Məhkəmə qərarları › İş №e-2-2(113)-4660/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4660/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4660/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı cavabdehlərdən birgə qaydada DC00427534-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 9,882.34 (doqquz min səkkiz yüz səksən iki manat otuz dörd qəpik) manat gecikdirilmiş əsas borc, 251.19 (iki yüz əlli bir manat on doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,133.53 (on min yüz otuz üç manat, əlli üç qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı cavabdehlərdən birgə qaydada DC00427534-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 9,882.34 (doqquz min səkkiz yüz səksən iki manat otuz dörd qəpik) manat gecikdirilmiş əsas borc, 251.19 (iki yüz əlli bir manat on doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,133.53 (on min yüz otuz üç manat, əlli üç qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı cavabdehlərdən birgə qaydada DC00427534-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 9,882.34 (doqquz min səkkiz yüz səksən iki manat otuz dörd qəpik) manat gecikdirilmiş əsas borc, 251.19 (iki yüz əlli bir manat on doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,133.53 (on min yüz otuz üç manat, əlli üç qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işi üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar