Məhkəmə qərarları › İş №e-2-2(113)-4628/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4628/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4628/2024 06.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (Ləğv prosesində olan) cavabdeh Əlizadə Asif Fəxrəddin oğlu,Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin(Ləğv prosesində olan) cavabdeh Əlizadə Asif Fəxrəddin oğlu,Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (Ləğv prosesində olan) (bundan sonra – iddiaçı) cavabdeh Əlizadə Asif Fəxrəddin oğlu,Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 689,27 manat borc olmaqla – bundan 499,63 manat əsas, 96,54 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 93 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Əlizadə Asif Fəxrəddin oğlundan və Cavabdeh1 məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehƏlizadə Asif Fəxrəddin oğlu arasında bağlanmış 07 mart 2019-cu il tarixli 04/0295/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 1.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh Əlizadə Asif Fəxrəddin oğluna kredit verilərkən Cavabdeh1ilə Bank arasında 07 mart 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.5-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********889 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və cavabdeh arasında bağlanmış 07 mart 2019-cu il tarixli 04/0295/KBK nömrəli kredit müqaviləsinə əsasən Əlizadə Asif Fəxrəddin oğluna 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə dövriyyə vəsaitinin artırılması məqsədilə 1.500 manat məbləğində kredit verilmişdir.

5. Müqavilənin 5.2-ci bəndinə əsasən “kreditalan” bu müqavilənin 2.1.- ci bəndində gösterilən qaydada və 2.3.- cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada gösterilən qrafik üzrə odenlş müddətləri keçdikdən sonra krediti və faizim qaytarmadıqda 'Bank' hər gecıkdirilən gün uçün kreditin və ona hesablanmış faizin ödənilməmiş hissəsinin 0.3 faizi miqdarında penya tələb etmək hüququna malikdir.

6. İddiaçı ilə cavabdehlər Əlizadə Asif Fəxrəddin oğlu (“borc alan”) və Cavabdeh1 arasında bağlanılmış 04/0295/KBK saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən “zamin” “borclunun” “bank” qarşısında olan öhdəlilərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür.

7. Müqavilənin 3.1-ci bəndinə əsasən “zamin” qeyd edilən kredit müqaviləsi üzrə “borclunun” öhdəliklərinin İcrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə faizlənn və hesablaşma gününə carimo sanksiyasının ödənilməsi öhdəliyinin icra edilməməsi halları da daxıl olmaqla “bank” qarşısında “borclu” ilə eyni həcmdə birgə məsuliyyət daşıyır.

8. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış 07 mart 2019-cu il tarixli 04/0295/KBK saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 499 manat, faiz borcu 96,54 manat, cərimə borcu 55,48 manat olmaqla, ümumilikdə borcu 3045,28 manat təşkil edir.

9. İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli kassa orderindan görünür ki,iddiaçı tərəfindən cavabdehin AZ49NBCB4101004AZN********** saylı hesabına 1500 manat məbləğində pul köçürülmüşdür.

10. İddiaçı ASC-nin Cavabdeh1,Əlizadə Asif Fəxrəddin oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun,faizlərin 3 gün ərizində ödənilməsini təmin edilməsini xahiş etmiş,əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir.

11. İddiaçı QSC tərəfindən verilmiş ödəniş sənədindən ilə müəyyən edilir ki, 4000 manat kredit Əlizadə Asif Fəxrəddin oğlunun AZ96ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

12. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Əlizadə Asif Fəxrəddin oğlu xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə ödəniş etmişdir.

13. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 07 mart 2019-cu il tarixli 04/0295/KBK nömrəli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 499,63 manat məbləğində əsas borc, 96,54 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh A.Əlizadədən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.

18. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 93 manat illik 5% cərimə məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

19. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

20. Faizin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, müqavilə üzrə kreditin verilməsi müddəti bitdiyi tarixdən (xx.xx.2021-ci il) iddia ərizəsində göstərilən tarixədək (xx.xx.2024cü il) olan dövr üçün 499,63 manat məbləğində əsas borca Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% olmaqla hesablanmalı olan faiz borcu aşğıdakı kimidir. 499,63 manat*5%/360 gün x1330 gün=92,3 manat.

21. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, iddiaçı LPO İddiaçı ASC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə bir illik müddət üçün illik 5 faiz hesabı ilə 92,3 manat hissəsində təmin edilməlidir.

22. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından bir ildən çox müddət keçmişdir bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə tələblərinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilə bilməz.

23. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh A.Əlizadənin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Əlizadə Asif Fəxrəddin oğlundan 07 mart 2019-cu il tarixli 04/0295/KBK saylı tarixli kredit müqaviləsi üzrə 499,63 manat məbləğində əsas borc, 96,54 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5 %-lə 92.3 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Əlizadə Asif Fəxrəddin oğlundan 499,63 manat (dörd yüz doxsan doqquz manat altmış üç qəpik) məbləğində əsas borc, 96,54 manat ( doxsan altı manat əlli dörd qəpik ) məbləğində faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 92,3 (doxsan iki manat 30 qəpik), cəmi 688,47 (altı yüz səksən səkkiz manat 47 qəpik), ödənilmiş 30 manat (otuz) dövlət rüsumu pul tutularaq İddiaçı ASC-yə(Ləğv prosesində olan) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar