Məhkəmə qərarları › İş №e-2-2(113)-470/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-470/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-470/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-cı il tarixli 001/K nömrəli kredit müqaviləsinə əsasən cəmi borcu 12.105,99 manat,bundan 4.734,45 manat əsas, 6.751,46 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 620.08 manat, iş üzrə ödənilmiş 127 manat dövlət rüsumunun cavabdeh Milord TM Qrup MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehMilord TM Qrup MMCarasında bağlanmış 16 sentyabr 2020-cı il tarixli 001/K nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki ) ay müddətinə illik 25 (iyirmi beş ) faiz dərəcəsi ilə, 6.000 (altı min manat) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********679 saylı 13 may 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024cü il tarixə Milord TM Qrup MMC-nin xx.xx.2020-cı il tarixli 001/K nömrəli kredit müqaviləsinə əsasən cəmi borcu 12.105,99 (on iki min yüz beş manat 99 qəpik) AZN təşkil edir. Bundan 4.734,45 (dörd min yeddi yüz otuz dörd manat 45 qəpik) AZN əsas, 6.751,46 altı min yeddi yüz əlli bir manat 46 qəpik) AZN faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 620.08 (altı yüz iyirmi manat 08 qəpik) manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahatverərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı tərəfindən verilmiş (Cavabdeh MMC-yə aid) hesabdan çıxarış məlumatlarına əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh MMC-nin hesabına 6000 manat pul köçürülmüşdür.

9. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 537251 saylı qəbzi ilə təsdiq edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə 5880 manat pul verilmişdir.

10. 15.05.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə 16 sentyabr 2020-cı il tarixli 001/K nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 4734,45 manat, faiz borcu 6751,46 manat, 620,08 manat cərimə borcu olmaqla, cəmi borcu 12105,99 manat (gecikmə günü: 943) təşkil edir.

11. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 268 manat məbləğində ödəniş edilmişdir.

12. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 100 manat məbləğində ödəniş edilmişdir.

13. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 206 manat məbləğində ödəniş edilmişdir.

14. Azərbaycan VTB (Azərbaycan)sı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2025-ci il tarixli, 3-16-16/2-9/9001/2024 saylı ekspert rəyinə əsasən Cavabdeh MMC-nin İddiaçı ASC -yə olan borcu xx.xx.2024-cü il tarixə əsas kredit borcu 4734.24 manat,faiz borcu 772.60, illik 5%lə faiz borcu 620.06 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

V. Tətbiq edilən hüquq:

15. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

16. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan VTB (Azərbaycan)sının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh MMC (borc alan) arasında 16 sentyabr 2020-cı il tarixli 001/K saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC həmin razılaşmaya əsasən Cavabdeh MMC-yə 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 6.000 manat məbləğində kredit vermişdir. İddiaçı göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh MMC razılaşma üzrə əsas kredit borcunu ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

20. Mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halı olduğundan həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatlarını nəzərə alınaraq X1 banka olan borcunun xx.xx.2024-cü il tarixə əsas kredit borcu 4734.24 manat, faiz borcunun isə 772.06 manat faiz borcunun olmasını müəyyən edilmişdir.

21. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

22. Odur ki, məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə əsas və faiz borcun tutulması hissəsində qismən, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərilən tarixə) 4734.24 manat, faiz borcu 772.60 manat faiz borcu Cavabdeh MMC-dən bankın xeyrinə tutulmalıdır.

23. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 620.08 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

24. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və illik 5% ilə hesablanmış 620.06 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 127 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

26. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81.27 manat məbləğində pul vəsaiti cavabdeh dən tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehdən,30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan VTB (Azərbaycan)sı Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4734.24 manat (dörd min yeddi yüz otuz dörd manat iyirmi dörd qəpik ) əsas borc, 772.60 manat (yeddi yüz yetmiş iki manat altmış qəpik),620.06 (altı yüz iyirmi manat altı qəpik) və dövlət rüsumunun əvəz olaraq 81.27 manat tutularaq İddiaçı ASC -yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti 70 manat hissəsi cavabdehdən,30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar