Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-460/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı cavabdeh və iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04/109 nömrəli alqı satqı və ipoteka müqaviləsi əsasında satılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 229.80 kv.mdən ibarət olan xüsusi mülkiyyətdə olan 3 nömrəli mənzilin - malın təqdim edilməsi barədə elektron qaimə fakturanın 5 gün müddətində cavabdeh tərəfindən iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, dövlət rüsumu kimi ödənilmiş 100 manat və hüquqi yardıma görə vəkil xərci 1010 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdeh və iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04/109 nömrəli alqı satqı və ipoteka müqaviləsi əsasında satılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 229.80 kv.mdən ibarət olan xüsusi mülkiyyətdə olan 3 nömrəli mənzilin - malın təqdim edilməsi barədə elektron qaimə fakturanın 5 gün müddətində cavabdeh tərəfindən iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, dövlət rüsumu kimi ödənilmiş 100 manat və hüquqi yardıma görə vəkil xərci 1010 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”n 1.2.-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 16. Vergi ödəyicisinin vəzifələri: 16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək: 16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 16.1.11-6.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi; 16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə; Maddə 50. Operativ vergi nəzarəti 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə(elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla),habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.13-1. Bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-faktura tərtib edilmədən malların bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsinə görə vergi ödəyicisinə elektron qaiməfaktura ilə rəsmiləşdirilməyən hər bir belə əməliyyat üçün 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddia ərizəsinin məzmunundan göründüyü kimi hazırki mübahisə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04/109 nömrəli alqı satqı və ipoteka müqaviləsi əsasında satılmış mənzilə dair malın təqdim edilməsi barədə elektron qaimə fakturanın verilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş normaların məzmunundan göründüyü kimi, hər bir vergi ödəyicisi mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək vəzifəsi vardır və onların bu vəzifəsinin icra edilməsinə nəzarəti vergi orqanları tərəfindən həyata keçirilir, qeyd edilən qaydaya riayət edilməməsi isə vergi orqanları tərəfindən maliyyə sanksiyasının verilməsi ilə nəticələnir. Yəni elektron qaimə özü-özlüyündə mülki hüquqi baxımının hər hansı bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə kakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Firmasına qarşı cavabdeh və iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04/109 nömrəli alqı satqı və ipoteka müqaviləsi əsasında satılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 229.80 kv.mdən ibarət olan xüsusi mülkiyyətdə olan 3 nömrəli mənzilin - malın təqdim edilməsi barədə elektron qaimə fakturanın 5 gün müddətində cavabdeh tərəfindən iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, dövlət rüsumu kimi ödənilmiş 100 manat və hüquqi yardıma görə vəkil xərci 1010 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-460/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-460/2023
23.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver