Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-458/2021 18.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Мəhkəməsi, Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı «İddiaçı” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdehnə qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında, “Dalğa Plaza” Biznes Mərkəzinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 nömrəli, xx xxxxx 2018-ci il tarixli müqavilə üzrə xx xxxxxxx 2018-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 7,158.22 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 7,188.62 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında, “Dalğa Plaza” Biznes Mərkəzinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 nömrəli, xx xxxxx 2018-ci il tarixli müqavilə üzrə xx xxxxxxx 2018-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 7,158.22 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 7,188.62 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında, “Dalğa Plaza” Biznes Mərkəzinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 302 saylı, xx xxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq X1 üçün aylıq icarə haqqı ƏDV daxil 1,115.10 manat məbləğində müəyyən edilmişdir. İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində göstərilmiş ödənişlər hər cari ayın ilk 5 (beş) iş günü ərzində həyata keçirilərək, İddiaçının müvafiq hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək İddiaçının əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Beləliklə, X1ın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və Cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində ümumilikdə ƏDV daxil 7,158.22 manat əsas borc məbləği yığılmışdır. İcarə Müqaviləsinin 8.7-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt bu müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsinə xx xxxxxxx 2018-ci il tarixində xitam verilmişdir. Xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq X1ın İddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının, İcarə Müqaviləsində nəzərdə tutulmuş xidmət haqlarının və digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Lakin cavabdeh sözügedən öhdəliyin icrasından da yayınmışdır. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq İcarə Müqaviləsinə xitam verilməsi Cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. xx xxxxxx 2018-ci il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsi haqqında iddiaçı tərəfindən pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin üç (3) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquqmühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya məktubuna da məhəl qoymamış və xitam tarixindən 1 il 10 aydan artıq bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Beləliklə, cavabdehin icarə müqaviləsi üzrə ƏDV daxil 7,158.22 manat əsas borcu vardır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, «İddiaçı” məhdud məsuliyyətli cəmiyyəti xx xxxxxx 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 302 saylı, xx xxxxx 2018-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında, “Dalğa Plaza” Biznes Mərkəzinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cavabdehə icarəyə verməyi, cavabdeh isə əmlakı qəbul edib 1115,10 manat icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxxxx 2018-ci il tarixli Razılaşmanın surətindən görünür ki, tərəflər arasında bağlanmış 302 saylı, xx xxxxx 2018-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə xitam verilmiş və razılaşma xx xxxxxxx 2018-ci il tarixdə qüvvəyə minmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 302 saylı, xx xxxxx 2018-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında, “Dalğa Plaza” Biznes Mərkəzinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cavabdehə icarəyə verməyi, cavabdeh isə əmlakı qəbul edib 1115,10 manat icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş, lakin cavabdeh icarə haqqını vaxtında ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 7,158.22 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında xx xxxxxxxx 2018-ci il tarixli Razılaşma bağlanmış, razılaşmaya əsasən 302 saylı, xx xxxxx 2018-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə xitam verilmiş və razılaşma xx xxxxxxx 2018-ci il tarixdə qüvvəyə minmişdir. Lakin cavabdeh tərəfindən borc ödənilməmişdir. Məhkəmə hesab edir ki, 302 saylı, xx xxxxx 2018-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən borc təsdiq olunduğundan 7,158.22 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında, “Dalğa Plaza” Biznes Mərkəzinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında Cavabdeh ilə «İddiaçı” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 02 nömrəli, xx xxxxx 2018-ci il tarixli müqavilə üzrə xx xxxxxxx 2018-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 7,158.22 manat məbləğində pul vəsaiti, ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank komissiyası haqqı, cəmi ƏDV daxil 7,188.62 manat məbləğ Cavabdehndən «İddiaçı” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-458/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-458/2021
18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver