Məhkəmə qərarları › İş №e-2-2(113)-4696/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4696/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4696/2025 03.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas, faiz borcu, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X4 arasında bağlanmışxx.xx.2024-cü il tarixli 3348064-CNS-41647/1saylı kredit müqaviləsinə əsasən xx.xx.2025ci il tarixə Banka borclu olduğu manat 5187.99 (beş min yüz səksən yeddi, 99 qəpik) manat məbləğində əsas borc, 360.45 (üç yüz altmış, 45 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 5548.44 (beş min beş yüz qırx səkkiz, 44 qəpik) manat məbləğində və 75.48 (yetmiş beş, 48 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun X1 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 348064- CNS-41647 saylı, “Kredit müqaviləsi”nə əsasən X3 illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) kredit verilərək cari hesabına köçürülmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2022-ci il tarixli, 348064-CNS-41647 saylı kredit müqaviləsinə (annunitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2024-cü il tarixli 3348064-CNS-41647/1 saylı Əlavə Razılışma bağlanmışdır. xx.xx.2024-cü il tarixli 3348064-CNS-41647/1 Əlavə Razılaşmaya əsasən X3 illik 15 (on beş) faiz hesablanması şərti ilə 43 (qırx üç) ay müddətinə 5951.44 (beş min doqquz yüz əlli bir, 44 qəpik) manat məbləğində yeni qrafik üzərində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 348064- CNS-41647 saylı, “Kredit müqaviləsi”nə əsasən X3 illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) kredit verilərək cari hesabına köçürülmüşdür.

5. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2022-ci il tarixli, 348064-CNS-41647 saylı kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2024-cü il tarixli 3348064-CNS-41647/1 saylı Əlavə Razılışma bağlanmışdır.

6. xx.xx.2024-cü il tarixli 3348064-CNS-41647/1 Əlavə Razılaşmaya əsasən X3 illik 15 (on beş) faiz hesablanması şərti ilə 43 (qırx üç) ay müddətinə 5951.44 (beş min doqquz yüz əlli bir, 44 qəpik) manat məbləğində yeni qrafik üzərində kredit verilmişdir.

7. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü il tarixli 3348064- CNS-41647/1 saylı “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixinə olan əsas borcu 5187,99 manat, faiz borcu 360,45 manat olmaqla, cəmi 5548,44 manat borcu yaranmışdır.

8. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

10. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

12. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

15. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyi, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya xx.xx.2024-cü il tarixli 3348064-CNS-41647/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 5187,99 manat məbləğində əsas borc, 360,45 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdehdən, tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, iddiaçı tərəfindən 75,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 75,48 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV.Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2024-cü il tarixli 3348064-CNS-41647/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 5187,99 manat məbləğində əsas borc məbləği, 360,45 manat faiz borcu olmaqla cəmi 5548,44 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,48 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar