Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4568/2023 20.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəlikləri, borcun tutulması, cərimənin silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X4 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 21263,40 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Aşağı Kürkənd kəndində iddiaçıya məxsus 0,24 ha torpaq sahəsində tərəvəz məhsulları istehsal etmək üçün 1020 kv.m ölçüdə istixana vardır. Cavabdeh ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə AMX- 0429/20 saylı müqavilə bağlanaraq **********00063 nömrəli abonent kodu ilə istixanaya qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan gündən sonra qaz sərfiyyatı üçün ödənişlər etmişdir. Sonradan qaz sayğacını guya laborator yoxlama adı ilə aparmışlar. Sayğac yenidən quraşdırıldıqdan sonra sayğacın aylıq göstəriciləri birdən-birə bir neçə dəfə artmışdır. Bu, onu göstərir ki, sayğacı ekspertizadan keçirən zaman ona müdaxilə olunmuşdur və sayğac düzgün işləmir. Bununla bağlı dəfələrlə Cavabdeh Salyan Regional İstismar İdarəsinə sayğacın dəyişdirilməsi ilə bağlı müraciət etsə də, sayğac dəyişdirilməmişdir. X5 Birliyinin sayğaca etdiyi əsassız müdaxilə nəticəsində hazırda 21263,40 manat borc yaranmışdır.
3. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li Qaydalarının 4.2, 4.9-cu bəndlərinə istinad olunmuşdur.
4. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Salyan rayonu, Aşağı Kürkənd kəndi ərazisində yerləşən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 21263,40 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 153,79 manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdehnə qarşı 21263,40 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinə qarşı qarşılıqlı iddia tələbi verilməsinə zərurət yaranmışdır. Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2023-cü il tarixə Cavabdehnə 21263,40 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına İddiaçı tərəfindən istixanada istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. Belə ki, İddiaçı istixanada xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8541,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 6250 manat məbləğində ödəniş etmiş, 2291,80 manat borcu qalmışdır. 2021-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək 3614,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 4295 manat məbləğində ödəniş etmiş, xx.xx.2022ci il tarixə 1611,60 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 19249,78 manat məbləğində təbii qazdan istifadə etmiş, 7000 manat məbləğində ödəniş etmiş, xx.xx.2023-cü il tarixə 13861,38 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 13902,02 manat məbləğində təbii qazdan istifadə etmiş, 6500 manat məbləğində ödəniş etmiş, xx.xx.2023-cü il tarixə 21263,40 manat borcu qalmışdır. Cavabdeh tərəfindən cavabdehə borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur.
6. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 442, 425-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına istinad olunmuşdur. Tədqiq olunan sübutlar:
7. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı arasında xx.xx.2020-ci il tarixli, AMX-0429/20 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
10. Cavabdeh İB tərəfindən tərtib edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı Aktda (ilkin) qeyd olunmuşdur ki, xətt birləşmə nöqtəsinə qoşulmadığından sayğacdan qaz keçməsi və sızmasını yoxlamaq mümkün olmadı.
11. Azərbaycan Respublikasi Salyan Rayon İcra Hakimiyyəti Başçısının Arbatan Kənd İnzibati Ərazi Nümayəndəsi tərəfindən İddiaçı verilmiş arayışda qeyd olunmuşdur ki, İddiaçı Salyan rayonu, Aşağı Kürkənd kəndində özünəməxsus 0,24 ha həyətyanı torpaq sahəsində tərəvəz məhsulları istehsal etmək üçün 1020 kv.m ölçüdə istixanası vardır.
12. İddiaçı tərəfindən iş materiallarına Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılmasına dair texniki icra sənədləri kimi 14 noyabr 2019-cu il tarixli qaz kəmərlərinin istismara qəbul aktı, "xxxx" ASC tərəfindən quraşıdırılan qaz xəttinin Tikinti Pasportu Və X2, xx.xx.2019-cu il tarixli Binadaxili (Sexdaxili) qaz kəmərlərinin istismara qəbulu aktı və s. əlavə edilərək məhkəməyə təqdim edilmişdir.
13. İddiaçı xx.xx.2023-cü il tarixli (abonent kodu **********00063) abonent saldosundan görünür ki, iddiaçının son borc məbləği 21263,40 manat hesablanmışdır.
14. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 21263,40 manat məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir
15. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2020-ci il tarixdə AMX-0429/20 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərinə öhdəliklər götürmüşlər. İddiaçı tərəfindən silinməsi tələb edilən borc məbləği onun tərəfindən təbii qazdan istifadəyə görə yaranmış, sayğac göstəricisinə əsasən hesablanmış borcdur.
Tətbiq edilən hüquq
16. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
21. İlkin iddia tələbi Cavabdeh tərəfindən iddiaçıya hesablanmış 21263,40 manat cərimənin silinməsindən ibarətdir.
22. İddiaçı qaz sayğacının laborator yoxlama adı ilə aparıldığını, sayğac yenidən quraşdırıldıqdan sonra aylıq göstəricilərinin birdən-birə bir neçə dəfə artdığını, sayğac ekspertizadan keçirilən zaman ona müdaxilə olunduğunu, sayğacın düzgün işləmədiyini, X5 Birliyinin sayğaca etdiyi əsassız müdaxilə nəticəsində hazırda cavabdehə 21263,40 manat məbləğində borcunun yarandığını bildirərək, həmin borcun (ərizədə cərimə olaraq qeyd olunur) silinməsini xahiş etmişdir.
23. İddiçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
24. İddiaçı məxsus, Salyan rayonu, Aşağı Kürkənd kəndində 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən istixana təbii qazla təchiz edilmişdir. Məhkəmənin qənaətinə əsasən illər üzrə istifadə olunan qaz sərfiyyatında olan fərqlər istifadə olunan qaz sərfinin həcmi ilə əlaqədar olmuşdur. Bunu abonent saldosuna nəzər saldıqda da müəyyən etmək mümkündür.
25. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, 21263,40 manat borc İddiaçı tərəfindən istifadə edilən və sayğac göstəricisinə görə hesablanmış təbii qazın dəyəridir. Borc məbləği sayğac göstəricisinə, yəni aylıq qaz sərfiyyatına uyğun hesablanmışdır. Belə olan halda İddiaçı həmin borcun silinməsini tələb etməsi əsassızdır.
26. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmamalıdır.
27. Qarşılıqlı iddia tələbi cavabdeh İddiaçı Salyan rayonu, Aşağı Kürkənd kəndi ərazisində yerləşən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 21263,40 manat borc məbləğinin tutulmasından ibarətdir.
28. Qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 21263,40 manat məbləğində borcu yaranmışdır.
29. Məhkəmə qanunvericilik normalarının tələblərini, müqavilə şərtlərini, işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Salyan rayonu, Aşağı Kürkənd kəndi ərazisində yerləşən istixanada təbii qazdan istifadəyə görə yaranmış 21263,40 manat (iyirmi bir min iki yüz altmış üç manat qırx qəpik) məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır.
30. Qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən 153,79 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 153,79 manat (yüz əlli üç manat yetmiş doqquz qəpik) məbləğdə pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-yə ödənilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Salyan rayonu, Aşağı Kürkənd kəndi ərazisində yerləşən istixanada təbii qazdan istifadəyə görə yaranmış 21263,40 manat (iyirmi bir min iki yüz altmış üç manat qırx qəpik) və ödənilmiş dövlət rüsumuna görə 153,79 manat (yüz əlli üç manat yetmiş doqquz qəpik) olmaqla, ümumilikdə 21417,19 manat (iyirmi bir min dörd yüz on yeddi manat on doqquz qəpik) məblğində pul tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova