Məhkəmə qərarları › İş №e-2-2(113)-465/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-465/2025

10.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-465/2025 10.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borc müqaviləsi, öhdəliyin icrası tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 58200 manat əsas borc, 265 manat dövlət rüsumu, ümumilikdə 58465 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Ego MMC arasında bağlanmış 06 saylı 04 sentyabr 2021-ci il tarixli borc müqaviləsinə əsasən və ona dair əlavə şifahi razılaşmaya əsasən Cavabdeh MMC İddiaçı ümumilikdə 68800 manat borc almış, bir hissəsi ödənildikdən sonra 58200 manat ödənilməyən borcu qalmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 06 saylı 04 sentyabr 2021-ci il tarixli borc müqaviləsinə əsasən “EGO: MMC İddiaçı 04 sentyabr 2021-ci il tarixində 40000 manat məbləğində borc almışdır, bundan sonra Cavabdeh MMC tərəfindən hissə hissə əlavə ümumilikdə 28800 manat borc alınmışdır, ümumilikdə isə EGO MMC tərəfindən İddiaçı 68800 manat məbləğində borc alınmışdır. Müəyyən vaxtlarda cavabdeh borc aldığı məbləğdən ümumilikdə 10600 manat pulu geri ödəmişdir, lakin qalıq borc 58200 manat həcmində qalmşdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 06 saylı 04 sentyabr 2021-ci il tarixli borc müqaviləsinin 2.2.1-ci bəndinə əsaən borcalan alınmış bocu 06 oktyabr 2021-ci il tarixinədək tam şəkildə ödəməli olduğu halda bu günə qədər 58200 manat məbləğində ödənilməmiş borcu qalmışdır.. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 406, 425, 442, 445.7, 448.1, 449.1-449.4, 739.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü iil tarixində məhkəməyə ərizə təqdim edərək, iddiaçının tələbini qəbul etdiyini, barışıq sazişinin bağlanması və borcun qaytarılması ilə bağlı müzakirələr aparmaq üçün vaxt verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Borc verən olaraq X1 ilə Borc alan olaraq Cavabdeh MMC arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli 06 nömrəli borc müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Borc verən” 40000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu Borc alana verməyi, Borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq Borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilənin şərtlərinə əsasən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən 5 bank günündən gec olmayaraq tam həcmdə Borc alanın 2 (iki) gün ərzində ödəməli olduğu şərtləşdirilmişdir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğini 06 oktyabr 2021-ci il tarixədək tam həcmdə geri qaytarması şərtləşdirilmişdir. Ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC-yə İddiaçı Məcnun oğlu tərəfindən 04 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 40000 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 266 manat dövlət rüsumu ödəmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-cü maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06 saylı borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 06 oktyabr 2021-ci il müddətinə qaytarmaq şərtilə 40000 manat məbləğində borc pul vermiş, həmçinin tərəflər arasında olan şifahi razılaşmaya əsasən hissə-hissə olmaqla əlavə cəmi 28800 manat borc pul vermişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək həmin borc məbləğindən 10600 manat pulun cavabdeh tərəfindən ödənildiyini təsdiq etmişdir. Həmçinin iddiaçı 58200 manat iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanmış, ərizədə cavabdeh iddia tələbindəki borcla razılaşdığı, borcun ödənilməsi ilə müzakirələr aparılması üçün vaxt verilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya 58200 manat borcu olduğunu dolayısı ilə etiraf etmişdir. Buna görə də iddiaçının cavabdehdən verdiyi borcu tələb etmək hüququ yaranmışdır və iddiaçının tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə hüquqi qiymət verərək, cavabdehin tələb olunan ümumi borc məbləğini qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 266 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 58200 (əlli səkkiz min iki yüz) manat məbləğində əsas borc və ödənilmiş 266 (iki yüz altmış altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar