Məhkəmə qərarları › İş №e-2-2(113)-4616/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4616/2024

18.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4616/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçıların nümayəndəsi, Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh3 BOKT ASC-yə, Cavabdeh1 QSC və Cavabdeh2 ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi cəlb edilməklə) “protokolun etibarsız hesab edilməsi və sair” tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 BOKT ASC-nin Səhmdarlarının xx.xx.2024-cü il tarixli ÜmumiYığıncağının 01 №-li Protokolunun 2-ci və 4.1-cimaddəsi etibarsız hesab edilməsi, İddiaçı2 ilə İddiaçı3 və Cavabdeh2 ASC arasında 24 avqust 2023-cü il tarixli, 1705 nömrəli“Qiymətli kağızlarla alğı-satqı haqqında” Müqavilə üzrə 2500 ədəd səhmin İddiaçı3 tərəfindən əldə edilməsi ilə bağlı rəsmiləşdirmənin tamamlanması və səhmlərin onun adına qeydiyyatının aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin və məlumatların təqdim edilməsi öhdəliyi cavabdehlər Cavabdeh3 BOKT ASC və Cavabdeh2 ASC-yə, rəsmiləşdirmənin tamamlanması və səhmlərin onun adına qeydiyyatının aparılması öhdəliyi üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə həvalə edilməsi, İddiaçı2 ilə İddiaçı1 və Cavabdeh2 ASC arasında 24 avqust 2023-cü il tarixli, 1706 nömrəli “Qiymətli kağızlarla alğı-satqı haqqında” Müqavilə üzrə 2000 ədəd səhmin İddiaçı1 tərəfindən əldə edilməsi ilə bağlı rəsmiləşdirmənin tamamlanması və səhmlərin onun adına qeydiyyatının aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin və məlumatların təqdim edilməsi öhdəliyi cavabdehlər Cavabdeh3 BOKT ASC və Cavabdeh2 ASC-yə, rəsmiləşdirmənin tamamlanması və səhmlərin onun adına qeydiyyatının aparılması öhdəliyi üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə həvalə edilməsi, iddiaç İddiaçı2 ilə Cavabdeh3 BOKT ASC və Cavabdeh1 QSC arasında 23 avqust 2023-cü il tarixli, 75 nömrəli “Qiymətli kağızlarla alğı-satqı haqqında” Müqavilə üzrə 4500 ədəd səhmin İddiaçı2 tərəfindən əldə edilməsi ilə bağlı rəsmiləşdirmənin tamamlanması və səhmlərin onun adına qeydiyyatının aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin və məlumatların təqdim edilməsi öhdəliyi cavabdehlər Cavabdeh3 BOKT ASC və Cavabdeh1 QSC-yə, rəsmiləşdirmənin tamamlanması və səhmlərin onun adına qeydiyyatının aparılması öhdəliyi üçüncü şəxslər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi, vəkili Vəkil ərizəni müdafiə etdiyini, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh3 BOKT ASC-yə, Cavabdeh1 QSC və Cavabdeh2 ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi cəlb edilməklə) “protokolun etibarsız hesab edilməsi və sair” tələblərə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz № **********) ona geri qaytarılsın Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar