Məhkəmə qərarları › İş №e-2-2(113)-460/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-460/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-460/2020 11.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdehnə qarşı cavabdehdən cəmi 29.882,65 manat (əsas borc 9.050,00 manat; faiz borcu 20.832,65 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən cəmi 29.882,65 manat (əsas borc 9.050,00 manat; faiz borcu 20.832,65 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında iddiaçıya keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxxxxx 2017-ci il tarixli, S-61 saylı təhvil-təslim aktı əsasında iddiaçıya təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə cəmi 29.882,65 manat, o cümlədən əsas borc 9.050,00 manat, faiz borcu 20.832,65 manat məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 6463 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. xx xxxxxxxx 2019-cu il tarixə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 29.882,65 manat, o cümlədən əsas borc 9.050,00 manat, faiz borcu 20.832,65 manat məbləğində təşkil edir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyildir. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışdan və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı xx xxx 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı xx xxxxxx 1992-ci il tarixdə qeydiyyata alınmış Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 14 aprel tarixli 65s saylı Sərəncamına əsasən adı dəyişdirilərək İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərir. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2012-ci il tarixdə qeydiyyata alınmışdır. “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun iddiaçıya güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, iddiaçı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X3 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu iddiaçıya güzəşt edir. xx xxxxxxxx 2017-ci il tarixli S-61 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlər “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. Eyni zamanda həmin aktdan görünür ki, cavabdehin kredit müqavilələri üzrə əsas borcu 9050 manat, faiz borcu 20832,65 manat, cəmi 29882,65 manat təşkil etmişdir. xx xxxxxx 2012-ci il tarixli 6463 saylı Kredit müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehə 1.000.000 manat illik 15 faizlə 12 ay müddətinə kredit verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 xx xxxxxx 2019-cu il tarixli 016-98250-1219 saylı məktubunun surətindən görünür ki, cavabdehin adında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Kənt Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx xxxxxxx 2019-cu il tarixli 41/xx-xx-1325 saylı məktubunun surətindən görünür ki, cavabdehin adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin xx xxxxxxx 2019-cu il tarixli xx/xx- 04176 saylı məktubunun surətindən görünür ki, cavabdehə məxsus texnika Agentlikdə qeydiyyatdan keçirilməmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin, onunla “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 6463 saylı kredit müqaviləsinə əsasən qalıq borc məbləği üzrə əsas borcu 9050 manat, faiz borcu 20832,65 manat, cəmi 29882,65 manat təşkil edir. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli **********43 saylı məktubundan görünür ki, cavabdehin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə tədbirlərindən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti tərəfindən xx xxxxxx 2012-ci il tarixli 6463 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 1.000.000 manat illik 15 faizlə 12 ay müddətinə kredit verilmişdir. Cavabdehin, onunla “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinə əsasən qalıq borc məbləği üzrə əsas borcu 9050 manat, faiz borcu 20832,65 manat, cəmi 29882,65 manat təşkil edir. “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun iddiaçıya güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləylə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının 1ci hissəsinə əsasən, iddiaçı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X3 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı1 qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlər “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilərək bu barədə xx xxxxxxxx 2017-ci il tarixli S-61 saylı akt tərtib edilmişdir. İddiaçı tərəfindən həmin borc məbləği cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə cavabdehə verilmiş əsas kredit məbləğinin ödənilməmiş 9050 manat əsas, o cümlədən 20832,65 manat faiz, cəmi 29882,65 manat məbləğində borc iş materialları ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdehin mülkiyyətində nəqliyyat vasitəsi yoxdur. Məhkəmə qeyd edir ki, vəzifələrin icra edilməməsi və ya layiqincə yerinə yetirilməməsi müvafiq məsuliyyətə, o cümlədən əmlak məsuliyyətinə səbəb olur. İşin hallarından göründüyü kimi cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tutma nəqliyyat vasitələri istisna olunmaqla, borclunun digər daşınar əmlakına yönəldilməklə həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməli, iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Belə olan halda həmin əmlaka dair iddiaçının hüquqları da qeydiyyata alınmalıdır. İddianın daşınmaz əmlaka dair hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehin adına hər hansı daşınmaz əmlak qeydiyyata alınmadığından, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Mcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən cəmi 29.882,65 manat (əsas borc 9.050,00 manat; faiz borcu 20.832,65 manat) məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, borc tələbi cavabdehə məxsus daşınar əmlaklara yönəldilməli, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməli, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqları tanınmalı və müvafiq olaraq səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyi qoyulmalı və iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən cəmi 29.882,65 manat (əsas borc 9.050,00 manat; faiz borcu 20.832,65 manat) məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı1 qapalı səhmdar cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Borc tələbi Cavabdehnə məxsus daşınar əmlaklara yönəldilsin, Cavabdeh həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilsin, İddiaçı1 qapalı səhmdar cəmiyyəti Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqları tanınsın və müvafiq olaraq səlahiyyətli orqanların üzərinə İddiaçı1 qapalı səhmdar cəmiyyəti Bank olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyi qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar