Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-469/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın bərpasına dair tələbnamənin əsassız hesab edilərək ləğv edilməsini və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi barədə işə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin əsassız hesab edilərək ləğv edilməsi və ona hesablanmış 4320 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (indiki Bakı Kommersiya Məhkəməsi) xx.xx.2019-cu ll tarixli, e-2-2(82)-1202/2019-cu il tarixli qərardadı ilə hazırki tələb üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında iddiaçının istixana təsərrüfatı ilə məşğul olduğunu, lakin vergi uçotuna alınmış vergi ödəyicisi olmadığına görə (VÖEN-i yoxdur) və iddiaçı istehlakçı olduğundan işin aidiyyəti üzrə iddiaçının yaşadığı yerə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinlədikdən sonra və iş materiallarına olan sənədləri araşdırarkən belə qənaətə gəlmişdir ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən və hazırki iddia istehlakçının hüququnun müdafiəsi haqqında iddia olduğundan iddiaçının seçimi üzrə yaşadığı yer üzrə ümumi məhkəməyə göndərilməlidir. Məhkəmə gəldiyi qənaətinin hüquqi əsasları kimi onu qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının MPM-nin 25.1ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (iddia ərizəsi xx.xx.2019-cu ildə məhkəməyə daxil olub). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmçinin məhkəmə qanunvericiliyin həm xx.xx.2020-ci il tarixədək qüvvədə olan və hazırki tələblərinə əsasən hesab edir ki, İddiaçı fərdi sahibkar statusu olmayan fiziki şəxs (bu hal həm iddiaçının nümayəndəsi və vəkilinin izahatında həm də işdə olan X1 vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə və “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür) olduğundan subyektiv tərkibə görə (MPM-nin 24-cü maddəsi) hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun 2-ci bəndinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinin tələbinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra -fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Odur ki qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın bərpasına dair tələbnamənin əsassız hesab edilərək ləğv edilməsini və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi barədə iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrinə əsasən, QƏRARA A L D İ: İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın bərpasına dair tələbnamənin əsassız hesab edilərək ləğv edilməsini və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi barədə iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra, 10 gün müddətinə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-469/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-469/2020
10.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver