Məhkəmə qərarları › İş №e-2-2(113)-4628/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4628/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4628/2023 19.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, öhdəliyin lazımınca icra olunmaması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, 8R saylı icarə müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 və 2 saylı əlavə üzrə Cavabdeh MMC-dən 158562,14 manat məbləğində icarə haqqının, o cümlədən də hüquqi yardım üçün ödənilmiş 220 manat məbləğində vəsaitin və 400 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı inşaat materiallarının icarəsi və satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu məqsədlə tərəflər arasında 24 avqust 2021-ci il tarixli, 8R saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən tikintidə istifadə edilən materialları və alətləri Əlavə №1-də qeyd edilən məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. Əlavə №1-də qeyd edilmiş 24 avqust 2021-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 1 ədədinin icarə qiyməti 1,17 manat olmaqla, aylıq icarə haqqı 4680 manat olan 4000 ədəd 2,25 m olan dəmir dirək və 1 ədədinin qiyməti 0,23 manat olmaqla, aylıq icarə haqqı 1380 manat olan 6000 ədəd cilovuz, ümumilikdə aylıq cəmi icarə haqqı 6060 manat olan material icarəyə verilmişdir. Tərəflər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, 2 №-li təhvil-təslim aktına əsasən 4000 ədəd 2,25 m dəmir dirək və 6000 ədəd cilovuz icarəçiyə təhvil-təslim edilmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış 8R saylı, 24 avqust 2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 2 №-li əlavəyə əsasən icarəyə verən İddiaçı icarəçi Cavabdeh MMC-yə 1534 ədəd isgələ, 2028 cüt qayçı, 1880 ədəd alt ayar mili, 1880 ədəd üst ayar mili, 1500 ədəd futulka, 3990 ədəd H2O doka, 950 ədəd 2,6 m-lik dəmir dirək, 2000 ədəd 3,20 m-lik dəmir dirək, 1500 ədəd 1,70 m-lik dəmir dirək olmaqla, ay ərzində cəmi 39403 manat dəyərində material icarəyə vermiş və bu barədə tərəflər arasında təhvil-təslim aktları, protokollar tərtib edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, icarə haqqını ödəməmişdir. Hal-hazırda cavabdehin 158562,14 manat məbləğində borcu mövcuddur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21, 385.1, 386.1, 442, 445.2.1, 448.1, 448.2, 448.3, 700-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 8R nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən icarəyə verən tikintidə istifadə edilən materialları və alətləri Əlavə 1-də qeyd olunan məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarə müddəti, mal və materialların icarəçi tərəfindən, icarəyə verənin Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev 2096-cı məhəllədə yerləşən dükanından təslim alınması tarixindən başlayır və eyni ünvana iş saatları vaxtında təmizlənmiş, çeşitlərə ayrılmış yenidən işlədiləcək şəkildə demontaj edilərək təslim edildiyi tarixdə bitir.

8. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1 bağlanmışdır. Sözügedən əlavəyə əsasən 1 ədədinin icarə qiyməti 1,17 manat olmaqla, aylıq icarə haqqı 4680 manat olan 4000 ədəd 2,25 m olan dəmir dirək və 1 ədədinin qiyməti 0,23 manat olmaqla, aylıq icarə haqqı 1380 manat olan 6000 ədəd cilovuz, ümumilikdə aylıq cəmi icarə haqqı 6060 manat olan material icarəyə verilmişdir. Əlavənin 1-ci bəndinə əsasən Əlavədə göstərilən materialların icarə haqqından 'İcarəçi" tərəf 86% "İcarəyə Verən"ə 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir.

9. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı imzalanmışdır. Sözügedən aktdan müəyyən edilir ki, tərəflər öz aralarında bağladığı xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1-də qeyd edilən malların icarəyə verən tərəfindən icarəçiyə təhvil-təslim edildiyini təsdiq etmişlər. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 2 bağlanmışdır. Sözügedən əlavəyə əsasən icarəyə verən İddiaçı icarəçi Cavabdeh MMCyə 1534 ədəd isgələ, 2028 cüt qayçı, 1880 ədəd alt ayar mili, 1880 ədəd üst ayar mili, 1500 ədəd futulka, 3990 ədəd H2O doka, 950 ədəd 2,6 m-lik dəmir dirək, 2000 ədəd 3,20 m-lik dəmir dirək, 1500 ədəd 1,70 m-lik dəmir dirək olmaqla, ay ərzində cəmi 39403 manat dəyərində material icarəyə vermişdir. Əlavənin 1-ci bəndinə əsasən Əlavədə göstərilən materialların icarə haqqından 'İcarəçi" tərəf 86% "İcarəyə Verən"ə 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir.

11. Tərəflər arasında xx.xx.2021-ci il tarixli 2 nömrəli Təhvil-təslim aktı imzalanmışdır. Sözügedən aktdan müəyyən edilir ki, tərəflər öz aralarında bağladığı xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 2-də qeyd edilən malların icarəyə verən tərəfindən icarəçiyə təhvil-təslim edildiyini təsdiq etmişlər. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. İş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 8R nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 1 və həmin əlavə üzrə xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktı, eləcə də xx.xx.2021-ci il tarixdə Qiymətlərin razılaşdırma protokolu adlı Əlavə 2 və həmin əlavə üzrə xx.xx.2021-ci il tarixli, 2 nömrəli Təhvil-təslim aktına əsasən malların müvafiq aylar üzrə sayılıb təhvil-təslim edilməsi və icarə haqqlarının məbləği barədə aktlar əlavə etmişlər. Sözügedən aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 146365 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12878,52 manat təşkil edir. Həmin qaimə mal satışı ilə əlaqədar göndərib.

14. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 476322 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2021-ci ilin sentyabr ayının icarə haqqı).

15. xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 404190 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2021-ci ilin oktyabr ayının icarə haqqı).

16. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 648905 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2021-ci ilin noyabr ayının icarə haqqı).

17. xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 815621 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2021-ci ilin dekabr ayının icarə haqqı).

18. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 702159 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin yanvar ayının icarə haqqı).

19. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 451870 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin fevral ayının icarə haqqı).

20. xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 201249 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin mart ayının icarə haqqı).

21. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 636121 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin aprel ayının icarə haqqı).

22. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 010928 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin may ayının icarə haqqı) .

23. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 148356 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin iyun ayının icarə haqqı).

24. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 058994 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin iyul ayının icarə haqqı).

25. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 799471 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin avqust ayının icarə haqqı).

26. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 289849 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin sentyabr ayının icarə haqqı) .

27. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 291003 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6060 manat təşkil edir (2022-ci ilin oktyabr ayının icarə haqqı).

28. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 293964 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 39403 manat təşkil edir (2021-ci ilin dekabr ayının icarə haqqı).

29. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294727 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 39403 manat təşkil edir (2022-ci ilin yanvar ayının icarə haqqı).

30. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 295058 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 39403 manat təşkil edir (2022-ci ilin fevral ayının icarə haqqı).

31. Malların geri qaytarılması haqqında 3 nömrəli, xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, icarəçi tərəfindən təhvil alınan dəmir dirək və cilovuz materialları icarəyə verənə xx.xx.2022-ci il tarixdə saz vəziyyətdə geri qaytarılır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

32. Malların geri qaytarılması haqqında 3 nömrəli, xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, icarəçi tərəfindən təhvil alınan isgələ, qayçı,alt ayar mili, üst ayar mili, futulka, H20Doka və dəmir dirək materialları icarəyə verənə xx.xx.2022-ci il tarixdə saz vəziyyətdə geri qaytarılır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

33. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2021-ci il tarixdə 16974 manat ödəniş edilmişdir. Həmin ödənişlər xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 146365 nömrəli və xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 476322 nömrəli elektron qaimələr üzrə edilmişdir.

34. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı **********1641A67 nömrəli hesabına xx.xx.2022-ci il tarixdə icarə haqqı üzrə 10000 manat məbləğində ödəniş edilmişdir.

35. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş ƏDV sub-uçot hesabından çıxarışdan müəyyən edilir ki, İddiaçı (VÖEN: **********) hesabında Cavabdeh MMC tərəfindən 1964,52 manat (ödənişin təyinatı: EBBH seriyalı, 146365 nömrəli elektron qaimə) məbləğində ödəniş edilmişdir.

36. "xxxx" ASC tərəfindən tərtib edilmiş çıxarışdan müəyyən edilir ki, İddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının AZ76HAJCHCRAZN**********9001 nömrəli hesabına 400 manat məbləğində ödəniş edilmişdir.

37. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (gün) müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

38. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

42. İddia tələbinin bir hissəsini cavabdehdən 158562,14 manat məbləğində icarə haqqının tutulması təşkil edir.

43. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 158562,14 manat (yüz əlli səkkiz min beş yüz altmış iki manat on dörd qəpik) icarə haqqı tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, icarə müqaviləsinə 1 saylı Əlavə üzrə 14 ay üçün (2021-ci ilin sentyabr-dekabr, 2022-ci ilin yanvar-oktyabr ayları) aylıq 6060 manat olmaqla, cəmi 84840 manat (6060x14=84840) icarə haqqı hesablanmış, 2 saylı Əlavə üzrə 3 ay üçün (2021-ci ilin dekar, 2022-ci ilin yanvar və fevral ayları) 39403 manat olmaqla, cəmi 118209 manat (39403x3=118209) icarə haqqı, ümumilikdə 203049 manat (84840+118209=203049) məbləğində icarə haqqı hesablanmışdır (hər iki tərəf təsdiq etmişdir).

44. Cavabdeh tərəfindən edilən ödənişlərlə bağlı 2 çıxarış təqdim olunmuş və müəyyən olunur ki, çıxarışlardan biri üzrə 10000 manatlıq ödəniş icarə haqqı ilə bağlı olmuşdur. Digər çıxarış üzrə 16974 manat məbləğində ödəniş yuxarıda qeyd olunan 2 qaimə üzrə edilmişdir. Həmin qaimələrdən biri, xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 146365 nömrəli elektron qaimə mal satışı (hazırkı mübahisəyə aidiyyatı yoxdur) ilə, digəri, xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 476322 nömrəli elektron qaimə isə icarə haqqının ödənişi ilə bağlı olmuşdur. 16974 manat məbləğdən yalnız 6060 manatı ikinci qaimə üzrə icarə haqqı borcundan ödəniş olmuşdur. Beləliklə, cavabdeh tərəfindən icarə haqqı borcu üzrə 16060 manat (10000+6060=16060) ödəniş edilmişdir.

45. Təqdim olunan elektron qaimələrdə vergi tutulan əməliyyatlardan ödənilməli olan ƏDV məbləği 0 manat olaraq göstərilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə edilən 1 və 2 saylı Əlavələrin 1-ci bəndinə əsasən əlavələrdə göstərilən materialların icarə haqqından 'İcarəçi" tərəf 86% "İcarəyə Verən"ə, 14% isə ödəmə mənbəyindən vergiyə ödəməlidir. Beləliklə, razılaşmaya əsasən hesablanmış 203049 manat məbləğin 86%-i, yəni 174622,14 manat hissəsi icarəyəverənə, yəni iddiaçıya ödənilməli olan məbləğdir. Həmin məbləğdən ödənilən məbləği, yəni 16060 manatı çıxdıqda, qalan 158562,14 manat məbləğ (174622,14-16060=158562,14) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

46. Eləcə də, iddiaçı 220 manat məbləğində hüquqi yardım xərci və 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

47. Məhkəmə hesab edir ki, 400 (dörd yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının 220 manat məbləğində hüquqi yardımla əlaqədar xərc çəkməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin məbləğ cavabdehdən tutulula bilməz.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 158562,14 manat (yüz əlli səkkiz min beş yüz altmış iki manat on dörd qəpik) icarə haqqı, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 158962,14 manat (yüz əlli səkkiz min doqquz yüz altmış iki manat on dörd qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar