Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4673/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus “Kia forte” minik markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsini idarə edərkən vurduğu ehtiyat hissələrinə cəmi 2945 (iki min doqquz yüz qırx beş) manat məbləğində və ustalara cəmi 2250 (iki min iki yüz əlli) manat olmaqla ümumilikdə 5195 (beş min yüz doxsan beş) manat məbləğində pulun və məhkəməyə müraciət üçün tərəfindən ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı özünə məxsus “X4 Sedan” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə (vöen:**********) müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetiriliməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. "xxxx" MMC 10 mart 2025-ci il tarixli daxili etibarnamə əsasında İddiaçı məxsus X4 Sedan markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 müvəqqəti istifadəsinə vermişdir. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə mənə məxsus “Kia Forte” minik markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi ilə Bakı şəhəri, Əmircan qəsəbəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması nəticəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətmişdir. Cavabdeh2 İXM-nın müvafiq maddələrinin tələblərini pozduğuna görə onun barəsində xx.xx.2025-ci il tarixli X3, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından X1 və bu qaydların pozulması ilə əlaqədar digər inzibatı xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və bununla bağlı AR İXM-nin müvafiq maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. xx.xx.2025ci il tarixli Qüsur Aktına əsasən mənə məxsus “KİA FORTE” minik markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinin ehtiyat hissələrinə cəmi 2945 (iki min doqquz yüz qırx beş) manat məbləğində və ustalara cəmi 2250 (iki min iki yüz əlli) manat zərər dəymişdir. Qeyd olunan bütün xərcləri cavabdeh ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə etdiyini bildirib iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, gəlir əldə etmək məqsədilə mülkiyyətində olan nəqliyyat vasitəsini "xxxx" MMC-yə vermişdir. Hazırkı işin baxılması üçün aidiyyatı üzrə rayon (şəhər) məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə etiraz etdiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, Xüsusi Təyinatlı Qüvvələrdə işlədiyini, “KİA FORTE” minik markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini məhz uzaqda yerləşən iş yerinə gedib-gəlmək üçün icarəyə götürüb istifadə etdiyini, hazırkı işin baxılması üçün aidiyyatı üzrə rayon (şəhər) məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları nəzərdən keçirərək hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli etibarnamə ilə “X4 Sedan” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əlaqədar bütün hərəkətləri etməyi "xxxx" MMC-yə etibar etmişdir. "xxxx" MMC 10 mart 2025-ci il tarixli etibarnamə əsasında İddiaçı məxsus X4 Sedan markalı **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən verilən izahatla müəyyən olunmuşdur ki, sonuncu sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir, hərbi qulluqçudur, qeyd olunan nəqliyyat vasitəsini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı istifadə etməmiş, şəxsi ehtiyacları səbəbindən nəqliyyat vasitəsi icarəyə götürülmüşdür. Hazırkı mübahisənin mahiyyəti nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsindən ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, materiallara əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4673/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4673/2025
30.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver