Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4678/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pulun borcdan silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ödənilmiş pulun borcdan silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi aparılmış 549000 manat məbləğində (cəmi 590.000) ödənişin borcdan silinməsi cavabdehə həvalə olunsun, ödənilmiş 400 manat mediasiya xərci və 490 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən xx.xx.2015ci il tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi aparılmış 549000 manat məbləğində (cəmi 590.000) ödənişin borcdan silinməsi cavabdehə həvalə olunsun, ödənilmiş 400 manat mediasiya xərci və 490 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair şərtlər toplusu imzalanmış və 12 iyun 2015-ci il tarixli, K1606 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 36 ay müddətinə ******* manat məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə görə cavabdeh tərəfindən iddiaçıya 22 iyun 2017-ci il tarixədək 700000 manat, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən 14 aprel 2020-ci il tarixədək ******* manat, 07 avqust 2015-ci il tarixli, K1662 saylı kredit müqaviləsinə görə 24 ay müddətinə 405000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmçinin qeyd edilən müqavilələrin təminatı olaraq zaminlik və ipoteka müqavilələri imzalanmışdır. Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı qətnaməsi ilə 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMCdən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ******* manat 34 (otuz dörd) qəpik əsas, 449536 manat 09 qəpik faiz, 32155 manat 81 qəpik cərimə, cəmi ******* manat 24 qəpik məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 manat 77 qəpik əsas, 4305 manat 20 qəpik faiz, 2767 manat 63 qəpik cərimə, cəmi 242615 manat 60 qəpik məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 ABŞ dolları 36 sent əsas, 5149 ABŞ dolları 14 sent faiz, 275 ABŞ dolları 90 sent cərimə, cəmi 105323 ABŞ dolları 40 sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 150 manat xidmət haqqı vəsaiti tutulmuş, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələb ipoteka ilə yüklü edilmiş X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilmiş, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 330000 manat məbləğində müəyyən edilmiş, həmçinin tutma X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyriyaşayış sahəsinə yönəldilmiş, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 140000 manat məbləğində müəyyən edilmiş, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutma Feyzullayev Fəxrəddin Əmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilmiş, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilmiş, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutma X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilmiş, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 155000 manat məbləğində müəyyən edilmiş,həmin əmlaklar açıq hərracda satılmış, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsait cavabdehlər "xxxx" MMC-nin, Feyzullayev Fərid Fəxrəddin oğlunun, X7 və X3 iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilmiş, həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilmiş, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ "xxxx" MMC-nin, X3, X7 və Feyzullayev Fərid Fəxrəddin oğlunun iddiaçı Cavabdeh ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğ "xxxx" MMC-dən, X2, X5 və Feyzullayev Fərid Fəxrəddin oğlundan ümumi qaydada tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-5970/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7503/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Feyzullayev Fərid Fəxrəddin oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmışdır (iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğundan). Bakı Apellyasiya Məhkəməsində 2-ci icraat zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin BAM MM 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər hazırkı işin baxılması zamanı nəzərə alına bilməz. Belə ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də qətnamənin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6068/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6068/2021 saylı qərarında qeyd edilmişdirki, “birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır. Həmin rəydən görünür ki, Ekspertiza zamanı borc məbləği xx.xx.2018-ci il tarixə hesablandığından xx.xx.2015-ci il tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödəniş və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590.000 manat) ödəniş ekspertiza zamanı nəzərə alınmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, həmin ödənişlər hazırkı işin baxılması zamanı deyil, qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Belə ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması, kassasiya baxışının predmetini isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər.” Həmçinin Bakı Apellyasiya Məhkəməsində 2-ci icraat zamanı təyin edilmiş ekspertizanın nəticəsi olan xx.xx.2020-ci il tarixli 9/1782 saylı ekspert rəyində qeyd edilmişdir ki, hazırki ekspertiza məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı, hazırki ekspertiza məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549000 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı. İcra vərəqəsi verildikdən və icra icraatı başlandıqdan sonra yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549000 manat məbləğində ödənişin (ümumilikdə 590.000 manat) ümumi borcdan silinməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Biləsuvar rayon İcra və Probasiya şöbələrinə müraciət edilmişdir. Lakin Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd edilən məbləğin ümumi borcdan çıxılmasının onların səlahiyyətinə aid olmadığı bildirilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə edilmiş müraciət cavablandırılmamışdır. Cavabdehdən, iddiaçı tərəfindən ödənilmiş 590000 manat məbləğin nəzərə alınması (silinməsi) xahiş edilsə də, cavabdeh həmin məbləği tələb etməyə davam edir və qarşılıqlı razılığa gəlməkdən imtina edir. Bundan əlavə cavabdehə ünvanlanmış məktub və sorğulara cavab vermir.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, borclu İddiaçı MMC şikayət ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, tərəflərindən xx.xx.2015-ci il tarixli, Kİ 606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41 000 manat məbləğində ödənişin və xx.xx.2016-cı il tarixli, Kİ874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549 000 manat məbləğində (cəmi 590 000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Sonradan, borclu İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, tərəflərindən xx.xx.2015-ci il tarixli, Kİ606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2016-cı il tarixli, Kİ 874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödənişin icra vərəqəsi üzrə tutulmalı olan borcdan silimnəsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsini xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 8(006)-60/2023 saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 8(006)-60/2023 saylı qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-183/2023 tarixli xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-60/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə qeyd edilən məbləğlərin silimnəsi ilə bağlı işə baxılarkən Bank tərəfindən sübutlar təqdim edilmiş və məhkəmə qərardadları ilə də müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli, Kİ 874 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 1171990,24 manat, xx.xx.2015-ci il tarixli, Kİ606/02 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 242615,57 manat, xx.xx.2016-cı il tarixli, K2015-129 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 105 323,40 ABŞ dolları məbləğində vəsait silinmiş, xx.xx.2018-ci il tarixdə 45019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsait Azərbaycan Respublikası Mərkəzi X11 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə qərarının tələblərinə əsasən öhdəliyin balansdan kənar silinməsinə əsasən Cavabdeh ASC-nin AZ38PAHA45019AZNBL********** saylı hesabından balansdan kənar hesaba keçirilmişdir. İddiaçı MMC tərəfindən 444.000 manat məbləğində pul vəsaitinin onun tərəfindən ödənilməsinə dair hər hansı bir ödəniş qəbzi təqdim etməmiş və həmin məbləğin onlara aid olması barədə sübut təqdim edə bilməmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-cu maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş məzmununa əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş məzmununa əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
8. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6068/2021 saylı qərarından müəyyən olunur ki:
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)- 227/2018 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin olunması, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "Ventto Elektroniks” MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı "PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "Ventto Elektroniks” MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı "PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "Ventto Elektroniks” MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı "PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "Ventto Elektroniks” MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X5 və X2 iddiaçı "PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaitinin tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutmanın Feyzullayev Fəxrəddin Əmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər "Ventto Elektroniks” MMC-nin, Feyzullayev Fərid Fəxrəddin oğlunun, X7 və X3 iddiaçı "PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin "Ventto Elektroniks” MMC-nin, X3, X7 və Feyzullayev Fərid Fəxrəddin oğlunun iddiaçı "PAŞA Bank” ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "Ventto Elektroniks” MMC-dən, X2, X5 və Feyzullayev Fərid Fəxrəddin oğlundan ümumi qaydada tutularaq iddiaçı "PAŞA Bank” ASC-yə ödənilməsi qət edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat üzrə Bakı Apelyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(103)-5970/2019 saylı qətnaməsi ilə cavabdeh "Ventto Elektroniks” MMC-nin apelyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Kassasiya instansiya məhkəməsindəki birinci icraat üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(102)-7503/2019 saylı qərarı ilə cavabdeh Feyzullayev Fərid Fəxrəddin oğlunun kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.
14. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "Ventto Elektroniks” MMC-nin apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin "Ventto Elektroniks” MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Kassasiya instansiya məhkəməsindəki ikinci icraat üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6068/2021 saylı qərarı ilə cavabdeh "Ventto Elektroniks” MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6068/2021 saylı qərarının 75-77-ci bəndlərində birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlərin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində öz əksini tapdığı, həmin rəyə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ilə kimi 41.000 manat, xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ilə kimi 539.000 manat olmaqla, cəmi 580.000 manat ödənişin edildiyi, həmin ödənişlərin hazırki işin baxılması zamanı deyil, qətnamənin icra mərhələsində nəzərə alınmalı olduğu, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlərin icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlərin qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malik olduqları qeyd edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1782 saylı ekspert rəyindən görünür ki, hazırki ekspertiza zamanı borc məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41.000 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549.000 manat məbləğində ödənişin hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 8(006)- 60/2023 saylı qərardadından görünür ki, borclu İddiaçı MMC-nin, onun tərəfindən xx.xx.2015-ci il tarixli, Kİ 606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2016-cı il tarixli, Kİ874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549 000 manat məbləğində (cəmi 590 000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi barədə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-183/2023 tarixli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-60/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 8(006)- 60/2023 saylı qərardadının məzmunundan müəyyən olunur ki, “Məhkəmə ilk öncə borclu tərəfin 590.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə istinad etdiyi dəlilinə münasibətdə qeyd edir ki, işdə olan sənədlər toplusu borclunun bu dəlilini bilavasitə əsassız hesab etməyə imkan verir. Belə ki, iş materiallarında olan xx.xx.2018 - xx.xx.2019cu il tarix aralığını əks etdirən ödəniş qəbzlərindən görünür ki, həyata keçirilmiş bütün ödənişlər məhz “AZ40PAHA41010AZNFC**********” saylı cari hesab üzrə həyata keçirilmişdir. Habelə, həmin qəbzlər sırasında borclunun istinad etdiyi məbləğdən 444.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair ödəniş qəbzi aşkar edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif tarixli maliyyə arayışlarında bütün ödənişlərin məhz “41010AZNFC**********” saylı cari hesab üzrə həyata keçirildiyi aşkar görünsə də, yalnız xx.xx.2018-ci il tarixinə aid 444.000 manat məbləğində olan ödənişin fərqli - “45019AZNBL**********” saylı hesab üzrə həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, məhkəmə gedişatı zamanı borclu tərəfindən 444.000 manat ödənilməsinə istinad edilən pul vəsaitinə dair məhkəməyə hər hansı bir ödəniş qəbzi təqdim edilməmiş və borclu tərəf kassasiya instansiyası məhkəməsinin qərarının bu məsələyə dair mövqeyinin kifayət etməsinə istinad etmişdir. Habelə məhkəmə onu da qeyd edir ki, borclu tərəf kassasiya instansiyası məhkəməsinin qərarı ilə kifayətlənsə də, tələbkar məhkəməyə maliyyə arayışları və digər sənədlər təqdim etməklə, bu məsələyə dair məhkəmə qərarına zidd olmayan mövqeyini sərgiləmişdir. Belə ki, tələbkarın təqdim etmiş olduğu maliyyə arayışları və səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatı ilə xx.xx.2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixi aralığında ümumi olaraq 529.000 Azərbaycan manatı məbləğində vəsaitin silindiyi, bu silinmələrdən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş hesabdan çıxarışda və yuxarıda qeyd olunan məlumatlar sırasında olan xx.xx.2018-ci il tarixdə 45019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsaitin müştəri tərəfindən ödənilmədiyi, həmin vəsaitin Azərbaycan Respublikası Mərkəzi X11 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın tələblərinə uyğun olaraq Cavabdeh ASC-nin AZ38PAHA45019AZNBL000000001 saylı hesabından balansdan kənar hesaba keçirildiyi, bu zaman həmin əməliyyatın müştərinin hesabından çıxarışında texniki olaraq bankın yuxarıda qeyd olunan müvafiq hesabından müştərinin hesabına pul vəsaitinin köçürülməsi kimi əks olunduğu müəyyən edilmişdir”.
21. Məhkəmə qərardadı ilə müəyyən olunmuş faktlardan göründüyü kimi xx.xx.2016cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixi aralığında ümumi olaraq 529.000 Azərbaycan manatı məbləğində vəsaitin silindiyi, bu silinmələrdən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş hesabdan çıxarışda və yuxarıda qeyd olunan məlumatlar sırasında olan xx.xx.2018-ci il tarixdə 45019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsaitin müştəri tərəfindən ödənilmədiyi, həmin vəsaitin Azərbaycan Respublikası Mərkəzi X11 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın tələblərinə uyğun olaraq Cavabdeh ASC-nin AZ38PAHA45019AZNBL000000001 saylı hesabından balansdan kənar hesaba keçirildiyi, bu zaman həmin əməliyyatın müştərinin hesabından çıxarışında texniki olaraq bankın yuxarıda qeyd olunan müvafiq hesabından müştərinin hesabına pul vəsaitinin köçürülməsi kimi əks olunduğu müəyyən edilmişdir.
22. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi aparılmış 549000 manat məbləğində (cəmi 590.000) ödənişin borcdan silinməsi cavabdehə həvalə olunsun, ödənilmiş 400 manat mediasiya xərci və 490 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 380 manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev