Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4615/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X10 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC-nin (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 1-ci mərtəbəsində, ümumi sahəsi 28.90 kv.m. təşkil edən ofis sahəsinin, o cümlədən Binanın 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, sahəsi 50.00 kv.m. təşkil edən ofis sahələrinin və binanın yerüstü/açıq avtoduracağında 5 ödənişli avtoduracaq yerinin icarəyə verilməsi haqqında 22 iyun 2021-ci il tarixli, 21/249 №-li Müqavilə üzrə Xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 13,625.40 AZN məbləğində pul vəsaitinin, habelə ödənilmiş 130.88 AZN məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 13,756.28 AZN məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Cavabdeh MMC (bundan sonraC“avabdeh”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin (bundan sonra “Bina”) 1-ci mərtəbəsində, ümumi sahəsi 28.90 kv.m. təşkil edən ofis sahəsinin və Binanın açıq avtoduracağında 2 (iki) ödənişli avtoduracaq yerinin icarəyə verilməsi haqqında 22 iyun 2021-ci il tarixli, 21/249 №-li Müqavilə(bütün əlavələri ilə birlikdə, bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq Başlama Tarixi kimi göstərilmiş 28 iyun 2021-ci il tarixindən etibarən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarə Müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçünƏDV xaric 520.20 AZN (beş yüz iyirmi Azərbaycan manatı, iyirmi qəpik) aylıq İcarə Haqqı, ƏDVxaric 144.50 AZN (bir yüz qırx dörd Azərbaycan manatı, əlli qəpik)aylıq Təmizlik və texniki xidmətlərə görə haqq, ƏDV xaric 57.80 AZN (əlli yeddi Azərbaycan manatı, səksən qəpik)aylıq Mühafizə xidmətlərinə görə haqq və İcarə Müqaviləsinin 1.1.2-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçün isə ƏDV xaric 80.00 AZN (səksən Azərbaycan manatı, 00 qəpik) məbləğində aylıq duracaq haqqı olmaqla, ümumilikdə ƏDV xaric 802.50 AZN (səkkiz yüz iki Azərbaycan manatı, əlli qəpik) aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsişərti razılaşdırılmışdır. İcarə Müqaviləsinə əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 27 iyul 2021-ci il tarixli, 1 №-li Əlavə Razılaşmaya (bundan sonra “1 №-li Əlavə”) əsasən 01 avqust 2021-ci il tarixindən etibarən Cavabdeh İcarə Müqaviləsi ilə nəzərdə tutulmuş və icarəyə götürülmüş İcarəyə Verilən Əmlak(lar)a əlavə olaraq Binanın 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində yerləşən, sahəsi 50.00 kv.m. təşkil edən ofis sahəsini də 1 №-li Əlavədə razılaşdırılmış şərtlər əsasında icarə və istifadəyə götürmüşdür. 1 №-li Əlavənin 2-ci bəndinə uyğun olaraq 01 avqust 2021-ci il tarixindən etibarən İcarə Müqaviləsinin və 1 №-li Əlavənin qüvvədə olduğu müddət ərzində 1 №-li Əlavənin 1.1ci bəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 750.00 AZN (yeddi yüz əlli Azərbaycan manatı, 00 qəpik) aylıq İcarə Haqqı, ƏDVxaric 250.00 AZN (ikiyüz əlli Azərbaycanmanatı, 00 qəpik) aylıq Təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 100.00 AZN (bir yüz Azərbaycan manatı, 00 qəpik)aylıq Mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1,100.00 AZN (bir min bir yüz Azərbaycanmanatı, 00 qəpik) aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsişərti razılaşdırılmışdır. X3 əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 24 avqust 2021-ci il tarixli, 2 №-li Əlavə Razılaşmaya (bundan sonra “2 №-li Əlavə”) əsasən Binanın yerüstü/açıq avtoduracağında 2 (iki) avtoduracaq yeri 25 avqust 2021-ci il tarixindən etibarən ödənişli əsaslar ilə Cavabdehin istifadəsinə verilmişdir. Müvafiq avtoduracaq yerlərinin istifadəsinin müqabilində 2 №-li Əlavənin 3-cü bəndinə əsasən Cavabdeh tərəfindən ƏDV xaric 80.00 AZN (səksən Azərbaycan manatı, 00 qəpik) məbləğində aylıq duracaq haqqının ödənişi nəzərdə tutulub. Əlavə olaraq İcarə Müqaviləsinə əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 11 yanvar 2022ci il tarixli, 3 №-li Əlavə Razılaşmaya (bundan sonra “3 №-li Əlavə”) əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yeri 13 yanvar 2022-ci il tarixindən etibarən ödənişli əsaslar ilə Cavabdehin istifadəsinə verilmiş və 3 №-li Əlavənin 3-cü bəndinə əsasən ƏDV xaric 40.00 AZN (qırx Azərbaycan manatı, 00 qəpik)məbləğində aylıq duracaq haqqının ödənişi razılaşdırılmışdır. O cümlədən İcarə Müqaviləsinə əlavə və dəyişikliklərin edilməsinə dair tərəflər arasında imzalanmış 24 yanvar 2023cü il tarixli, 4 №-li Əlavə Razılaşmaya (bundan sonra “4 №-li Əlavə”) əsasən 01 fevral 2023-cü il tarixindən etibarən İcarəyə Verilən Əmlak(lar) üçün İcarə Müqaviləsi və 1 №-li Əlavə ilə müəyyən edilmiş aylıq haqların məbləği dəyişdirilməklə, İcarə Müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 578.00 AZN (beş yüz yetmiş səkkiz Azərbaycan manatı, 00 qəpik)aylıq İcarə Haqqı,ƏDV xaric 173.40 AZN (bir yüz yetmiş üç Azərbaycan manatı, qırx qəpik)aylıq Təmizlik və texniki xidmətlərə görə haqq,ƏDVxaric 57.80 AZN (əlli yeddi Azərbaycan manatı, səksən qəpik) aylıq Mühafizə xidmətlərinə görə haqq və İcarə Müqaviləsinin 1.1.2-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçün isəƏDV xaric 80.00 AZN (səksən Azərbaycan manatı, 00 qəpik)məbləğində aylıq duracaq haqqı olmaqla, ümumilikdə ƏDV xaric 889.20 AZN (səkkiz yüz səksən doqquz Azərbaycan manatı, iyirmi qəpik) aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. Həmçinin 4 №-li Əlavənin 2-ci bəndində eyni zamanda 1 №-li Əlavənin 1.1-ci bəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 850.00 AZN (səkkiz yüz əlli Azərbaycan manatı, 00 qəpik) aylıq İcarə Haqqı,ƏDVxaric 300.00 AZN (üç yüz Azərbaycan manatı, 00 qəpik)aylıq Təmizlik və texniki xidmətlərə görə haqq və ƏDVxaric 100.00 AZN (bir yüz Azərbaycan manatı, 00 qəpik)aylıq Mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDVxaric 1,250.00 AZN (bir min ikiyüz əlli Azərbaycanmanatı, 00 qəpik) aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsişərtimüəyyən edilmişdir. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh İcarəyə Verilən Əmlak(lar)da İcarə Müddəti, o cümlədən X7 ərzində istifadə etdiyi elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri, kabel TV və Müqavilənin 3.3-cü bəndində qeyd edilməmiş və Cavabdeh tərəfindən istifadə edilən digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən Müqavilənin 3.2-ci bəndi ilə Cavabdehə aid edilən xərclər İcarə Müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar Cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.9-cu bəndinə əsasən həmin Müqavilə ilə nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cariayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 2 (iki) iş günü ərzində həyata keçirilərək, Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.2-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, İddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində Cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (12 noyabr 2021-ci il tarixində FMG- 01/21/574 №-li bildiriş təqdim edilib) Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeylimiqdarda ziyan vurulmuşdur. İcarə Müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə Tərəflər arasında imzalanmış 27 iyul 2023-cü il tarixli Razılaşma ilə (bundan sonra “Razılaşma”) İcarə Müqaviləsinə qismən, yəni Binanın 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, sahəsi 50.00 kv.m. təşkiledən ofis sahəsinin icarəyə verilməsinə münasibətdə bağlanmış 27 iyul 2021-ci il tarixli, 1 №-li Əlavəyə, Binanın yerüstü/açıq avtoduracağında 2 (iki) avtoduracaq yerinin icarəyə verilməsinə münasibətdə bağlanmış 24 avqust 2021-ci il tarixli, 2 №-li Əlavəyə və Binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yerinin icarəyə verilməsinə münasibətdə bağlanmış 11 yanvar 2022-ci il tarixli, 3 №-li Əlavəyə (müvafiq əlavələr birlikdə, bundan sonra “Əlavələr”) 31 iyul 2023-cü il tarixində xitam verilmiş və həmin tarixdən etibarən X2 üzrə nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)a dair müəyyən edilmiş müvafiq müddəalar qüvvədən düşmüş hesab edilmişdir. Razılaşmanın 3-cü bəndinə əsasən müqavilə tərəfləri təsdiq edirlər ki, 15 iyul 2023-cü il tarixindən Xitam tarixinə kimi olan dövr ərzində İcarə Müqaviləsinin 3.2-ci bəndində göstərilmiş kommunal xidmətlər üzrə borc istisna olmaqla, Cavabdehin Xitam tarixinə Əlavələr üzrə İddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 8,328.82 AZN (səkkiz min üç yüziyirmi səkkizAzərbaycan manatı, səksən iki qəpik)təşkiledir. İcarə Müqaviləsinin 3.2- ci bəndində sadalanan kommunal xidmətlər üzrə hesab Cavabdeh tərəfindən ayrıca olaraq ödəniləcəkdir. Bundan savayı, İcarə Müqaviləsinin 8.6-cı bəndindən çıxış edərək, Tərəflərin qarşılıqlı razılığı əsasında İcarə Müqaviləsinə31 avqust 2023-cü il tarixində (bundan sonra “Xitam tarixi”) bütünlükdə xitam verilmişdir. Tərəflər arasında imzalanmış 31 avqust 2023-cü il tarixli xitam razılaşmasının (bundan sonra “Xitam razılaşması”) 2-ci bəndinə əsasən Cavabdeh İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq İcarəyə Verilən Əmlak(lar)ın İddiaçıya təhvil verildiyi Xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən 16 avqust 2023-cü il tarixindən Xitam tarixinə kimi olan dövr ərzində İcarə Müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulmuş kommunal xidmətlər üzrə borc istisna olmaqla, Cavabdehin Xitam tarixinə İcarə Müqaviləsi üzrə İddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 13,621.44 AZN (on üç min altı yüz iyirmi bir Azərbaycan manatı, qırx dörd qəpik) təşkil edir. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq İcarə Müqaviləsinə xitam verilməsi Cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin Cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 28 noyabr 2023-cü il tarixində Cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG-xx/xx/1252 №-li pretenziya bildirişi göndərilmiş vəƏDV daxil 13,625.40 AZN (on üç min altı yüz iyirmi beş Azərbaycan manatı, qırx qəpik)borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və Xitam tarixindən az qala1 (bir) ilə yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
10. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
IV. Sübutların tədqiqi:
11. İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında imzalanmış 22 iyun 2021-ci il tarixli, 21/249 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 24 ünvanında yerləşən qeyri- yaşayış binasında ("Dalğa Plaza" Biznes Mərkəzi, bundan sonra "Bina") aşağıdakı qeyri-yaşayış sahəsini (bundan sonra "İcarəyə Verilən Əmlak(lar)") icarəçiyə icarəyə verməyi, icarəçi isə İcarəyə Verilən Əmlak(lar)ı qəbul edib icarə haqqını və digər ödənişləri bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür: 1.1.1- ci bəndinə əsasən binanın 1-cİ mərtəbəsində yerləşən, sahəsi 28.90 kv.m. təşkil edən ofis sahəsi (yerləşmə planı bu Müqaviləyə dair müvafiq əlavədə əks olunmuşdur); 1.1.2- ci bəndinə əsasən binanın açıq avtoduracağında 2 (iki) ödənişli avtoduracaq yeri. - 1.2-ci bəndinə əsasən bu müqavilə tərəflərin öhdəliklərinin çərçivəsini müəyyən etməklə məcburi qüvvəyə malikdir.bu müqavilə üzrə təqdim edilən ayrı-ayrı xidmətlər onun ayrılmaz hissəsi olan əlavələrdə göstəriləcəkdir.müqavilənin müddəaları ilə ziddiyyət təşkil etdikdə, əlavələrdəki müddəalar üstün hesab ediləcəkdir - 2.1-ci bəndinə əsasən icarə müddəti 28 iyun 2021-ci il tarixindən (bundan sonra "Başlama Tarixi") başlayır və Tərəflərin qarşılıqlı yazılı razılığına əsasən artırılmayınca və ya bu Müqavilənin müddəalarına uyğun olaraq vaxtından əvvəl xitam verilməyincə 27 iyun 2022-ci il tarixində, saat 23:59-da başa çatır. - 2.2-ci bəndinə əsasən icarə Müddətinin başa çatmasına 1 (bir) təqvim ayı qalanadək Tərəflərdən heç biri bu Müqaviləyə xitam verilməsi barədə digər Tərəfə yazılı bildiriş təqdim etmədikdə İcarə Müddəti hər dəfə növbəti eyni müddətə artırılmış hesab olunur (bundan sonra "X7"). X4 uzadılması bu Müqavilənin 2.2-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 3.1.1- ci bəndinə əsasən bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 18.00 AZN olmaqla, ümumilikdə ƏDV xaric 520.20 AZN məbləğində aylıq icarə haqqı (bundan sonra "İcarə Haqqı"); 3.1.2- ci bəndinə əsasən icarəyə verən tərəfindən bu Müqavilənin 2, 3 və 5 saylı Əlavələrində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 5.00 AZN olmaqla, ümumilikdə ƏDV xaric 144.50 AZN məbləğində aylıq haqq (bundan sonra "Təmizlik və texniki xidmətlərə görə haqq”); 3.1.3- cü bəndinə əsasən icarəyə verən tərəfindən bu Müqavilənin 4 saylı Əlavəsində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)ın hər kv.m.-i üçün ƏDV xaric 2.00 AZN olmaqla, ümumilikdə ƏDV xaric 57.80 AZN məbləğində aylıq haqq (bundan sonra "Mühafizə xidmətlərinə görə haqq"); 3.1.4- ci bəndinə əsasən Bu Müqavilənin 1.1.2-ci yarımbəndində nəzərdə tutulmuş İcarəyə Verilən Əmlak(lar)ın hər biri üçün ƏDV xaric 40.00 AZN olmaqla, ümumilikdə ƏDV xaric 80.00 AZN məbləğində aylıq duracaq haqqı (bundan sonra "Duracaq Haqqı"). 7.2-ci bəndinə əsasən icarəçi Müqavilə üzrə ödəniş vaxtı çatmış İcarə Haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində icarəyə verənə dəbbə pulu ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 47,20 manat, 94,40 manat,946,95 manat,1298 manat;xx.xx.2023-cü il tarixli 15,40 manat,xx.xx.2023-cü il tarixli 47,20 manat,2524,25 manat,94,40 manat;xx.xx.2023-cü il tarixli 17,27 manat,xx.xx.2023-cü il tarixli 47,20 manat,94,40 manat,2524,25 manat,xx.xx.2023-cü il tarixli 16,83 manat,xx.xx.2023-cü il tarixli 47,20 manat,94,40 manat,2524,25 manat;xx.xx.2023-cü il tarixli 13,09 manat,xx.xx.2023-cü il tarixli 94,40 manat,47,20 mmanat,2524,25 manat;xx.xx.2023-cü il tarixli 11,33 manat;xx.xx.2023-cü il tarixli 42,48 manat,84,96 manat,2271,83 manat;xx.xx.2023-cü il tarixli 12,43 manat;xx.xx.2023-cü il tarixli 9,44 manat,4,72 manat,252,42 manat;xx.xx.2023-cü il tarixli 47,20 manat,94,40 manat,2524,25 manat;xx.xx.2023-cü il tarixli 11,56 manat,xx.xx.2023-cü il tarixli 1049,25 manat,xx.xx.2023-cü il tarixli 12,57 manat,xx.xx.2023-cü il tarixli 3,96 manat məbləğində hesab-faktura göndərilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə EBCM 372436 saylİ xx.xx.2023-cü il tarixli 946,95 manat, EBCM 372317 saylı xx.xx.2023-cü il tarixli 47,20 manat, EBCM 372622 saylİ xx.xx.2023-cü il tarixli 1298 manat, EBCM 372354 saylı xx.xx.2023-cü il tarixli 94,40 manat, EBCO 102342 saylı xx.xx.2023-cü il tarixli 47,40 manat, EBCO 507159 saylİ xx.xx.2023-cü il tarixli 2524,25 manat, EBDA 366442 saylı xx.xx.2023-cü il tarixli 17,27 manat, , EBDA 500558 saylı xx.xx.2023-cü il tarixli 94,40 manat, , EBDA 896866 saylı xx.xx.2023-cü il tarixli 47,20 manat, EBDA 896885 saylı xx.xx.2023-cü il tarixli 94,40 manat, EBDA 897713 saylı xx.xx.2023-cü il tarixli 2524,25 manat, EBDC 254991 saylı xx.xx.2023-cü il tarixli 16.83 manat, EBDC 745399 saylı xx.xx.2023-cü il tarixli 47,25 manat, EBDC 745688 saylı xx.xx.2023-cü il tarixli 94,40 manat, EBDC 766410 saylı xx.xx.2023-cü il tarixli 2524,25 manat, EBDD 798028 saylı xx.xx.2023-cü il tarixli 13,09 manat, EBDE 674260 saylı xx.xx.2023-cü il tarixli 94.40 manat, EBDE 674271 saylı xx.xx.2023-cü il tarixli 17.40 manat, EBDE 681193 saylı xx.xx.2023-cü il tarixli 2524,25 manat, EBDF 829074 saylı xx.xx.2023-cü il tarixli 11.33 manat, EBDG 988485 saylı xx.xx.2023-cü il tarixli 42.48 manat, EBDG ******* saylı xx.xx.2023-cü il tarixli 84.96 manat, EBDG 997408 saylı xx.xx.2023-cü il tarixli 2271.83 manat, EBDH 691585 saylı xx.xx.2023-cü il tarixli 9.44 manat, EBDH 691590 saylı xx.xx.2023-cü il tarixli 4.72 manat, EBDH 691612 saylı xx.xx.2023-cü il tarixli 252,42 manat,EBDİ 197783 saylı xx.xx.2023-cü il tarixli 12.43 manat, EBDJ 108348 saylı xx.xx.2023-cü il tarixli 47.20 manat, EBDJ 108358 saylı xx.xx.2023-cü il tarixli 94.40 manat, EBDJ ******* saylı xx.xx.2023-cü il tarixli 2524,25 manat, EBDL 802788 saylı xx.xx.2023-cü il tarixli 1049.25 manat, EBDM 169348 saylı xx.xx.2023-cü il tarixli 12.87 manat, EBDO 402685 saylı xx.xx.2023-cü il tarixli 3.96 manat məbləğində elektron qaimələr göndərilmişdir.
14. “Paşa Bank” AC tərəindən verilmiş İddiaçı MMC-yə aid hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 1982,50 manat,xx.xx.2023-cü il tarixində 2035,55 manat məbləğində ödəniş edilmişdir.
15. 22 iyun 2021-ci il tarixli, 21/249 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 01 saylı Əlavəyə əsasən binadan və icarəyə verilən əmlak(lar)dan istifadəyə dair əlavə öhdəliklər müəyyən olunmuşdur. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
16. 22 iyun 2021-ci il tarixli, 21/249 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 02 saylı Əlavəyə əsasən icarəyə verilən əmlak(larin) yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətləri müəyyən olunmuşdur. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
17. 22 iyun 2021-ci il tarixli, 21/249 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 03 saylı Əlavəyə əsasən icarəyə verilən əmlak(larin) yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən texniki xidmətlər müəyyən olunmuşdur. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
18. 22 iyun 2021-ci il tarixli, 21/249 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 04 saylı Əlavəyə əsasən icarəyə verilən əmlak(larin) yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən mühafizə xidmətlər müəyyən olunmuşdur. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
19. 22 iyun 2021-ci il tarixli, 21/249 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 05 saylı Əlavəyə əsasən icarəyə verilən əmlakların daxilində icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətləri müəyyən olunmuşdur. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
20. 22 iyun 2021-ci il tarixli, 21/249 saylı icarə müqaviləsinə əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 27 iyul 2021-ci il tarixli, 1 №-li Əlavə Razılaşmaya (bundan sonra “1 №-li Əlavə”) əsasən 01 avqust 2021-ci il tarixindən etibarən Cavabdeh İcarə Müqaviləsi ilə nəzərdə tutulmuş və icarəyə götürülmüş İcarəyə Verilən Əmlak(lar)a əlavə olaraq Binanın 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində yerləşən, sahəsi 50.00 kv.m. təşkil edən ofis sahəsini də 1 №-li Əlavədə razılaşdırılmış şərtlər əsasında icarə və istifadəyə götürmüşdür. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
21. 22 iyun 2021-ci il tarixli, 21/249 saylı icarə müqaviləsinə əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 24 avqust 2021-ci il tarixli, 2 №-li Əlavə Razılaşmaya (bundan sonra “2 №-li Əlavə”) əsasən Binanın yerüstü/açıq avtoduracağında 2 avtoduracaq yeri 25 avqust 2021-ci il tarixindən etibarən ödənişli əsaslar ilə Cavabdehin istifadəsinə verilmişdir. Müvafiq avtoduracaq yerlərinin istifadəsinin müqabilində 2 №-li Əlavənin 3-cü bəndinə əsasən Cavabdeh tərəfindən ƏDV xaric 80.00 manat məbləğində aylıq duracaq haqqının ödənişi nəzərdə tutulub.
22. 22 iyun 2021-ci il tarixli, 21/249 saylı icarə müqaviləsinə əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 11 yanvar 2022-ci il tarixli, 3 №-li Əlavə Razılaşmaya (bundan sonra “3 №-li Əlavə”) əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 avtoduracaq yeri 13 yanvar 2022-ci il tarixindən etibarən ödənişli əsaslar ilə Cavabdehin istifadəsinə verilmiş və 3 №-li Əlavənin 3-cü bəndinə əsasənƏDV xaric 40.00 AZN məbləğində aylıq duracaq haqqının ödənişi razılaşdırılmışdır.
23. 22 iyun 2021-ci il tarixli, 21/249 saylı icarə müqaviləsinə əlavə və dəyişikliklərin edilməsinə dair tərəflər arasında imzalanmış 24 yanvar 2023-cü il tarixli, 4 №-li Əlavə Razılaşmaya (bundan sonra “4 №-li Əlavə”) əsasən 01 fevral 2023-cü il tarixindən etibarən İcarəyə Verilən Əmlak(lar) üçün İcarə Müqaviləsi və 1 №-li Əlavə ilə müəyyən edilmiş aylıq haqların məbləği dəyişdirilməklə, İcarə Müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 578.00 AZN aylıq İcarə Haqqı,ƏDV xaric 173.40 AZN aylıq Təmizlik və texniki xidmətlərə görə haqq,ƏDVxaric 57.80 AZN aylıq Mühafizə xidmətlərinə görə haqq və İcarə Müqaviləsinin 1.1.2-ci yarımbəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçün isəƏDV xaric 80.00 AZN məbləğində aylıq duracaq haqqı olmaqla, ümumilikdə ƏDV xaric 889.20 AZN aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. Həmçinin 4 №-li Əlavənin 2-ci bəndində eyni zamanda 1 №-li Əlavənin 1.1-ci bəndində nəzərdə tutulan İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 850.00 AZN aylıq İcarə Haqqı,ƏDVxaric 300.00 AZN (üç yüz Azərbaycan manatı, 00 qəpik)aylıq Təmizlik və texniki xidmətlərə görə haqq və ƏDVxaric 100.00 AZN aylıq Mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDVxaric 1,250.00 AZN aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti müəyyən edilmişdir.
24. İddiaçı MMC ilə Cavabdeh MMC arasında "Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında" 22 iyun 2021-ci il tarixli, 21/249 №-li Müqaviləyə qismən xitam verilməsi barədə razılaşma imzalanmışdır. Həmin Razılaşmanın: 1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən İcarə Müqaviləsinə 31 avqust 2023-cü il tarixində (bundan sonra "Xitam tarixi") xitam veriləcək. 2-ci bəndinə əsasən icarəçi İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlak(lar)ın İcarəyə Verənə təhvil verildiyi Xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, 16 avqust 2023-cü il tarixindən Xitam tarixinə kimi olan dövr ərzində İcarə Müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulmuş kommunal xidmətlər üzrə borc istisna olmaqla, icarəçinin Xitam tarixinə icarə Müqaviləsi üzrə icarəyə Verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 13,621.44 AZN (on üç min altı yüz iyirmi bir Azərbaycan manatı, qırx dörd qəpik) təşkil edir. İcarə Müqaviləsinin 3.2-ci bəndində sadalanan kommunal xidmətlər üzrə hesab'İcarəçi tərəfindən ayrıca olaraq ödəniləcəkdir. 4-cü bəndinə əsasən icarə müqaviləsinə xitam verilməsi icarəçini İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərin icrasından azad etmir.
25. İddiaçı tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli, 21/249 saylı icarə müqaviləsi üzrə qalıq borc barədə ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya (2021-2023-cü illər üzrə 61066,57 manat məbləğində borcdan 47441,17 manat məbləğində ödəniş edilmiş, nəticədə 13625,40 manat məbləğndə qalıq borc qalmışdır. V. Tətbiq edilən hüquq:
26. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
29. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
30. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli ARZ0211-22 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 1-ci mərtəbəsində, ümumi sahəsi 28.90 kv.m. təşkil edən ofis sahəsinin, o cümlədən Binanın 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, sahəsi 50.00 kv.m. təşkil edən ofis sahələrinin və binanın yerüstü/açıq avtoduracağında 5 ödənişli avtoduracaq yerinin cavabdehin sahiblik və istifadəsinə verməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan əsas borcu 13,625.40 manat təşkil edir.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun 13,625.40 manatın tutulması hissəsində tam əsaslı olduğundan təmin edilməlidir.
32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 130.88 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
33. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 130.88 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 13,625.40 (on üç min altı yüz iyirmi beş manat qırx qəpik) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 130.88 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim Günay Həşimova