Məhkəmə qərarları › İş №e-2-2(113)-463/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-463/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-463/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 (Cavabdeh2 MMC), Cavabdeh3 (Mashrig Group of Companies” MMC) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 49999,94 manat məbləğində əsas bоrcu və 4577,23 manat faiz borcu оlmaqla, cəmi 54577,17 (əlli dörd min beş yüz yetmiş yeddi manat on yeddi qəpik) manat borcun və 253,73 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh3 MMC arasında bağlanmış 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində krеdit xətti ayrılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə borclunun ərizələrinə əsasən ona 03 avqust 2023-cü il tarixdə 16500 (on altı min) manat, 07 mart 2024-cü il tarixdə 15000 (on beş min) manat, 14 mart 2024-cü il tarixdə 10000 (on min) manat və 27 mart 2024-cü il tarixdə 14941 (on dörd min doqquz yüz qırx bir) manat məbləğində kredit verilmişdir. Еyni zamanda bank və digər cavabdehlər – Cavabdeh1 arasında 18 may 2023 il tariхli, 100876-652209/2 nömrəli və Cavabdeh2 MMC arasında 18 may 2023 il tariхli, 100876-652209/1 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 18 may 2023 il tariхli, 100876-652209/1 nömrəli krеdit xətti müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 29 avqust 2024-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 49999,94 manat məbləğində əsas bоrcu və 4577,23 manat faiz borcu оlmaqla, cəmi 54577,17 (əlli dörd min beş yüz yetmiş yeddimanat on yeddi qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamilə icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının yeri v vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcluya 12 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində krеdit xətti ayrılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən kredit xətti dövriyyə vəsaitinin artırılması məqsədilə açılır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə əsas borc və faizlər borcalanın bankdakı AZ66AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit xətti müddətində tam həcmdə qaytarılır. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən əsas məbləğ yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirildikdə vaxtı keçmiş kredit hesab edilir. Həmin müqavilənin 7.3-cü maddəsinə əsasən müqavilə üzrə gecikdirilmiş və ya vaxtı keçmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müqavilənin 1.1-ci maddəsində müəyyən edilmiş faiz dərəcəsinin ikiqat misli məbləğində, yəni illik 33 faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. Cavabdeh3 MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli kredit xəttinin alınması haqqında ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh3 MMC İddiaçı ASC-dən dövriyyə vəsaitinin artırılması məqsədilə 12 ay müddətinə 50000 manat məbləğində kredit xəttinin verilməsi xahiş edilmişdir.

8. Cavabdeh3 MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh3 MMC İddiaçı ASC-dən xx.xx.2023-cü il tarixli, 100876-652209/1 nömrəli kredit xətti müqaviləsinə əsasən ayrılan kredit xətti üzrə 50000 manat məbləğdən 16500 manat məbləğdə tranş ayrılması xahiş edilmişdir.

9. Cavabdeh3 MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh3 MMC İddiaçı ASC-dən xx.xx.2023-cü il tarixli, 100876-652209/1 nömrəli kredit xətti müqaviləsinə əsasən ayrılan kredit xətti üzrə 50000 manat məbləğdən 15000 manat məbləğdə tranş ayrılması xahiş edilmişdir.

10. Cavabdeh3 MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh3 MMC İddiaçı ASC-dən xx.xx.2023-cü il tarixli, 100876-652209/1 nömrəli kredit xətti müqaviləsinə əsasən ayrılan kredit xətti üzrə 50000 manat məbləğdən 10000 manat məbləğdə tranş ayrılması xahiş edilmişdir.

11. Cavabdeh3 MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh3 MMC İddiaçı ASC-dən xx.xx.2023-cü il tarixli, 100876-652209/1 nömrəli kredit xətti müqaviləsinə əsasən ayrılan kredit xətti üzrə 50000 manat məbləğdən 14941 manat məbləğdə tranş ayrılması xahiş edilmişdir.

12. İddiaçı ASC, borcalan Cavabdeh3 MMC və zamin qismində Cavabdeh2 MMC arasında bağlanmış 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

13. İddiaçı ASC, borcalan Cavabdeh3 MMC və zamin qismində Cavabdeh1 arasında bağlanmış 18 may 2023-cü il tariхli, 100876-652209/2 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

14. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə müştərinin 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli kredit müqaviləsi üzrə 49999,94 manat məbləğində əsas bоrcu və 4577,23 manat faiz borcu оlmaqla, ümumilikdə 54577,17 (əlli dörd min beş yüz yetmiş yeddi manat on yeddi qəpik) manat məbləğində kredit bоrcu mövcuddur. (kredit müqaviləsi üzrə gecikmə- 122 gün)

15. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış və ödəniş cədvəli əlavə edilmişdir.

16. İddiaçı tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehlərə müraciət edilərək 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli kredit müqaviləsi üzrə borcun 5 (beş) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9742 saylı ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 18 may 2023-cü il tarixli, 100876-652209/1 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 53219,04 manat, faiz borcu üzrə 1562,79 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 53219,04 manat, faiz borcu üzrə 4026,39 manat müəyyən edilmişdir. Hazırkı ekpertiza tədqiqatına Cavabdeh3 MMC ilə İddiaçı ASC arasında bağlanmış 18 may 2023cü il tarixli, 100876-652209/1 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş ssuda və gecikdirilmiş faiz hesablarından çıxarışlar təqdim edilmədiyindən, ekspert qarşısında qoyulmuş ikinci, üçüncü və dördüncü suallar üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

20. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bankdan 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 16,5% olmaqla, 50000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə borclunun ərizələrinə əsasən ona 03 avqust 2023-cü il tarixdə 16500 manat, 07 mart 2024-cü il tarixdə 15000 manat, 14 mart 2024-cü il tarixdə 10000 manat və 27 mart 2024-cü il tarixdə 14941 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli, Cavabdeh1 ilə bağlanmlş 18 may 2023-cü il tariхli, 100876-652209/1/2 nömrəli zaminlik müqavilələrinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 18 may 2023-cü il tariхli, 100876-652209/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər - Cavabdeh2 MMC və Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər.

21. İddia tələbini cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 49999,94 manat məbləğində əsas bоrcu və 4577,23 manat faiz borcunun tutulması təşkil edir.

22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borclu və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və MPM-in 218.3-cü maddəsinin tələblərini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9742 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam, hesablanmış faizlərin tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 49999,94 manat (qırx doqquz min doqquz yüz doxsan doqquz manat doxsan dörd qəpik) əsas borc, 1562,79 manat (min beş yüz altmış iki manat yetmiş doqquz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. Məhkəmə qeyd edir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən xx.xx.2025-ci il tarixli, 9/9742 saylı ekspert rəyi nəzərə alınmışdır. Belə ki, rəydən görünür ki, müqavilə müddətinin sonuna faiz borcunun məbləği 1562,79 manat təşkil etmişdir.

24. Eləcə də, iddiaçı 253,73 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 239,7 manat (iki yüz otuz doqquz manat yetmiş qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

26. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 47,23 manat (qırx yeddi manat iyirmi üç qəpik) hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 2,77 manat (iki manat yetmiş yeddi qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 49999,94 manat (qırx doqquz min doqquz yüz doxsan doqquz manat doxsan dörd qəpik) əsas borc, 1562,79 manat (min beş yüz altmış iki manat yetmiş doqquz qəpik) faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 239,7 manat (iki yüz otuz doqquz manat yetmiş qəpik) olmaqla, ümumilikdə 51802,43 manat (əlli bir min səkkiz yüz iki manat qırx üç qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 47,23 manat (qırx yeddi manat iyirmi üç qəpik) hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 2,77 manat (iki manat yetmiş yeddi qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar