Məhkəmə qərarları › İş №e-2-2(113)-4620/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4620/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4620/2021 24.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 09.08.2019-cu il tarixli 023SCAR192210001 nömrəli kredit müqaviləsinin, həmin müqaviləyə 14.05.2020 il və 28.10.2020 il tarixli restruktizasiya razılaşmalarının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 həmin kredit müqaviləsi üzrə 28828.59 manat əsas borcun, 4783.63 manat faiz borcunun və 200 manat məhkəmə xərcinin, cəmi 33812.22 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 09.08.2019-cu il tarixli kredit müqaviləsinə, həmin müqaviləyə 14.05.2020-ci il və 28.10.2020-ci il tarixli restruktizasiya razılaşmalarına əsasən borcalan Cavabdeh1 MMC bankdan 25.08.2021-ci ilədək qaytarmaq və illik 17 % ödəmək şərti ilə aldığı 50000 AZN krediti və ondan istifadəyə görə filizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəmək olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 25.08.2021 il tarixə olan borcun məbləği a) əsas borc üzrə 28828.59 AZN; b) faizlər üzrə 4783.63 AZN; c) cərimə üzrə 00.00 AZN təşkil edir. Borcalan və bankla bağladığı zaminlik müqaviləsinə əsasən onun öhdəliyinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş zamin Cavabdeh2 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, borc məhkəmə qaydasında tutulmalıdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh iştirak etmədiyi üçün mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15.09.2021 il tarixli MŞ 00186-002 nömrəli arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanan 09.08.2019-cu il tarixli, 023SCAR192210001 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 12 ay müddətinə illik 18.9% hesablanmaq şərti ilə 50000 manat məbləğində kredit verir. Borc alan bu müqavilə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverene qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.03-cü bəndinə əsasən b) ödəmə vaxtı çatmış lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 17 (on yeddi faiz) % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. c) Borcalan güzəşt müddəti ərzində olan faiz ödənişlərini bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş müddətdə və məbləğdə Kreditverənə ödəmədikdə hər gecikdirilən gün üçün 0 (sıfır) məbləğdə cərimə ödəyəcəkdir. Həmin Müqavilənin 2.07-ci bəndinə əsasən borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə 09.08.2019 - cu il tarixli, 023FİZAM74724901 saylı zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 09.08.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən İcrası Zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh1 MMC arasında bağlanmış məbləği 50000 ( əlli min ) AZN, illik faiz dərəcəsi 17 ( on yeddi), müddəti 19 ( on doqquz) ay olan 023SCAR192210001 saylı 09.08.2019-cu il tarixli kredit müqaviləsi ilə müəyyən olunur. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Kreditorun Zaminə olan bildirişləri, xəbərdarlıqları və s. sənədləri ünvan 1 ünvana bildirişli sifariş məktubu və ya teleqramla, eləcə də təqdimetməni təsdiq edən digər üsulla çatdırılacaqdır. Həmin ünvana göndərilmiş bildirişlər Zaminə çatdırılmış hesab olunacaqdır. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanan 14.05.2020-ci il tarixli, Restrukturizasiya razılaşmasından görünür ki, tərəflər arasında bağlanmış 023SCAR192210001 saylı, 09.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Kreditverən” "Borcalana" 12 ( on iki) ay müddətinə illik 17 ( on yeddi) faiz dərəcəsi ilə 50000 (əlli min manat) AZN məbləğində kredit verilməsinə dair razılığa gəlmişdirlər. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən bu Restrukturizasiya Razılaşmasının imzalanması tarixinə “Borcalan"ın həmin kredit üzrə (borc) 30189.64 (otuz min bir yüz səksən doqquz manat altmiş dörd qəpik) AZN məbləğdə əsas borc, 1392.36 (bir min üç yüz doxsan iki manat otuz alti qəpik) AZN məbləğdə faiz borcu mövcuddur. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit (borc) üzrə faiz dərəcəsi 17 ( on yeddi) faiz və kreditin son icra müddəti 12.03.2021 -ci il müəyyən edilir. Həmin Razılaşmanın 4-cü bəndinə əsasən “Borcalan” bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada “Kreditverən"in xeyrinə icra etməyi öz öhdəsinə götürür. Həmin Razılaşmanın 5-ci bəndinə əsasən “Kreditverən” tərəfindən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş borcun ödənilməsi ilə bağlı güzəşt müddəti verilə bilər. Bu zaman güzəşt müddətinin dövrü və güzəşt müddəti ərzində icra edilməli olan öhdəlik bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi hesab edilən Ödəniş cədvəlində qeyd ediləcəkdir. Həmin Razılaşmanın 6-cı bəndinə əsasən “Borcalan” bu razılaşmanın 5-ci bəndinə uyğun olaraq müəyyən edilmiş güzəşt müddəti ərzində ödənişlərin vaxtında və tam şəkildə həyala keçirilməməsinə görə hər gecikdirilən gün üçün 0.8 (sıfır tam onda səkkiz) AZN məbləğdə cərimə ödəməyi öhdəsinə götürür. Həmin Razılaşmanın 7-ci bəndinə əsasən “Borcalan” tərəfindən ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, “Kreditverən” verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə illik 17 ( on yeddi)% üstəgəl 5% gecikdirmə faizi ilə hesablamaq hüququna malikdir. Ödəniş cədvəlində qeyd edilmiş kreditin (borcun) son icra müddətində “Borcalan” kredit və faizləri “Kreditverən"ə ödəmədikdə, “Borcalan" “Kreditverən'ə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanan 28.10.2020-ci il tarixli, Restrukturizasiya razılaşmasından görünür ki, tərəflər arasında bağlanmış 023SCAR201350002 saylı, 14.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “Kreditverən” "Borcalana" 10 (on iki) ay müddətinə illik 17 (on yeddi) faiz dərəcəsi ilə 30189.64 manat məbləğində kredit verilməsinə dair razılığa gəlmişdirlər. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən bu Restrukturizasiya Razılaşmasının imzalanması tarixinə “Borcalan"ın həmin kredit üzrə (borc) 30189.64 (otuz min bir yüz səksən doqqu/. manat altmiş dörd qəpik) AZN məbləğdə əsas borc, 3597.62 məbləğdə faiz borcu mövcuddur. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit (borc) üzrə faiz dərəcəsi 17 (on yeddi) faiz və kreditin son icra müddəti 25.08.2021-ci il müəyyən edilir. Həmin Razılaşmanın 4-cü bəndinə əsasən “Borcalan” bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada “Kreditverən"in xeyrinə icra etməyi öz öhdəsinə götürür. Həmin Razılaşmanın 5-ci bəndinə əsasən “Kreditverən” tərəfindən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş borcun ödənilməsi ilə bağlı güzəşt müddəti verilə bilər. Bu zaman güzəşt müddətinin dövrü və güzəşt müddəti ərzində icra edilməli olan öhdəlik bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi hesab edilən Ödəniş cədvəlində qeyd ediləcəkdir. Həmin Razılaşmanın 6-cı bəndinə əsasən “Borcalan” bu razılaşmanın 5-ci bəndinə uyğun olaraq müəyyən edilmiş güzəşt müddəti ərzində ödənişlərin vaxtında və tam şəkildə həyala keçirilməməsinə görə hər gecikdirilən gün üçün 0.8 (sıfır tam onda səkkiz) AZN məbləğdə cərimə ödəməyi öhdəsinə götürür. Həmin Razılaşmanın 7-ci bəndinə əsasən “Borcalan” tərəfindən ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, “Kreditverən” verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə illik 17 ( on yeddi)% üstəgəl 5% gecikdirmə faizi ilə hesablamaq hüququna malikdir. Ödəniş cədvəlində qeyd edilmiş kreditin (borcun) son icra müddətində “Borcalan” kredit və faizləri “Kreditverən"ə ödəmədikdə, “Borcalan" “Kreditverən'ə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanan 28.10.2020-ci il tarixli, Restrukturizasiya razılaşmasına əlavə edilmş ödəniş cədvəlindən görünür ki, restrukturizasiya gününə ödənilməmiş əsas borc məbləği 30189,64 manat təşkil edir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 28.10.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarım müəyyən edir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən İcrası Zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh1 MMC arasında bağlanmış məbləği 30189,64 AZN, illik faiz dərəcəsi 17 ( on yeddi), müddəti 15 ay olan 023SCAR********** saylı 14.05.2020-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunur. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Kreditorun Zaminə olan bildirişləri, xəbərdarlıqları və s. sənədləri ünvan 1 ünvana bildirişli sifariş məktubu və ya teleqramla, eləcə də təqdimetməni təsdiq edən digər üsulla çatdırılacaqdır. Həmin ünvana göndərilmiş bildirişlər Zaminə çatdırılmış hesab olunacaqdır. İş materiallarına əlavə edilmiş 25.06.2021-ci il tarixli Borc haqqında arayışdan görünür ki, Cavabdeh1 MMC-nin 09.08.2019-cu il tarixli, 023SCAR192210001 saylı kredit müqaviləsi üzrə qeyd olunan tarixə qalıq borcu kreditə görə əsas 28828,59 manat, faizə görə borcu 4609,67 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 29.04.2021-ci il tarixli 01/178 nömrəli cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, həmin tarixə cavabdehin kredit öhdəliyi üzrə 28828,59 manat əsas 4243,53 manat faiz borcunun 3 iş günü ərzində Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bank Respublika” ASC ilə Cavabdeh1 MMC arasında 09.08.2019-cu il tarixli, 023SCAR192210001 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kreditor borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 12 ay müddətinə illik 18.9% hesablanmaq şərti ilə 50000 manat məbləğində kredit verir. Borc alan bu müqavilə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverene qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında 09.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kreditorun Zaminə olan bildirişləri, xəbərdarlıqları və s. sənədləri ünvan 1 ünvana bildirişli sifariş məktubu və ya teleqramla, eləcə də təqdimetməni təsdiq edən digər üsulla çatdırılacaqdır. Bundan sonra tərəflər arasında iki dəfə restrukturizasiya müqavilələri bağlanmışdır. Bağlanmış ən sonuncu restrukturizasiya razılaşmasında cavabdehin qalıq borcu kreditə görə əsas 28828,59 manat, faizə görə borcu 4609,67 manat təşkil etmişdir. Tərəflərin bərabərliyi prinsipi tərəflər arasında ədalətli balans baxımından ədalətli məhkəmə araşdırması hüququnun mühüm xüsusiyyətidir və prosessin çəkişmə xarakterinə xas olan cəhətidir. Mahiyyət etibarı ilə bu prinsip tələb edir ki: “Hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salınmamalıdır” (X1rşı, 1993-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutaraq qeyd ki, cavabdeh tərəflər arasında bağlanan 28.10.2020-ci il tarixli, Restrukturizasiya razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 28828.59 manat məbləğində əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 09.08.2019-cu il tarixli 023SCAR192210001 nömrəli kredit müqaviləsinin, həmin müqaviləyə 14.05.2020 il və 28.10.2020 il tarixli restruktizasiya razılaşmalarının ləğv edilməsi hissəsni münasibətdə qeyd edir ki, qeyd olunan hissələrdə tələb əsaslıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehlə ünvanlanmış bildirişdə kredit borcunun 3 iş gün ərzində ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi ləğv edilməsi üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Qeyd olunan müddət ərizində cavabdehlər tərəfindən kredit ödənişi ilə bağlı müvafiq hərəkətlər edilmədiyindən iddiaçı qeyd olunan tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-ci maddəsinə görə Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.4-cü maddəsinə görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin razılaşdırılmış qüvvədə olma müddəti bitmədiyi halda belə bu müqavilənin digər tərəfin öhdəliklərinin yerinə yetirilməsi üçün itirilimiş imkanından sonra mümkündür. Məhkəmə araşdırması zamanı bağlanmış kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən öhdəliklərin bir tərəfli qaydada yerinə yetirilməməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 09.08.2019-cu il tarixli 023SCAR192210001 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə 14.05.2020 il və 28.10.2020 il tarixli restruktizasiya razılaşmaları ləğv edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faiz dərəcəsinə görə hesablanan 4783.63 manat faiz borcu hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan hissədə iddia tələbi aşağıda göstərilənlərə uyğun olaraq əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən hesablanmış faiz borcu 4783.63 manat cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilməmişdən əvvəl mediasiya prosesinin keçirilməsi üçün 200 manat dövlət rüsumu ödənilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən mediyasiya prosesinin keçirilməsi cavabdehlərin iştirakı etməməsi səbəbindən baş tutmazsa mediyasiyanın keçririlməsi üçün ödənilmiş dövlət rüsumu iddia ərizəsinin verilməsi zaman ödəniləcək dövlət rüsumu ilə əvəzləşdiririlir. Odur ki iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 28828.59 manat məbləğində qalıq, ona hesablanmış 4783.63 manat məbləğində faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 09.08.2019-cu il tarixli 023SCAR192210001 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 14.05.2020 il və 28.10.2020 il tarixli restruktizasiya razılaşmaları ləğv edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2dan 28828,59 (iyirmi səkkiz min səkkiz yüz iyirmi səkkiz manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc, ona hesablanmış 4783.63 (dörd min yeddi yüz səksən üç manat, altmış üç qəpik) manat məbləğində faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 09.08.2019-cu il tarixli 023SCAR192210001 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 14.05.2020-ci il və 28.10.2020-ci il tarixli restruktizasiya razılaşmaları ləğv edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2dan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar