Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4555/2022 30.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 QSC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 22 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/1592/14 saylı kredit Müqaviləsi üzrə 7097654,44 manat məbləğində əsas, 2377005,05 manat məbləğində faiz, 791704,96 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1015363,70 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 11281728,15 manat pulun, Cavabdeh2 MMC ilə bank arasında bağlanmış 1xx/xx/3212/14 saylı 26 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2450451,61 manat məbləğində əsas, 563767,66 manat məbləğində faiz, 260912,28 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 340,34 manat məbləğində faiz məbləğinin, ümumilikdə isə 3470146,37 manat borcun və ödənilmiş 7766 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına, Cavabdeh1 MMC-dən tutulmalı olan məbləğin mülkiyyətində olan 06 avqust 2014-cü il tarixli 1xx/xx/1592/14/-1 saylı sonrakı girov müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş nominal dəyəri 24 manat olan "xxxx" ASC-nin 843113 ədəd sənədsizadı səhminə (Yüklü edilən səhmlərin Cıxarışın, qeydiyyat nömrəsi 06/2- 3313; qeydiyyat tarixi: xx.xx.2014) tutma yönəldilməsinə və yönəldikdən sonra açıq hərracdan satılmasına, Cavabdeh2 MMC-dən tutulmalı olan məbləğin Cavabdeh1 MMCnin mülkiyyətində olan nominal dəyəri 24 manat olan "xxxx" ASC-nin 843113 ədəd sənədsiz adlı səhminə yönəldilməsinə və yönəldikdən sonda girov predmetinin açıq hərracdan satılmasına, girov predmetləri satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 QSC-nin nümayəndəsi, Vəkil məhkəmə elektron sisteminə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir və cavabdehlərin hər birinə qarşı bir-biri ilə əlaqədar olmayan iki ayrı-ayrı kredit müqaviləsindən irəli gələn tələblər yönəlmişdir. İddiaçının 1-ci tələbi - Cavabdeh1 QSC-yə qarşı xx.xx.2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi ilə bağlı əsas borcun, faizlərin, cərimələrin və s. tələb edilməsidir. İddiaçının 2-ci tələbi - Cavabdeh2 MMC-yə qarşı xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi ilə bağlı əsas borcun, faizlərin, cərimələrin və s. tələb edilməsidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, iddiaçı lap əvvəldən bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı cavabdehlərə qarşı ayn-ayrı tələb irəli sürdüyündən mediasiya prosesinin tətbiqi barədə təklifləri də ayrı-ayrı göndərmişdir. Belə ki, İddiaçı 1-ci tələb üzrə (Cavabdeh1 QSC-yə qarşı) mediasiya prosesinin tətbiqi barədə ilk təklifini Cavabdeh1 QSC-yə göndərmiş və mediator olaraq Rəsul Nəbizadəni və ya Taleh İbrahimovu təklif etmişdir (təklif əlavə olunur). Mübahisənin predmeti QSC "xxxx" KB ilə Cavabdeh1 QSC arasında imzalanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/1592/14 saylı Kredit müqaviləsi üzrə cəmi 11.281.728,15 manat məbləğin tələbi olmuşdur. Bu ilk tələb üzrə ilk mediasiya prosesi xx.xx.2022-ci il tarixinə təyin edilmişdir (mediasiya dəvət məktubu əlavə oluur). Mediasiya dəvət məktubun isə bizə təklif edilən mediatorlardan biri deyil tamamilə başqa bir mediator Günel İsmayılbəyli göndərmişdir. Eyni hal 2-ci tələb üzrə mediasiya prosesində edilmişdir. Belə ki, iddiaçı 2-ci tələbi üzrə (Cavabdeh2 MMC-yə qarşı) mediasiya prosesinin tətbiqi barədə ikinci təklifini Cavabdeh2 MMC-yə göndərmişdir (təklif əlavə olunur). Mübahisənin predmeti QSC "xxxx" KB ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı Kredit müqaviləsi üzrə cəmi 3.470.146,37 manat məbləğin tələbi olmuşdur. Həmin mediasiya prosesində tərəf kimi həm də, Cavabdeh1 QSC göstərilmişdir. Bu ikinci tələb üzrə ikinci mediasiya prosesi xx.xx.2022-ci il tarixinə təyin edilmişdir (mediasiya dəvət məktubu əlavə oluur). Mediasiya dəvət məktubunu isə bu dəfə də mediator Günel İsmayılbəyli göndərmişdir. Bütün yuxarıda göstərilən pozuntulardan başqa mediator icraatına qəbul etdiyi iki ayrı-ayrı tələb üzrə iki ayrı-ayrı mediasiya prosesini aparıldığı halda və ayrı-ayrı ilkin mediasiya sessiyaları təyin etdiyi halda bu iki tələbi və mediasiya prosesini qanunsuz olaraq birləşdirmiş və hər iki tələb üzrə ümumi Arayış vermişdir. Və iddiaçı da bundan sitifadə edərək bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı cavabdehlər və tələblər üzrə yalnız bir arayışı məhkəməyə təqdim etmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsi üzrə mediasiya prosedurlarının düzgün aparılmadığı, həqiqətdə iki ayrı-ayrı mediasiya prosesinin aparılmalı olduğu, iki ayrı-ayrı arayışın verilməli olduğu və məhkəməyə təqdim edilmiş bu arayışın isə düzgün verilmədiyi müəyyən olunur. İddia ərizəsinə qoşulmuş 16 iyun 2022-ci il tarixli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” həqiqəti əks etdirmir. Hətta nəzəri olaraq qanun pozuntuları ilə kağız üzərində arayışın olması faktını qəbul etsək belə, bu arayış ayrı-ayn tələblər üzrə birlikdə deyil, birinci başlayan mediasiya prosesi kimi yalnız 1-ci Cavabdeh1 QSC-yə qarşı tələb üzrə verilmiş olmalıdır. İddiaçının 2-ci Cavabdeh2 MMC-yə qarşı tələbi üzrə arayış ümumiyyətlə mövcud deyil. Belə ki, iki ayrı-ayrı tələb üzrə iki ayrı-ayn mediasiya prosesi aparıldığından, ayrı-ayrı ilkin mediasiya sessiyalanmn iştirak edilməməsi barədə arayışlar olmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri, həmçinin Cavabdeh1 QSC-nin nümayəndəsi, Vəkil elektron məhkəmə informasiya sisteminə yüklədiyi ərizəni nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh1 QSC arasında 22 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı kredit müqaviləsi, Cavabdeh2 MMC arasında isə xx.xx.2014-cü il tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi bağlandığına görə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC hər iki müqavilə üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışı məhkəməyə təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əlavə etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.13-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 7766 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4555/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4555/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver