Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4612/2024 19.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə müqaviləsi) X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 2000 azn azn pul vəsaitin, 40,70 azn dövlət rüsumun və 70 manat iddia ərizəsinin tərtib edilməsi və elektron qaydada göndərilməsi üçün vəsaitin cavabdehdən xeyrimə tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aramızda imzalanmış xx.xx.2022ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, qeyri yaşayış binasının 3004.4 kv.m əsas sahənin 70 kv.m cavabdehə icarəyə vermilmişdir. Cavabdeh öz növbəsində aramızdakı razılığa əsasən aylıq icarə haqqını müvafiq olaraq 70 kv.m sahə üçün 140 manat müəyyən edilmişdir. Qeyd edilən icarə müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. İcarədə olduğu müddətdə icarə haqqı 630 azn təşkil etsədə, cavabdeh cəmi 490 azn ödəmişdir. Beləliklə ümumilikdə 140 azn ödənilməmişdir. Aramızda imzalanmış müqavilənin 5.3-cü bəndinə icarə haqqı və komunal xərclərin dəyərimüəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə 1-ci on günlükdə gecikdirilmiş hər gün üçün icarə haqqının 1% miqdarında , 10 gündən artıq gecikdirilən hər gün üçün icarə haqqının 2 % miqdarında faiz dəbbə pulu tətbiq edilir. Ötən müddət ərzində dəbbə pulu 1860 azn təşkil edilir. Nəticə olaraq aramızda bağlanmış icarə müqaviləsinin tələbləri cavabdeh tərəfindən pozulmuş və ümumilikdə 2000 azn borc ödənilməmişdir. Qeyd edim ki, AR-sı MPM-nin 149.2.4-cü madəsinə əsasən ilk öncə cavabdehə (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixində rəsmi müraciət etsəmdə heç bir müsbət cavab və rəy, fikir və sairə ala bilməmişəm.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 140 azn əsas borc, 1860 azn dəbbə pulu, ümumilikdə 2000 azn azn pul vəsaitin, 40,70 azn dövlət rüsumunun və 70 manat iddia ərizəsinin tərtib edilməsi və elektron qaydada göndərilməsi üçün vəsaitin cavabdehdən xeyrimə tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında imzalanmış 16 mart 2022-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən ünvan 2 ünvanında yerləşən, qeyri- vaşayış binasının 3004.4 m.kv köməkçi sahəsinin 70kv.m-ni “İcarədar” kirayəyə verir, icarəçi isə kirayəyə götürür. - 2.1-ci bəndinə əsasən Tərəflərin razılığına görə aylıq icarə haqqı müvafiq olaraq 70 kv.m xidmət sahəsi üçün 140 manat azərbaycan manatı müəyyənləşdirilir. - 5.1-ci bəndinə əsasən “icarəçi” hər ayın icarə haqqını “icarədar” tərəfindən təqdim olunmuş “e-qaimə” əsasında həmən ayın birinci həftəsi ərzində nağd və nağdsız qaydada “icarədarın” müvafiq bank hesabına ödəyir. - 5.3-cü bəndinə əsasən icarə haqqı və kommunal xərclərinin dəyəri müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə “icarədar”ın 1-ci ongünlükdə gecikdirilmiş hər gün üçün icarə haqqının 1% miqdarında, 10 gündən artıq gecikdirilən hər gün üçün isə icarə haqqının 2% miqdarında faiz hesablamaq hüququ vardır. faiz 1 (bir) ildən artıq müddətə hesablana bilməz. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. "xxxx" ASC tərəfəindən verilmiş "xxxx" QSC-yə aid xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki,cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 70 manat,xx.xx.2022-ci il tarixində 140 manat məbləğində vəsait ödənilmişdir.
11. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 3 gün müddətində ödənilməsi trələb edilmişdir.
V. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
13. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
14. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə qeyd olunmuş ünvanda yerləşən sahəni cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə (xidmət) haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
18. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, icarə sahəsi 4 ay 11 gün müddətində (xx.xx.2022xx.xx.2022) cavabdehin sahibliyində olub və həmin müddət üçün ödənilməli olan icarə haqqı məbləği 611 manat təşkil edir. İddiaçı iddia ərizəsində höəmçinin məhkəmə iclaslarındakı izahatlarında qeyd etmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya icarə müddəti ərzində 490 manat məbləğində pul ödənilmişdir. Odur ki, cavabdeh tərəfindən olan ödənişləri nəzərə alınmaqla hal-hazırda Cavabdeh MMC-nin 05 fevral 2021-ci il tarixli icarə müqaviləsi üzrə "xxxx" MMC -yə olan cəmi borcu 121 manat təşkil edir.
19. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən ümumilikdə 121 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
20. Bundan əlavə iddiaçı müqavilə üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh MMC-yə hesablanmış 1860 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
21. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
22. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdeh lərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 50 manat məbləğində müəyyən edilməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 40,70 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
25. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
26. İddia ərizəsinin tərtib edilməsi və elektron qaydada göndərilməsi üçün vəsaitin cavabdehdən tələbi ilə bağlı məhkəmə qeyd edir ki,hazırki tələb ilə bağlı cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.Odur ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 121 (bir yüz iyirmi bir) manat əsas borc, 50 ( əlli) manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova