Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-467/2020 24.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi ilə, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçı MMC-nin təsisçisi X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti olmaqla kompensasiyanın ödənilməsinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti olmaqla iddia ərizəsi ilə müraciət edərək, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 aprel küçəsi 8 a ünvanında yerləşən 848,38 kv.m sahəsi olan evin sökülməsi ilə əlaqədar hər kvadrat metr üçün 1000 manat hesablanmaqla, cəmi 848 380 manat kompensasiya məbləğinin cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştriak edən İddiaçı MMC-nin təsisçisi X2 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştriak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə da X2 ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştriak edən cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi X5 izahatında göstərdi ki, cavabdehlər inzibati orqan olduğundan və tələb kompensasiya ödənilməsi ilə bağlı olduğundan hesab edir ki, iddiaçının tələbinə inzibati qaydada baxılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti olmaqla kompensasiyanın ödənilməsinə dair iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin yuxarıda göstərilən hallarından görünür ki, hazırkı iş üzrə iddia tələbnin predmetini kompensasiyanın ödənilməsini tələb etmək təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə kommersiya məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti olmaqla kompensasiyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İmran Burcayev
Məhkəmə qərarları › İş №e-2-2(113)-467/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-467/2020
24.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver