Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4674/2025 19.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X11 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X1 iştirakları ilə, iddiaçı X12 Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X6, X4 olmaqla) cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X12 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında “Şəmkir” ATSC-yə məxsus olan əraziyə elektrik enerjisinin satışı üçün çəkilmiş elektrik xətlərinin ləğv edilməsi və quraşdırılmış 3 ədəd elektrik hesabat sayğaclarının (X6 – sayğacın kodu 050 501 400 180 03 Y; X4 – sayğacın kodu 050 501 400 180 03 M; X3 – sayğacın kodu – 050 501 4000T 015 M) sökülməsi vəzifəsinin "xxxx" ASC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X4 iddianın baxılmamış saxlanmasına etiraz etməmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasının təxirə salınaraq xx.xx.2025-ci il tarixdən sonraya təyin ediməsini xahiş etmiş, cavabdeh iddianın rədd edilməsini xahiş etmiş, digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki iddia ərizəsi və nümayəndəyə verilmiş etibarnamə iddiaçının vəfat etmiş direktoru tərəfindən imzalanmış, həmçinin məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da, iddiaçının nümayəndəsi iddia ərizəsinin və etibarnamənin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia ərizəsi və etibarnamə X12 Səhmdar Cəmiyyətinin direktoru X5 tərəfindən imzalanmış, halbuki Elektron Məhkmə informasiya sistemindən X2 xx.xx.2025ci il tarixdə vəfat etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddia ərizəsi və Nümayəndə1 verilmiş etibarnamə səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. 259.0, 259.0.3-cü maddələrinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı X12 Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X6, X4 olmaqla) cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4674/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4674/2025
19.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver