Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-468/2024 05.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 31.860 manat əsas borcun, 393,30 manat faiz məbləğinin, ümumilikdə 32.253,30 manat məbləğin, 200 (iki yüz) manat mediasiya xərcinin, 211,54 (iki yüz on bir manat əlli dörd qəpik) manat dövlət rüsumunun və vəkil xidmətlərinə görə ödənilmiş 500 (beş yüz) manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında yaranmış qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində tərəflər arasında 17 may 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə İddiaçı MMC (“İcarəyə verən”) Razılaşdırma Protokolunda göstərilmiş nəqliyyat vasitələrini, texnika və avadanlıqları Cavabdeh MMC-yə (“İcarəçi”) icarəyə vermişdir. İcarəçi isə müqavilə üzrə razılaşdırılmış avadanlıqları təyinatı üzrə istifadə edib İcarəyə verənə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 40120 (qırx min yüz iyirmi) manat məbləğində texnika icarəyə verilmiş, cavabdeh tərəfindən qarşılığında 8260 (səkkiz min iki yüz altmış) manat pul vəsaiti ödənilmişdir. Yekun olaraq cavabdehin iddiaçıya 31860 (otuz bir min səkkiz yüzaltmış) manat ödənilməmiş borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
9. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, **-SM-***2 nömrəli icarə müqaviləsi və müqaviləyə xx.xx.2022-ci il tarixdə 01 saylı razılaşma protokolu imzalanmışdır.
11. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC (“İcarəyə verən”) Razılaşdırma Protokolunda göstərilmiş nəqliyyat vasitələrini, texnika və avadanlıqları Cavabdeh MMC-yə (“İcarəçi”) icarəyə verir, icarəçi isə müqavilə üzrə razılaşdırılmış avadanlıqları təyinatı üzrə istifadə edib icarəyə verənə icarə haqqını ödəməyi öhdəsinə götürür.
12. Müqavilə və qiymət razılaşma protokolu hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
14. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun texnikalardan istifadəyə görə icarə haqqı haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
15. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, SM-AZİ-05/22 nömrəli təhvil-təslim aktından görünür ki, 2022-ci ilin may ayında icarə haqqı ƏDV daxil 8.260 manat olan CAT 326 markalı texnika İddiaçı MMC tərəfindən Cavabdehnə təhvil verilmişdir.
16. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, SM-AZİ-06/22 nömrəli təhvil-təslim aktından görünür ki, 2022-ci ilin iyun ayında icarə haqqı ƏDV daxil 16.520 manat olan CAT 326 markalı texnika İddiaçı MMC tərəfindən Cavabdehnə təhvil verilmişdir.
17. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli SM-AZİ-07/22 nömrəli təhvil-təslim aktından görünür ki, 2022-ci ilin iyul ayında icarə haqqı ƏDV daxil 15.340 manat olan CAT 326 markalı texnika İddiaçı MMC tərəfindən Cavabdehnə təhvil verilmişdir.
18. Bundan başqa, işdən görünür ki, EBBX seriyalı, 950622 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 8.260 manat olan, EBBZ seriyalı, 657731 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 16.520 manat olan, EBCB seriyalı, 457520 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 15.340 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
19. Sadə riyazi hesablama ilə görünür ki, təhvil-təslim aktları və göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi 40.120 manat təşkil edir.
20. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən 8.260 manat məbləğində pul vəsaitinin ödənildiyini və 31.860 manat məbləğində borcunun qaldığını bildirmişdir.
21. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə icarə haqqı cəmi 40.120 manat təşkil edən texnikalar icarəyə verilmiş, cavabdeh tərəfindən isə cəmi 8.260 manat ödəniş edilmiş və 31.860 (40.120-8.260) manat məbləğində borcu qalmışdır.
22. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 31.860 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
23. Məhkəmə iddianın əsas borca görə illik 5% hesablanmaqla 393,30 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 95 gün sonra yəni, xx.xx.2023-cü il tarixində verilmişdir.
25. İddiaçı tərəfindən əsas borca illik 5 faiz hesablanmaqla 393,3 manat tələb edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 393,3 (31.860x5/100=1.593 (1 il üçün), 1.593/365=4.36 (1 gün üçün), 4.36x97=414,61(95 gün üçün) manat məbləğində pul cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır.
26. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/13/2023-01329 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 200 manat məbləğində pul Bakı 13 X1 ödənmişdir.
27. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
28. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 500 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
29. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, vəkil xərcinin əvəzi olaraq iddiaçı tərəfindən 500 manat məbləğində pul Mirzəyev və Partnyorları Vəkil Bürosunun hesabına ödənmişdir.
30. Ona görə də, məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 211,54 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
32. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 211,54 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
33. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
34. Məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödənməli olan dövlət rüsumunun məbləği 186,76 manat təşkil etmiş və həmin məbləğ də mediasiyaya çəkilmiş xərclə (200 manat) əhatə olunmuşdur.
35. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq artıq ödənilmiş 211,54 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutula bilməz.
36. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, **-SM-***2 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 31.860 (otuz bir min səkkiz yüz altmış) manat, əsas borca illik 5 faiz hesablanmaqla 393 (üç yüz doxsan üç) manat, 30 (otuz) qəpik, cəmi 32.253 (otuz iki min iki yüz əlli üç) manat, 30 (otuz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul "Az-İn Saat” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul "Az-İn Saat” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov