Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4551/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5 MTK, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı MTK-nın ümumi yığıncağının keçirilməsi və iddiaçının MTK-nın üzvlüyündən çıxarılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativinin, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 üzərinə "xxxx" MTK-nın ümumi yığıncağının keçirilərək İddiaçı kooperativdəki təsisçilikdən (üzvlükdən) çıxarılması, sədrlikdən azad olunması barədə qərar qəbul olunması və müvafiq icra hakimiyyəti orqanına dəyişikliklə bağlı məlumat verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə "Şəlalə MTKnın üzvlüyünə qəbul olmuş və kooperativin sədri təyin olunmuşdur. xx.xx.2013-cü il tarixdə "xxxx" MTK-dakı payını 35 saylı dövlət notariat kontorunda alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Müqavilə əsasında İddiaçı kooperativdəki, hüquq, vəzifə və öhdəlikərini itirmişdir. Bundan sonra qanunvericiliyə əsasən digər üzvlər (təsisçilər) qeydiyyat orqanına müraciət edərək dəyişiklikləri təqdim etməli idilər. Lakin belə dəyişiklik qeydə alınmamış və hal-hazırda İddiaçı hüquqları pozulmaqda davam edir. Qanunvericiliyə əsasən dəyişiklik barədə 40 gün müddətində vergi orqanına məlumat verilməli idi. Həmçinin Mülki Məcəllənin birbaşa tələbidir ki, kooperativin sədri yalnız üzvlərdən ola bilər. Bundan əlavə faktiki olaraq alqı-satqıdan sonra kooperativə Cavabdeh2 sədrlik etmişdir. Bu yaxınlarda İddiaçı məlum olmuşdur ki, 2013-cü il tarixdə kooperativdəki payını satmasına baxmayaraq o, təsisçilikdən və sədrlikdən azad olunmamışdır. Mülki Məcəllənin 111.1-ci maddəsinə görə, Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun -cu maddəsinə əsasən, təsis sənədlərindən edilmiş dəyişikliyin qeydə alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. İddiaçı Kooperativdəki təsisçiliydən çıxarılması və sədrlikdən azad olunması barədə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə (könüllü) təklif göndərilmiş, heç bir müsbət nəticə əldə olunmamış, daha sonra mediasiya təşkilatına ərizə ilə müraciət olunaraq mediasiya prosesi aparılması xahiş olunmuş və xx.xx.2022-ci il tarixdə MŞB/6-3230 saylı arayışla kommersiya mübahisəsi üzrə mediasiya sessiyasının baş tutmaması müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin çıxarışından görünür ki, 30 yanvar 2004-cü ildə qeydiyyata alınmış Cavabdeh5 MTK-nın yeni üzvlərindən biri də İddiaçı olmaqla ümumi yığıncağının xx.xx.2007-ci il tarixli qərarı ilə sədr seçilmişdir. xx.xx.2013-cü il tarixli müəssisədəki payın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh5 MTK-dakı payını Cavabdeh2 satmışdır. İddiaçı Cavabdeh5 MTK və digər cavabdehlərə yazdığı ərizədən görünür ki, İddiaçı Cavabdeh5 MTK-nın üzvlüyündən çıxarılması ilə bağlı cavabdehlərə müraciət edərək bununla bağlı ümumi yığıncağın 22 aprel 2022-ci il tarixə saat 11:00-a təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1, 111.3.1, 111.3.3, 112.1 və 112.3cü maddələrinə əsasən Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə kooperativin nizamnaməsini dəyişdirmək, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq daxildir. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünü verə bilər. İş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh5 MTK-nın təsisçisi olmaqla kooperativin ümumi yığıncağının xx.xx.2007-ci il tarixli qərarı ilə sədr seçilmiş, lakin 21 sentyabr 2013-cü il tarixdə Cavabdeh5 MTK-da olan payını cavabdehlərdən Cavabdeh2 satmasına baxmayaraq, hal-hazıradək həmin kooperativin sədri vəzifəsində qalmış, halbuki mülki qanunvericiliyin tələbinə görə kooperativin sədri yalnız həmin kooperativinin üzvlərindən olan şəxs ola bilər. İddiaçı Cavabdeh5 MTK-da sədr vəzifəsindən azad olunması ilə bağlı digər təsisçilərə müraciət etməsinə baxmayaraq müsbət nəticə əldə edə bilməmişdir. Göründüyü kimi, hal-hazırda Cavabdeh5 MTK-nın təsisçisi olmayan, lakin xx.xx.2007-ci il tarixli qərarı ilə sədr seçilmiş İddiaçı hazırki tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 üzərinə "xxxx" MTK-nın ümumi yığıncağının keçirilməsi, İddiaçı kooperativdəki təsisçilikdən (üzvlükdən) çıxarılması, MTK-nin sədrlikdən azad olunması barədə qərar qəbul edilməsi və müvafiq icra hakimiyyəti orqanına dəyişikliklə bağlı məlumat verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 üzərinə "xxxx" MTK-nın ümumi yığıncağının keçirilməsi, İddiaçı kooperativdəki təsisçilikdən (üzvlükdən) çıxarılması, MTK-nin sədrlikdən azad olunması barədə qərar qəbul edilməsi və müvafiq icra hakimiyyəti orqanına dəyişikliklə bağlı məlumat verilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4551/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4551/2022
17.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver