Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4657/2021 12.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommerisya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Seyidov X5 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin onun mülkiyyətində olan obyektə qarşı əssasız hesablanmış 1634,84 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləssin 54-cü maddəsinə əsasən onun əsl iddiaçı olan İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Eləcə də, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləssin 54-cü maddəsinə əsasən e-2-2(113)-4657/2021 saylı iş üzrə iddiaçı X1 əsl iddiaçı olan İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, e-2-2(113)-4657/2021 saylı qərarı ilə iddiaçı X2 əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC iddiaçı Seyidov X3 ünvan 1 ünvanında yerləşən obyektinə 12 mart 2021-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşları gələrək bildirdilər ki, biz obyektin sayğacına baxış keçirtdik, sayğacın möhüründə müdaxilə izləri görünür. Həmin şəxslər bildirmişlər ki, sayğac köhnədir, ola bilər ki, sayğacın daxilində problemlər olsun. Cavabdeh tərəfin əməkdaşları elektrik sayğacının laborator şəraitdə yoxlanılmasını istəyərək, elə həmin gün də elektrik sayğacını yenisi ilə əvəz etdilər. 10 aprel 2021-ci il tarixində "xxxx" ASC-nin əməkdaşı borc qəbzi təqdim etmiş və həmin qəbzdə 1634,84 manat borc yazılmışdır. "xxxx" ASC-nin əməkdaşından bu borc məbləğinin hardan yarandığını soruşduqda "xxxx" ASC-nin əməkdaşı bildirmişdir ki, onun bu borc barədə məlumatı yoxdur, idarəyə yaxınlaşaraq öyrənməsini bildirmişdir. Obyektə borcun yazılması barədə iddiaçı tərəfə akt təqdim olunmamışdır. Akt "xxxx" ASC-nin Nəzarət Departamentindən sonradan götürülmüşdür. Nəzarət Departamentində bildirmişlər ki, elektrik sayğacına 2016-cı ildə müdaxilə edilmişdir. Artıq 2021-ci ildir, müdaxilədən 5 il keçib, bu vaxta kimi "xxxx" ASC-nin əməkdaşları hara baxıblar. 2019-cu ildə İddiaçı MMC obyekti icarəyə götürmüş və həmin MMC 05 sentyabr 2019-cu il "xxxx" ASC ilə müqavilə imzalamışdır. Laboratoriyada müayinə iddiaçı tərəfin iştirakı olmadan keçirilmiş və yekunda sayğacın daxilinin dəyişdirilməsini iddia edərək, mülkiyyətində olan obyektə dair akt tərtib etmişlər. Həmin akta cavab olaraq bildirirlər ki, iddiaçı tərəfdən sayğaca heç bir müdaxilə edilməmişdir. Ona görə də məhkəməyə tərəflərindən müvafiq iddia ərizəsi ilə müraciət edərək, tərtib edilmiş akt əsasında hesablanmış əsassız borc məbləğinin silinməsi barədə müvafiq qətnamənin qəbul edilməsini xahiş edirlər. Hazırda mübahisələndirilən aktın məzmununa nəzər salınsa görünər ki, orada yazılıb ki, sayğacın daxili dəyişdirililmişdir. Sayğacın plombu üzərindədir və salamatdırsa, demək ki, sayğacın daxilini dəyişmək üçün plombu qırmaq lazımdır, o zaman bir sual ortaya çıxır, əgər iddiaçı tərəf sayğacın daxilini dəyişmişsə, yeni plombu hardan əldən etmişdir. Plombu iddiaçı tərəf yox, "xxxx" ASC-nin mütəxəssisləri bağlayır. Mövcüd pandemiya qaydalarına əsasən obyekt fəaliyyət göstərmirdi və sayğac da müəssisənin daxilində deyil, kənarındadır və sayğacın yerləşdiyi yer açıq şəkildədir. Buradan da belə bir nəticəyə gəlinir ki, sayğaca asanlıqla kənardan müdaxilə oluna bilər, bunu da "xxxx" ASC-nin əməkdaşları, eləcə də hər hansı kənar bir şəxs də edə bilər. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan yazılı izahatda bildirilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən aparılan yoxlama qanunsuz olaraq həyata keçirilmişdir və onun heç bir hüquqi nəticəsi yoxdur. Belə ki, yoxlamanı həyata keçirən şəxslər tərəfindən iddiaçıya (və ya icarəçiyə) yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarış təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən tərtib edilmiş akt qanunsuz hesab edilməli və iddiaçı üçün heç bir hüquqi nəticə yaratmamalıdır. Qeyd edilən hallar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və digər qanunvericilik aktlarında nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından görünür ki: - Tərəflər arasında bağlanmış 05.09.2019-cu il tarixli elektrik enerjisinin alqı-satqısına dair birtipli müqaviləyə əsasən cavabdeh "xxxx" ASC İddiaçı MMC-nin icarə müqaviləsi əsasında istifadə etdiyi qeyri-yaşayış sahəsini elektrik enerjisi ilə təmin etməyi, qarşı tərəf isə bunun müqabilində hər kvts üçün 0,09 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 12.03.2021-ci il tarixli, NDQ seriyalı, 009042 saylı aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Mirmehdi Mİrcəfər oğluna məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, obyektə məxsus sayğacın dövlət və alt qapaq möhürlərində müdaxilə izləri vardır. Görünən izlər möhürün içliyinin üst hissəsində zədə və möhürün üst şüşəsinin iç tərəfində cızıq izləri vardır. Sayğacın bütün parametrlərinə laboratoriya şəraitində rəy verilsin. - Sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə tərtib olunmuş 15 mart 2021-ci il tarixli, 213405 nömrəli protokolda qeyd olunmuşdur ki, 009042 saylı akt üzrə sayğacın 105246 Salı qırmızı dövlət möhürü pozularaq sayğacın daxili sxemi dəyişdirilmişdir. Proqram əlavəsi oxunan zaman sayğacın faktiki seriya nömrəsi ********* olduğu halda, ******* olduğu aşkar olunmuşdu. Sayğaca müdaxilə edimişdir. - 18.03.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 12.03.2021-ci il tarixli, NDQ seriyalı 009042 saylı akta əsasən 16503 kvts ((1681 kvts : 36 gün x 365 gün) - 540 kvts = 16503 kvts) tarif (0,09 manat)- 16503 kvts x 0,09= 1485 manat elektrik enerjisi sərfiyyatı hesablanmışdır. - Abunə haqqında məlumatlardan görünür ki, qeyd olunan akta əsasən cavabdeh tərəfindən iddiaçıya 12.03.2021-ci il tarixdə 1485 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında eletrik enerjisinin alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə baxış keçirilmiş və elektrik sayğacına müdaxilə edilməsi aşkar olunaraq 12.03.2021-ci il tarixli, NDQ seriyalı 009042 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 12.03.2021-ci il tarixli, NDQ seriyalı 009042 saylı akta əsasən 18.03.2021-ci il tarixli icra vərəqəsində 1485 manat məbləğində borc hesablanmışdır. Qeyd olunmalıdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Beləliklə, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən 12.03.2021-ci il tarixli, NDQ seriyalı 009042 saylı akt əsasında hesablanmış 1485 manat məbləğində borc silinməli, idda qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, küçəsində yerləşən, 04/57-204 nömrəli abonent kodu olan obyektə görə 12.03.2021-ci il tarixli, NDQ seriyalı 009042 saylı akt əsasında hesablanmış 1485 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4657/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4657/2021
12.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver