Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-456/2023 04.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı kredit borcunun tutulması, tələbin ipotеka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş kommersiya işinə Bakı şəhərindən Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasınada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən 1-ci tranş üzrə kreditin əsas borcu üzrə 50.000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 1.161,11 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.650 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanan 1.108,68 manat məbləğində faiz borcu olmaqla,cəmi 58.919,79 manat məbləğində, 2-ci və 3-cü tranş üzrə isə kreditin əsas borcu üzrə 100.000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 2.586 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12.800 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanan 2.109,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 117 495,72 manat məbləğində, ümumilikdə 176.415.51 manat borcun, mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 66.42 manat pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 150.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 176.415,51 manat borcun, mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 66.42 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00031-01 №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 5 ay müddətinə illik 19% hesablanmaq şərti ilə 150 000 məbləğində tranşlarla krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişlərinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən qaydada 1-ci tranş olaraq 50 000, 2-ci və 3-cü tranş olaraq isə 100 000 manat məbləğində pul cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Reyestr № **********26-05101-093001, Qeydiyyat № **********, tarix xx.xx.2008) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu xx.xx.2022-ci il tariхli, 2022/00031-01İP №li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 150.000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Cavabdehin 14 oktyabr 2022-ci il tarixinə: 1) 1-ci tranş üzrə kreditin əsas borcu üzrə 50 000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 1 .61,11 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.650 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanan 1 108,68 manat məbləğində faiz borcu olmaqla, cəmi 58.919,79 manat məbləğində, 2-ci və 3-cü tranş üzrə isə kreditin əsas borcu üzrə 100 000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 2 586 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12 800 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanan 2 109,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 117 495,72 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. xx.xx.2018-ci il tarixdə isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir. Həmin qaydaya görə bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur. Çünki qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Beləliklə, iddiaçı tərəfindən irəli sürülmüş ipoteka predmeti olan əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakların tam boşaldılması barədə tələbə ayrıca məhkəmə icraatında baxılmadığını nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, həmin tələblərə aid hissədə iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı kredit borcunun tutulması, tələbin ipotеka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində boşaldılması hissəsində iddia tələbi üzrə icraata xitam verilsin. İddiaçıya izah olunur ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-456/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-456/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver