Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-462/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3rşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi; icarə obyektinin qaytarılması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3rşı borcun ödənilməsi və əşyanın qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Nərimanov RPİ-nin 17-ci PŞ-nin (təhqiqatçı Nəbi Daşdəmirov) cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X2 bildirmişdir ki, 17 ilə yaxındır Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin may ayında həqiqətən də İddiaçı 800 kv.m tikinti sektorunda istifadə olunan dəmir ayaqaltı lesaları aylıq 500 manata icarəyə götürmüş, lakin sonradan şəxsi işləri ilə əlaqədar icarə haqqını ödəyə bilməmiş və nəticədə Elçinə borcu yaranmışdır. Hazırda Elçin adlı şəxsə 15000 manat pul borcunun olduğunu, yaxın zamanda borcunu tam ödəycəyinə və onda olan dəmir ayaqaltıları sahibinə qaytaracağına vəd vermişdir.
2. İddiaçı tərəfindən cavabdeh X7 pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
3. İddiaçı cavabdeh X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin may ayından aylıq icarə haqqı 500 manat olmaqla bu günə qədər yığılmış pul vəsaitinin cavabdeh X5 alınaraq İddiaçı ödənilməsi, ona məxsus 800 kv.m tikinti sektorunda istifadə olunan dəmir ayaqaltı lesaların cavabdeh X5 alınaraq İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş 200 manat dövlət rüsumunun cavabdeh X5 alınaraq İddiaçı ödənilməsi, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pul vəsaitinin cavabdeh X5 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o İddiaçı dəmir ayaqaltı lesaların icarəsi ilə məşğul olur. 2021-ci il tarixdə Nərimanov rayonu, Dərnəgül taxta bazarı adlanan ərazidə ona məxsus ticarət obyektində 800 kv.m dəmir ayaqaltı lesaların (həmin dəmir ayaqaltıların real bazar dəyəri 6.500 manatdan artıqdır) Türkiyə Respublikası vətəndaşı Gökhan Aydın adlı şəxs ondan alaraq bu günə qədər qaytarmamışdır. Şərtləri ondan ibarət olmuşdur ki, icarəyə götürdüyü dəmir ayaqaltı lesaların hər kvadrat metri üçün 70 qəpik olmaqla toplam olaraq hər ay 560 manat icarə haqqı ödəməli idi. Bir neçə ay razılaşdıqları şərtlər çərçivəsində hər ay üçün müəyyənləşdirilmiş icarə haqqını ödəsə də, sonradan həmin icarə haqqını ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda Gökhan Aydının dəmir ayaqaltı lesaların icarəsi üçün 10600 manat icarə haqqı borcu yığılmışdır. Ona məxsus olan dəmir ayaqaltı lesaların qaytarılması ilə bağlı dəfələrlə Gökhan Aydına istifadəsində olan mobil telefon vasitəsilə tələb etsə də, hər dəfəsində müxtəlif bəhanələrlə ona məxsus olan əmlakı qaytarmaqdan yayınmışdır. Bundan sonra, 2022-ci il avqust ayının 16-da Gökhan Aydın ona zəng edib xahiş edərək, özünə dəmir profillərin lazım olduğunu bildirdi. Həmin profillərin dəyəri isə 4317 manat təşkil edir. Onun etibarından suiistifadə edərək və onu aldadaraq bildirdi ki, dəmir profillərin pulunu 5 gün müddətində tam şəkildə ödəyəcəkdir və köhnə borcundan isə təxmini 1500-2000 manat pul qaytaracağını bildirmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, Gökhan Aydına icarəyə verdiyi ona məxsus dəmir ayaqaltı lesalar və dələduzluq yolu ilə 4317 manat dəyərində olan dəmir profillərin pulunu, əgər pulun verə bilmirsə lesaların və dəmir profillərin qaytarılmasını tələb etdikdə ona həmin profillərin Türkan qəsəbəsində olduğunu bildirmişdir. Onlar isə öz növbəsində həmin lesaların qaytarılması ilə bağlı Türkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin sahibi ilə əlaqə saxlayaraq onlara məxsus olan əmlakın qaytarılmasını tələb etdilər. Ev sahibi onlara bildirdi ki, Gökhan Aydın onlara qarşı dələduzluq etdiyinə görə həmin lesaları onlara qaytarmayacaqdır. Bundan sonra, o təkrar olaraq Gökhan Aydınla əlaqə saxlayaraq dələduzluq yolu ilə ona məxsus ayaqaltı lesaları və dəmir profilləri və həmin ayaqaltı lesalara görə yığılmış icarə haqqı borcunun qaytarılmasını tələb etdi. Ona cavab olaraq bildirdi ki, 2023-cü ilin fevral ayının sonuna qədər ona məxsus ümumi dəyəri 6500 manat olan ayaqaltı lesaları, ümumi dəyəri 4317 manat olan dəmir profilləri və yığılmış 10600 manat icarə haqqı borcunu, toplam olaraq 21417 manat pul vəsaitini qaytaracaqdır. Sonuncu danışıqlarından sonra dəfələrlə telefonla zəng etməyinə baxmayaraq zənglərinə cavab verməyərək ona məxsus olan pul vəsaitini qaytarmaqdan yayınmışdır. Bu səbəbdən o xx.xx.2023-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı Nəbi Daşdəmirov araşdırma aparmış, 28 avqust 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərar qəbul etmişdir. Araşdırma zamanı Türkiyə Respublikası vətəndaşı X2 izahatında bildirmişdir ki, 17 ilə yaxındır Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2020-ci ilin may ayında həqiqətən də İddiaçı 800 kv.m tikinti sektorunda istifadə olunan dəmir ayaqaltı lesaları aylıq 500 manata icarəyə götürmüş, lakin sonradan şəxsi işləri ilə əlaqədar icarə haqqını ödəyə bilməmiş və nəticədə Elçinə borcu yaranmışdır. Hazırda Elçin adlı şəxsə 15000 manat pul borcunun oldğunu, yaxın zamanda borcunu qaytaracağını vəd etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2020-ci ilin may ayından aylıq icarə haqqı 500 manat olmaqla bu günə qədər yığılmış 21500 manat vəsaitinin cavabdeh X5 alınaraq İddiaçı ödənilməsi, ona məxsus 800 kv.m tikinti sektorunda istifadə olunan dəmir ayaqaltı lesaların cavabdeh X5 alınaraq İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş 200 manat dövlət rüsumunun cavabdeh X5 alınaraq İddiaçı ödənilməsi, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pul vəsaitinin və vəkilə verilmiş AR-İİ 952460 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamə üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh X5 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 442-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
11. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
15. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh X8 ilə aralarında bağlanmış şifahi icarə müqaviləsinə əsasən razılaşdırılmış icarə haqqı qarşılığında cavabdehə 800 kv.m dəmir ayaqaltı lesaları (iskele) cavabdehə təhvil verərək həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyini, cavabdehin isə icarə haqqını vaxtında ödəmədiyini, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozduğunu iddia edir və cavabdeh X5 lesaların icarəsinə görə 2020-ci ilin may ayından yığılmış 21.500 manat məbləğində borcun tutulmasını və ona məxsus dəmir ayaqaltı lesaların (iskele) cavabdehdən alınaraq geri qaytarılmasını tələb edir.
19. Cavabdeh X8 polis şöbəsində verdiyi izahatında həqiqətən də 2020-ci ilin may ayında İddiaçı 800 kv.m tikinti sektorunda istifadə olunan dəmir ayaqaltı lesaları (iskele) aylıq 500 manata icarəyə götürdüyünü, lakin sonradan şəxsi işləri ilə əlaqədar icarə haqqını ödəyə bilmədiyini və nəticədə Elçinə borcu yarandığını, 15.000 manat borcunun olduğunu, yaxın zamanda borcunu tam ödəyəcəyinə və onda olan dəmir ayaqaltıları sahibinə qaytaracağına dair vəd etdiyini bildirməklə iddiaçı ilə icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlərində olması, o cümlədən iddiaçıya icarə haqqına görə borcunun olması ilə yanaşı dəmir icarə obyekti olan ayaqaltı lesaların (iskele) iddiaçıya qaytarmaması faktını təsdiq etmişdir.
20. Məhkəmə cavabdeh X6 polis şöbəsində verdiyi izahatını nəzərə alaraq İddiaçı tərəfindən 800 kv.m. dəmir ayaqaltı lesaların 2020-ci ilin may ayında cavabdeh X7 icarəyə verilməsi faktını müəyyən edilmiş hesab edir.
21. Digər tərəfdən lesaların icarəsinə görə ödənilməli olan icarə haqqı məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəflərin razılaşmasına əsasən aylıq icarə haqqının 560 manat məbləğində müəyyən edildiyini iddia etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə lesaların aylıq icarə haqqı məbləği cavabdehin polis şöbəsində verdiyi izahatda qəbul etdiyi məbləğdə, yəni 500 manat məbləğdinə müəyyən edilməlidir. Aylıq icarə haqqını 500 manat məbləğində nəzərə aldıqda 2020-ci ilin may ayından 2024-cü ilin yanvarınadək olan müddət üçün (44 ay) lesaların icarəsinə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan icarə haqqı 22.000 manat (44 ayx500 manat) təşkil edir.
22. Cavabdeh X6 gəmin məbləğdən hər hansı ödəniş etməsi, eləcə də icarə obyekti olan lesaları İddiaçı geri qaytarması iş materiallarına əsasən müəyyən edilmir.
23. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətində icarə verən olan İddiaçı icarəçi olan cavabdeh X5 ümumilikdə 21500 manat məbləğində icarə haqqının ödənilməsini, eləcə də icarə obyekti olmuş 6500 manat dəyərində olan 800 kv.m dəmir ayaqaltı lesaların (iskele) cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır.
24. Hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
25. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 154,50 manat təşkil edir.
26. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
27. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh X5 21.500 manat məbləğində icarə haqqı borcu, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçıya məxsus 6500 manat dəyərində 800 kv.m dəmir ayaqaltı lesalar (iskele) cavabdeh X5 alınaraq İddiaçı qaytarılsın, 800 kv.m dəmir ayaqaltı lesalar (iskele) olmadıqda isə onun dəyəri cavabdeh X5 tutularaq iddiaçıya ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva