Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-46/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X4 Rövşən qızının sədrliyi, Məmmədzaə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İdddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2nə (bundan sonra – cavabdehlər ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DC00464879-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42,332.54 manat əsas borc, 5,556.72 manat hesablanmış faiz borcu, 814.23 manat cərimə borcu olmaqla, cəmi 48,703.49 manat məbləğində borcun; Mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının və 37 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-08226LE/2019saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00464879-01saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 45,571 (qırx beş min beş yüz yetmiş bir) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan Cavabdeh2 MMC arasında bağlanmış DC00464879-01 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********773 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin Borcalan DC00464879-01 saylı Maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini icra etməyərək müvafiq olaraq 248 gün kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DC00464879-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42,332.54 manat əsas borc, 5,556.72 manat hesablanmış faiz borcu, 814.23 manat cərimə borcu olmaqla, cəmi 48,703.49 manat təşkil edir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DC00464879-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42,332.54 manat əsas borc, 7036,1 manat hesablanmış faiz borcu, 1356,45 manat cərimə borcu olmaqla, cəmi 50725 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının və 43 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Əzizov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-08226LE/2019saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisi Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir.
10. Cavabdeh2 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) DC00464879-01 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri Cavabdeh2 MMC-yə illlik 17%-lə xx.xx.2024-cü il tarixədək müddətə 45571 manat məbləğində kredit xətti açılmışdır. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. Ərizə müştərinin qanuni təmsiçisi Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir
11. İddiaçı ASC (bank) ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq 28 iyul 2022-ci il tarixli, DG**********773 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00464879-01 saylı kredit müqaviləsi. - 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 45571 manat məbləğində və 24 ay müddətə kredit xətti təşkil edir. - 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. - 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
12. xx.xx.2023-cü il tarixli sonuncu maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə DC00464879-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borcu 42332,54 manat, faiz borcu 7036,01 manat, 1356,45 manat cərimə borcu olmaqla, cəmi borcu 48703,49 manat (gecikmə günü: 324) təşkil edir.
13. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/9619/2023 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2023-ci il tarixə maliyyə arayışında tələb olunan tarixədək) ərizə üzrə əsas kredit borcu 42332,54 manat, faiz borcu 7036,01 manat, cərimə borcu 1356,45 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx/xx/2024-cü il tarixli, 3-16-16/2-9/7999/2024 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2023-ci il tarixə( iddia ərizəsi verilən tarix) ərizə üzrə əsas kredit borcu 42332,54 manat, faiz borcu 6284.66 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
V. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər dir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
17. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 18.“Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
VI. Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-08226LE/2019saylı Razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh S.E.E Construction Group” MMC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 45571 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehlər in iddiaçıya əsas və faiz borcu yaranmışdır.
21. Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcunun 42332,54 manat məbləğində olması müəyyən edilmişdir.
22. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
23. Məhkəmə hesab edir ki, məhkəmə iddia tələbindən kənara çıxmayaraq, əsas borc hissəsində kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun olaraq 42332,54 manat məbləğində təmin edilməlidir.
24. Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə mübahisəli müqavilə üzrə faiz borcunun xx.xx.2023-cü il tarixə 6284.66 manat olması müəyyən edilmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
26. Konstitusiya Məhkəməsinin sözügedən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün, həmçinin hazırki iş üzrə cavabdehə yönəldiyi pretenziyada müqavilə üzrə yaranmış ümumi borcu deyil, yalnız gecikmiş borcları tələb etməsi səbəbindən, müqavilənin birtərəfli qaydada vaxtından əvvəl xitamı ilə bağlı iradə ifadəsini məhkəməyə iddia ərizəsi verildiyi vaxtdan hesablanmalıdır, məhkəmə hesab edir ki iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edilidyi tarixə (xx.xx.2023) tələb etməkdə haqlıdır.
27. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməli və mübahisəli müqavilə üzrə tutulacaq fazi məbləği ekspert rəyinə uyğun olaraq 6284.66 manat məbləğində müəyyən edilməlidir.
28. Beləliklə, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DC00464879- 01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42,332.54 manat əsas borc, 6284.66 manat məbləğində hesablanmış faiz borcu bankın xeyrinə tutulmalıdır.
29. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 MMC-yə hesablanmış 1356,45 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlər lərdən tutulması tələbini də irəli sürmüşdür.
30. Məhkəmə hesab edir ki, cavabdehlər ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlər lərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 1356,45 manat məbləğində müəyyən edilməlidir.
33. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh2 MMC-nin DC00464879-01saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə Cavabdeh1 (zamin) arasında 28 iyul 2022-ci il tarixli, DG**********773 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh1 Cavabdeh2 MMC-nin DC00464879-01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
34. Belə olan halda məhkəmə 28 iyul 2022-ci il tarixli, DG**********773 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 MMC-nin DC00464879-01 saylı müqavilədən (maliyyələşdirmə üçün ərizə) irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh2 MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, DC00464879-01 saylı maliyyələşdirmə üçün ərizə (müqavilə) üzrə əsas, faiz borcları və dəbbə pulu cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulmalıdır.
35. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 43 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
36. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
37. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
38. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti, həminin 43 manat məbləğində dövlət rüsumu cavabdehlər dən tutularaq iddiaçıya ödənilməlidir.
39. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 245 manat pul vəsaitinin 200 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 45 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada DC00464879-01 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə 42332,54 manat əsas borc, 6284.66 manat faiz borcu, 1356.45 manat dəbbə pulu olmaqla, cəmi 49973.65 (qırx doqquz min doqquz yüz yetmiş üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti, 43 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 245 manat pul vəsaitinin 200 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 45 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova