Məhkəmə qərarları › İş №e-2-2(113)-471/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-471/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-471/2021 15.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “X4 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə ödənilməli olan 42.250 ABŞ dolları məbləğinə beş faiz uçot dərəcəsini nəzərə almaqla hesablanmış 12.660 ABŞ dolları məbləğində faizlər və 6000 ABŞ dolları hüquqi xidmət xərci olmaqla, cəmi 18.660 ABŞ dolları məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə verərək Cavabdeh MMC-dən müqavilə üzrə ödənilməli olan 42.250 ABŞ dolları məbləğinə beş faiz uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 12.675 ABŞ dolları məbləğində faizlərin və hüquqi xidmətə görə nümayəndə və vəkilə ödənilmiş 7.500 ABŞ dolları məbləğində hüquqi xidmət xərci olmaqla, cəmi 20.175 ABŞ dolları məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş üzrə iddia ərizəsinə etiraz verərək iddiaçı “X4 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdeh MMC-yə qarşı 42.250 ABŞ dollarında məbləğin beş faiz uçot dərəcəsini nəzərə almaqla hesablanmış 12.675 ABŞ dolları məbləğində faizlərin və hüquqi xidmətə görə nümayəndəyə və vəkilə ödənilən 7.500 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı iş üzrə iddia ərizəsindən göründüyü kimi iddia iki tələbdən - 42.250 ABŞ dolları məbləğində əsas borca bank uçot dərəcəsi ilə hesablanmış faizlərinin və vəkil xərclərinin cavabdehdən tutulması tələblərindən ibarətdir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2017-ci il tarixdə iddiaçı “X2 Sanayi və Ticarət Anonim Şirketi” cavabdeh “xxxx” MMC-yə (Cavabdeh MMC-nin əvvəlki adı) qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, Qazax rayonu İcra Hakimiyyətindən “X2 Sanayi və Ticarət Anonim Şirketi”nin xeyrinə 52.200 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək “xxxx” MMC-dən 42.250 ABŞ dolları məbləğində pulun, eləcə də “X4 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinə məxsus olan pul vəsaitini qanunsuz olaraq özündə saxladığına görə iş üzrə məhkəmə qətnaməsi çıxarılan gün bank faizinin uçot dərəcəsi əsas götürülməklə cavabdeh tərəfindən “X4 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinə ödənilməli olan faizlərə görə 10.400 ABŞ dolları məbləğində pulun, həmçinin 3.000 ABŞ dolları məbləğində hüquqi xərcin cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı “X4 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 42.250 ABŞ dolları məbləğində əsas borcun, 1.476 ABŞ dolları hüquqi xidmət haqqının borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı “X4 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, xx.xx.2019-cu il tarixdə icraya yönəldilmişdir. Göründüyü kimi iddiaçı “X4 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkəti əvvəllər də 42.250 ABŞ dolları məbləğində borca bank uçot dərəcəsi ilə hesablanmış faizlərin Cavabdeh MMC-dən tutulması tələbinə dair iddia qaldırmış və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə həmin hissədə iddia rədd edilmişdir. Hazırkı iddianın vəkil xidmətinə görə 7.500 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmədə verdiyi izahatında tələb etdiyi məbləğin hazırkı iş üzrə vəkil xidmətinə görə haqq deyil, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış əvvəlki məhkəmə mübahisəsinə baxılarkən göstərilmiş vəkil xidmətinə görə haqq olduğunu göstərmişdir. Halbuki 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda göstərilən qətnaməsindən göründüyü kimi həmin qətnamədə iddiaçıya göstərilmiş vəkil xidmətlərinə görə haqqın cavabdehdən tutulması məsələsi də həll edilmiş və 1.476 ABŞ dolları məbləğində hüquqi yardım haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, eyni tərəflər arasında, eyni predmetlər barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verə bilər. Belə olan halda isə məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırkı kommersiya mübahisəsi üzrə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X4 Kimyasalları Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar