Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4595/2022 12.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı gəlirlərin alınması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2011-ci ilin oktyabr ayından bu günə kimi əldə etdikləri gəlirlərdən payına düşən 50% alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, səhmdar cəmiyyətinin idarə edilməsi, növbəti və növbədənkənar ümumi yığıncağının çağırması, mənfəət və dividentlərin hesablanması və digər məsələlərin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106 və 107-ci maddələri ilə tənzimləndiyindən və İddiaçı Cavabdeh MMC-də 50% paya malik olduğundan hazırki tələbə məhkəmədən kənar qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki tələbə məhkəmə qaydasında baxılmaması əsası ilə İddiaçı Cavabdeh MMC-yə qarşı 2011-ci ilin oktyabr ayından bu günə kimi əldə etdikləri gəlirlərdən payına düşən 50% alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı 2011-ci ilin oktyabr ayından bu günə kimi əldə etdikləri gəlirlərdən payına düşən 50% alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4595/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4595/2022
12.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver