.04.23-cü il tarixli, AVC/BM-006 saylı, 06.04.23-cü il tarixli, AVC/BM-005 saylı, 26.04.23-cü il tarixli, AVC/BM-008 saylı borc müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında mübahisəli hal, iddiaçı cavabdehlərdən müştərək qaydada qeyd edilən məbləği tələb edir., Cavabdeh1 MMC-nin nümayəndəsi müqavilələrin etibarsız hesab edilməsi və iddianın rədd edilməsini xahiş edir, cavabde4h Cavabdeh2, Mülki Məcəllənin ;77-ci maddəsinə əsasən zaminliklə bağlı kəsici müddətin keçməsi səbəbindən ona aid hissədə iddianın rədd edilməsini xahiş edir. İddiaçı müqavilədə qeyd olunan məbləğdə pul vəsaitini cavabdehin istifadəsinə verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcu göstərilən müddət ərzində ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Halhazırda Cavabdeh1 MMC-nin göstərilən müqavilələr üzrə İddiaçı MMC -yə olan borcu ******* manat təşkil edir.

27. Belə olan halda məhkəmə mübahisəli borc müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdeh1 MMC-nə aid hissədə əsas borc hissəində əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 MMC-dən ******* manat tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin iddiaçıya ******* manat məbləğində borcunun olması tərəflər arasında baglanılmış borc müqavilələri ilə, həmçinin tərəfləri izahatları, bank hesabından çıxarılşlarla öz təsdiqini tapır. Məhkəmə Cavabdeh1 MMC-nin müqavilələrin etibarsız hesab edilməsinə dair arqumentini əsassız hesab edərək qeyd edir ki, cavabdeh əslində tərəflər arasında borc müqaviləsi üzrə münasibətlərin olmamasını, hazırki əqdlərin başqa əqdi pərdələmək üçün bağlandığını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir.

28. Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin öhdəlikləri üzrə zamin durmuş Cavabdeh2,lakin 17.03.23-cü il tarixli, AVC/BM-003 saylı, 16.03.23-cü il tarixli, AVC/BM-001 saylı, 16.03.23-cü il tarixli, AVC/BM-002 saylı, 17.03.23-cü il tarixli, AVC/BM-004 saylı, 10.04.23-cü il tarixli, AVC/BM-007 saylı, 10.04.23-cü il tarixli, AVC/BM-006 saylı, 06.04.23-cü il tarixli, AVC/BM-005 saylı, 26.04.23-cü il tarixli, AVC/BM-008 saylı borc müqavilələrinin müddəti müvafiq olaraq xx.xx.2023-cü il,xx.xx.2023-cü il,xx.xx.2023-cü il,xx.xx.2023-cü il,xx.xx.2023-cü il,xx.xx.2023-cü il,xx.xx.2023-cü il,xx.xx.2023-cü il tarixdə bitmiş və həmin öhdəliklərə görə zaminə qarşı Mülki Məcəllənin 477-ci maddəsində göstərilən müddət ərzində tələb irəli sürülməmişdir .Qeyd olunan halı nəzərə alaraq məhkəmə hesab edir ki,zamin Cavabdeh2 qarşı həmin borc müqavilələri üzrə tələb irəli sürülə bilməz, yəni yuxarıda göstərilən zaminlik müqavilələri üzrə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə göstərilən müddətlər keçdiyindən zaminliyə xitam verilməli, və Cavabdeh2 aid hissədə iddia təmin edilməməlidir.

29. Daha sonra məhkəmə borcun Cavabdeh1 MMC-nin həm 50% malik paya malik olan,həm qanuni təmsilçisi olan Cavabdeh4 tutulmasına dair hissədə qeyd edir ki,hazırki pulun Cavabdeh4 tutulması barədə iddia tələbinin qanuni əsası əsası yoxdur, belə ki, qeyd edilən müqavilələr üzrə Cavabdeh4 tərəf olmamış, yalnız Cavabdeh1 MMC-nin qanuni təmsilçisi kimi müqavilələri imzalamışdır.

30. Belə ki, Mulki Məcəllənin 87.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

31. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən yuxarıda qeyd edilən müqavilələr üzrə Mülki Məcəllənin 449-cu maddəsinin tələblərinə əsasən illik faiz hesablanması hissəsində iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmalıdır.

32. Məhkəmə müəyyən edir ki, 17 mart 2023-cü il tarixli AVC/BM-003 saylı müqavilinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 20712 manat (300000*0.05=150000/365=41.09. manat * 504 gün =20712 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Məhkəmə müəyyən edir ki, 17 mart 2023-cü il tarixli AVC/BM-404 saylı müqavilinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 5523 manat (300000*0.05=4000/365=10.95 manat * 504 gün =5523 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Məhkəmə müəyyən edir ki, 16 mart 2023-cü il tarixli AVC/BM-001 saylı müqavilinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 5523 manat (100000*0.05=5000/365=13.69 manat * 505 gün =6917 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Məhkəmə müəyyən edir ki, 16 mart 2023-cü il tarixli AVC/BM-001 saylı müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 5523 manat (300000*0.05=1000/365=2.73 manat * 505 gün =1383.56 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Məhkəmə müəyyən edir ki, 06 aprel 2023-cü il tarixli AVC/BM-005 saylı müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 5523 manat (3260000*0.05=16300/365=44.65 manat * 485 gün =21658 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Məhkəmə müəyyən edir ki, 06 aprel 2023-cü il tarixli AVC/BM-006 saylı müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 5523 manat (400000*0.05=20000/365=54.79 manat * 485 gün =26575 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə müəyyən edir ki, 10 aprel 2023-cü il tarixli AVC/BM-006 saylı müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 5523 manat (44000*0.05=2200/365=6.02 manat * 481 gün =2899 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Yuxarıda qeyd olunan məbləğlərin cəmi 111971 manat məbləğində illik 5% hesablanmaqla Cavabdeh1 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

39. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən 1692 manat məbləğində dövlət rüsumu cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 1 692 000 (bir milyon altı yüz doxsan iki min) manat əsas borc, 111971 (yüz on bir min doqquz yüz yetmiş bir) manat məbləğində illik 5% və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1692 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar