Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-462/2021 23.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı "İddiaçı" Firmasının nümayəndəsi X1 və firmanın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "İddiaçı" Firmasının cavabdeh Ləğv prosesində olan Cavabdeh açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiaçı ilə "Cavabdeh" açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.065.529 ABŞ dolları məbləğində borcun həmin tarixli girov müqaviləsi üzrə girov qoyulmuş pul vəsaitinə yönəldilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçı ilə "Cavabdeh" açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.065.529 ABŞ dolları məbləğində borcun həmin tarixli girov müqaviləsi üzrə girov qoyulmuş pul vəsaitinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı Cavabdeh açıq səhmdar cəmiyyəti cavabdeh İddiaçı firmasına qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.000.000 ABŞ dolları əsas borcun, müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixinə 31.501 ABŞ dolları faiz borcunun, müqavilənin bitdiyi tarixdən sonra əsas borca illik 5 faiz hesablanmış 34.028 ABŞ dolları faiz borcunun, cəmi 1.065.529 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan Cavabdeh açıq səhmdar cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-406/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-634/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı firmasından 1.000.000 ABŞ dolları əsas borc, müqavilənin bitdiyi tarixdən sonra əsas borca illik 5 faiz hesablanmış 34028 ABŞ dolları faiz borcu, cəmi 1065.529 ABŞ dolları borcun tutularaq ləğv prosesində olan Cavabdeh açıq səhmdar cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı” firması ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.065.529 ABŞ dolları məbləğində borcun həmin tarixli girov müqaviləsi üzrə girov qoyulmuş pul vəsaitinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçının girov qoyulmuş pul vəsaitinə yönəldilməsini tələb etdiyi borc məbləğinin tutulmasına dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Həmin borc məbləğinin girov qoyulmuş pul vəsaitinə yönəldilməsi isə artıq qətnamənin icra üsulunun dəyişdirilməsi hesab edilir ki, qətnamənin icra üsulunun dəyişdirilməsinin mümkünlüyü isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi qətnamənin icra üsulunun dəyişdirilməsi məsələsinə tərəflərin ərizəsi üzrə işə baxmış hakim tərəfindən baxılmalı olduğundan məhkəmə hesab edir ki, hazırki tələbə müstəqil tələb kimi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə kakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Firmasının cavabdeh Ləğv prosesində olan Cavabdeh açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiaçı ilə "Cavabdeh" açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.065.529 ABŞ dolları məbləğində borcun həmin tarixli girov müqaviləsi üzrə girov qoyulmuş pul vəsaitinə yönəldilməsi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-462/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-462/2021
23.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver