Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4718/2025 03.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, tapşırıq, hüquqdan sui-istifadə, əsassız varlanma) X7 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən Cavabdeh QSC-yə ödənilmiş 12095 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Almaniya Federativ Respublikasının yurisdiksiyası daxilində fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan bir kommersiya təşkilatı kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə hüquqi yardım göstərilməsi ilə bağlı müraciət etmiş və tərəflər arasında bu barədə hüquqi münasibətlər formalaşmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bu müraciətlər çərçivəsində, cavabdeh tərəfindən təqdim ediləcək hüquqi xidmətlərin həyata keçirilməsi üçün müəyyən olunmuş qiymətlər hüquqi xidmətlər bazarındakı obyektiv meyarlarla müqayisədə açıq-aşkar şişirdilmiş və ağlabatanlıq həddini aşan məbləğlər olmuşdur. Tərəfimizdən aparılmış qiymətləndirmə və müqayisəli hüquqi təhlil göstərir ki, təqdim olunan bu qiymətlər reallıqdan uzaq olmaqla yanaşı, hüquq sistemində fundamental əhəmiyyətə malik olan vicdanlılıq və dürüstlük prinsiplərinə ziddir. Həmçinin bu davranış nəticəsində MGB tərəfindən hüquqi xidmət adı altında alınmış pul vəsaitləri “əsassız varlanma” hüquqi kateqoriyasına daxildir. Mövcud iş üzrə iddiaçının cavabdehə ödəmiş olduğu pul vəsaiti, təqdim olunmuş xidmətlərin real dəyəri ilə heç bir məntiqi və hüquqi əlaqəyə malik olmamaqla, faktiki olaraq hüquqi xidmət adı altında maddi mənfəət əldə etmək məqsədi daşıyır və bu, bilavasitə hüquqdan sui-istifadə halı kimi qiymətləndirilməli və ümumilikdə ödənilmiş 30842 (otuz min səkkiz yüz qırx iki) Avro pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Tərəfimizdən cavabdehə pretenziya məktubu ilə müraciət edilərək, həmin pul məbləğinin iddiaçıya geri ödənilməsi xahiş edilmişdir. Lakin, cavabdeh pretenziya məktubumuza məhəl qoymamışdır, bu səbəbdən həmin pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya geri ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbinin həcminin azaldılması barədə ərizədə qeyd etmişdir ki, Cavabdeh QSC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilərək iddiaçı tərəfindən Cavabdeh QSC-yə ödənilmiş 30842 avro məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya etiraz ərizəsi və iddiaçıya göstərilmiş xidmətlərlə bağlı cədvəllər təqdim edilmişdir. Cavabdehin etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə “X3 GMBH” şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktorunun dəyişilməsi ilə əlaqədar ümumilikdə 1900 ABŞ dolları, məhkəmə işi barəsində hüquqi yardım verilməsinə görə cəmi 525 ABŞ dolları, İddiaçı-nin direktoru Agıl Karımzadaya qarşı cinayət işinin başlanması üçün ümumilikdə 26699,50 ABŞ dolları, “X3 GMBH” şirkətinin Azərbaycan Respublikasındakı Filialının ləğvi və direktorunun dəyişdirilməsi ilə əlaqədar ümumilikdə 4145,50 ABŞ dolları ödənilmişdir. Təqdim edilmiş cədvəllərə nəzər yetirilmiş və aşağıda göstərilən xidmətlər üzrə ödənilmiş pul vəsaitlərinin əsassız ödənildiyini hesab edirik: 1) Daxili müzakirələrə görə ödənilmiş pul vəsaiti. Cinayət işi üzrə göstərilən xidmətlər çərçivəsində daxili müzakirələrə görə 12 oktyabr 2023-cü il tarixdə 100 ABŞ dolları, 24 oktyabr 2023-cü il tarixdə 50 ABŞ dolları, 26 oktyabr 2023-cü il tarixdə 50 ABŞ dolları, 26 oktyabr 2023-cü il tarixdə 175 ABŞ dolları, 7 dekabr 2023-cü il tarixdə 200 ABŞ dolları, 8 dekabr 2023-cü il tarixdə 425 ABŞ dolları, 11 dekabr 2023-cü il tarixdə 225 ABŞ dolları, 12 dekabr 2023-cü il tarixdə 825 ABŞ dolları, 18 dekabr 2023-cü il tarixdə 50 ABŞ dolları, 19 dekabr 2023-cü il tarixdə 320 ABŞ dolları, 22 dekabr 2023-cü il tarixdə 100 ABŞ dolları, 5 fevral 2023-cü il tarixdə 25 ABŞ dolları, 6 fevral 2024-cü il tarixdə 250 ABŞ dolları, 8 fevral 2024-cü il tarixdə 150 ABŞ dolları, 9 fevral 2024-cü il tarixdə 175 ABŞ dolları, 12 fevral 2024-cü il tarixdə 125 ABŞ dolları, 14 fevral 2024-cü il tarixdə 100 ABŞ dolları, 15 fevral 2024-cü il tarixdə 75 ABŞ dolları, 16 fevral 2024-cü il tarixdə 200 ABŞ dolları, 20 fevral 2024-cü il tarixdə 150 ABŞ dolları, 1 mart 2024-cü il tarixdə 775 ABŞ dolları, 4 mart 2024-cü il tarixdə 560 ABŞ dolları, 7 mart 2024-cü il tarixdə 300 ABŞ dolları, 11 mart 2024-cü il tarixdə 400 ABŞ dolları, 12 mart 2024-cü il tarixdə 175 ABŞ dolları, 13 mart 2024-cü il tarixdə 550 ABŞ dolları, 15 mart 2024-cü il tarixdə 325 ABŞ dolları, 18 mart 2024-cü il tarixdə 425 ABŞ dolları, 28 mart 2024-cü il tarixdə 250 ABŞ dolları, ümumilikdə 7530 ABŞ dolları əsassız olaraq iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Xüsusilə də vurğulamaq lazımdır ki, cavabdeh dəfələrlə eyni xidmətə görə daxili müzakirə etmiş və buna görə ödənişlər almışdır: 12 oktyabr, 24 və 26 oktyabr 2023cü il tarixdə “direktor dəyişikliyi/nizamnaməyə əlavə” ilə bağlı daxili müzakirələr; 7, 8, 11 və 12 dekabr 2023-cü il tarixdə “sənədlərin nəzərdən keçirilməsi ilə bağlı” daxili müzakirələr; 11, 12, 19 dekabr 2023-cü il və 8 fevral 2024-cü il tarixdə “şikayətin hazırlanması” ilə bağlı daxili müzakirələr; 6, 8 və 9 fevral 2024-cü il tarixdə “tətqiqat, filialın ləğvi” ilə bağlı daxili müzakirə. İlkin olaraq qeyd edim ki, cavabdehin əməkdaşları tərəfindən hər hansı məsələ üzrə aparılmış daxili müzakirələr cavabdehin iddiaçıya göstərdiyi hüquqi xidmət kimi qiymətləndirilə bilməz. Daxili müzakirə cavabdehin qarşısında qoyulmuş məsələlərin həlli üçün üsul müəyyən etmək məqsədi daşıyır. Bu isə onu göstərir ki, cavabdeh həmin məsələlərin həlli üçün yetərli peşəkarlığa malik olmamış və dəfələrlə daxili müzakirə aparmağa ehtiyac duymuşdur. Belə olduğu təqdirdə, daxili müzakirə cavabdehin iddiaçıya göstərdiyi hüquqi xidmət kimi deyil, cavabdehin hüquqi xidmətin göstərilməsi üçün müvafiq üsulun seçilməsi kimi qiymətləndirilməlidir. İkinci olaraq daxili müzakirələrin məhz hansı məsələ ilə bağlı aparılması və belə daxili müzakirələrin həqiqətən də aparılıbaparılmaması məlum deyildir. 2) Tərcümələrə görə ödənilmiş pul vəsaiti. 27 oktyabr 2023cü il tarixdə 200 ABŞ dolları, 23 yanvar 2024-cü il tarixdə 600 ABŞ dolları, 24 yanvar 2024-cü il tarixdə 450 ABŞ dolları, 5 fevral 2024-cü il tarixdə 600 ABŞ dolları, 5 fevral 2024-cü il tarixdə 375 ABŞ dolları, 27 fevral 2024-cü il tarixdə 300 ABŞ dolları, 29 fevral 2024- cü il tarixdə 125 ABŞ dolları, 1 mart 2024-cü il tarixdə 75 ABŞ dolları, ümumilikdə 2725 ABŞ dolları tərcümə xidmətlərinə görə cavabdehə ödənilmişdir. Cavabdeh QSC hüquq sahəsində fəaliyyət göstərən hüquqi şəxsdir. Yəni cavabdehin fəaliyyət istiqaməti tərcüməçilik xidmətləri göstərilməsi ilə bağlı deyildir. Bu səbəbdən, cavabdehin tərcüməçilik xidmətini həyata keçirməsi və bununla bağlı hər hansı məbləğdə pul vəsaiti tələb etməsi qanunsuzdur. Bundan əlavə nəzərə almaq lazımdır ki, cavabdehin əməkdaşları tərcüməçilik sahəsində deyil, hüquq sahəsində peşəkar fəaliyyət göstərirlər. Belə olduğu təqdirdə cavabdehin əməkdaşlarının hər hansı sənədlərin tərcümə etməsinə sərf etdiyi vaxt, tərcümə xidməti ilə məşqul olan şirkətlərin sərf etdiyi vaxtdan çox olacaqdır. Dolayısı yolla cavabdehin məqsədi ondan ibarət olmuşdur ki, iddiaçıdan əsassız olsa da, hər cür formada mənfəət əldə etsin. 3) Sənədlərin nəzərdən keçirilməsinə görə ödənilmiş pul vəsaiti. 23 oktyabr 2023-cü il tarixdə 540 ABŞ dolları, 3 fevral 2024-cü il tarixdə 175 ABŞ dolları, 4 fevral 2024-cü il tarixdə 175 ABŞ dolları, 6 fevral 2024-cü il tarixdə 100 ABŞ dolları, 29 fevral 2024-cü il tarixdə 450 ABŞ dolları, 1 mart 2024-cü il tarixdə 400 ABŞ dolları cavabdehə, ümumilikdə, 1840 ABŞ dolları əsassız olaraq cavabdehə ödənilmişdir. Ümumiyyətlə hər hansı məsələnin nəzərdən keçirilməsi nə kimi xidmətdir məlum deyildir və hər hansı sənədin və ya məsələnin nəzərdən keçirilməsi iddiaçıya göstərilmiş xidmət kimi dəyərləndirilə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehdən ümumilikdə 12095 (on iki min doxsan beş) manat (7530+2725+1840=12095) ABŞ dolları əsassız olaraq tələb edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2, 1091, 1092-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı “Tauber Rohrbau GMBH & Со. KG" məhkəməyə müraciət edərək cavabdehə ödənilmiş hüquqi xidmət haqlarının şişirdilmiş olduğunu iddia edir və hüquqi xidmət üçün cavabdehə ödənilmiş olan məbləğin qaytarılmasını tələb edir. Cavabdeh bir qayda olaraq öz müştərilərinə göstərdiyi hüquqi xidmətlərin qiymətini - saat hesabı əsasla hesablayır. Hər ayın sonunda cavabdeh müştərisinin sifarişi əsasında müvafiq ay ərzində gördüyü işlər, işlərin görülməsinə sərf etdiyi vaxt, həmin vaxt üçün saatlıq tarif əsasında hesablanmış hüquqi xidmət haqqı və sifarişin yetirilməsinə çəkilən xərclər barədə məlumatı müştəriyə göndərir. Daha sonra, cavabdeh həmin məlumat əsasında müştəriyə hesab təqdim edir və müştəri hesabı ödəyir. Hüquqi xidmət haqqının saatlıq tarifləri: 2023-cü ilin avqust ayında Frieda Tauber adlı Almaniya Federativ Respublikasının vətəndaşı cavabdehin nümayəndələri ilə görüşərək, Azərbaycan Respublikasında hüquqi xidmətə ehtiyacı olduğunu bildirmişdir. X6 və onun qardaşı Otto Tauber həm iddiaçının təsisçisidir, həm də Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÖEN: **********) təsisçiləri olmuşdur. Hər hansı bir hüquqi xidməti sifariş etməmişdən öncə, 21 avqust 2023-cü il tarixdə X6 cavabdehin əməkdaşı Əsgərov İsmayıla elektron məktub göndərərək cavabdehin hüquqi xidmətinin saatlıq tarifləri barədə məlumatın və hüquqi xidmət müqaviləsinin mətninin ona göndərilməsini xahiş etmişdir. 21 avqust 2023-cü il tarixdə cavabdehin əməkdaşı Əsgərov İsmayıl X6-ə elektron məktub yazaraq cavabdehin öz müştəriləri ilə istifadə etdiyi standard hüquqi xidmət müqaviləsini mətini göndərmişdir. Standart hüquqi xidmət müqaviləsinin 5-ci maddəsində cavabdehin saatlıq tarifləri göstərilmişdir. Belə ki, hüquqi xidmət müqaviləsinin 5-ci maddəsinə qeyd edilmişdir ki, Partnyorun saatlıq tarifi – 300-350 ABŞ Dolları, Hüquqşünas və Məsləhətçilərin saatlıq tarifi – 200-250 ABŞ Dolları, kiçik hüquqşünasın saatlıq tarifi – 150 ABŞ Dolları, köməkçi heyətin saatlıq tarifi – 100 ABŞ Dollarıdır. Bundan əlavə, hüquqi xidmət müqaviləsinin 9-cu maddəsində qeyd edilmişdir ki, xidmətin göstərilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər xidmət haqqına əlavə edilərək ödənilir. 10. Beləliklə, cavabdeh öz hüquqi xidmətlərinin saatlıq tarifi barədə qabaqcadan X6ə məlumat vermişdir. Sifariş edilmiş hüquqi xidmətlər:
11. Cavabdehin hüquqi xidmətlərinin saatlıq tarifi barədə məlumatı aldıqdan sonra X6 cavabdehdən müxtəlif növ hüquqi xidmətlər sifariş etməyə başlamışdır. Əsas etibarilə aşağıdakı 4 müxtəlif hüquqi xidmət sifariş etmişdir. A. Direktorun dəyişilməsi ilə əlaqədar hüquqi xidmətin sifarişi 12. 02 oktyabr 2023-cü il tarixdə X6 cavabdehə elektron məktub ilə müraciət edərək, təsisçisi olduğu "xxxx" MMC-nin direktoru Aqil Kərimzadənin direktor vəzifəsindən çıxarılması və X6-in həmin MMC-nin direktoru kimi qeydiyyata alınması məsələsində hüquqi xidmət göstərilməsini sifariş etmişdir. 13. Cavabdeh bu hüquqi xidmət sifarişi ilə bağlı X6-ə yazılı məsləhət vermiş, tələb edilən bütün sənədlərin layihələrini hazırlamış və imzalanması üçün X6-ə göndərmişdir. X6 də cavabdehin hazırladığı sənədləri imzalayıb cavabdehə göndərmiş və xidmətin yerinə yetirilməsi üçün cavabdehin əməkdaşlarına müvafiq etibarnamə vermişdir. Bu halı təsdiqləyən sənədlər hazırda İngilis dilindən Azərbaycan dilinə tərcümə olunur və məhkəməyə təqdim ediləcəkdir. 14. Sənədləri aldıqdan sonra cavabdeh onları tərcümə etmiş, tərcümələri notarial qaydada təsdiq etdirdikdən sonra kommersiya hüquqi şəxslərinin müvafiq reyestrində qeydiyyatın aparılması üçün vergi orqanına müraciət etmişdir. 15. Vergi orqanına müraciət zamanı vergi orqanı məlumat vermişdir ki, Frieda Tauber və Otto Tauber artıq "xxxx" MMC-nin iştirakçıları artıq deyildirlər və bu səbəbdən direktorun dəyişikliyini qeydiyyata almaq mümkün deyil. Məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru Aqil Kərimzadə "xxxx" MMCnin iştirakçıları Frieda Tauber və Otto Tauber-in razılığı olmadan onların verdikləri etibarnamədən sui istifadə edərək onları "xxxx" MMCnin iştirakçıları siyasından çıxarmışdır. 16. 01 dekabr 2023-cü il tarixdə cavabdeh bu məsələ barədə X6-ə məlumat vermişdir. 17. Bu hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə cavabdeh toplam 12.7 saat vaxt sərf etmiş və hüquqi xidmətin qiyməti (saatlıq tariflər əsasında) 1900 ABŞ Dolları olmuşdur. 18. Cavabdeh hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə sərf edilən vaxt barədə və hüquqi xidmət qiymətinin hesablanması barədə təfərrüatlı məlumatı sifarişçiyə göndərmişdir. B. Məhkəmə işi barədə məsləhətin verilməsi hüquqi xidmətinin sifarişi 19. 26 oktyabr 2023-cü il tarixdə X6 cavabdehə elektron məktub göndərərək cavabdehdən mövcud məhkəməsi iş üzrə məsləhət xidməti sifariş etmişdir. 20. Cavabdeh bu xidmət sifarişini yerinə yetirmiş və 26 oktyabr 2023-cü il tarixli elektron məktubla məsləhət vermişdir. 21. Bu hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə cavabdeh toplam 1.7 saat vaxt sərf etmiş və hüquqi xidmətin qiyməti (saatlıq tariflər əsasında) 525 ABŞ Dolları olmuşdur. 22. Cavabdeh hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə sərf edilən vaxt barədə və hüquqi xidmət qiymətinin hesablanması barədə təfərrüatlı məlumatı sifarişçiyə göndərmişdir. C. Direktora qarşı cinayət işinin başlanılması ilə ələqədar hüquqi xidmətin sifarişi 4 23. 06 dekabr 2023-cü il tarixdə sifarişçinin Almaniyadakı vəkili onların adından cavabdehə müraciət edərək, cinayət işinin başlanılması ilə əlaqədar hüquqi xidmət sifarişi etmişdir. Əlavə olaraq, 06 yanvar 2024-cü il tarixdə X6 cavabdehə elektron məktub göndərərək vəkilinin yuxarıda qeyd edilən mövqeyini təsdiqləmiş və "xxxx" MMC-nin X2rşı cinayət işinin başladılması üçün lazım olan müvafiq etibarnamələri cavabdehə göndərəcəyini bildirmişdir. 24. Cavabdeh bu sifariş ilə əlaqədar tələb olunan bütün hüquqi məsləhətləri vermiş, işi ətraflı öyrənmiş, mövcud olan sübutları araşdırmış, əlavə təqdim edilməli olan sübutların siyahısını müəyyən etmiş, müvafiq sənədləri hazırlamış, təqdim edilən sənədlərin tərcüməsini etmiş, müvafiq prokurorluq orqanına şikayət hazırlamış və təqdim etmiş, prokurorluq orqanlarında görüşlərdə iştirak etmiş, məsələ ilə bağlı prokurorluq orqanına izahatlar vermiş, prokurorluq orqanına tələb edilən əlavə sənədləri təqdim etmiş, sifarişçiyə sifarişin yerinə yetirilməsi barədə məlumatlar vermiş, əmlaklar barədə müvafiq reyestrlərə sorğular hazırlayaraq göndərmişdir. 25. Son nəticədə, cavabdeh "xxxx" MMC-nin X2rşı cinayət işinin başlanılmasına nail olmuşdur. 26. Bu hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə cavabdeh təkcə 2023-cü ilin dekabr ayında 23,1 saat, 2024-cü ilin yanvar ayında və 2024-cü ilin fevral aylarında 33,6 saat, mart ayında 47,2 saat vaxt sərf etmişdir. 27. Bu hüquqi xidmətin qiyməti (saatlıq tariflər əsasında) 2023-cü ilin dekabr ayı üçün 6220 ABŞ Dolları, 2024-cü ilin yanvar-fevral ayları üçün 7999,50 ABŞ Dolları + 100 ABŞ Dolları notarial xərclər və 918 ABŞ Dolları vəkil bürosuna ödənilmiş xidmət haqları, 2024-cü ilin mart ayı üçün 10850 ABŞ Dolları + 612 ABŞ Dolları vəkil bürosuna ödənilmiş xərclər, toplamda isə xərclər daxil – 26699.50 ABŞ Dolları olmuşdur. 28. Cavabdeh hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə sərf edilən vaxt barədə və hüquqi xidmət qiymətinin hesablanması barədə təfərrüatlı məlumatı sifarişçiyə göndərmişdir. 29. Məlumat üçün onu da qeyd edirik ki, 2024-cü ilin aprel və ondan sonrakı aylar ərzində də sifariş edilən bu hüquqi xidmət üzrə cavabdeh tərəfindən hüquqi xidmətlər göstərilmişdir, lakin sifarişçi heç bir hüquqi əsas olmadan onları ödəməmişdir. Ödənilməyən hüquqi xidmət haqqı məbləğlərinin sifarişçidən tutulması üçün cavabdeh məhkəmə qaydasında iddia qaldıracaq. Filialın ləğvi və direktorunun dəyişilməsi ilə əlaqədar hüquqi xidmətin sifarişi 5 30. Sifarişçi cavabdehə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış “X3 GMBH” şirkətinin Filialı vardır. Sifarişçi cavabdehdən Filialın ləğvi və direktorun dəyişilməsi ilə bağlı hüquqi məsləhətin verilməsi və məsləhətə uyğun olaraq sifariş edilən müvafiq sənədlərin hazırlanması və əlaqəli olan digər hüquqi xidmətləri sifariş vermişdir. 31. Cavabdeh sifariş edilən hüquqi xidmətləri yerinə yetirmişdir. 32. Bu hüquqi xidmət sifarişin yerinə yetirilməsinə cavabdeh təkcə 2024-cü fevral ayında 7,9 saat, mart ayında isə 19,3 saat vaxt sərf etmişdir. 33. Bu hüquqi xidmətin qiyməti (saatlıq tariflər əsasında) 2024-cü ilin fevral ayı üçün 685,50 ABŞ Dolları, 2024-cü ilin mart ayı üçün 3460 ABŞ Dolları, toplamda isə xərclər daxil – 4145.50 ABŞ Dolları olmuşdur. 34. Cavabdeh hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə sərf edilən vaxt barədə və hüquqi xidmət qiymətinin hesablanması barədə təfərrüatlı məlumatı sifarişçiyə göndərmişdir. 35. Məlumat üçün onu da qeyd edirik ki, 2024-cü ilin aprel və ondan sonrakı aylar ərzində də sifariş edilən bu hüquqi xidmət üzrə cavabdeh tərəfindən hüquqi xidmətlər göstərilmişdir, lakin sifarişçi heç bir hüquqi əsas olmadan onları ödəməmişdir. Ödənilməyən hüquqi xidmət haqqı məbləğlərinin sifarişçidən tutulması üçün cavabdeh məhkəmə qaydasında iddia qaldıracaq. Beləliklə, cavabdehə sifariş edilən hüquqi xidmətlər üzrə sifarişçi ilə razılaşdırılmış saat hesabı tariflər əsasında hesablanmış hüquqi xidmət haqqı (dekabr 2023 – mart 2024 müddəti üçün) məbləğinin cəmi – 33.270 ABŞ Dolları olmuşdur. Hüquqi xidmət haqlarının ödənilməsi: 36. Cavabdeh 07 dekabr 2023-cü il tarixdə X6-ə elektron məktub yazaraq, hüquqi xidmət haqlarına görə invoysun hara və kimin adına verilməli olmasını sifarişçidən soruşmuşdur. 37. 06 yanvar 2024-cü il tarixdə X6 cavabdehə elektron məktub göndərərək hüquqi xidmətə görə hesabın "xxxx" adlı hüquqi şəxsə, yəni hazırkı iddiaçıya göndərilməsini xahiş etmiş və bildirmişdir ki, hesabın ödənilməsini təmin edəcəkdir. 38. X6-in göstərişinə uyğun olaraq cavabdeh sifariş edilmiş hüquqi xidmət haqlarının ödənilməsi üçün hesabları hazırkı iddiaçıya göndərmişdir. 6 39. Qeyd edilməlidir ki, X6 iddiaçının təsisçilərindən biridir. İddiaçının direktoru Jan-Bernd Kappelhoff X6in adıçəkilən elektron məktubuna əlavə olunmuşdur (yəni, məktub göndərilən şəxslərin siyahısındadır). Həmçinin, iddiaçının direktoru Jan-Bernd Kappelhoff sifarişçinin cavabdeh ilə digər yazışmalarına da əlavə olunmuşdur. 40. Cavabdeh tərəfindən ona sifariş edilmiş hüquqi xidmətlərə görə təqdim etdiyi aşağıdakı hesablara sifarişçi tərəfindən hər hansı bir irad bildirilməmiş və üçüncü şəxs olan iddiaçı tərəfindən ödənilmişdir: • 7 yanvar 2024-cü il tarixli ******* nömrəli hesab – məbləğ: 2425 ABŞ Dolları • 31 yanvar 2024-cü il tarixli ******* nömrəli hesab – məbləğ: 6220 ABŞ Dolları • 19 mart 2024-cü il tarixli ******* nömrəli hesab – məbləğ: 9703 ABŞ Dolları • 24 aprel 2024-cü il tarixli ******* nömrəli hesab – məbləğ: 14922. Toplam Məbləğ: 33.270 ABŞ Dolları 41. Vurğulamaq istəyirik ki, üçüncü şəxs olan iddiaçı tərəfindən cavabdehə ödənilmiş olan məbləğ iddia ərizəsində göstərilən 30842 avro deyil, 33.270 ABŞ Dolları olmuşdur. 42. Beləliklə, yuxarıda qeyd edilənlərdən görünür ki, cavabdeh öz hüquqi xidmətlər haqlarının saatlıq tarifləri barədə məlumatı və digər müqavilə şərtləri barədə sifarişçiyə qabaqcadan məlumat vermiş, həmin məlumatı alandan sonra sifarişçi cavabdehə hüquqi xidmət sifarişi verməklə bu müqavilə şərtlərini qəbul etmiş, cavabdeh faktiki olaraq ona sifariş edilən hüquqi xidmətləri göstərmiş, göstərdiyi hüquqi xidmətlərə görə xidmət haqqını razılaşdırılmış saatlıq tariflər əsasında hesablamış, xidmət haqqının hesablanması barədə sifarişçiyə təfərrüatlı məlumatı təqdim etmiş, sifarişçi xidmət haqqının məbləğinə və göstərilən xidmətlərə heç bir irad bildirməmiş, sifarişçinin göstərişi əsasında çıxış edən üçüncü şəxs olan iddiaçı həmin hüquqi xidmət haqlarını cavabdehə ödəmişdir. 43. O da qeyd edilməlidir ki, hüquqi xidmətləri haqları dövlət tərəfindən tənizmlənmir və bazar iştirakçıları arasında sərbəst şəkildə müəyyən edilir və razılaşdırılır. Cavabdehin sifarişçiyə təqdim etdiyi hesablarda göstərilən saat hesabı tariflər onun tərəfindən bütün müştərilərilərinə təqdim edilən saatı hesabı tariflər ilə eynidir. Həmçinin də bu tariflər eyni kateqoriyalı hüquqi şirkətlərinin saat hesabı tariflərinə oxşardır. 44. Yuxarıda qeyd edilənlərdən bəlli olur ki, iddiaçının cavabdehə qarşı tələbləri qanunsuz və əsassızdır. İddiaçı tərəf məhkəməyə xx.xx.2025-ci il tarixdə mülahizə təqdim edərək qeyd etmişdir ki, cavabdeh etiraz ərizəsində "xxxx" MMC-nin təsisçiləri Frieda Tauber və X9 İddiaçı-yə müraciət edərək onlara hüquqi xidmət göstərilməsini xahiş etdiklərini və cavabdehin göstərdiyi xidmətlər əvəzində iddiaçı tərəfindən ümumilikdə 33270 (otuz üç min iki yüz yetmiş) ABŞ Dolları ödənildiyini qeyd etmişdir. Cavabdeh “MGB LO Ofis (Azərbaycan)” QSC tərəfindən hazırki iş üzrə e-mehkeme kabinetinə əlavə edilmiş sənədlərə nəzər yetirdikdə görünür ki, cavabdeh iddiaçıya hüquqi xidmət göstərdiyini sübuta yetirməyə çalışmışdır. Lakin təqdim edilmiş sənədlərdən aydın olaraq görünür ki, cavabdeh tərəfindən “hüquqi xidmət” adı altında görülən işlər yalnız formal mail yazışmalarından, sənəd tərcümələrindən və absurd hesabtlardan ibarət olmuşdur. Hüquqi xidmət anlayışı özündə hüquqi sənədlərin hazırlanması, məhkəmə və ya digər orqanlar qarşısında təmsilçiliyin, hüquqi məsləhətlərin verilməsinin və hüquqi xidmət üçün müraciət etmiş şəxsin hüquqlarını və qanuni mənafelərinin müdafiəsinin həyata keçirilməsini ehtiva edir. Hüquqi xidmət hüquqi cəhətdən pis vəziyyətdə olan şəxsin və hüquqi savadı olmayan şəxsin vəziyyətindən istifadə edərək vicdansızcasına varlanmaq istəyini özündə ehtiva etmir. Hazırki iş üzrə düzgün, tam obyektiv və ədalətli qətnamə qəbul edilməsi üçün aşağıda qeyd olunan məsələlər nəzər yetirmək lazımdır. Belə ki, cavabdeh “MGB LO Ofis (Azərbaycan)” QSC məhkəməyə sübut qismində təqdim edilmiş sənədlərin əksər hissəsi Frieda Tauber və “MGB LO Ofis (Azərbaycan)” QSC arasında aparılmış mail yazışmaları və etibarnamələrdən ibarətdir. Bundan əlavə cavabdeh tərəfindən xidmət cədvəli təqdim edilərək, icra edilmiş işlərin siyahısı, həmin işlərin icrasına sərf edilmiş müddət və ödənişlərin məbləği göstərilmişdir. 1. Xidmətin qiyməti saat hesabı əsası ilə hesablanması. Belə ki, cavabdeh iddiaçıdan aldığı pul vəsaitlərini işin görülməsinə görə şirkətin hər bir hüquqşünasının tarifinə uyğun sərf edilmiş vaxta görə müəyyən etdiyini vurğulamışdır. Lakin cavabdehin göstərdiyi xidmətlərə görə sərf etdiyi real vaxtın, həqiqətən də cavabdehin iddiaçıya təqdim etdiyi cədvəldə göstərilən vaxtla uyğunluq təşkil edibetməməsinin müəyyən edilməsi qeyri-mümkündür. Belə bir ödəniş üsulunun müəyyən edilməsi, cavabdehin birbaşa olaraq bundan sui-istifadə etməsi və sərf etdiyi vaxtı bilərəkdən çox göstərməsinə şərait yaratmış və cavabdeh bu səlahiyyətindən sui-istifadə etmişdir. Cədvələ baxdıqda görünür ki, cavabdeh Frieda Tauberə yazdığı mail məktublarına görə ayrı-ayrılıqda 40 dəqiqə, 230 dəqiqə, 20 dəqiqə, 40 dəqiqə və sair; daxili müzakirələrə 20, 40, 20, 70, 80, 150, 90, 330, 150, 70, 20 və sair dəqiqələr sərf etmiş və digər xidmətlərə həmçinin eyni formada vaxt sərf etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, cavabdeh mail yazışmaları hansı ki, heç 1 səhifə tutmur saatlarla vaxt sərf edib biraz çay içib, biraz telefona baxıb və maili müəyyən qədər vaxt keçdikdən sonra cavabdehə göndərib. Daxili müzakirə məsələlərinə gəldikdə isə şirkətin əməkdaşları hər hansı məsələni müzakirə etmək üçün yığışıb bunada saatlarla vaxt sərf edib, çay içib görüşlərini bitirmişlər. Nəticədə bunları hüquqi xidmət adı ilə Frieda Tauberə göndərmiş və iddiaçı onların hüquqlarında sui-istifadə etmə nəticəsində onlara yüksək məbləğdə pul vəsaitləri ödəmişdir. Ümumiyyətlə cavabdeh sərf edilən dəqiqələri necə hesablaması naməlumdur. 2. Daxili müzakirəyə görə dəfələrlə ödənişin alınması. Cədvəllərə nəzər yetirdikdə bütün görülmüş işlər üzrə cavabdehə 44 dəfə “daxili müzakirə” adı altında ümumilikdə 11280 (on bir min iki yüz səksən) ABŞ Dolları pul vəsaiti ödənildiyi görünür. İlkin olaraq qeyd edim ki, daxili müzakirə cavabdehin öz əməkdaşları arasında apardığı daxili iş prosesidir və buna görə maliyyə yükü iddiaçının üzərinə qoyula bilməz. İkinci olaraq isə, əgər Hüquq Şirkəti özünü qabaqcıl hüquq şirkətlərindən biri kimi adlandırırsa, ehtimal etmək olar ki, həmin hüquq şirkətində işləyən hər bir hüquqşünas yüksək hüquqi biliyə və təcrübəyə malikdir. Qabaqcıl hüquq şirkətinin qarşısına qoyulmuş məsələlərin həlli üçün eyni məsələlər üzrə 44 dəfə daxili müzakirə aparması reallığa uyğun ola bilməz. Burada məqsəd aydın olaraq görünür ki, iddiaçıdan əsassız olaraq yüksək məbləğdə pul vəsaiti əldə edilməsi olmuşdur. Əgər həqiqətən də cavabdeh 44 dəfə daxili müzakirə aparmışdırsa artıq yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən söz gedə bilməz. Üçüncü olaraq, ümumiyyətlə daxili müzakirələrin reallıqda aparılıb-aparılmaması, həmin müzakirələrin həqiqətən də cədvəldə göstərilən məsələlərlə bağlı olub-olmadığı məlum deyildir. 3. Cinayət işi üzrə şikayətin hazırlanması və həmin şikayətin tərcüməsi xidməti. Belə ki, 2023-cü il üzrə təqdim edilmiş cədvələ nəzər yetirdikdə görünür ki, cavabdeh 11 dekabr 2023-cü cinayət işinin başlanılması üçün şikayət ərizəsinin hazırlanmasını ayrıca 2 dəfə qeyd etmiş və ümumilikdə 525 (beş yüz iyirmi beş) ABŞ Dolları tələb etmişdir. 12 dekabr 2023-cü il tarixdə şikayətin hazırlnamasına 825 (səkkiz yüz iyirmi beş) ABŞ Dolları tələb etmiş və həmin tarixdə artıq hazırlanmış şikayətə görə 325 (üç yüz iyirmi beş) ABŞ Dolları tələb etmişdir. Yenidən 12 dekabr 2023-cü ildə hazırlanmış cinayət şikayətinə görə 1300 (min üç yüz) ABŞ Dolları tələb etmişdir və buna sərf etdiyi vaxt kimi 520 dəqiqə göstərmişdir. Əsas məqam ondan ibarətdir ki, cavabdeh eyni tarixdə iki dəfə hazırlanmış cinayət şikayətinə görə pul tələb etmişdir. Cinayət şikayəti hazır olduqdan sonra 19 dekabr 2023-cü il tarixdə cinayət işinin hazırlanması ilə bağlı daxili müzakirəyə 75 (yetmiş beş) ABŞ Dolları tələb etmişdir, yuxarıda qeyd etdiyim kimi yagin ki cavabdeh yenidən görüş keçirdib çay içmək üçün pul vəsaiti tələb etmişdir. Həmçinin cavabdeh 23 və 24 yanvar 2024-cü il tarixlərdə 2 dəfə cinayət işi üzrə şikayətin tərcüməsinə görə ümumilikdə 1050 (min əlli) ABŞ Dolları tələb etmişdir. Sonra 5 fevral 2024-cü il tarixdə yenidən şikayətin tərcüməsinə görə 600 (altı yüz) ABŞ Dolları tələb etmişdir. 8 fevral 2024-cü il tarixdə hazırlanmış şikayətin hazırlanması ilə bağlı daxili müzakirəyə görə 50 (əlli) ABŞ Dolları tələb etmişdir. 9 fevral 2024-cü il tarixdə yenidən şikayətin hazırlanmasında görə 175 (yüz yetmiş beş) ABŞ Dolları tələb etmişdir. 9 fevral 2024-cü il tarixdə guya ki, iddiaçının verdiyi yeniləmələr əsasında şikayət ərizəsində dəyişikliklər edilmiş və yenidən şikayət layihəsi hazırlanmışdır, buna görə də cavabdeh 1025 (min iyirmi beş) ABŞ Dolları tələb etmişdir. 12 fevral 2024-cü il tarixdə şikayət layihəsinin hazırlanmasına görə yenidən 525 (beş yüz iyirmi beş) ABŞ Dolları tələb etmişdir. 27 və 29 fevral 2024-cü il tarixlərdə yenidən cinayət şikayətinin tərcüməsinə görə ümumilikdə 425 (dörd yüz iyirmi beş) ABŞ Dolları tələb edilmişdir. Göründüyü kimi cavabdeh dəfələrlə şikayətin hazırlanmasına görə pul vəsaiti tələb etmiş və hüquqi xidmətə aidiyyatı olmayan “tərcümə xidmətinə” görə də pul vəsaiti almışdır. Tərcüməyə sərf edilən vaxtı isə 13 saat 50 dəqiqə göstərmişdir. Bir şikayət ərizəsi üzərində günlərlə vaxt sərf etmiş və həmin şikayətin tərcüməsinə bu qədər vaxt sərf etmişdir. Bütün bu hallar cavabdehin həqiqətən iddiaçının vəziyyətindən sui-istifadə edərək vicdansızcasına varlanmaq niyyətini təsdiq edir. 4. Faktiki iddiaçının hüquqlarının və qanuni mənafelərinin bərpa olunmasında hər hansı hərəkət edilməmişdir. Belə ki, cavabdeh “MGB LO Ofis (Azərbaycan)” QSC tərəfindən təqdim edilən cədvəllərə baxdıqda görünür ki, Frieda Tauber və X8 hüquqlarının bərpa edilməsi istiqamətində lazımi hüquqi tədbirlər görülməmişdir. Cavabdehin Agıl Karımzadanin cinayət məsuliyyətinə cəlb edilməsi barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı şikayətin 12- ci bəndində görünür ki, Agıl Karımzadanın “Tauber Şirkətlər” qrupuna daxil olan “X3 GMBH Şirkətinin” Azəraycan Respublikasındakı Filialına məxsus olan 2 nəqliyyat vasitəsini qanunsuz olaraq özgəninkiləşdirmişdir. Lakin cavabdeh yalnız bu şikayət ərizəsini verməklə kifayətlənmiş və mülki qaydada Agıl Karımzadanın bağladığı müqavilələrin etibarsızlığını mübahisələndirməmişdir, bununla bağlı Frieda Tauberə hər hansı təklif irəli sürməmişdir. Həmçinin cavabdeh şikayətdə "xxxx" MMC-nin paylarının qanunsuz olaraq digər şəxslərə satılması ilə bağlı məsələyə toxunmuşdur. Lakin bununla bağlı yenidən şirkətin geri qaytarılması yolunda tədbir görməmiş, mülki qaydada bu məsələni mübahisələndirməmiş, ümumiyyətlə bununla bağlı təklif irəli sürməmişdir. 5. Hazırda cavabdeh tərəfindən təqdim edilmiş bütün sübutların cavabdehin işçisi tərəfindən tərcümə edilməsi. Cavabdeh tərəfindən hazırki iş üzrə təqdim edilmiş bütün sübutlar Azərbaycan dilinə cavabdehin işçisi olan Rəna Şahmaliyeva tərəfindən tərcümə edilmişdir. Məhz cavabdehlə Frieda Tauber arasında aparılan mail yazışmalarında, cavabdehin tərəfindən Şahmaliyeva Rənanın yazdığı görünür. Bu isə öz növbəsində həmin sübutların mötəbərliyini şübhə altına salır. Belə olduğu halda iş üzrə faktiki halların müəyyən edilməsi cavabdeh tərəfindən təqdim edilmiş sübutlar əsasında həyata keçirilə bilməz, həmin sübutların düzgün tərcümə edilib-edilməməsi, tərcümənin qəsdən öz xeyrlərinə edib-etməmələri məlum deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. “Vəkillik və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bütün bu faktlar bir daha onu təsdiq edir ki, cavabdeh “MGB LO Ofis (Azərbaycan)” QSC əsassız varlanmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsi və mülahizənin məzmununa uyğun izahatlar verərək qeyd etmişdir ki, cavabdeh tərəfindən hüquqdan sui istifadə edərək əsassız varlanma halı yaşanmışdır. Belə ki, təqdim edilmiş cədvəllərə nəzər yetirildikdə, ümumilikdə cavabdeh tərəfindən 44 dəfə daxili müzakirə adı altında 11280 ABŞ Dolları ödənilmişdir. Daxili müzakirəyə həm cavabdehin “direktora qarşı cinayət işinin başlanması ilə əlaqədar”, həm də filialın ləğvi və direktorun dəyişdirilməsi ilə bağlı hüquqi xidmətlərə görə ödənilmiş pul vəsaiti nəzərdə tutulur. Halbuki, eyni xidmətə və cavabdehin şirkətinin daxili müzakirəsinə görə dəfələrlə həmin məbləğdə pul vəsaitinin ödənilməsi əsassızdır. Tərəf həqiqətən müəyyən xidmətlər göstərmişdir. Sadəcə süni saatlar artıraraq onlardan artıq ödənişlər almışlar. Cavabdehin etiraz ərizəsində qeyd edilən “X3 GMBH” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktorunun dəyişilməsi ilə, məhkəmə işi barəsində hüquqi yardım göstərilməsinə, "xxxx" MMC-nin direktoru Agıl Karımzadaya qarşı cinayət işinin başlanması üçün ödənilən məbləğləri iddia tələbi üzrə məbləğdən çıxmışlar. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında bildirmişdir ki, sonradan məhkəmə prosesi gedişatı zamanı, qarşılıqlı olaraq onların təqdim etdiyi sənədlər, eləcə də araşdırma zamanı müəyyən olundu ki, ödənilmiş pul vəsaitlərinin heç də hamısına bütöv şəkildə əsassız varlanma kimi, hüquqdan sui-istifadə edib saatları süni şəkildə şişirtməklə əldə etmiş kimi göstərmək düzgün deyildir. Çünki işin gedişatına baxıldıqda tərəfin hüquqi xidmət göstərdiyi zaman müəyyən işlər görmüş, lakin həmin məbləğin 1/3 hissəsində onlar düşünürlər ki, həmin hissədə əsassız varlanma halı mövcuddur. Daxili müzakirələr adı altında aparılmış xidmətlər, tərcümə xidmətləri adı altında və digər saatları şişirtməklə eyni şeyləri təkrar-təkrar qeyd edib, lakin əsaslandırmasını göstərməməklə xeyli miqdarda vəsait ələ keçirtmişdir. Məsələn: vəkil sorğusunun poçtla verilməsi üçün müzakirə edilməsi 170 ABŞ Dolları. Burada sorğu hazır olduğu təqdirdə saatlarla müzakirə aparılmasına hansı zərurətin olduğu absurd məsələdir. Tərcümə xidmətləri ilə bağlı bildirmək istəyirəm ki, qarşı tərəf hüquq şirkətidir və hüquqi xidmət göstərir. Tərəflər arasında yazılı müqavilə olmasa da, şifahi razılığa görə hüquqi xidmətlərin verilməsi ilə məşğuldur. Hüquqi xidmət göstərən bir qurumun tərcümə xidməti göstərməsi üçün əlbəttə ki, daha çox vaxta, daha çox zamana, daha çox vəsait əldə etməsinə ehtiyac yaranacaqdır. Hər hansı peşəkar bir tərcümə xidmətinə, bu sahədə ixtisaslaşmış bir tərcüməçiyə həvalə olunsaydı 2 səhifəlik şikayət ərizəsinə 600 ABŞ Dolları qeyd edilməzdi. Sanki bu da hər şeyi “özüm edərəm” deyib daha çox pul qazanmaq, daha çox pul vəsaiti özündə ehtiva edir. Sənədlərin nəzərdən keçirilməsi qeyd edildikdə konkret olaraq hansı sənədlərin nəzərdən keçirilməsi də mücərrəddir. Cinayət işi ilə bağlı sadəcə 1 ədəd ərizə yazılıb. Sənədlərlə bağlı sorğu yazılıb, bununla da bağlı sorğuya cavab verilməyib. Almaniyadan sənədlər göndərilib. Müqavilə bağlayıb, ödəniş edilib və nəticəsi gözlənilib. Biz də bu səbəbdən nəticəni gözləyirdik. Sonuncu məhkəmə iclasında isə yekun olaraq bildirmişdir ki, ağlabatan məbləğdə hüquqi xidmətlərə görə pul məbləği bizdən tutulmamışdır. Ötən məhkəmə prosesində qarşı tərəfin nümayəndəsi bildirdi ki qanunla qadağan olunmayan fəaliyyətlə məşğul ola bilərlər. Lakin şirkətin vergi VÖEN-ündə tərcümə xidməti ilə məşğul olması kimi fəaliyyət növü yoxdur. Bu formada hüquqi şəxsin peşəkar tərcümə fəaliyyəti adı altında xidmət göstərməsi daha çox saat hesabatının aparılmasına və əlavə ödəniş alınmasına səbəb olur. Bu hal əsassız varlanmaya gətirib çıxardan bir haldır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, 30842 dollar ödəniş edilmiş, müəyyən işlər cavabdeh tərəfindən görülmüşdür. X5 cinayət əməllərinə görə cavab verməsində iddiaçı tərəf maraqlı idi. A.Kərimzadə təsisçilərin etibarnaməsi ilə şirkətin 75%-ni qardaşının hesabına keçirilmişdir. Onlar hazırda əmlakları geri qaytarmaqla məşğuldular. Cavabdehin Aqil Kərimzadənin cinayət məsuliyyətinə cəlb edilməsi barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı şikayətin 12-ci bəndində görünür ki, Aqil Kərimzadənin “Tauber Şirkətlər” qrupuna daxil olan “X3 GMBH Şirkətinin” Azəraycan Respublikasındakı Filialına məxsus olan 2 nəqliyyat vasitəsini qanunsuz olaraq özgəninkiləşdirmişdir. Lakin cavabdeh yalnız bu şikayət ərizəsini verməklə kifayətlənmiş və mülki qaydada Aqil Kərimzadənin bağladığı müqavilələrin etibarsızlığını mübahisələndirməmişdir, bununla bağlı Frieda Tauberə hər hansı təklif irəli sürməmişdir. Həmçinin cavabdeh şikayətdə "xxxx" MMC-nin paylarının qanunsuz olaraq digər şəxslərə satılması ilə bağlı məsələyə toxunmuşdur. Lakin bununla bağlı yenidən şirkətin geri qaytarılması yolunda tədbir görməmiş, mülki qaydada bu məsələni mübahisələndirməmiş, ümumiyyətlə bununla bağlı təklif irəli sürməmişdir. Cinayət işi üzrə qeyd olunan yüksək məbləğ ödənildiyi təqdirdə ortada həmin məbləğin qarşılığı olan nəticə yoxdur. Tərəf olaraq hissə-hissə ödəniş etdikləri üçün məbləğ tam olaraq gözə görünməmişdir. Ona görə də onlar tərəfdən etiraz olmamışdır. Hissə-hissə ödəniş etməsinin bir sıra səbəbləri vardır. Belə ki, həmin dövrdə Aqil Kərimzadənin qanundan kənar əməlləri olan dövrdə "xxxx" QSC buna görə edirdilər ki, nəticə olsun, lakin onlara risklərlə bağlı xəbərdarlıq edilmədi, iddia müddəti də ötürüldü. Nəticə mənfi olduğu üçün tərəf artıq qiymətlələ bağlı narazılığını bildirmişdir. Təcrübədə o qədər müqavilə bağlayıb ödəniş etdikdən sonra yanılan kifayət qədər münasibətlər mövcuddur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək qeyd etmişdir ki, cinayət işinə dair sənədlər tərəfimizdən toplanılmış və hazırlanmışdır. Tərəflərindən iddiaçı tərəfə müxtəlif təkliflər verilmiş və yekun nəticə cinayət işinin başlanmasına dair olmuşdur. X6 və onun qardaşı Otto Tauber həm iddiaçının təsisçisidir, həm də Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş "xxxx" MMC-nin təsisçiləri olmuşdur. Hər hansı bir hüquqi xidməti sifariş etməmişdən öncə, 21 avqust 2023-cü il tarixdə X6 cavabdehin əməkdaşı Əsgərov İsmayıla elektron məktub göndərərək cavabdehin hüquqi xidmətinin saatlıq tarifləri barədə məlumatın və hüquqi xidmət müqaviləsinin mətninin ona göndərilməsini xahiş etmişdir. 21 avqust 2023-cü il tarixdə cavabdehin əməkdaşı Əsgərov İsmayıl X6-ə elektron məktub yazaraq cavabdehin öz müştəriləri ilə istifadə etdiyi standard hüquqi xidmət müqaviləsinin mətini göndərmişdir. Standart hüquqi xidmət müqaviləsinin 5-ci maddəsində cavabdehin saatlıq tarifləri göstərilmişdir. Belə ki, hüquqi xidmət müqaviləsinin 5-ci maddəsinə qeyd edilmişdir ki, Partnyorun saatlıq tarifi qeyd edilmişdir. Bundan əlavə, hüquqi xidmət müqaviləsinin 9-cu maddəsində qeyd edilmişdir ki, xidmətin gösərilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər xidmət haqqına əlavə edilərək ödənilir. Beləliklə, cavabdeh öz hüquqi xidmətlərinin saatlıq tarifi barədə qabaqcadan X6ə məlumat vermişdir. Cavabdehin hüquqi xidmətlərinin saatlıq tarifi barədə məlumatı aldıqdan sonra X6 cavabdehdən müxtəlif növ hüquqi xidmətlər sifariş etməyə başlamışdır. Əsas etibarilə aşağıdakı 4 müxtəlif hüquqi xidmət sifariş etmişdir. 02 oktyabr 2023-cü il tarixdə X6 cavabdehə elektron məktub ilə müraciət edərək, təsisçisi olduğu "xxxx" MMC-nin direktoru Aqil Kərimzadənin direktor vəzifəsindən çıxarılması və X6-in həmin MMC-nin direktoru kimi qeydiyyata alınması məsələsində hüquqi xidmət göstərilməsini sifariş etmişdir. Cavabdeh bu hüquqi xidmət sifarişi ilə bağlı X6-ə yazılı məsləhət vermiş, tələb edilən bütün sənədlərin layihələrini hazırlamış və imzalanması üçün X6-ə göndərmişdir. X6 də cavabdehin hazırladığı sənədləri imzalayıb cavabdehə göndərmiş və xidmətin yerinə yetirilməsi üçün cavabdehin əməkdaşlarına müvafiq etibarnamə vermişdir. Bu halı təsdiqləyən sənədlər hazırda İngilis dilindən Azərbaycan dilinə tərcümə olunur və məhkəməyə təqdim ediləcəkdir. Bu hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə cavabdeh toplam 12.7 saat vaxt sərf etmiş və hüquqi xidmətin qiyməti 1900 ABŞ Dolları olmuşdur. İkinci iş, məhkəmə işi barədə məsləhətin verilməsi hüquqi xidmətinin sifarişi olmuşdur. 26 oktyabr 2023-cü il tarixdə X6 cavabdehə elektron məktub göndərərək cavabdehdən mövcud məhkəmə işi üzrə məsləhət xidməti sifariş etmişdir. Bu hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə cavabdeh toplam 1.7 saat vaxt sərf etmiş və hüquqi xidmətin qiyməti 525 ABŞ Dolları olmuşdur. 06 dekabr 2023-cü il tarixdə sifarişçinin Almaniyadakı vəkili onların adından cavabdehə müraciət edərək, cinayət işinin başlanılması ilə əlaqədar hüquqi xidmət sifarişi etmişdir. Əlavə olaraq, 06 yanvar 2024-cü il tarixdə X6 cavabdehə elektron məktub göndərərək vəkilinin yuxarıda qeyd edilən mövqeyini təsdiqləmiş və "xxxx" MMC-nin X2rşı cinayət işinin başladılması üçün lazım olan müvafiq etibarnamələri cavabdehə göndərəcəyini bildirmişdir. Bu hüquqi xidmətin qiyməti 26699.50 ABŞ Dolları olmuşdur. Digər izahatlarında xidmət göstərilməmişdən əvvəl müqavilənin layihəsinin tərtib edildiyini, qarşı tərəfin bu layihəni onlardan tələb etdiyini, hər iki tərəfin imzaladığı müqavilənin olmadığını, tərəflər arasında razılığa dair yazışmaların olduğunu, hesabatların aylıq olaraq qarşı tərəfə göndərildiyini, tərəfin heç bir zaman buna etirazının olmadığını, qarşı tərəfin təqdim etdiyimiz hesabatlarla tanış olub pretenziyasını və ya hər hansı iradını qeyd edə biləcəyini, ilk gündən iddiaçı tərəf bütün xidmətləri mübahisələndirdiyi üçün göstərilən bütün hüquqi xidmətlərlə bağlı sübutların məhkəməyə təqdim edildiyini, qarşı tərəfin daxili müzakirələrin dəyərini gördüyü halda buna irad bildirmədiyini, qarşı tərəfin irad bildirməməyinin ağlabatan olduğunu qeyd edərək izah etmişdir ki, qarşı tərəf alman şirkətidir və xarici şirkətlərlə daimi olaraq əməkdaşlıq edirlər. Əslində praktikaya əsasən hüquq şirkəti ilə müqavilə bağlanan zaman tərəf ilk öncə başa düşür ki, fərd ilə deyil, şirkətlə müqavilə bağlamışdır. Onlar burada subpodrat etməmişlər. Onların hüquqşünas komandaları var, həmin komandada biri cinayət hüquq sahəsində peşəkardır, digəri mülki sahədə və s., onlar komanda olaraq hərəkət etmişlər. Heç bir formada, e-mail vasitəsi ilə də iradlarını bildirməmişlər. Onlar ümumiyyətlə hər hansı xidməti göstərməmişdən qabaq sifarişçiyə birmənalı şəkildə bildirmişlər ki, onların xidmət haqları saata uyğun hesablanır. Bunu onlar yazılı formada qarşı tərəfə bildirmişlər. Bu məlumatı aldıqdan sonra sifarişçi onlara müraciət edərək sifarişlər verməyə başlamışdır. Bu onu göstərir ki, qarşı tərəf bununla tanış olub və şərtlərinə etirazı olmamışdır. Hər yerinə yetirilən sifariş üzrə də hər ayın sonunda o, açıq-aşkar şəkildə sifarişçiyə hansı işlərin görüldüyü barədə təfərrüatlı hesabat göndərmişdir. Qarşı tərəf hesabatla tanış olduqdan sonra hesab-faktura əsasında ödəniş etmişdir. Əgər qarşı tərəfin hər hansı iradı var idisə, o zaman, bu məsələni zamanında qaldıra bilərdi. Yerinə yetirilən xidmət üzrə qiyməti müştəriyə bəyan etmişlər və o, da razılaşaraq ödənişini etmişdir. Onlara təxminən 5 dəfə ödəniş edilmişdir. Adətən 1-2 ay ərzində tərəf hesabatla tanış olub, daha sonra ödəniş etmişdir. Qarşı tərəf hazırda bu halı mübahisələndirməklə hüquqlarından sui-istifadə edirlər. Tərəflər arasında yazılı müqavilə olmasa da sənədlər mübadiləsi olmuşdur. Tərəf öz hərəkətləri ilə xidmətləri aksept eləmiş və bir növ faktiki müqavilə münasibətləri yaranmışdır. Qarşı tərəf başa düşür ki, bu münasibətləri fiziki şəxslə deyil, hüquqi şəxslə yaradır. Burada göstərilən məbləğlər sırf daxili müzakirələrə sərf edilən məbləğ deyildir. Həmçinin onlara sənədlər xarici dildə təqdim edilmişdir. Bu səbəbdən də onlar tərcümə edərək sənədləri təqdim etmişlər. Qanunla qadağan olunmayan fəaliyyətlə məşğul ola bilərlər. Təbii ki, dövlət orqanlarına müvafiq sənədləri azərbyacan dilində tərcumə edib təqdim etməli idilər. Bu halı onlar gizlədərək tərəfdən ödəniş almamışlar, məhz bu halları da hesabatda vurğulamışlar. İddiaçı tərəflər arasında olan razılaşdıırlmış qiyməti birtərəfli qaydada dəyişdirmək istəyir. Sifariş olunub və onlar sifarişi yerinə yetirmişlər. Qiymətin hesablanması barədə ətrafl izahat da tərəfə göndərilmişdir. Hesabat göndərildikdən sonra 1-2 ay müddət ərzində tərəfin bununla tanış olma imkanı olmuşdur. Təqdim edilmiş sübutlardan da görünür ki, qarşı tərəf ödənişlərini hesabat göndərildiyi andan deyil, 1-2 ay sonra etmişdir. Razılaşdırılmış qiyməti birtərəfli qaydada dəyişdirmək istəyir, bəlkə də onlar qarşı tərəfin hazırda istədiyi məbləğdə xidmət göstərməyəcəkdilər. Burada əsassız varlanmadan söz gedə bilməz. Odur ki, iddia tələbi əsassızdır və idianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi qeyd etmişdir ki, müştəriyə cinayət işinin qaldırılması zamanı mülki qaydada başqa iddianın qaldırılmasına dair tərəfə məlumat verilmişdir. Sübutları onlar qarşı tərəfdən tələb etdikdə onlara sübutları ingilis dilində verirdilər. Bu sənədlər tərcümə edilirdi, əlavə olaraq isə qarşı tərəfin vəkilləri ilə danışıqlar zamanı sənədlər tərcümə edilirdi. Direktora qarşı cinayət işinin başlanılması ilə ələqədar hüquqi xidmətin sifarişi zamanı bu hüquqi xidmət sifarişinin yerinə yetirilməsinə cavabdeh təkcə 2023-cü ilin dekabr ayında 23,1 saat, 2024-cü ilin yanvar ayında və 2024-cü ilin fevral aylarında 33,6 saat, mart ayında 47,2 saat vaxt sərf etmişdir. İddiaçının nümayəndə/vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, filialın ləğvi və direktorun dəyişilməsi ilə bağlı hüquqi məsləhətin verilməsinin qiyməti 4145.50 ABŞ Dolları olmuşdur. Nəticə olaraq, onlar direktorun dəyişdirilməsinə nail olmuşlar, şikayət hazırlanmış və təqdim edilmişdir. Qarşı tərəfin onlardan tələb etdiyi bütün sənədlər hazırlanmış, tərcümə edilmiş və tərəfə təqdim edilmişdir. Mülki qaydada tərəfə iddia qaldırmaq üçün məlumat verilmişdir. Ödənişlərlə bağlı heç bir zaman tərəflər arasında mübahisə və ya xidmətlə bağlı irad olmamışdır. onlar bu xidmətlərdən sonra da tərəfə müəyyən xidmətlər göstərilmişlər, əlavə sifarişlər olmuşdur. Taubers adlı şəxs gəlib onlara bildirdi ki, onların işlərindən narazıdılar, nəticə olmadığını bildirmişdir. Onlar da sonuncuya bildirmişlər ki, onların tərəfi tutmaq kimi vəzifələri, səlahiyyətləri yoxdur. Sifarişləri onlar Frida Tabuberlə danışmışlar. May ayından sonra iyun, iyul aylarında əlavə xidmətlər olmuş, lakin iddiaçı tərəf bununla bağlı ödəniş etməmişdir. Hazırkı mübahisənin predmeti olmadığından bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ən son 2024-cü ilin sentyabr ayına kimi münasibətlər davam etmişdir. Almaniyada bir hüquq şirkəti tapıb onun vasitəsi ilə pretenziya məktubu da göndərərək ödənişlərini tələb etmişlər.
Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh tərəfindən elektron poçtla iddiaçıya göndərilmiş, “Xidmət müqaviləsi”nin 1-ci bəndinə əsasən xidmətlər müştərinin yazılı göstərişlərinə əsasən göstəriləcək və Azərbaycan Respublikasının qanunvericiliyinə dair hüquqi məsələlərlə bağlı hüquqi məsləhətin verilməsini əhatə edəcəkdir. 5-ci bəndə əsasən əgər tərəflər yazılı şəkildə başqa cür razılaşmayıbsa, MGB aşağıdakı saat tarifləri əsasında xidmət göstərir: Partnyorlar: 300-350 ABŞ dolları, baş hüquqşünas və məsləhətçilər: 200-250 ABŞ dolları, kiçik hüquqşünaslar: 150 ABŞ dolları (təcrübədən asılı olaraq), dəstək heyəti (hüquq köməkçiləri istisna olmaqla) 100 ABŞ dolları. Bu tariflər 1 yanvar 2024-cü ildən sonra MGB tərəfindən yenidən nəzərdən keçirilə və dəyişdirilə bilər. 7-ci bəndə əsasən MGB, 1-ci bölmədə göstərilən xidmətlər başa çatdıqda, həmin dövrdə sərf olunmuş vaxt və göstərilmiş xidmətlər əsasında müştəriyə hesab təqdim edəcəkdir. Bütün hesablar təqdim olunduqdan sonra 30 iş günü ərzində ABŞ dolları və ya avro ilə, MGB tərəfindən göstərilən bank hesabına, hər hansı komissiya və ya xərclər tutulmadan ödənilməlidir. 8-ci bəndə əsasən hesab-faktura ilə birlikdə sizin adınızdan ödənilən məbləğləri əks etdirən hesabat təqdim ediləcək. Bu hesabatda, poçt, telefon, faks xərcləri, səfər xərcləri və məhkəmə rüsumları da daxil olmaqla çəkilən bütün xərclər əks olunacaq. Belə xərclərə görə məsuliyyət daşıyırsız. 19-cu bəndə əsasən bu müqavilə və şərtləri Azərbaycan Respublikasının qanunları ilə tənzimlənəcək və şərh ediləcəkdir. 2024-cü ilin yanvar-fevral ayları üzrə xidmət hesabatına əsasən "MGB LO OFİSİS (Azərbaycan)" QSC tərəfindən (Cinayət işi üzrə şikayətin tərcüməsi, Səhmlərin dövlət reyestrindəki statusunu yoxlamaqla, "xxxx" səhmlərinin köçürülməsi ilə bağlı Almaniyadan alınmış etibarnamənin nəzərdən keçirilməsi, "X1" şirkətinin filialının qeydiyyat statusunu yoxlamaqla, Almaniyadan alınmış etibarnamənin nəzərdən keçirilməsi, Etibarnamələrin tərcüməsi ilə bağlı Əminə Məmmədova (MGB) ilə daxili müzakirə, Cinayət işi üzrə şikayətin tərcüməsi, Etibarnamələrin tərcüməsi, Tədqiqat, filialın ləğvi ilə bağlı daxili müzakirə, Aleksandrın çağırılması; "Tauber İnvestment" şirkətinin filialının qeydiyyatdan çıxarılması ilə bağlı İsmayıl ilə daxili müzakirə, Etibarnamələrin nəzərdən keçirilməsi, X1" şirkətinin filialının qanuni nümayəndəsi kimi Kərimzadə ilə bağlı Aleksandr/Telkon-a məsləhət qeydlərinin hazırlanması/müzakirəsi, Şikayətin hazırlanması ilə bağlı daxili müzakirə, Tədqiqat, filialın ləğvi ilə bağlı daxili müzakirə, Filial direktorunun dəyişdirilməsi ilə bağlı sənədlərin hazırlanması ilə bağlı Kamal Hüseynli (MGB) ilə daxili müzakirə, Filial direktorunun dəyişdirilməsi ilə bağlı sənədlərin hazırlanması ilə bağlı Kamal Hüseynli (MGB) ilə daxili müzakirə, Şikayətin hazırlanması, tədqiqat, şikayətin yenidən nəzərdən keçirilməsi ilə bağlı daxili müzakirə, Müştərinin vəkili tərəfindən təqdim edilən yeniləmələr əsasında şikayətin layihəsinin yenidən nəzərdən keçirilməsi; Kamal Hüseynli (MGB) ilə cinayət şikayətinin layihəsi və ona əlavə ediləcək sənədlər siyahısı barədə daxili müzakirə; Şikayət üçün qalan sənədlərin və məlumatların layihəsinin hazırlanması, Ərizə layihəsinin hazırlanması, tədqiqat, ərizə layihəsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı daxili müzakirə, Kamal Hüseynli (MGB) ilə Almaniya hüquq firması tərəfindən təqdim edilmiş sənədlərin müzakirəsi və cinayət şikayətinin layihəsinin hazırlanması; Almaniya hüquq firması tərəfindən təqdim edilən sənədlərin nəzərdən keçirilməsi; Cinayət şikayəti layihəsinin hazırlanması, Ərizə layihəsinin hazırlanması, tədqiqat, ərizə layihəsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı daxili müzakirə, məsləhət qeydlərinin hazırlanması, Ərizə layihəsinin hazırlanması, tədqiqat, ərizə layihəsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı daxili müzakirə, məsləhət qeydlərinin hazırlanması, Ərizə layihəsinin hazırlanması, tədqiqat, ərizə layihəsinin yenidən nəzərdən keçirilməsi, vəkil bürosuna səfər, Kamal Hüseynli (MGB) ilə cinayət şikayəti barədə daxili müzakirə; Əlavə ediləcək sənədlərin nəzərdən keçirilməsi; Müştərinin vəkilinə əlavə məlumat tələbi ilə email layihəsinin hazırlanması, Tədqiqat, ərizənin hazırlanması, müştəri ilə yazışma, Prokurora müraciət layihəsinin hazırlanması, onun tərcüməsi; Kamal Hüseynli (MGB) ilə sənədlərin əlavə edilməsi ilə bağlı daxili müzakirə, Vəkilin müraciəti ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə qurulması, Tədqiqat, ərizənin hazırlanması, yazışma, vəkil sorğularının hazırlanması/göndərilməsi, Sual və emaillərlə bağlı daxili müzakirə, Filialın ləğvi ilə bağlı sənədlərin hazırlanması üzrə daxili müzakirə, Ləğv barədə Memo-nun yenilənməsi, Sual və emaillərlə bağlı daxili müzakirə, Filialın ləğvi ilə bağlı sənədlərin hazırlanması üzrə daxili müzakirə, Ləğv barədə Memo-nun yenilənməsi, Sual və emaillərlə bağlı daxili müzakirə, Filialın yeni idarəedici Direktorunun təyin edilməsi üçün etibarnamə və qərarın hazırlanması, Cinayət işi üzrə şikayətin tərcüməsi, Səhmlərin dövlət reyestrindəki statusunu yoxlamaqla, "xxxx" səhmlərinin köçürülməsi ilə bağlı Almaniyadan alınmış etibarnamənin nəzərdən keçirilməsi) 41.50 saatlıq xidmətə görə 8685 ABŞ dolları, notariat haqları, vəkil bürosuna ödənilmiş məbləğ üzrə xərclərə görə 1018 ABŞ dolları olmaqla, cəmi 9703 ABŞ dolları xidmət göstərilmişdir. 19 mart 2024-cü il tarixli, ******* nömrəli, dəyəri ƏDV-siz 9703 ABŞ dolları olan invoys əlavə edilmiş xidmət hesabatına əsasən peşəkar hüquqi xidmət haqqına görə ödəniş edilməsi üçün "MGB LO OFİSİS (Azərbaycan)" QSC tərəfindən İddiaçı-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli "MGB LO OFİSİS (Azərbaycan)" QSC-nin hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 9703 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil edilmişdir. 2023-cü ilin oktyabr ayı üzrə xidmət hesabatına əsasən "MGB LO OFİSİS (Azərbaycan)" QSC tərəfindən direktorun dəyişilməsi ilə bağlı xidmətlərə görə (Tələb olunan sənədlər və məlumatlarla bağlı xanım Frieda Tauberə e-poçt, Direktor dəyişikliyi/nizamnaməyə əlavə ilə bağlı daxili müzakirə, Direktor dəyişikliyi üçün tələb olunan sənədlərlə bağlı müştəriyə e-poçt, Direktorun təyin edilməsi ilə bağlı etibarnamələrin, nizamnamə dəyişikliyinin və bildirişlərin hazırlanması, Direktorun təyin edilməsi ilə bağlı etibarnamələrin, nizamnamə dəyişikliyinin və bildirişlərin hazırlanması, Direktor dəyişikliyi ilə bağlı etibarnamələrin və digər sənədlərin nəzərdən keçirilməsi, Direktor dəyişikliyi/nizamnaməyə əlavə ilə bağlı daxili müzakirə, Direktor dəyişikliyi/nizamnaməyə əlavə ilə bağlı daxili müzakirə, Nizamnamə dəyişikliyinin nəzərdən keçirilməsi və sənədlərin qalan hissəsinin müştəriyə göndərilməsi, Səhmdarların etibarnamələrinin və təyin edilmiş direktorun tərcüməsi) 1900 ABŞ dolları, məhkəmə sənədlərinin öyrənilməsi ilə bağlı xidmətlərə görə (məhkəmə sənədlərinin öyrənilməsi, araşdırma, daxili müzakirə, məhkəmə sənədlərinin öyrənilməsi/məsləhətin hazırlanması - Bakı Apellyasiya Məhkəməsi ilə bağlı) 525 ABŞ dolları olmaqla, cəmi 2425 ABŞ dolları xidmət göstərilmişdir. 07 yanvar 2024-cü il tarixli, ******* nömrəli, dəyəri ƏDV-siz 2425 ABŞ dolları olan invoys əlavə edilmiş xidmət hesabatına əsasən peşəkar hüquqi xidmət haqqına görə ödəniş edilməsi üçün "MGB LO OFİSİS (Azərbaycan)" QSC tərəfindən İddiaçı-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli "MGB LO OFİSİS (Azərbaycan)" QSC-nin hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2425 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil edilmişdir. 2023-cü ilin dekabr ayı üzrə xidmət hesabatına əsasən "MGB LO OFİSİS (Azərbaycan)" QSC tərəfindən 23.10 saatlıq xidmətlərə görə (məhkəmə sənədlərinin öyrənilməsi, araşdırma, daxili müzakirə, məhkəmə sənədlərinin öyrənilməsi/məsləhətin hazırlanması - Bakı Apellyasiya Məhkəməsi ilə bağlı, sənədlərin nəzərdən keçirilməsi, işlə bağlı daxili müzakirə, tədqiqat, Kamal Hüseynli (MGB) ilə "xxxx" səhmlərinin yenidən satışı ilə bağlı daxili müzakirə, şikayətin hazırlanması, sənədlərin nəzərdən keçirilməsi ilə bağlı daxili müzakirə, Tauber" şirkətinin almaniyalı vəkillərinin tələbi ilə səhmlərin qanunsuz köçürülməsi ilə bağlı daxili müzakirə/müştəriyə məsləhət qeydlərinin hazırlanması , Tauber" şirkətinin almaniyalı vəkillərinin tələbi ilə səhmlərin qanunsuz köçürülməsi ilə bağlı cinayət şikayətinin hazırlanması/müştəriyə məlumat verilməsi, Tauber" şirkətinin almaniyalı vəkillərinin tələbi ilə səhmlərin qanunsuz köçürülməsi ilə bağlı cinayət şikayətinin hazırlanması/müştəriyə məlumat verilməsi, cinayət işi üzrə etibarnamə layihəsi, müştəri tərəfindən tələb olunan növbəti addımlarla bağlı daxili müzakirə, hazırlanmış cinayət şikayəti, elektron reyestrin yoxlanılması, daxili müzakirə, göstərilən səhm köçürülməsi ilə bağlı ictimai reyestrdəki hər hansı dəyişiklik barədə daxili müzakirə/məsləhət qeydlərinin hazırlanması, şikayətin hazırlanması ilə bağlı daxili müzakirə, Tauber" şirkətinin almaniyalı vəkilləri tərəfindən təqdim edilmiş yeni faktlar işığında cinayət şikayətinin yenilənməsi ilə bağlı daxili müzakirə, imzalanmış etibarnamələrin nəzərdən keçirilməsi, etibarnamələrin icrası ilə bağlı müştərinin vəkilinə email göndərilməsi, etibarnamələr/müştəriyə ünvanlanmış emaillərlə bağlı daxili müzakirə, imzalanmış etibarnamələrin nəzərdən keçirilməsi, hüquqi tədqiqat; etibarnamələrin icrası ilə bağlı müştərinin vəkilinə email göndərilməsi) 6220 ABŞ dolları dəyəridə xidmət göstərilmişdir. 31 yanvar 2024-cü il tarixli, ******* nömrəli, dəyəri ƏDV-siz 6220 ABŞ dolları olan invoys əlavə edilmiş xidmət hesabatına əsasən peşəkar hüquqi xidmət haqqına görə ödəniş edilməsi üçün "MGB LO OFİSİS (Azərbaycan)" QSC tərəfindən İddiaçı-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli "MGB LO OFİSİS (Azərbaycan)" QSC-nin hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 6220 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil edilmişdir. 2024-cü ilin mart ayı üzrə xidmət hesabatına əsasən "MGB LO OFİSİS (Azərbaycan)" QSC tərəfindən cinayət işləri üzrə hüquqi xidmət haqları üzrə (Müştərinin suallarına cavabların hazırlanması; Kamal Hüseynli (MGB) ilə cavablarla bağlı daxili müzakirə, Orderlərin ingilis dilinə tərcüməsi, Vəkil sorğusunun hazırlanması ilə bağlı səlahiyyətli orqanlara zəng, Prokurorluq orqanına əlavə ərizə ilə bağlı daxili müzakirə, tədqiqat, müştərinin suallarına cavabların hazırlanması; Kamal Hüseynli (MGB) ilə cavablarla bağlı daxili müzakirə, Orderlərin ingilis dilinə tərcüməsi və s.) 10850 ABŞ dolları, ləğvetmə ilə bağlı hüquqi xidmət haqları üzrə 3460 ABŞ dolları, vəkil bürosuna ödənilmiş haqlar üzrə 612 ABŞ dolları olmaqla, cəmi 14922 ABŞ dolları dəyəridə xidmət göstərilmişdir. 24 aprel 2024-cü il tarixli, ******* nömrəli, dəyəri ƏDV-siz 14922 ABŞ dolları olan invoys əlavə edilmiş xidmət hesabatına əsasən peşəkar hüquqi xidmət haqqına görə ödəniş edilməsi üçün "MGB LO OFİSİS (Azərbaycan)" QSC tərəfindən İddiaçı-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli "MGB LO OFİSİS (Azərbaycan)" QSC-nin hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 14922 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli ödəniş tapşırığına əsasən "MGB LO OFİSİS (Azərbaycan)" QSC tərəfindən Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 520 manat, xx.xx.2024-cü il tarixdə 520 manat, xx.xx.2024-cü il tarixdə 520 manat, xx.xx.2024-cü il tarixdə, ******* nömrəli qəbzlə 520 manat, xx.xx.2024-cü il tarixdə, ******* manat pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 300 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: ... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı;... Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Maddə 409.9. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 566.1. Öhdəliyin icrasının gedişi barədə kreditorun borcludan məlumat almaq hüququ vardır. Maddə 566.2. Öhdəliyin icrası barədə məlumatı aşağıdakılar verməlidirlər: 566.2.1. bu Məcəllə və ya müqavilə üzrə bu vəzifənin tapşırıldığı şəxs; 566.2.2. borclunun işlərini tamamilə və ya qismən həyata keçirən şəxs; 566.2.3. gəlir və xərclərlə bağlı idarəetmə barədə hesabat verməli olan şəxs. Maddə 566.3. Əgər məlumat verməli olan şəxs məlumatı yalnız böyük xərc çəkməklə verə bilərsə, xərci kreditor çəkir. Maddə 566.4. Verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə inandırmalıdır. Məhkəmə mübahisəsi əmələ gəldikdə, bu cür yazılı inandırmanın sübutetmə qüvvəsi vardır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi xidmət göstərmə müqaviləsi adı altında tapşırıq müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya elektron poçtla göndərilmiş “Xidmət müqaviləsi”nin 1-ci bəndinə əsasən xidmətlərin müştərinin yazılı göstərişlərinə əsasən göstərilməsi və Azərbaycan Respublikasının qanunvericiliyinə dair hüquqi məsələlərlə bağlı hüquqi məsləhətin verilməsi, 7-ci bəndə əsasən MGB, 1-ci bölmədə göstərilən xidmətlər başa çatdıqda, həmin dövrdə sərf olunmuş vaxt və göstərilmiş xidmətlər əsasında müştəriyə hesab təqdim edilməsi, bütün hesabların təqdim olunduqdan sonra 30 iş günü ərzində ABŞ dolları və ya avro ilə, MGB tərəfindən göstərilən bank hesabına, hər hansı komissiya və ya xərclər tutulmadan ödənilməli olması müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən elektron poçt vasitəsi ilə göndərilmiş “Xidmət müqaviləsi”nin bağlanmasını və müqavilənin şərtlərini mübahisələndirmədiyinə görə məhkəmə cavabdehin təqdim etdiyi müqavilə şərtləri ilə müqavilənin bağlanmasını işin mübahisələndirilməyən halı kimi qiymətləndirmişdir. Eyni zamanda cavabdeh tərəfindən müqavilə iddiaçıya göndərildikdən sonra iddiaçının sifarişlər verməsi, cavabdehin xidmətlər göstərərək hesabat verməsi və həmin hesabatlar üzrə iddiaçının cavabdehə ödənişlər etməsi də, iddiaçının müqavilə bağlanması ilə bağlı cavabdehin ofertasını qəbul (aksept) etdiyini, cavabdehin təqdim etdiyi müqavilə şərtləri ilə razılaşdığını təsdiq edir. İddiaçı tərəf məhkəmə iclaslarında cavabdeh tərəfindən “hüquqi xidmət” adı altında görülən işlərin yalnız formal mail yazışmalarından, sənəd tərcümələrindən və absurd hesabatlardan ibarət olduğunu, hüquqdan sui-istifadə edilərək əsassız varlanma halının baş verdiyini, cavabdeh tərəfin həqiqətən müəyyən xidmətlər göstərdiyini, sadəcə süni saatlar artıraraq artıq ödənişlər aldığını, cinayət işi üzrə qeyd olunan yüksək məbləğ ödənildiyi təqdirdə ortada həmin məbləğin qarşılığı olan nəticənin olmadığını, hissə-hissə ödəniş etdikləri üçün məbləğlərin tam olaraq gözə görünmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun öz sərbəst iradələri ilə müqavilə bağlanmış, cavabdeh tərəfindən iddiaçıya direktorun dəyişilməsi ilə əlaqədar, məhkəmə işi barədə məsləhətin verilməsi, direktora qarşı cinayət işinin başlanılması ilə ələqədar və filialın ləğvi və direktorunun dəyişilməsi ilə əlaqədar hüquqi xidmətlər göstərilmiş, hesabatda qiymətin hesablanması, göstərilən hüquqi xidmətlərin hər biri ayrı-ayrılıqda qeyd olunmuş, iddiaçı şirkətə göstərilən xidmətlər üzrə ödənişlər edilməsi üçün invoyslar göndərilmiş, iddiaçı tərəf də həmin invoyslara heç bir etiraz etmədən, irad bildirmədən tanış olaraq ödənişlər etmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən invoyslar 2024-cü ilin yanvar, mart, aprel aylarında göndərilmiş, iddiaçı isə ödənişləri hesabatı aldıqdan təxminən 1 ay sonra ödəmiş, yəni iddiaçının xidmət hesabatı ilə tanış olmağa, orada qeyd olunan xidmətləri tədqiq etməyə, etiraz etməyə, irad bildirməyə kifayət qədər vaxtı olmuş, lakin iddiaçı tərəf heç bir irad bildirmədən bütün xidmət hesabatları üzrə ödənişləri etməklə cavabdeh tərəfindən hüquqi xidmətlərin göstərildiyini və xidmət haqqının ödənilməsini qəbul etmişdir. Yalnız 1 il müddət keçdikdən sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir ki, bunun da səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir. İddiaçı tərəf cavabdehin süni saatlar artıraraq artıq ödənişlər aldığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı tərəf cavabdehin tərcümə xidmətini həyata keçirmək üçün səlahiyyətinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə göstəriləcək tərcümə xidmətinin ayrıca olaraq tərcümə şirkəti tərəfindən icrası nəzərdə tutulmamışdır. Eyni zamanda bir daha qeyd edilməlidir ki, iddiaçı cavabdehin təqdim etdiyi hesabatlarda hansı formada tərcümələr etdiyini qeyd etdiyini görsə də, buna etiraz etməyərək ödənişlər etmişdir. Məhkəmə iddiaçının yüksək məbləğ ödənildiyi təqdirdə ortada həmin məbləğin qarşılığı olan nəticənin olmaması ilə bağlı qeyd edir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirak etmək, cavabdehin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət deyil, ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlərin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi, hüquqi məsləhətlərin verilməsi, hüquqi sənədlərin təhlil olunması, müvafiq orqanlarla danışıqların aparılması və s. kimi işlərin icrası da hüquqi yardım xidmətinə aiddir. Həmçinin tərəflər arasında olan hazırkı müqavilə tapşırıq müqaviləsi olmaqla, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən cavabdeh həmin müqavilə üzrə göstərəcəyi xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürmüşdür. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə dair müqavilə ilə bağlı münasibətlər Mülki Məcəllə ilə ayrıca müqavilə növü kimi tənzimlənməsə də, bu növ müqavilələr tapşırıq müqaviləsi kimi müraciət edənin tapşırığı əsasında hüquqi yardım göstərən şəxs tərəfindən müəyyən işlərin icrasını, xidmətlərin göstərilməsini nəzərdə tutur və tapşırığın xarakterinə görə bir çox hallarda konkret nəticə əldə olunmasına təminat verilmir (məsələn, iddianın və ya şikayətin təmin edilməsi). Qeyd edilməlidir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Bundan başqa Mülki Məcəllənin 566-cı maddəsinə əsasən öhdəliyin icrasının gedişi barədə iddiaçının cavabdehdən məlumat almaq hüququ olmuş və cavabdeh də mütəmadi olaraq müqavilə üzrə göstərdiyi xidmətlərlə bağlı iddiaçıya hesabatlar vermişdir. Eyni zamanda verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsaslar olduqda, iddiaçının tələbi ilə cavabdeh məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə iddiaçını inandırmalı idi, hansı ki, məhkəmə mübahisəsi əmələ gəldikdə, bu cür yazılı inandırmanın sübutetmə qüvvəsi vardır. Ancaq işin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehdən bu cür yazılı inandırma tələb etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində hüquqdan sui-istifadə, yəni qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s., mövcud olmamışdır. Həmçinin cavabdeh əsassız varlanmamışdır, çünki iddiaçı tərəfindən cavabdehə ödəniş edilməsi üçün müqavilə əsası olmuşdur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş 300 manat dövlət rüsumu MPM-in 119cu maddəsinə əsasən iddia təmin edilmədiyi üçün iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Kənan Hüseynov